Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə83/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   79   80   81   82   83   84   85   86   ...   90

152 
 
Azərbaycan  taborları  Balaxanı  üzərinə  hücuma  keçməli  və  Suraxanının  cənubundan  hücumu  davam 
etdirməli, türk və Azərbaycan süvari alayları Əhmədli istiqamətində hücuma qoşulmalı idilər.
648 
Hücum 9-cu və 
56-cı  piyada  alayların  Qurd  qapısı  istiqamətində  hərəkəti  ilə  başladı.  Saat  01:00-da  Şubanı-Bakı  yolunun 
şimalından 56-cıcənubundan isə 9-cu piyada alayları hərəkətə keçərək səssizlik şəraitində dəmir yoluna tərəf 
enməyə başladılar.
649
 Daha sonra onlar dəmir yolundan üzü yuxarı, Qurd qapısı təpəsi istiqamətində qalxmağa 
başladılar. Buradakı yeganə yolun düşmənin nəzarəti altında olması məlum olduğundan alaylar sərt yamaclarla 
üzüyuxarı  qalxırdılar.  Artıq  saat  3-də  56-cı  alay  yüksəkliyə  qalxaraq  qəfil  zərbə  ilə  düşmənin  1-ci  müdafiə 
xəttinə  hücum  etdi.  9-cu  alay  onun  qarşısında  olan  düşmənin  1-ci  müdafiə  xəttini  saat  3:30-da  tutdu.
650
13-cü 
alay 3 ədəd, 56-cı alay 5 ədəd pulemyotu qənimət kimi ələ keçirdi. 
İngilis raportlarından aydın olur ki, Qurd qapısına edilən hücum onlar üçün tam gözlənilməz oldu: saat 
4:30-da Qurd Qapısı tərəfdən güclü atışma səsi gəldi, lakin tezliklə sakitləşdi və saat 5:30-da yenidən gücləndi. 
İngilis qərargahı Qurd qapısında dayanan qoşunlarla əlaqəni tam itirmişdi 
və  nəyin  baş  verdiyini  yalnız  ehtimal  edə  bilərdi.  Təpəyə  əlavə  dəstə 
göndərmək  təklifi  qəbul  olunmadı,  çünki  havanın  qaranlıq  olması  və 
təpənin dumanla örtülməsi səbəbindən qoşunlar özləri bir-birinə atəşə aça 
bilərdi.  Üstəlik  türklərin  Qurd  qapısı  istiqamətində  hü-cumu  heç 
gözlənilmir,  olsa-olsa  burada  yayındırıcı  həmlə  ehtimal  edilirdi.  
Sentrokaspi  qoşunlarının  komandanlığı  da  vəziyyətdən  bixəbər  idi. 
Təxminən  6:35-də  vəziyyəti  öyrənmək  üçün  göndərilən  rabitə  zabiti 
mayor Dayrell xəbər verdi ki, onun ehtimallarına görə təpədə döyüş gedir. Havaya qaldırılmış təyyarə heç nəyi 
ayırd  edə  bilmədi,  çünki  təpəni  örtən  duman  hələ  də  çəkilməmişdi.
651
  Şəhərin  şimal  tərəfindən,  Binəqədi, 
Biləcəri  istiqamətindən  gələn  şiddətli  atışma  səsləri  və  komandirlərin  türklərin  hücuma  keçməsi  barəsində 
xəbərləri ingilis komandanlığını əmin etdi ki, Qurd qapısında baş verənlər yayındırıcı həmlədir. Nəhayət təpədə 
müdafiə  olunan  əsgərlər  xəbər  çatdırdılar  ki,  bütün  müdafiə  xəttləri  tutulub,  ingilis  qoşunları  təpədən  şəhərə 
doğru  geri  çəkilmiş  və  yeni  müdafiə  xətti  yaratmağa  çalışırlar.
652
  Hücumun  sürətli  və  gözlənilməz  şəraitdə 
həyata  keçirilməsi  haqqında  general  Denstervil  yazırdı:  "İnanılması  mümkün  deyil  ki,  cəbhəmizin  ən  güclü 
sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirilsin. Bütün üstünlüklərin bizim tərəfdə olmasına baxmayaraq, 
hücumun elə ilk anlarından başlayaraq darmadağın edilən belə qoşunlarla uğur əldə etmək üçün heç nəyə ümid 
etmək  mümkün  deyildi...".
653
  9-cu  Osmanlı  alayının  sağında  arxada  13-cü,  56-cu  alayın  solunda arxada  10-cu 
alay  hərəkət  edirdi.  Qurd  qapısı  təpəsi  ilə  dəniz  arasında  olan  ərazi  düşməndən  təmizləndi.  1-ci  müdafiə  xətti 
tutulan kimi bura topların qaldırılması başlandı. Qırmızı Qışlada dəstələri toplayıb əkshücuma keçmək istəyən 
düşmənə  top  atəşi  açıldı  və  o,  itkilər  verərək  şəhərə  doğru  çəkilməyə  məcbur  oldu.
654
  Bayıl  ilə  Qurd  qapısı 
arasında  düşmənin  bir  hərbi  hissəsi  sahilə  yaxınlaşmış  gəmilərə  minməyə  cəhd  göstərdi,  lakin  top  atəşi  ilə 
bunun qarşısı alındı. 
Səhər saat 4:00-da hücuma başlayan 15-ci firqə də öz hücum istiqa-mətində düşmənin ilk müdafiə xəttini 
ələ keçirdi, səhər 6-da düşmən döyüş bölgəsinə əlavə qüvvə yeritməsin deyə arxa yollar top atəşinə tutuldu. Bu 
istiqamətdə  düşmənin  əsas  qüvvələri  dayanmışdı.  Əsirlərdən öyrənilmişdi  ki,  burada  100  ingilis, 700  rus, 800 
erməni  döyüşçüsü  var,  16  pulemyot,  12  top  ərazi  üzrə  maskalanaraq  gizlədilmişdi.  Biləcəri  istiqamətində 
irəliləyən 38-ci alay həmin gizlədilmiş silahların atəşinə məruz qaldı.
655
 Buna baxmayaraq 38-ci alay irəliləyirdi. 
Süleyman İzzət bəy əlavə piyada qüvvələr və toplarla dəstəklənməsini istəyirdi.
656
 
9-cu  və  56-cı  alaylar  geniş  sahəyə  çıxdıqca  əlavə  hissələrlə 
gücləndirilidi, sonra 56-cı alaydan solda döyüşə 10-cu alay yeridildi. 
Səhər  saat  6-da  qərb  istiqamətində  2-ci  müdafiə  xətti  tam  olaraq  ələ 
keçirildi. QİO-nun hissələri döyüşdə fasilə yaratdılar. Səhər saat 9:00-
da artıq dənizin bəzi yerlərində şəhərdən qaçan gəmilər görsəndi, eyni 
zamanda  şəhərin  bir  neçə  yerindən  havaya  qalxan  tüstülər  düşmənin 
şəhərdə yanğınlar törətməsindən xəbər verirdi.
657
 
Düşmən  qüvvələri  çaşqınlıq  içində  idi  və  hücumun  davamını 
gözləyirdi,  lakin  türk-Azərbaycan  hissələri  tutduqları  mövqelərdə 
                                                           
648
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.341. 
649
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170. 
650
Yuceer N. Birinci Dünya savaşında, s.116.
 
651
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.518. 
652
Yenə orada, s.519. 
653
Денстервиль, с.263. 
654
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.347. 
655
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.342. 
656
Yuceer N. Birinci Dünya savaşında, s.117.
 
657
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170. 


153 
 
möhkəmlənirdilər. Bu fasilə əmrlə nəzərdə tutulmuşdu, çünki Qurd qapısına topları qaldırmaq çətin məsələ idi, 
onlar olmasa, şəhəri və limanı nəzarət altında saxlamaq, hərəkət edən düşmən qüvvələrinə atəş açmaq olmazdı 
və ümumiyyətlə, Qurd qapısı təpəsinin tutulması əhəmiyyətini itirərdi. Nuru paşa təkcə yüngül topları deyil, bir 
ağır batareyanı da təpəyə qaldırmağı, 5-ci firqənin qərargahını da ora keçirməyi əmr etdi.
658
 Düşmən fasilədən 
istifadə edərək qərb istiqamətinə yeni qüvvələr göndərir, lakin əhəmiyyətli dəyişikilik edə bilmirdi.
659
 Saat 9:45 
Qurd qapısı istiqamətində əkshücum baş verdi, burada ingilis qoşunları və biçeraxovçular vuruşur, ermənilərdən 
ibarət  3  bölük  hücuma  qalxsa  da,  ilk  top  səsləri  gələn  kimi  geri,  şəhərə  doğru  qaçdılar.
660
  Şimaldan  təzyiqi 
artıran  15-ci  firqə  buradan  qoşunların  götürülüb  5-ci  firqəyə  qarşı  atılmasına  imkan  vermirdi.  Qurd  qapısına 
qaldırılmış toplar 9-cu alayın sağ cinahında əkshücum üçün toplaşan düşmən hissəsini atəşə tutaraq dağıtdı. 56-
cı alay sol cinahda yüksəklikləri tutdu, 3 pulemyotu qənimət kimi götürdü. Düşmən arasında vahiməni artırmaq 
üçün  təpələrdə  qurulan  toplar  ara-sıra  şəhərdəki  qoşun  birləşmələrinə  və  limandakı  gəmilərə  atəş  açırdılar. 
Düşmənin Salxana və Salyan kazarmasında qurduğu top batareyaları ilk atəş açan kimi mövqelərini bildirmiş və 
dərhal  türk  artilleriyası  tərəfindən  dəf  edilmişdilər.
661
  Qırmızı  Qışla  adlanan  yerdə  (Maşatlıq  adlanan  xristian 
qəbristanlığı yaxınlığında) möhkəmlənmək və 56-cı alaya hücum etmək istəyən düşmənin piyada hissələri və 3 
zirehli avtomobil top atəşinə məruz qalaraq qışlanı tərk etdilər. Sağ cinahda 13-cü alay Maşatlıq məntəqəsi və 
Bayıl  yüksəkliklərini  ələ  keçirdi.  Saat  11:45  Putadakı  zirehli  qatar  hərəkətə  keçərək  Heybət  stansiyası 
istiqamətində irəlilədi. Qatar top atəşi ilə irəliləyən hissələri dəstəkləyirdi. Beləliklə, sentyabrın 14-də günortaya 
yaxın qərb cəbhəsində əsas mövqelər ələ keçirildi.
662 
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilisləri 
iki aero-plan dəstəkləyirdi. Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və 
bombalar  atırdı".  Sentrokaspi  Diktaturasının  və  ingilislərin  6  zirehli  avtomobili  sentyabrın  14-də  baş  verən 
döyüşdə  geniş  istifadə  edilmişdi.  General  Denstervilin  qeydlərinə  görə,  "hərəkətdə  altı  zirehli  avtomobil  -  üç 
ingilis və üç rus var idi. Onlar markiz d Albissinin rəhbərliyi altında idi və hamısı öz işini gözəl bilirdi." 
Şimal istiqamətində döyüşlər genişlənirdi. Belə ki, polkovnik Favielin rəhbərlik etdiyi ingilis-Sentrokaspi 
qoşunları 6 zirehli avtomobillə himayə olunur və bir aeroplan mütəmadi olaraq 15-ci firqəyə bombalar atırdı. 
Nuru  paşanın  əmri  ilə  107-ci  alay  Biləcəriyə  doğru  göndərildi  və  o,  5-ci  firqə  ilə  15-ci  firqə  arasında  əmələ 
gəlmiş  boşluğu  doldurdu.  Lakin  onun  qarşısında ingilis  və  biçeraxovçuların  dayanması,  zirehli  avtomobillərin 
fəaliyyəti  alayın  hücuma  keçməsinə  imkan  vermədi.
663 
Yalnız  günortadan  sonra  gətirilmiş  topların  Biləcəri 
təpələrini  atəşə  tut-ması  38-ci  və  107-ci  alayların  hücumlarını  təşkil  etməyə  imkan  verdi.  Azərbaycan 
taborlarından  təşkil  edilmiş  Maştağa  dəstəsi  Tofik  bəyin  rəhbərliyi  ilə  Sabunçunu  aldı,  sonra  isə  Hövsanda 
düşmənin  iri  dəstəsi  ilə  üz-üzə  gələrək  onu  geri  atmağa  müvəffəq  oldu.
664
  Zehni  bəyin  dəstəsi  tərkibində 
vuruşan Azərbaycan süvari dəstələri, о cümlədən Tatar süvari alayı və Ləzgi süvari alayının döyüşçüləri onların 
qarşısında olan düşmən süvarilərini geri atdılar. 
Saat  13:30-da  ingilislər  Ermənikənd  aerodromunda  salamat  qalmış  2  aeroplanı  sıradan  çıxardılar.
665
 
Günortadan sonra 38-ci alay yeni hücuma başladı və saat 15:00-da Biləcərinin bütün ətraflarını nəzarət altına 
aldı. Döyüşdə çoxlu sayda əsir götürüldü. 107-ci alay da irəliləyərək 38-
ci alayın sağ cinahında hərəkət edirdi. 38-ci alayın sol cinahında ingilis-
Sentrokaspi qoşunları əkshücuma keçdilər və Süleyman İzzət bəy şəxsən 
bu  istiqamətə  gəldi.  Azərbaycan  könüllülərindən  ibarət  piyada  tabor 
düşməni geri ataraq Sabunçunu tutdu, Azərbaycan süvariləri isə Zığdan 
Əhmədliyə  doğru  əhəmiyyətli  dərəcədə  irəliləmişdi.  Beləliklə,  günün 
axırına şimal cəbhəsində də düşmən  müqavimət göstərmək üçün bütün 
əlverişli mövqeləri itirmişdi.
666
 
Gün ərzində baş vermiş döyüş göstərdi ki, əsas
 
çatışmazlıq hərbi 
hissələrin  bir-biri  və  rəhbərliklə  əlaqələrinin  zəif  olmasındadır,  ordu 
komandanlığı  da  firqələrdən  gec  məlumat  aldığından  onlara  gec  reaksiya  verir.
667
  Həddindən  artıq 
gücləndirilmiş 5-ci Qafqaz firqəsi Qurd qapısı təpəsini ələ keçirəndən sonra hücumu genişləndirməli idi ki, 15-
ci  firqə  üzərinə  yönələn  zərbəni  zəiflətsin,  lakin  bu  əməliyyat  planında  nəzərdə  tutulmadığından  həyata 
keçirilmədi. 5-ci və 15-ci firqələr arasında mövcud olan boşluq düşmənə 15-ci firqənin tərkibində irəliləyən 38-
ci  alayın  cinahına  maskalanmış  və  gizlədilmiş  top  və  pulemyotlardan 
                                                           
658
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.343. 
659
Денстервиль, с.263-264. 
660
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.519. 
661
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.171. 
662
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.344. 
663
Süleymanov M.S. Azərbaycan Ordusu, s.137. 
664
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173. 
665
Yuceer N. Birinci Dünya savaşında, s.117.
 
666
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.346. 
667
Yuceer N. Birinci Dünya savaşında, s.118. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə