Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə75/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   71   72   73   74   75   76   77   78   ...   90

137 
 
ultimatum  verəcəyini  bildirdi.
530
  Avqustun  3-də  Mürsəl  bəyin  məktubu  Sentrokaspi  rəhbərliyinə  çatdırıldı. 
Məktubda  şəhər  təslim  olarsa,  əhaliyə  toxunulmayacağı,  ermənilərə  Bakını  tərk  edib  istənilən  istiqamətdə 
hərəkət üçün imkan yaradılacağı barəsində vəd verilirdi. Məktuba nə Sentrokaspi rəhbərliyi, nə də Erməni Milli 
Şurası  cavab  vermədiyindən  döyüş  davam  etdirildi.  Buna  səbəb  Biçeraxovun  vurduğu  teleqram  idi.  Belə  ki, 
Xaçmaz  istiqamətindən  irəliləməyə  çalışan  Biçeraxov  tezliklə  Bakıya  yetişəcəyini,  ingilislərdən  hərbi texnika 
alaraq türk-Azərbaycan hissələrini məğlub edəcəyini bildirirdi. Teleqramın mətni dərhal rus və erməni dillərinə 
tərcümə  edilmiş  və  böyük  vərəqələrdə  çap  edilərək  şəhərdə  yayılmışdı.
531
  Avqustun  3-də  tərəflər  arasında 
əsasən pulemyot "duelləri" baş verdi.
532
 
Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi ilə kiçik ingilis dəstəsi Ənzəlidən gəmi ilə Bakıya gəldi. Bu, 
Sentrokaspi  liderləri,  Erməni  Milli  Şurası  və  daşnak  liderlərinin  əhval-
ruhiyəsini qaldırdı, çünki onlar çox-saylı ingilis qoşunlarının gələcəyini 
gözləyirdilər.  Nəticədə  bütün  qüvvələr  səfərbər  olundu,  əvvəllər 
fərarilik edənlər və gizlənənlər də orduya cəlb edildilər. QİO-nun Şimal 
qrupu xırda əhəmiyyətli döyüşlər apararaq avqustun 5-nə planlaşdırılan 
hücuma hazırlıq görürdü. Cənub qrupu Puta stansiyasını tutdu və Şimal 
qrupunun hissələrinə çatdı. Nəticədə əksəriyyətini azərbaycanlılar təşkil 
edən  Cənub  qrupu-nun  əsas  qüvvələri  Şimal  qrupunun  qüvvələrinə 
qatıldı. Düşmən tərəfi Biləcəri və Binəqədi istiqamətlərində mövqelərini 
gücləndirirdi.
533
  Türk-Azərbaycan  qoşunlarının  yerdəyişməsindən  istifadə  edən  Sentrokaspi  qoşunları 
gözlənilməz sıçrayışla yenidən Qurd qapısı təpələrini tutdu.
534
 
Avqustun  5-nə  planlaşdırılan  hücum  əmrini  imzalayan  Mürsəl  bəy  qoşunlar  qarşısında  aşağıdakı 
tapşırıqları  qoymuşdu:  düşmənin  Qurd  qapısı  (əmrdə  "Volçi  varota")    mövqeyində  piyada  qoşunları,  çoxlu 
pulemyotu,  4  topu,  Sallaxana  yaxınlığında  7  topu  var,  Bayıldan  şərqdə  dayanan  üç  hərbi  gəmi  onları 
dəstəkləyəcək;  qoşunlar  hücuma  keçərək  düşmənin  müdafiə  xəttini  yarmalı,  küçə  döyüşlərində  onu  məğlub 
etməlidirlər; Bayıl üzərində qurulan top limandan çıxmaq istəyən gəmilərin hərəkətinin qarşısını alacaq; Zehni 
bəyin dəstəsi şəhərin bütün müsəlmanlarını toplayıb türk zabitlərinin rəhbərliyi ilə dəstələr yaradacaq; Sumqayıt 
ətrafları nəzarətdə saxlanacaq; Cənub qrupunun zirehli qatarı döyüşdə iştirak edəcək; Cənub qrupu komandanı 
onda  qalan  qüvvə  ilə  Puta-Ələt  arasındakı  sahil  xətti  və  dəmir  yolunu  dənizdən  vurula  biləcək  zərbədən 
qoruyacaq;  Ərzaq  və  cəbhəxana  ehtiyatı  dəmir  yolu  ilə  gətirilməli,  yaralılar  sanitar  qatarı  ilə  çıxarıl-malıdır; 
Şimal qrupunun səhiyyə bölüyü Qobuda yerləşəcək, Cənub qrupunun səhiyyə qədəməsi Zehni bəyin dəstəsinə 
veriləcək; Şərq cəbhəsi komandanlığı Qobuda yerləşəcək.
535
 
Hacıqabul-Mərəzə  istiqamətində  tutulmuş  ingilis  əsirləri  bildirdilər  ki,  general  Denstervil  3-5  min 
döyüşçü toplayaraq Bakıya gələcək.
536
 
1918-ci ilin avqustun 4-nə QİO-nun Şimal və Cənub qrupları aşağıdakı hərbi hissələrə malik idilər. 
Şimal qrupu: 13-cü Qafqaz piyada alayı (1-ci xətdə 4-cü, 46-cı, 30-cu taborlar; ehtiyat-38-ci alayın 2-ci 
taboru); 13-cü alayı dəstəkləyən artilleriya qrupu - 4 Qüdrətli top, 6 Şnayder topu, 4 rus səhra topu, 3 rus dağ 
topu; 10-cu Qafqaz piyada alayı (1-ci xətdə 29-cu, 60-cı taborlar; ehtiyat - 38-ci alayın 1-ci taboru); 10-cu alayı 
dəstəkləyən artilleriya qrupu - 8 Qüdrətli top; Şimal qrupunun ehtiyatı - 25-ci, 26-cı, 28-ci taborlar; Zehni bəyin 
dəstəsi  (türk  əsirlərindən  ibarət  piyada  bölüyü,  mürəttəb  süvari  alayı  (2  bölük),  bir  alay  şəklində  Azərbaycan 
milli süvari bölükləri, Ləzgi süvari alayı (2 bölük), pulemyot bölüyü (9-cu Qafqaz alayı tərkibindən); Sumqayıt 
dəstəsi  -  bir  piyada  bölüyü  (38-ci  alayın  1-ci  taboru  tərkibindən),  Azərbaycan  milli  süvari  taqımı,  ağır 
pulemyotlar taqımı; 
Cənub qrupu: zirehli qatar, firqə istehkamı bölüyü, Ələtdə sahilin müdafiəsi qrupu (bir piyada bölüyü (28-
ci tabordan), bir süvari taqımı 2 rus səhra topu). 
38-ci  alayın  3-cü  taboru  Şamaxı  yolu  ilə  Bakıya,  27-ci  taborun  iki  bölüyü  isə  qatarla  Gəncədən  Bakıya 
doğru gəlirdilər.
537
 
Qoşunların düzülüşü - Şimal qrupu: 13-cü Qafqaz piyada alayı 
Qurd  qapısında,  onun  sağ  cinahında-artilleriya  qrupu,  10-cu  Qafqaz 
piyada  alayı  -  13-cü  alayla  Xırdalan  arasında,  Zehni  bəyin  dəstəsi 
Şimal  qrupunun  sol  cinahında,  Xırdalanın  şimalında  və  Masazır 
ətrafında; Ləzgi süvari alayı (Maştağa ətrafında müsəlman kəndlərinin 
                                                           
530
Yenə orada, s.118.
 
531
Süleymanov M.S. Azərbaycan Ordusu, s.119.  
532
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144. 
533
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.275. 
534
Yuceer N. Birinci Dünya savaşında, s.103.
 
535
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120. 
536
Yuceer N. Birinci Dünya savaşında, s.104.
 
537
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120. 


138 
 
könüllülərini  toplayır  və  təlim  keçir),  Sumqayıt  dəstəsi-Sumqayıt  stansiyasından  şimalda,  Şimal  qrupunun 
ehtiyat qüvvəsi 13-cü və 10-cu alayların arxasında. Cənub qrupu: zirehli qatar-Putada, firqə istehkamı bölüyü - 
Putada, sahilin müdafiəsi qrupu-Ələtdə.
538
 
Avqustun 5-də əsas zərbəni Qurd qapısı istiqamətindən 13-cü alay vurmalı idi. Bunun üçün qüvvənin əsas 
hissəsi  bu  istiqamətə  yönəldilmişdi.  Digər  qüvvələr  tutduqları  sahələrdən  irəliləməli  və  düşmənin  diqqətini 
yayındırmalı  idilər.  QİO-nun  komandanlığı  ilk  ingilis  dəstəsinin  gəlişindən  və  Sentrokaspi  qüvvələrində  baş 
vermiş keyfiyyət dəyişikliyindən xəbər tutmamışdı. 
Avqustun  5-də  səhər  saat  4:25-də  türk-Azərbaycan  hissələri  hücuma  başladılar.  Bayıl  ətrafındakı 
yüksəkliklər  ələ  keçirildi,  Qurd  qapısı  istiqamətində  hücum  davam  edirdi.  Qoşunlar  irəliləyərkən  düşmənin 
telefon xəttinə çıxdılar və tutulan telefon danışıqlarından məlum oldu ki, düşmən düşərgəsində güclü çaşqınlıq 
var və onlar əlavə kömək istəyirlər. Şəhərdə çaşqınlıq elə böyük idi ki, xristian əhalisi gəmilərə doğru qaçmağa 
üz tutmuşdu.
539
 Tezliklə Qurd qapısı dağ boyunca keçən düşmənin 1-ci müdafiə xətti tutuldu, lakin düşmən artıq 
2-ci xəttə əlavə qüvvələr yeritməyə müvəffəq olmuşdu. Döyüşün bu mərhələsində məlum 
oldu  ki,  Şimal  qrupunun  mərmi  ehtiyatı  tükənib,  patronları  da  qurtarmaq  üzrədir. 
Mərmilər  olmadığına  görə  toplar  arxaya  daşındı.
540
  Düşmən  tərəf  bunu  hiss  edib 
artilleriya  duellərindən  çəkinmədən  topları  açıq  mövqelərə  çıxarıb  türk-Azərbaycan 
hissələrinə  atəş  açmağa  başladı.  Hətta  şəhərdə  olan  bolşevik  artilleriyası  da  gəmilərdən 
boşaldıldı  və  sahilə  yaxın  meydanların  birində  quruldu.  Q.Petrov  avtomobillə  Bayıla 
getdi, ön mövqelərlə öz topları arasında simli rabitə yaratdı və nəticədə hücuma qalxan 
türk-Azərbaycan  hissələrinə  dəqiq  atəş  açdı.  Əsas  atəş  pulemyot  mövqelərinə 
yönəldilmişdi.  10-cu  alayın  5  pulemyotu  məhv  edildi,  bir  çoxu  sıradan  çıxarıldı.  13-cu 
alayın  da  pulemyotlarının  bir  çoxu  sıradan  çıxmışdı.  Üstəlik  hərbi  gəmilər  Bayıl 
istiqamətindən  atəş  açdılar.  Bundan      istifadə      edən      Sentrokaspi  qüvvələri  saat  11 
radələrində  əkshücuma  keçdi.  10-cu  və  13-cü  alaylar  öz  ehtiyat  hissələrini  döyüşə 
yeritməklə vəziyyəti sabitləşdirməyə, Şimal   qrupunun ehtiyatının gəlməsinə qədər  vaxt  
qazanmağa çalışırdılar. Lakin Mürsəl bəy Şimal qrupunun ehtiyatını döyüşə göndərmədi və 10-cu, sonra isə 13-
cü  alaylar  geri  çəkildi,  Bayıl  və  Qurd  qapısında  tutduqları  mövqeləri  tərk  etdilər.
541
  5-ci  Qafqaz  piyada 
firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy qeyd edirdi ki, düşmən özündə qüvvə tapıb əkshücumu davam etdirsəydi 
10-cu və 13-cü alayları da daha geriyə ata bilərdi, çünki onun qarşısını almaq üçün yeganə silah süngülər idi - 
döyüş  sursatı  tamamilə  tükənmişdi.
542
  Türk-Azərbaycan  hissələri  dəmir  yolunun  qərbindəki,  Qurd  qapısı  ilə 
üzbəüz  yüksəkliklərdə  möhkəmləndilər.  Saat  17:00-da  Mürsəl  bəy  sona  çatmış  döyüşün  nəticələri  barəsində 
Nuru paşaya raport göndərdi və raportda döyüşdə ingilislərin iştirak etməsini bildirdi. Elə bu vaxt Sentrokaspi 
qoşunları  cəbhənin  Biləcəri-Xırdalan  istiqamətinə  hücuma  keçdilər.  Onların  hücumunu  bir  zirehli  qatar 
dəstəkləyirdi. Burada düşmən qoşunları Zehni bəyin dəstəsi ilə üzləşdi və geri atıldı.  
Avqustun 5-də baş vermiş döyüşdə QİO tərkibindən 9 zabit, 139 əsgər həlak olmuş, 19 zabit, 444 əsgər 
isə  yaralanmışdı.  Qoşunların  istifadə  etdiyi  minik  və  qoşqu  heyvanlarından  43-ü  ölmüş,  32-ci  yaralanaraq 
yararsız olmuşdu. 500-dən artıq tüfəng, 3   ağır  pulemyot  və yüngül   pulemyotlar   sıradan çıxmışdı. Düşmən 
tərəf 2000-ə yaxın itki  verdi  (ölü  və yaralılar).
543
 Kəşfiyyatın məlumatlarına  görə  şəhərə  avqustun 5-də 300 
ingilis əsgəri gətirilmişdi.
544
 
Avqustun  6-da  mövqelərə  gəlmiş  QİO-nun  Ərkani-Hərb  rəisi  Nazim  bəyə  qoşunların  sursatının 
olmaması,  zabitlərin  çatışmazlığı,  qoşunların  azlığı,  isti  iqlimdə  xəstəliklərin  yayılması  barədə  məlumat 
verildi.
545
  Bütün  bunlar  qoşunların  mənəvi-psixoloji  durumuna  pis  təsir  göstərirdi,  Bunu  ehtimal  edən  sovet 
komandanlığı Heybət-Biləcəri xəttinə hücum təşkil etdi, lakin geri atıldı.
546
 
Bilavasitə  Bakı  önündə  dayanan  QİO  qoşunlarının  sayı  3500  nəfəri  ötmürdü.
547
  Mənəvi  durumu 
yaxşılaşdırmaq  üçün  qoşunlara  komandanlığın  müraciəti  qəbul  edildi.  "Bu  gözəl  könül  qapıcı  şəhəri  siz  zəbt 
etməsəniz  Türkün  və  ordusunun  şərəfini  indi  içində  bulunduğunuz  xəndəklərə  göməcəksiniz...  Əgər  siz  yaşıl 
dənizin  bu  məşhur  şəhərini  zəbt  etməsəniz  Qafqaz  türkləri  və  Türküstan  müsəlmanlarının  qəlbinə  saplanmış 
olacaq zəhri- xəncərin üzərinə "Eyvah ki, Türk bizə imdada gəlmədi" cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad 
edəcək,  Türküstan  ağlayacaqdır...  Ey  türk  əsgəri!  Əgər  sən  bu  şəhəri  almasan  Bakıda  sənin  üçün  hazırlanan 
                                                           
538
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.277-278. 
539
Yuceer N. Birinci Dünya savaşında, s.104.
 
540
Süleymanov M.S. Azərbaycan Ordusu, s.121. 
541
Большевики в борьбе за победу, с.626.  
542
Süleymanov M.S. Azərbaycan Ordusu, s.280. 
543
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.339.
 
544
Görüryılmaz M. Türk.Kafkaz İslam Ordusu, s.148. 
545
Süleymanov M.S. Azərbaycan Ordusu, s.122. 
546
Yuceer N. Birinci Dünya savaşında, s.105.
 
547
Yenə orada, s.102.
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə