124
xolera, malyariya kimi xəstəliklər döyüşçüləri uzun müddətə sıradan çıxardır, hətta onların ölümünə səbəb
olurdu.
425
Təkcə yuxarıda sadalanan problemlər deyil, ərazidə yerləşən silahlı dəstələrə malik erməni kəndlərinin,
QİO-nun arxasına zərbə vurmaq ehtimalı da hücum əməliyyatına əngəl ola bilərdi. Əmirovun dəstəsinin
iyunun 30-da Göyçaya hücumu belə təhlükənin əvvəlcədən aradan qaldırılmasını tələb edirdi. Göyçay döyüşü
bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə rəhbərlik
edərək Söyüdlü və Qayabaşı ermənilərinin dəstələrini ləğv etməyi tapşırdı. Tapşırıq yerinə yetirildi, erməni dəs-
tələri və onların sığınacaqları dağıdıldı. Şəki milli dəstəsinin komandiri Həqqibəy Nic və Söyüdlü kəndlərini
nəzarət altına aldı. Gəncə mövqe komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə döyüşlərdən sonra
meşələrə və dağlara səpələnmiş kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata keçirmək əmri
verildi. İyulun l-dən-4-dək Pəzəvəngə və Qırdadu kəndləri tutuldu, İvanovka kəndi ətrafında 10-cu alayın bir
taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini məhv etdi (çoxlu sayda silah və 2 top qənimət
kimi götürüldü), Çanaqbulaq kəndi nəzarət altına alındı. Təmizləmə əməliyyatları döyüş şəraitində
keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7 zabit və 39 əsgər həlak olmuş, 9 zabit və 93
əsgər yaralanmış, 1 zabit və 74 əsgər itkin düşmüşdü.
426
İtkin düşənlərin çox olması QİO tərkibində xüsusi
axtarış-xilasetmə və çevik tibb hissələrinin olmaması ilə izah edilir. Meşəli dağ şəraitində yaralanan, yıxılaraq
əzilən əsgərlər əsas qruplardan aralı düşürdü. Onların axtarılması üçün
nə kifayət qədər qüvvə, nə də vaxt var idi. Yerli sakinlərin xatirələri
göstərir ki, itkin düşənlərin cüzi hissəsi ətraf azərbaycanlı
kəndlərinin əhalisi tərəfindən xilas edilən yaralı döyüşçülər sağalandan
sonra öz qoşunlarına qayıtmışdı. Əksər yaralılar çoxlu qan itirməsi və
tibbi yardımın göstərilməməsindən, bəzən də susuzluqdan həlak olurdu.
Bir çoxlarının cəsədi sakinlər tərəfindən həlak olduqları yerdə dəfn
edildiyindən indiyənədək həmin rayonlarda tək-tək türk və azərbaycanlı
əsgərlərin qəbirlərinə rast gəlinir.
İyulun 4-də 5-ci Qafqaz firqəsinin qoşunları aşağıdakı mövqelərdə dayanmışdılar: Müsüslü kəndindən
şərqdə - Müsüslü dəstəsi; ondan şimalda, Qaraməryəmə çatmamış - Mürəttəb türk süvari alayı; Qaraməryəm və
ondan şimalda - 13-cü piyada alayı; qruplaşmanın şimalında, İsmayıllıyadək - 10-cu Qafqaz piyada alayı.
Mərkəz Ağsu xəttinə düşürdü. Döyüşlərin ağırlığının da bu hissədə cəmləşdiyi ehtimal edildiyindən Nuru paşa
Ağsuya gəlmişdi. Burada hücum planı tərtib edilərək əmrlər verildi. Əməliyyat iyunun 5-də aşağıdakı is-
tiqamətlərdə aparılmalı idi: qayməqam H.Səlimovun rəhbərliyi ilə Müsüslü dəstəsi dəmir yolu xətti boyunca
irəliləyərək Kürdəmirə hücum edir və onu azad edir; Mürəttəb türk süvari alayı Xəlilli -Qarasaqqal
istiqamətində hərəkət edir, Kürdəmir - Ağsu xəttini kəsir ki, Kürdəmirə şimaldan kömək gəlməsin; 13-cü piyada
alayı boyu məsafə qət edərək Ağsu - Şamaxı xəttini kəsməli; 10-cu piyada alayı Ağsunun şimalındakı dağların
yamacları ilə hərəkət edərək Gürcüvana çıxmalıydı. Arxada dayanan Göyçay dəstəsi düzülüş xəttindən sızmış
erməni dəstələrini məhv etməli, İvanovka-Qoşakənd xəttində əsas qüvvələrlə birləşməliydi.
427
Topçu hissələri
və milli süvari hissələr alaylar arasında bölüşdürülmüşdü.
Döyüş əmrinin təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir. Sovet qoşunlarının əsas qüvvələrinin Ağsu
ətrafında cəmləşməsi nəzərə alınaraq əsas zərbə Kürdəmirə deyil, məhz Ağsu istiqamətində vurulurdu. Bu
zaman Ağsuya hücum üzbəüz deyil, yanlardan yönəldilirdi. Belə ki, 13-cü alay cənubdan, 10-cu alay şimaldan
irəliləyərək Ağsunun şərqində düşmən qüvvələrini mühasirəyə almalı idi. Mühasirə təhlükəsi, Ağsu-Kürdəmir
yolunun süvarilər tərəfindən kəsilməsi Kürdəmirin Müsüslü dəstəsi tərəfindən tutulmasını asanlaşdırardı.
Müsüslü dəstəsinə əlavə qüvvələrin verilməməsi Kürdəmirə qərbdən yalnız bataqlıqlar arasındakı dar ərazidən
irəliləməyin mümkünlüyü ilə izah olunur. Göyçay ətrafında 30 iyun hadisəsi təkrarlanmasın deyə döyüş
düzülüşündən arxada Göyçay dəstəsi təşkil edilmişdi. Əsasən milli hissələrdən ibarət olan dəstə düşmənin qəfil
hərəkətlərinin qarşısını almalı, eyni zamanda firqənin ehtiyat qüvvəsi rolunu oynamalı idi (nəzərə almaq
lazımdır ki, 3-cü ordudan istənilmiş əlavə qüvvələr, о cümlədən 38-ci alay hələ gəlməmişdi). Göyçay dəstəsinin
tədricən şimala doğru yönəlib Qoşakənd istiqamətində irəliləməsi əmri onunla bağlıdır ki, komandanlıq
hücumun sonunda məhz sol (şimal) cinahın vacib Şamaxı istiqamətinə çıxmasını nəzərə almışdı.
İyulun 5-də səhər başlayan döyüş ağır şəraitdə keçdi. Müsüslü dəstəsi güclü müqavimətlə üzləşərək
Kürdəmirə çətinliklə yaxınlaşdı, günün axırınadək stansiya və kəndi tuta bilmədi, lakin düşmən xeyli itki verdi.
Mürəttəb türk süvari alayı vəzifəsini yerinə yetirmişdi. 13-cü piyada alayı onun qarşısında dayanan düşməni
əzsə də günün axırınadək Şamaxı-Ağsu xəttini kəsə bilmədi. 10-cu piyada alayı düşməni darmadağın etmiş,
lakin dağlıq əraziylə irəlilədiyindən və göstərilən mövqeyə vaxtından gec çatdığından mühasirə yarada
425
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92-93.
426
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.312-313.
427
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.222.
Dostları ilə paylaş: |