324
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Məni Məcnun, canı candan elədin,
Canım almaqda xiridar kimisən.
Mən gümüş bir gecəyəm, bilməyəcəm,
Süd kimi, ya aya oxşar kimisən.
Mən susuz, bağrı yanıq bir təşnə,
Sən bir ağ şanı, qızıl nar kimisən.
Ağ əlin saçlarımın ağ tacı,
Könlümü, ruhumu oxşar kimisən.
Mən sarı simlərə vurğun tarçı,
Sən “Humayun” oxuyan tar kimisən.
Qar bilib ağzıma təpdim odu mən,
Ey Günəş, kimdi deyən qar kimisən?
Sənə tək ömrümü versəm az olar,
Sən iki aləmə memar kimisən...
Türkan, 8 mart 1979
***
Hara getsəm, harda olsam
Qismət gəlib tapar məni.
Alovlanan dan yerinin
Təndirinə yapar məni.
O – günəşdir, mən səmayam,
O – dənizdir, mən – bir çayam.
Sanar lalə toxumuyam,
Yer üzünə səpər məni.
325
Mənə şair balam deyər,
Vəsf eləyər, oxşar, öyər,
Kirpiyilə çalar, döyər,
Gözlərilə öpər məni.
Səadətim ağ ovcunda,
Canım saçının ucunda.
İki əsrin ayrıcında
Gözləyir bir çapar məni.
Əzrayılın işi düyün,
Vurğunuyam mən gülümün.
Bir baxışı min ölümün
Caynağından qapar məni.
Mən məhəbbət məbədiyəm,
Xalqım kimi əbədiyəm.
Bu gün itirsələr, nə qəm,
Sabah xalqım tapar məni.
1979
TƏZƏ ƏMƏKDAŞ
(Zarafatyana)
İlk dəfə görəndə gözüm qamaşdı,
Hansı mavilikdən enib gəlmisən?
Qızılgül dodaqlar necə qımışdı,
Ovcu şehlə dolu qərənfilmisən?
Hansı mavilikdən enib gəlmisən?
Yox, pıçıldamadım, ucadan dedim
Günəşlə yanyana əyləşən qıza:
Təzə bahar gəlib otağımıza.
326
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Uçub dövlət quşu, səadət quşu
Qonub çiynimizə, budağımıza,
Təzə bahar gəlib otağımıza.
Otaq bir azca dar, stullar da az,
Nə sənin yerin var, nə mənim yerim.
Yox... məgər günəşə yermi tapılmaz?
Gəl, gözüm üstündə sənə yer verim.
Divanda həm sənin, həm mənim yerim.
Məgər çoxmu vacib ayrıca masa?
Bir divan da yetər divanələrə.
Yanında bir azca yer mənə qıysan,
Dönərəm qanadlı təranələrə.
Bir divan da yetər divanələrə.
Necə genişləndi otaq, ay aman!
Gül əllər güldana bir gülşən yığıb.
Dünya cənnətinə çevrilib divan,
Bura göylər boyda səadət sığıb,
Gül əllər güldana bir gülşən yığıb.
Mirzağa müəllim arxayın olsun,
Daha düzəlmişdir intizamımız.
Bizi ovsunlayıb ülvi bir ovsun,
Vaxtında gəlirik işə hamımız.
Daha düzəlmişdir intizamımız.
Doymaz təşnə könül təravətindən,
Hər gün gözlərimiz gülər, görüşər.
Sənin günəş boyda səadətindən
Bizə də təbərrik bir şüa düşər.
Hər gün gözlərimiz gülər, görüşər.
Sentyabr, 1979
327
SƏNƏ CAN ATIRAM
Ən vacib işləri yarımçıq qoyub,
Sənin görüşünə can atıram mən.
Çovğunla, buludla döyüşdən doyub,
Bir sevdalı günə can atıram mən.
Gülümsər gəlirəm sənin yanına,
Təzətər gəlirəm sənin yanına,
Quduran qəmləri boğub birtəhər,
Bəxtəvər gəlirəm sənin yanına.
Bir az xəbərsizsən tufanlarımdan,
Xəbərin yoxdu ki, dəliyəm, dəli.
Xəbərin yoxdu ki, necə rəzildir
Yuz tonluq çəkməmə sarmaşan zəli.
Öncə yolsuzları yola çəkməli,
Sonra gəlməliyəm sənin yanına.
Ən vacib işləri yarımçıq qoyub,
Gülüm, can atıram eşq ünvanına!
Gəlirəm, məlhəm qoy yaralarıma,
Qılıncam, itilə, bülövüm ol sən.
Ocağam, gurhagur alovum ol sən.
Bütün cındırları yandıra bilək.
Bütün qorxaqları, ağciyərləri
Cəsur xalqımızın adından silək!
Gəlirəm, gözümdə alovlu bir qəm,
Fikir ver qanımda qaynar axına.
Hər şeyə dözsəm də, dözə bilmirəm
Başıpapaqlının qorxaqlığına!
Ən vacib işləri yarımçıq qoyub,
Gülüm, can atıram sənin yanına.
328
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Sənin şəfqətinə, mehrinə uyub,
Can atıb uçuram eşq ünvanına!
Ən vacib işləri yarımçıq qoyub,
Sənə can atıram büllur dənizim.
Hardasa uyuyan tufanlarını
Qayalar başına qaldır, əzizim.
1980
UNUDULMAZ O GECƏ...
Məni xoşbəxt elədin sən yenə, ey gül, təzədən.
Ürəyim güllü bahar qaynağı, saçda təzə dən.
Təzədən təxt verib sən məni ağbəxt elədin,
Yenə zülmət gecəyə şölə salıb nur çilədin.
Gəldin ağ donda, uçan, nazlı mələklər sayağı,
Başımın tacına döndü o zərif, gül ayağın.
Sən cəsursan, bilirəm, sən ana tərlan kimisən,
Sən dəniz könlümə dolmuş yeni tufan kimisən.
Qapılar, pəncərələr, evlər açıq, yollar açıq.
Təkcə tellər, qara tellər azacıq sıx, dolaşıq.
Tellərin boynuma zəncir kimidir, vurğununam.
Bir düzüm ləl, cəvahir kimidir, vurğununam.
Oxşadım saçlarını, üzgözünü, kirpiyini,
Lapdan al güllər açan ağ butalı örpəyini.
Unudulmaz bu vüsal, gül dodağın püstə iyi,
İllah, illah ki, kətan köynəyinin istiliyi.
329
Nəfəsim saçlarına çəkdi daraq, vurdu şana.
Üzüyün ulduza döndü, evimiz kəhkəşana.
Sən cəsursan, bilirəm, sən dişi arslan kimisən,
Sən mənim qarlı bağımda təzə reyhan kimisən.
Unudulmaz bu təmizlik, bu həya, ürkəklik,
Mən yenilmiş laçınam, sənsə yenən bir kəklik.
3 yanvar, 1980
NECƏ İNANARDIM GÜL DODAQLARA
Mən səni ilk dəfə səhnədə gördüm,
İncə, ağ əllərin kaman çalanda.
Yox, kaman, çalmadın, könlümü çaldın
Ağlımı başımdan aldın bir anda.
Elə sən özün də canlı musiqi,
Könlümü yandıran kaman olanda,
Axdı pərdəpərdə BayatıŞiraz,
Kainat yerləşib gördüm salonda.
Bu, hansı möcüzə, bu, hansı tilsim?
Göylərdənmi enib bu ay, bu ülkər?
Bəlkə mələk donu geyinib gəlib
Nəfəsli dürdanə, gülümsər gövhər!
Boynunu bir azca əymişdin yana.
Ağ alnına düşən qara tel qıvrım.
Əlində titrəyən kəmanəydimi,
Ya od tanrısına təslim ildırım!
Bir gün uçauça gəldin yanıma,
Gözüm inanmadı səadətimə.
Dostları ilə paylaş: |