Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə76/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   72   73   74   75   76   77   78   79   ...   90

139 
 
süfrələr  müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar 
düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək 
islam qanları qırmızı şərablar kimi vəhşi işkəncələr uğrunda axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri 
zalımlar  kəsəcəkdir...  Fəqət  sən,  ey  türk  əsgəri,  in-gilislərin  gücünü  kəndi  zorunla  Çanaqqalada  qırdın.  Ən 
böyük  hərb  gəmilərinin  böyük  güllələrinə  aylarla  sinə  gərdin.  Kütülamarədə  14  minini  əsir  aldın.  Qarşıdakı 
düşmənin  əsas  hissəsi  olan  erməniləri  bəlkə  Azərbaycandan,  Qarsdan  bəri  önünə  qataraq  ta  bu  şəhərə  qədər 
qovdun.  Türk  adını böyüdən Çanaqqala,  Kütülamare,  Qaliçiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı 
şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını!".
548
 
Müraciət qoşunlar arasında 5 avqust döyüşündən sonra yarana biləcək ruh düşkünlüyünün, söz-söhbətin 
qarşısını  almaq  və  Bakı  alınmayana  qədər  döyüşlərin  davam  edəcəyi  fikrini  bir  daha  vurğulamaq  məqsədilə 
qəbul edilmişdi. 
Bakıda ümumi mobilizasiyaya etiraz edən və türklərə köməklik edən azərbaycanlılardan böyük bir qrupu 
həbs edildi və onlardan 600 nəfər güllələndi.
549
 
Avqustun  7-də  İstanbulda  olan  M.Ə.Rəsulzadə  M.Hacınskiyə  göndərdiyi  teleqramda  yazırdı:  "Hansı 
yolla,  nəyin  bahasına  olursa  olsun  Bakı  tezliklə  tutulmalıdır.  Əks  təqdirdə  baş  vermiş  fakt  qarşısında  çətin 
vəziyyətdə qalarıq". Digər məktubunda o, yazırdı: "Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!".
550
 
 
 
7.10.Bakı ətrafında 6 avqust-12 sentyabr döyüĢləri 
 
Avqustun  əvvəllərində  Bakı  bolşevikləri  nəinki  onların  əllərində  olan  silahları  Sentrokaspi  hökumətinə 
təhvil verməmiş, heç tabeçiliklərində olan hərbi hissələri də buraxmamışdılar. Sovet Rusiyası Bakını itirməmək 
üçün bir tərəfdən yeni hərbi qüvvələr göndərilməsi imkanlarını araşdırır, 
digər  tərəfdən  Almaniya  ilə  danışıqları  sürətləndirirdi.  Öz  növbəsində 
Almaniya  Osmanlı  dövlət  rəhbərlərinə  təzyiq  göstərir,  Bakıya  hücumu 
dayandırmağı  tələb  edirdi.  Ənvər  paşa  üzdə  bu  tələblə  razılaşsa  da, 
əslində  Bakını  azad  etməklə  müharibəni  bitirmək  istəyirdi.  5  avqust 
döyüşündən  sonra  cəbhədə  yaranmış  süstlük  almanlarda  doğrudan  da 
əməliyyatların  sona  çatması  təəssüratını  yaratmışdı.  İngilislərin  Bakıya 
daxil  olması  və  cəbhədə  iri  döyüşlərin  olmaması  xəbərini  alan  Sovet 
rəhbərliyi  də  Qafqaz  İslam  Ordusunun  əməliyyatları  dayandırmasına 
inanmışdı.  Almaniya  ilə  Rusiya  arasında  gedən  gizli danışıqlara  əsasən 
Almaniya  türklərin  Bakıya  daxil  olmasının  qarşısını  alır  və  Bakı  neftindən  pay  götürür,  sovetlər  əməliyyat 
keçirərək ingilisləri qovur və Bakının tam sahibi olurlar.
551
 Yalnız avqustun 18-də Bakıdan gəlmiş bir bolşevikin 
məlumatı  əsasında  Sovetlər  yanıldıqlarını  və  QİO-nun  genişmiqyaslı  əməliyyata  hazırlıq  görməsini  anladılar. 
Sovet  dövlətinin  rəhbərlərindən  olan  Çiçerin  (Xarici  İşlər  Komissarı)  Sovet  Rusiyasının  Almaniyadakı  səfiri 
İoffeyə  teleqram  göndərərək  türklərin  almanları  aldadaraq  döyüşlərə 
hazırlaşmasını xəbər vermiş, sonra isə Osmanlı dövlətinin Moskvadakı 
səfiri  Qalib  Kamal  bəylə  görüşmüş  və  türk  qoşunlarının  Rusiyanın 
ərazisi  olan  Bakıya  soxulmaları  barəsində  iradlarını  bildirmişdi. 
Əvəzində  türk  səfiri  demişdir  ki,  türk  qoşunlarının  məqsədi 
Azərbaycanda  dinc  əhalini  qıran  erməni  quldur  dəstələri  və  onların 
havadarlarının məhv etmək, Azərbaycan əhalisi və türk əsirlərini xilas 
etməkdir.
552
 
5  avqust  döyüşündən  sonra  Sentrokaspi  qoşunları  və  ingilislər 
bir neçə dəfə hücuma keçmək istəsələr də sonda geri çəkilməyə məcbur oldular. Lakin QİO-nun da Bakını azad 
etmək  üçün  kifayət  qədər  qoşunu  yox  idi.  Nuru  paşanın  ehtimallarına  görə,  son  hücum  üçün  5000  piyada,  2 
səhra  batareyası,  4  ağır  batareya,  bir  təyyarə  dəstəsi,  bir  telefon  bölüyü,  28  min  top  mərmisi,  mauzer  tüfəngi 
üçün 1000 sandıq və rus tüfəngləri üçün 500 sandıq güllə, 20 yük avtomobilinin olması zəruri idi. Bu siyahını o, 
avqustun  6-da  3-cü  Ordu  komandanlığına  çatdırdı.
553
  Komandanlığın  bütün  tələb  olunanları  göndərmək  üçün 
imkanları  yox  idi,  lakin  müəyyən  qədər  kömək  göstərildi.  9-cu  Ordu  tərkibindən  107-ci  alay  (Qarakilsədə 
dayanmışdı)  avqustun  9-da  Bakı  istiqamətində  yola  düşdü.  Alayda  1200  döyüşçü,  12  pulemyot  var  idi.  36-cı 
                                                           
548
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.150. 
549
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s. 340.
 
550
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.283. 
551
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.284-286. 
552
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.287. 
553
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.292. 


140 
 
firqənin bir piyada alayı və topçu bölmələrinin Bakıya  göndərilməsi əmr edildi. Bu hissələr çatana qədər əsas 
kömək milli azərbaycan qüvvələrindən gəldi. Ağdaş alayı, daha sonra Gəncədən bir hücum bölüyü, dörd piyada 
və bir pulemyot bölüyü Bakıya göndərildi. Bir neçə gündən sonra 7 zabit və 234 əsgərdən ibarət yeni milli hərbi 
hissə  Gəncədən  qatarla  Bakıya  göndərildi.
554
Abşeron  kəndlərinin  könüllülərini  toplamaq  üçün  Maştağa 
kəndində  Ləzgi  süvari  alayının  bir  bölüyü  və  bir  neçə  türk  zabiti  toplama  məntəqəsi  yaratdılar.  Sentrokaspi 
mənbələrinin verdiyi məlumatlara görə, əhali həm türk-Azərbaycan qoşunlarına qoşulur, həm də avqustun 10-
dan başlayaraq partizan xarakterli əməliyyatlar keçirirdi.
555
 
Öz  növbəsində  Sentrokaspi  qoşunları  da  döyüşlərə  hazırlaşırdılar. 
Əsas  ümid  ingilislərin  gətirəcəyi  qoşunlara  idi.  Ənzəlidə  olan  general 
Denstervil  mümkün  olan  qüvvələri  Bakıya  göndərir,  ingilis  zabitlərinin 
köməyi  ilə  Sentrokaspi  qoşunlarının  müdafiə  mövqelərini  təşkil  edir  və 
Muğanda  yerləşən  rus  qüvvələri  ilə  əlaqə  saxlayıb  onları  QİO-nun 
arxasına zərbə vurmağa çağırırdı.
556
 Kür çayı mənsəbində mövqe tutmuş 
N.Ramazanov  xəbər  verirdi  ki,  Muğandakı  rus  qoşunları  fəallaşmış, 
böyük  dəstə  Biləsuvardan  24  km  şərqdə    yerləşən  Təkliya  məntəqəsinə 
göndərilmişdir.  Rus  qüvvələrinin  şimala  doğru  hərəkətinin  qarşısını 
almaq üçün N.Ramazanov ona əlavə qüvvə: Putadan 27-ci tabordan iki  piyada bölük və bir pulemyot taqımının, 
həmçinin Gəncədən bir piyada bölüyünün göndərilməsini xahiş edirdi.
557
 QİO-nun komandanlığı Muğandakı rus 
qüvvələrinin Bakı-Gəncə dəmir yolu üçün təhlükə törədə biləcəyini nəzərə 
alaraq  N.Ramazanova  qüvvələr  verilməsini  qərarlaşdırdı,  lakin  Bakı 
ətrafındakı qoşunları zəiflətməmək üçün 107-ci alayın hissələrindən istifadə 
etdi. Alayın bölgəyə 1-ci   gələn taboru   Salyanda,   2-ci   gələn   taboru   
Ələt-Puta  istiqamətində,  3-cü  gələn  taboru  və  pulemyot  bölüyü  ehtiyac 
olarsa,  Salyana  göndərilir,  olmazsa,  Güzdəkdə  ehtiyat  qüvvə  kimi 
saxlanılırdı.
558
 
İngilislərin  bütün  mövcud  olan  qüvvələri  Bakıya  avqustun  17-də 
daşındı, həmin gün general Denstervil özü də gəldi.
559
 Bakının müdafiəsinə 
rəhbərlik  bütünlüklə  ingilislərin  əlinə  keçdi,  halbuki  onlar  bildirirdilər  ki, 
Sentrokaspi rəhbərliyi ingilislərə tabe edilmir və müstəqildir. Əslində hər bir 
hərbi 
hissəyə 
ingilis 
zabitlərinin 
göndərilməsi,  planların  ingilis 
komandanlığı  tərəfindən  təsdiqlənəndən  sonra  icra  olunmağa  başlaması  Sentrokaspi  rəhbərliyinin  tabeçilikdə 
olmasını göstərirdi. İngilis qoşunları azsaylı olsalar da güclü texnikaya malik idilər: 3 tabora 16 top, 3 zirehli 
avtomobil, 3 təyyarə ayrılmışdı, hər taborda 16 pulemyot var idi. 
Denstervil-Bakının müdafiəsini gücləndirmək üçün aşağıdakı isti-qamətlərdə iş görməyi planlaşdırırdı: 1. 
Bakının müdafiə xəttinin gücləndirilməsi (bura həm Bakının ətrafında müasir hərb işinin tələblərinə cavab verən 
müdafiə  qurğularının  tikilməsi,  həm  də  türk-Azərbaycan  qoşunlarının  geriyə  atılması  daxil  idi);  2.  İngilis 
zabitlərinin rəhbərliyi ilə Sentrokaspi qoşunlarının (əslində erməni qüvvələrinin) quruluşu və təşkilatlanmasının 
təkmilləşdirilməsi.
560
  Denstervil  və  onun  qərargah  zabitlərinin  müşahidələri  göstərirdi  ki,  Sentrokaspi 
qoşunlarında  intizam  aşağı  səviyyədədir,  bu  isə  onların  mənəvi  durumlarının  zəif  olması  ilə  izah  edilirdi.  Bu 
qoşunlar  həm  güclü  hərbi  texnikaya,  həm  də  çox  sayda  canlı  qüvvəyə  sahib  olsa  da,  zəif  intizam  və  ruh 
düşkünlüyü səbəbindən heç bir nəticə əldə edə bilmirdi. 
General  Denstervil  Bakı  ətrafında  qurulmuş  müdafiə  xəttini  ətraflı  təsvir  edir.  Belə  ki,  cəbhənin  sol 
xəttində  dayanan  Şimali  Stafford  alayının  hissələri  Bibi  Heybət 
ətrafındakı  mövqeləri  gücləndirdilər.  Mövqelərin  yüksəkliklərdə 
yerləşməsi,  səngərlərin  hərbi-mühəndis  işinin  bütün  tələblərinə  cavab 
verməsi  müdafiəni  asanlaşdırırdı.  İngilis  alayından  sağda  erməni  taboru 
mövqe  tutmuş,  ingilis  zabitlərinin  köməyi  ilə  о  da  istehkamlarda 
yerləşdirilmişdi.  Qurd  qapısı  keçidindən  başlayıb  şimala  doğru  uzanan 
sərt  qayalıqlardan  keçən  müdafiə  xətti  az  qüvvə  ilə  etibarlı  müdafiə 
qurmağa  imkan  verirdi.  Burada  ermənilərin  və  Şimali  Stafford  alayının 
qarışıq  hissələri  dayanmışdı.  Sonra  cəbhə  xətti  Biləcərinin  qərbindən  Palçıq  vulkanına  doğru,  oradan  da 
                                                           
554
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.293. 
555
Yenə orada, s.294.
 
556
Денстервиль, с.184, 189, 190, 194-195. 
557
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.297. 
558
Yenə orada, s.298.
 
559
Süleymanov M.S. Azərbaycan Ordusu, s.123. 
560
Денстервиль, с. 195, 263. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə