Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə85/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   82   83   84   85   86   87   88   89   90

156 
 
Bakı  uğrunda  döyüşlərdə  həlak  olan  türk  və  azərbaycanlı  əsgərlərin  qəbirləri  xalqımız  tərəfindən  göz 
bəbəyi kimi qorunur. 
Novxanı  şəhidliyində  hal-hazırda  bir  türk  əsgərinin  qəbri  mövcuddur.  Novxanı-Masazır  yaxınlığında 
döyüşlərdə  həlak  olmuş  türk  və  azərbaycanlı  əsgərlər  Novxanı  kəndi  yaxınlığında  dəfn  edilmiş,  lakin  sovet 
hakimiyyəti  illərində  qəbirlər  olan  ərazi  kənd  təsərrüfatı  sahələri  kimi  istifadəyə  verilmiş  və  aparılan  işlər 
nəticəsində  itmişdir.  Yalnız  bir  qəbir  1964-cü  ildə  əhali  tərəfindən aşkarlanaraq,  əsgərin  qalıqları  gizli  şəkildə 
kənd təsərrüfatı sahəsindən çıxarılıb qəbiristanlıqda dəfn edilib.
685
 
Mərdəkan  şəhidliyində  Abşeron  kəndlərini  düşməndən  qoruyarkən  döyüşlərdə  həlak  olan  igidlər  dəfn 
olunub. 
Bakı  şəhidliyi  Çəmbərəkənd  qəbiristanlığında  salındı.  Şəhidliklər  sırasında  ən  böyük  şəhidlik  olan 
Çəmbərəkənd  qəbiristanlığını  Azərbaycan  hökuməti  xalqın  and  yerinə  çevirməyi  planlaşdırırdı.  1919-cu  il 
sentyabrın 15-də şəhidlikdə xalqın topladığı vəsaitlə Bakının azad edilməsi zamanı həlak olmuş döyüşçülərin 
şərəfinə  abidə  ucaldılmağa  başladı,  lakin  1920-ci  ildə  Azərbaycan  Sovet  Rusiyası  tərəfindən  işğal  ediləndə 
abidənin  tikintisi  dayandırıldı,  30-cu  illərdə  isə  Çəmbərəkənd  qəbiristanlığı  tamamilə  dağıdıldı.  1990-cı  ildə 
Azərbaycanın  müstəqilliyi  və  ərazi  bütövlüyü  uğrunda  həlak  olmuş  20  yanvar  gecəsinin  qəhrəmanları  məhz 
burada dəfn edildi. Tarixin hökmü ilə XX əsrin əvvəli və sonunda xalqın azadlığı uğrunda canlarını fəda edən 
insanlar  bir  yerdə  torpağa  tapşırılmışdı.  Təsadüfi  deyil  ki,  Qafqaz  İslam  Ordusunun  şəhidlərinin  şərəfinə 
ucaldılmış  xatirə  abidəsi  20  yanvar  və  Qarabağ  döyüşləri  şəhidlərinin  xatirəsinə  ucaldılmış  abidə  ilə  yan-
yanadır. 
 
 
7.12. Bakı Ģəhəri sentyabrın 16-20-də. 
 
Erməni, həmçinin bəzi Rusiya və Avropa tədqiqatçıları iddia edirlər ki, Bakı şəhəri azad ediləndən sonra 
azərbaycanlılar  və  türklər  planlı  şəkildə  erməni  əhalisini  qırmağa 
başlamış və 30 min ermənini qətlə yetirmişlər. Bakıda əslində nələrin 
baş verdiyinə diqqət yetirək. 
Şəhər  azad  ediləndən  sonra,  sentyabrın  15-də  Zığ  və  Bayıl 
burunlarının hər birində bir tor batareyası yerləşdirildi, şəhərdə yalnız 
56-cı  alay,  Qara  şəhərdə  38-ci  alay  qaldı.  5-ci  firqə  şəhərdən  qərbdə, 
15-ci  firqə  Əhmədli  təpələrində  yerləşdirildi.  Cəmil  Cahid  bəy  Bakı 
mövqe komandanı təyin edildi. Nuru paşa komandirlərə son döyüşlərdə 
fərqlənmiş  zabit  və  əsgərlərə  təltif  nişanları  vermək  üçün  təqdimatlar 
yazılmasını əmr etdi.
686
 
Nuru  paşa  Bakının  alınması  barədə  Azərbaycan  hökumətinə,  Ənvər  paşaya,  3-cü  və  9-cu  Ordu 
komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq 
şiddətli  müharibədən  sonra  sentyabrın  15-də  saat  9-da  zəbt  olunub".  Ənvər  paşa  cavab  teleqramında  yazırdı: 
"Böyük  Turan  imperatorluğunun  Xəzər  kənarındakı  zəngin  bir  yurd  yeri  olan  Bakı  şəhərinin  zəbti  xəbərini 
böyük  bir  sevinc  və  mutluluqla  qarşılarım.  Türk  və  islam  tarixi  sizin  bu  xidmətinizi  unutmayacaqdır. 
Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
687
 
İstanbulda  olan  M.Ə.Rəsulzadəyə  telefonla  zəng  edən  Ənvər  paşa  onu  təbrik  etdi.  M.Ə.Rəsulzadə  öz 
növbəsində  Azərbaycan  hökumətinin  sədri  F.Xoyskiyə  teleqram  göndərib  Azərbaycan  xalqı  və  hökumətini 
böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru paşanı şəhərin azad edilməsi münasibəti ilə 
təbrik  edərkən  yazırdı:  "Millət  Sizə  minnətdardır".  Nəsib  bəy  Yusifbəylinin  fikrincə,  Azərbaycan  durduqca 
bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
688
 Sonra isə F.Xoyski ətraflı və rəsmi teleqramda Nuru 
paşa və onun komandanlıq etdiyi qoşunlara Azərbaycan xalqı və rəhbərlik etdiyi hökumət adından təşəkkürünü 
bildirmişdi.  Tarixi  qələbədən  sonra  Nuru  paşanın 
adına həm  Azərbaycandan,  həm  də  xaricdən  çoxlu 
təbriklər gəlirdi. 
Daha sonra Nuru paşa, Bakıda asayişi təmin 
etmək  üçün  Azərbaycan  hökumətinə  Gəncədən 
polislər göndərməyi xahiş etdi.
689
 
                                                           
685
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.211-212. 
686
Lakin təltif nişanları qəhrəmanlara təqdim edilmədi: belə ki, Osmanlı dövləti məğlub olmuş, Tələt paşa hökumət kabinetinin istefaya getməsini bəyan 
etmişdi; təqdimat sənədləri isə sultan tərəfindən imzalanmadı (Yuceer N. Birinci Dünya savaşında, s.122). 
687
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.359. 
688
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.360. 
689
Yenə orada, s.357.
 


157 
 
Xəlil  paşa  ilə  birlikdə  sentyabrın  16-da  şəhərə  girəcəklərini  bildirən  Nuru  paşa  Mürsəl  paşaya  şəhərin 
girəcəyində  qoşunların  rəsmi  keçidini  hazırlamağı  xahiş  etdi.  Qırmızı  Qışla  adlanan  yerdə  sentyabrın  16-da 
parad keçirildi. Burada Xəlil paşa, Nuru paşa, Ə.Şıxlinski, H.Səlimov, Azərbaycan hökumətinin üzvləri iştirak 
etdilər.  Rəsmi  keçiddə  38-ci,  9-cu,  10-cu,  13-cü,  106-cu  və  107-ci  alaylar,  2-ci  mürəttəb  süvari  alayı, 
Azərbaycan hissələri, 59 pulemyot, 50 top iştirak etdi. Süleyman İzzət bəy qoşunların düzülməsi barəsində Xəlil 
paşa  və  Nuru  paşaya  məruzə  etdi.  İki  saat  çəkən  mərasimdən  sonra  qoşunlar    təntənəli  sürətdə  şəhərə  daxil 
oldular. Qoşunlar meydandan (hal-hazırda burada M.Əzizbəyovun abidəsi dayanır), indiki Parlament prospekti 
ilə  Çəmbərəkənd  qəbiristanlığı  tərəfə  (indiki  Şəhidlər  Xiyabanının  yanı),  oradan  isə  Şəhər  Duması  binası 
qarşısına, oradan da   sahilə tərəf keçdilər və
 
Xəzər dənizinə yaxın meydana (hal-hazırda M.F.Axundov adına 
Milli Kitabxana ilə üzbəüz olan meydan) çatdılar. Bütün xalq küçələrə çıxaraq qalibləri salamlayırdı. Meydanda 
Nuru  paşa  əsgərlər  və  əhali  qarşısında  çıxış edərək  bildirdi  ki,  din,  dil  və  irq  ayrılığına  yol  vermədən  durum 
yaradılacaq,  insanların  canları  və  mallarına  toxunulmayacaq,  hamıya  qarşı  eyni  qanunlar  tətbiq  ediləcək. 
"Metropol"  otelində  ayaqüstü  ziyafət  təşkil  ediləndə  şəhər  müsəlmanları 
oteli əhatəyə alaraq qəhrəman sərkərdələri salamlayırdı.
690
 
"Bristol"  otelində  verilən  ziyafətdən  sonra  Xəlil  paşa  H.Z.Tağıyevin 
evində,  Nuru  paşa  "İsmailiyyə"  ilə  üzbəüz  olan  mehmanxanada,  Mürsəl 
paşa  vaxtı  ilə  Müzəffərəddin  şahın  qonaq  olduğu  mehmanxanada  qaldılar. 
Bakının azad edilməsi Qurban bayramı ilə üst-üstə düşdüyündən komandan 
azərbaycanlı döyüşçülərin üç günlük evə buraxılmasına icazə verdi. Yalnız 
Əhmədli, Keşlə, Sabunçu və Balaxanıda kiçik süvari hissələri saxlanıldı ki, 
asayiş təmin edilsin.
691
 
Sentyabrın 16-da QİO-nun qərargahı Bakıya köçürüldü. 9-cu, 10-cu, 13-cü, 106-cı piyada alayları, 5-ci 
Qafqaz piyada firqəsinə 38-cu, 56-cı, 107-ci piyada alayları isə 15-ci piyada firqəsinə tabe edildi. 5-ci firqənin 
hissələri  Bakı  ətrafında  mövqelər  tutdu.  Onlar  Abşeron  yarımadasının 
dənizdən  mühafizəsini  təşkil  etdi.  15-ci  firqə  və  ona  verilmiş 
Azərbaycan  hissələri  Suraxanı,  Sabunçu  və  Balaxanıda  yerləşdirildi, 
sahil  xəttinin  mühafizəsindən  başqa  onlar  göstərilən  kəndlər,  həmçinin 
Ramanı, Bülbülə, Keşlədə asayişi təmin etməli idilər.
692
 
Sentyabrın  17-də  İstanbul  qəzetləri  Bakının  azad  edilməsini  bir 
müjdə kimi manşetə çıxarsa da, ingilis və alman mətbuatında bu xəbər 
bir üzüntü kimi verildi.
693
 Əgər türklər tərəfindən açıq döyüşdə məğlub 
edilmiş ingilis tərəfinin qəzəbini başa düşmək olardısa, alman tərəfinin 
iradlarını  anlamaq  olmurdu.  Bu  bir  daha  göstərdi  ki,  siyasətdə  müttəfiqlik  anlayışı  mücərrəd  anlayışdır: 
Almaniya müttəfiqin qələbəsinə sevinmək əvəzinə Bakını əldən verməsinə qüssələnirdi. 
Şəhərdə  asayişin  bərpa  olunması  üçün  Nuru  paşa  Cəmil  Cahid  bəy  qarşısında  konkret  tələblər  qoydu. 
Yüzbaşı  Səlahəddin  bəy  öz  xatirələrində  yazırdı  ki,  hələ  sentyabrın  14-də  səhər  türk  qoşunları  şəhərə  daxil 
olmadan alman zabiti Parakuin ilə Xəlil paşa arasında münaqişə baş verdi. Bakıya hər vəchlə alman qoşunlarını 
gətirməyə çalışan və buna nail olmayan polkovnik - leytenant Parakuin çox maraqlı sözlər işlətmişdi. O, dənizdə 
şəhərdən  qaçan  düşmən  gəmilərini  göstərərək  demişdi:  "Qaçan  düşmən  deyil,  sizin  zülmünüzdən  qorxan 
ermənilərdir.  Yazıq  ki, siz  dünyanın  ən namuslu  və  çalışqan  milləti  olan ermənilərə  bu  zülmü  etməklə  tarixin 
tənəli damğasını yediniz".
694
 Alman zabitinin söylədikləri Xəlil paşanı təəcübləndirdi, çünki qoşunlar heç şəhər 
məhəllələrinə  yaxınlaşmamışdı,  alman  zabiti  isə  artıq  "zülmə"  düçar  olmuş  ermənilərin  "şərəfinə"  nitq 
söyləyirdi.  Bakıya  gəlmiş  alman  polkovniki  Parakuin  şəhərə  daxil  olar-olmaz  burada  xristianların  qırılmasını 
demiş  və  şəhərdə  asayişin  bərpası,  almanların  həyat  və  əmlaklarının  qorunması      üçün  mütləq  alman  silahlı 
qüvvələrinin azı bir taborunun şəhərə yeridilməsini Xəlil paşaya təklif etmişdi. Rədd cavabı aldıqda o, israrla 
şəhərdə  xristianların  öldürülməsini  bildirmiş,  və  yenə  alman  piyadalarının  şəhərə  gətirilməsinin  vacibliyini 
vurğulamışdı. O, qəti olaraq bir daha rədd cavabı aldıqda bütün alman zabitlərinin   Şərq   Ordular   Qrupundan   
gedəcəyi   ilə   hədələmiş   və gözlənilmədən Xəlil paşadan: "Azadsınız! Gedə bilərsiz!" cavabı aldıqda çaşıb 
qalmışdı.  Özünü  Xəlil  paşanın  hərbi  məsləhətçisi  sayan,  türk  ordusunun  qazandığı  uğurların  bir çoxuna  adını 
yazdıran Parakuin bircə anın  içində alman     ordusunun minlərlə polkovniklərindən birinə çevrildi. Lakin artıq 
gec idi, fikrindən daşınmayan Xəlil paşa bütün  alman zabitlərini  toplayıb  Tiflisə göndərilməsini əmr etdi. Son 
olaraq  Parakuin  Bakıda  olan  İran,  Danimarka  və  İsveç  konsullarına  müraciət  edib,  şəhərdə  xristianların 
                                                           
690
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.179,182. 
691
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.358. 
692
Yenə orada, s.367.
 
693
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 170-171. 
694
Yuceer N. Birinci Dünya savaşında, s.124-125. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə