Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə79/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   75   76   77   78   79   80   81   82   ...   90

145 
 
rəhbərliyini də qəzəbləndirmişdi. Məsələni müəyyənləşdirmək üçün Osmanlı dövlətinin Sədr-əzəmi Tələt paşa 
sentyabrın  6-da  Berlinə  gəldi  və  Almaniya  ilə  Türkiyə  arasında  saziş  bağlanmasını  təklif  etdi.  Onun  təqdim 
etdiyi  layihəyə  əsasən  "Bakı  coğrafi  durumu  etibarilə  Azərbaycan  dövlətindən  başqasına  aid  ola  bilməz...".
591
 
Alman  tərəfi  layihəni  Sovet  nümayəndəsi  İoffeyə  təqdim  etdi.  O,  öz  növbəsində,  layihəyə  əlavələr  etdi  və 
əlavələrə əsasən Qafqaz Sovet Rusiyasının ərazisi hesab olunmalı idi. İoffeyə görə, Türkiyənin Zaqafqaziyadakı 
qurumlarla  imzaladığı  müqavilələr  Sovet  Rusiyası  tərəfindən  tanınmır,  Sovet  Rusiyası  onunla  Türkiyə 
sərhədləri  arasında  bir  dövlətin  olması  ideyasını  dəstəkləyir,  lakin  bu  dövlət  müsəlman  Azərbaycan  dövləti 
olmamalıdır.
592 
Faktiki olaraq, Almaniya və Rusiya Tələt paşanın layihəsini rədd etdilər. 
Osmanlı  dövlət  rəhbərliyinin,  ilk  növbədə  sultanın,  almanların  tələbləri  qarşısında  tab  gətirə  bilməyib 
qoşunları  geri  çəkəcəyindən  ehtiyat  edən  Ənvər  paşa  riskli  hərəkət  etdi.  O,  Qafqaz  müsəlmanlarına  verilən 
vədlərin yerinə yetirilməməsini özünə təhqir kimi qəbul edərək, istefa ərizəsi ilə sultana müraciət etdi. Osmanlı 
dövləti Almaniyaya Azərbaycan məsələsində güzəştə getmədi, Ənvər paşa öz vəzifəsində qaldı. 
Bakı ətrafında avqustun 28-i  və 29-da hər iki tərəfin mövqeləri atəşə tutulurdu, artilleriya və pulemyot 
duelləri baş verirdi. 
Avqustun 30-da düşmən dənizdən desant çıxarmağa cəhd göstərdi. Nasosnıda 3 gəmidən 150-200 nəfərlik 
desant dəstəsi çıxarıldı, lakin sahil müşahidə postlarından xəbər alan QİO-nun komandanlığı desantı mühasirəyə 
almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi döyüşü qəbul etməyib gəmilərə çəkildi.
593
 
Avqustun 30-da QİO-nun Bakı ətrafında cəmləşdirilən qoşunları yenidən qruplaşdırıldı. Şimal, Cənub və 
Qərb taktiki  qrupları təşkil  edildi.  Şimal  qrupu  (komandan  Osman  bəy,  qərargah  -  Masazır) Xırdalanın  şimal-
şərqindəki  boyun  nöqtəsindən  Mərdəkandan  keçən  və  dənizə  qədər  uzanan  sahədə  dayanır;  Qərb  qrupu 
(komandan  Cəmil  Cahid  bəy)  Şimal  qrupunun  Xırdalandakı  mövqeyindən  başlayıb  Puta  stansiyasına  qədər 
mövqeləri tuturdu. Cənub qrupu (komandan Həlim Pətöv bəy, qərargah - Hacıqabulda) Puta ilə Ələt arasında 
yerləşirdi. Bu qrup həmçinin Hacıqabul - Bakı yoluna nəzarət edir, Salyan dəstəsi onun tərkibində idi.
594
 Tatar 
süvari alayı Şimal qrupa, 4-cü Azərbaycan alayının 1-ci və 4-cü taborları,  Ağdaş süvari bölüyü Cənub qrupa, 
digər Azərbaycan hissələri isə Qərb qrupuna tabe edilmişdi.
595
 
Avqustun  31-nə  planlaşdırılan  döyüşdə  Şimal  qrupu  Digah-Binəqədi  xəttində  mövcud  olan  hakim 
yüksəklikləri  ələ  keçirməli  idi.  13-cü  alay  Masazır  gölündən  cənuba  keçərək  Binəqədi  təpəsində  (311  №-li) 
möhkəmlənməli,  38-ci  alayın  1-ci  taboru  və  29-cu  taboru  Binəqədi 
ətrafındakı digər yüksəklikləri tutmalı idilər. Qrupun topları və mürəttəb 
süvari alayın bir bölüyü hücumu dəstəkləməli idi.
596
 Səhər tezdən saat 4-
də  Şimal  qrupu  göstərilən  istiqamətlərdə  hücuma  başladı.  Səhər  təzə 
açılmışdı  ki,  sürətli  hücumla  311  №-li  Binəqədi  təpəsi  ələ  keçirildi. 
Polkovnik  Favielin  raportuna  əsasən  döyüşü  təsvir  edən  general  Den-
stervil yazırdı ki, Binəqədi təpəsini başda leytenant Pitti olmaqla Şimali 
Stafford  alayının  80  nəfərlik  dəstəsi  qoruyurdu.  Varvik  taborunun  bir 
bölüyünün  döyüşə  qatılması  və  pulemyotçuların  atəşinə  baxmayaraq 
ingilis qoşunları mövqeni qoruya bilmədi və saat 8:30-da təpədən çəkildilər. Тürк hissələrində tüfəng patronları 
az olsa da, top mərmiləri və pulemyot patronları kifayət qədər idi və düşmənə güclü atəş açılmışdı. Leytenant 
Pitti  həlak  oldu.  Sentrokaspi  və  ingilis  qoşunları  geri  çəkildilər.  Şimal  qrupu  saat  11:15-də  Varvik  taborunun 
bölüyü  üzərinə  hücuma      keçdi.  İngilis  döyüşçüləri  ehtiyatda  dayanan 
erməni  hissəsindən  kömək  almadıqlarına  görə  itkilər  verərək  geri 
çəkildilər.  Günün  sonuna  qədər  davam  edən  döyüşdə  türk-Azərbaycan 
qoşunları  Digahın  şimal  və  qərb  ətrafını  nəzarət  altına  aldılar,  ingilislər 
Biləcəriyə  gedən  dəmir  yolu  və  Dərnəgülün  qərb  hissəsi  arasında  mövqe 
tutdular.
597
  Kral  Müdafiə  Heyətinin  Tarix  şöbəsinin  idarəsində  çalışan 
ingilis  generalı  F.J.Moberli  "1914-1918-ci  illər  İraq  Səfəri"  əsərində 
göstərir ki, döyüşdə ingilislər 4 zabit, 67 əsgər itirdilər.
598
 
Döyüşdə 6 pulemyot, 1 sıradan çıxarılmış səhra topu, yük arabaları, 
38  mətbəx  arabası,  sursat  QİO  tərəfindən  ələ  keçirildi.  107-ci  alayın  iki  taboru Binəqədidəki  311 №-li  təpədə 
möhkəmləndi.  38-ci  alayın  2-ci  taboru  Maştağada,  digər  taborlar,  eləcə  də  29-cu  tabor  Digahın  şimal  və 
                                                           
591
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.289-290. 
592
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.290. 
593
Yenə orada, s.315.
 
594
Yenə orada, s.316.
 
595
Süleymanov M.S. Azərbaycan Ordusu, s.128. 
596
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.316. 
597
Денстервиль, с.239-240. 
598
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri //Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s. 
512.
 


146 
 
qərbində,  13-cü  alayın  bir  taboru  364  №-li  təpədə  idi.  107-ci  alayın  bir  taboru  və  13-cü  alayın  iki  taboru 
ehtiyatda saxlanılmışdı.  2-ci  mürəttəb  süvari  alayı,  Azərbaycan  süvari  hissələri Fatmayıda,  Ləzgi  süvari alayı 
Binədə yerləşirdi. 38-ci alayın məntəqəsində 2 ədəd Krupp və 4 Şnayder topu, 311 və 364 №-li təpələrdə 2 ədəd 
rus  dağ,  4  ədəd  rus  səhra  və  4  ədəd  Krupp  topları  var  idi.  Qərb  qrupunun  9-cu  alayı  Puta  ilə  Hacı  Həsən 
arasında,  10-cu  alayı  9-cu  alayın  sol  cinahından  Xırdalanın  şimal-şərq  ətəyi  arasında  yerləşmiş  14  topla 
dəstəklənirdi. Cənub qrupunda 4-cü alayın 2-ci taboru və Ağdaş süvari bölüyü Salyanda, 4-cü alayın 1-ci taboru 
Puta-Ələt arasında, xidmət bölmələri Hacıqabulda və Güzdəkdə yerləşmiş, 8 topla dəstəklənirdilər.
599
 
Bütün qüvvələr nəzərə alınmaqla QİO komandanlığı Bakıya hücumu sentyabrın 11-nə, Xəlil paşanın Bakı 
ətrafındakı mövqelərə gəlməsindən sonraya planlaşdırdı.
600
 
Avqustun  31-də  axşam  Sentrokaspi  rəhbərləri  və  erməni  liderləri  müşavirə  keçirdilər.  Dəvət  edilmiş 
general Denstervil onların heç bir  əməli tədbir görə bilməyəcəyinə əmin oldu. Səhərisi gün saaat 16:00-da o, 
Sentrokaspi rəhbərləri və erməni liderlərini öz qərargahına dəvət edib məşhur sözləri söylədi: “YER ÜZÜNDƏ 
HEÇ  BĠR  QÜVVƏ  BAKINI  TÜRKLƏRDƏN  QORUYA  BĠLMƏZ”
601
  Ümumilikdə  avqust  döyüşlərində 
ingilislər və Sentrokaspi qoşunlarından 2 min nəfər həlak olmuşdu, itkin və əsir düşənlər vardı. Bakının bütün 
hospital  və  xəstəxanaları  yaralılarla dolu  idi.  Şəhərdə  əhali  aclıqdan  əziyyət  çəksə  də qoşunların  ərzaqla  bağlı 
problemləri  yox  idi.  Nəticədə  şəhərdə  qadınlar  etiraz  mitinqi  keçirmək  istədilər,  lakin  cəhdin  qarşısı  alındı.
602
 
Sentrokaspi  rəhbərləri  və  erməni  liderlərini  döyüşdə  iştirak  etməməkdə  ittiham  edən  general  onlara  təslim 
olmağı  məsləhət  görürdü.  1918-ci  ilin    mart-aprel    aylarında  törotdikləri  qırğınlara  görə  cavab  vermələrini 
anlayan  erməni  liderləri  vaxtı  uzatmağa  çalışırdılar.  Sentyabrın  1-i  və  4-də  Sentrokaspi  rəhbərləri  və  erməni 
liderləri  məktublar  yazaraq  bildirirdilər  ki, ingilis  qoşunlarını  şəhərdən  buraxmayacaqlar.  Onlar tələb  edirdilər 
ki,  əlavə  qüvvə  gətirilsin.  Təəssüflə  bildirirdilər  ki,  bolşeviklərlə  əlbir  olsaydılar,  Lenin  onlara  hərbi  kömək 
göstərər və şəhəri qoruyardı. Sentrokaspi qüvvələri tərkibində hərbi 
gəmilərin  olması  Denstervili  şəhəri  dərhal  tərk  etmək  fikrindən 
daşındırdı: о ehtiyat edirdi ki, onun gəmiləri atəşə tutular və ya geri 
qaytarılar.  O,  şəhərin  müdafiəsini  təşkil  etmək  üçün  yeni  layihə 
hazırladı.  Generalın  yazıları  göstərir  ki,  təhlükəni  dərk  edən 
Sentrokaspi  rəhbərləri  və  erməni  liderləri  qoşunlara  təsir  etmiş  və 
hərbi  böhranı  aradan  qaldırmağa,  məğlubiyyətlərdən  sonra  ruh 
düşkünlüyünü  qaldırmağa  çalışmışdılar.
603
  Şəhərdəki  qüvvələrin 
sayı 12,5 min nəfər olsa da, onların döyüş ruhu aşağı idi. QİO-nun 
uzaqvuran topları Bakıda yerləşən kazarma, anbar və qərargahları atəşə tuturdu. Topçuların sərrast atəşi hətta 
Denstervili də heyran etmişdi, onun qərargahı bir neçə dəfə dəqiq atəşlə dağıdılmışdı. General bu dəqiqliyi şəhər 
müsəlmanlarının  türk  topçularına  verdikləri  məlumatlarla  izah  edir  və  şəhərlə  QİO  topçuları  arasında  telefon 
xəttinin olmasını da istisna etmirdi.
604
 
Sentyabrın 1-də Şimal qrupu hücuma keçdi və günün birinci yarısında Digah və Məhəmmədli kəndləri, 
Digahın cənubundakı 345 №-li təpə tutuldu. Şimal qrupu havaya qaldırılmış bir rus təyyarəsini vurdu və onun 
Salyan kazarması istiqamətində düşməsini müşahidə etdi.
605
 
İngilislər  Bakıya  əlavə  qüvvə  gətirə  bilməsinlər  deyə,  Ənvər  paşa 9-cu  Ordudan  Cənubi  Azərbaycanda 
əməliyyatlar keçirməyi tələb edirdi.
606
 
Sentyabrın 1-də Nuru paşanın imzaladığı əmrə əsasən 9-cu Ordu tərkibindən götürülən 15-ci piyada firqə 
(qərargah,  56-cı  və  106-cı  piyada  alayları,  bir  Qüdrətli,  bir  105  mm-lik  Şkoda  dağ  qaubitsa,  bir  105  mm-lik 
səhra qaubitsa batareyaları) Bakı ətrafına gətirilməli, 5-ci firqə ilə 15-
ci  firqə  arasında  sərhəd  Yanardağ  olmalıdır;  Mürəttəb  süvari  alayı, 
Tatar süvari alayı və Ləzgi süvari alayı Mərdəkanda birləşməli, Zehni 
bəyin  komandasına  verilməlidirlər;  38-ci  alay  15-ci  firqəyə 
veriləcəkdir;  Gəncə  və  Kürdəmirdə  olan  rus  toplarının  mərmiləri 
toplanmalıdır;  5-ci  firqə  qərargahı  Qobuda,  15-ci  firqə  qərargahı 
Masazırda yerləşməlidir, bu mövqelərlə Güzdək arasında telefon xətti 
çəkilməlidir,  teleqraf  rabitəsi  yaradılmalıdır;  qoşunlar  ərzaqla  təmin 
olunmalı, arxada ərzaq ehtiyatı yaradılmalıdır.
607
 
                                                           
599
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.318. 
600
Süleymanov M.S. Azərbaycan Ordusu, s.126. 
601
Денстервиль, с.110. 
602
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 155-156. 
603
Денстервиль, с.250-251, 255-257. 
604
Денстервиль, с. 104. 
605
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.322.
 
606
Yenə orada, s.322.
 
607
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.324. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə