124
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Zəqqum, kor qaranlığa girər işıq salaraq
Çalmasında on iki qızıl qırmızı zolaq.
“Mən sizin qüdrətiniz, sizin cürətinizəm.
Pərakəndə vətəndə rəylər vəhdətinizəm.
Sizəm. Sizin üçündür bu döyüşüm, bu cəngim,
Şeirim, tacım, çələngim!
Hey! Ləngimə! Hər kəsin bircə qırpım vaxtı var.
Yalnız cəsur qəlblərin azadlıq paytaxtı var!”
Dillə söyləməsə də belə söylər işilə,
Uçar qanadqanada neçə ərlə, kişilə.
Qızıl bayraq yerinə dan yerini daşıyar,
Bircə ömrün içində neçə ömür yaşayar.
Çaldırandan aralı, Ərdəbil civarında,
Kərbəla kənarında
O, bir gün həmişəlik gözlərini yumanda,
Yağışda, ya dumanda,
Yerdən torpaq götürüb hər kəs qəbrə atanda,
Təktək olar dərk edən tabutdadır inci, dür.
Ağ kəfənə bürünən elə bəlkə özüdür.
Az tapılar bu sirri anlayan, ya anladan:
Hələ dünən onlarla bir süfrədən duz dadan.
Çörək yeyən, su içən, şeir oxuyan o adam
Enib gəlmişdi yerə ulduzlar arasından.
Onu dərk etmədiniz, gömülmədi məzara,
Yenə qoşuldu getdi aylara, ulduzlara.
1950
DOĞMA TƏBİƏT
Kimin hünəri var ovsunlanmasın,
Gəlsin, bu ölkədən biganə keçsin?!
Gülzar Lənkəranda bahar payızın
Limon işığını gözüylə içsin.
125
Bir şaxə üstündə yeddi naringi,
Allahlıq eləyən Günəşə əhsən.
Səmadan qoparıb ayı, ülkəri
Sanki Astaraya səpələyibsən.
Abşeron şanısımin can dərmanı,
Mirvari qumların batar zərinə.
İçib al günəşin şüalarını,
Axıdar ellərin ürəklərinə.
Bir cüt xəzinədir Bilgəh, Nardaran,
Zəfəran tarlası – qızıl dan yeri.
Gör hansı eşq ilə çıxar qonçadan
Onun nur telləri, işıq telləri.
Natəvan ruhudur incə qərənfil,
Nigarın rəngi var qızıl gülümdə.
Qar altından çıxan nərgizi od bil,
Həcəri yaşadır zərif könlündə.
Tutaş ormanlarım – tanrı töhfəsi,
Necə şax dayanar gör bahar çağı
İgid biləyi tək palıd şaxəsi,
Pəhləvan pəncəli əncil yarpağı.
Sıx qızıl narımı, nur damsın cama,
Kəhrəba almalar – ulduzdur, aydır.
Mənim Göyçayıma, Talıstanıma
Payızda dübarə bahar qayıdır.
Qobustan qoruğu – sabahlı keçmiş,
Əzəmət yaşayır daş paltarında.
Yüz əsri, min əsri əyninə geymiş
Məğrur, alnıaçıq qayalarında.
Xallı pələnglərim sərt qayalıqda
Uyuyar dağların hökmdarı tək.
Kirpik də çalmadan yanından keçən
Qorxusuz ovçular başqa bir pələng.
126
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hələ od baxışlı şirlər, bəbirlər
Süzər təmkin ilə yanyörəsini.
Bir tüfəng səsindən qəzəblənəndə
Sökər pəncəsilə Yer kürəsini.
Əgər Yer kürəsi bir kaman olsa,
Mənim çinarlarım kamanda oxdur.
Böylə bir təbiət, ülvi məmləkət
Bəlkə heç əzəldən cahanda yoxdur.
Gəzirəm... sevincdən gözlərim nəmli,
Ovcumda Göygölüm mavi fincanım.
Sən – Babək qılınclı, Sabir qələmli,
Üzeyir nəfəsli Azərbaycanım!
Gəzirəm... qüdrət ver, cürət ver mənə,
Səni vəsf eləyim ömrüm uzunu.
Şeirimə bəxş elə vəzn əvəzinə
Daşqın çaylarının gurultusunu.
Mənə ildırım ver qələm yerinə,
Dəftərim Muğanın sinəsi olsun.
Bəşər dənizində Azərbaycanım
Ən böyük səadət ləpəsi olsun!
Bakı, 28 mayıs 1959
APARDI SELLƏR SARANI
“Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Sürmə gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Gedin deyin Xançobana:
Gəlməsin bu il Muğana.
127
Muğan batdı nahaq qana.
Apardı sellər Saranı,
Bir uca boylu balanı”.
Yox, bunu görməyin Arpa çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı.
Süngülər qəlbləri dəlib keçəndə
Qansız cəlladların qəlbimi yandı?
Bakı bağlarından gəlib keçəndə
Gördü ağ şanını, ağzı sulandı.
Qucağı səfalı gözəl bağlarım,
Dişləri göynədən buz bulaqlarım,
Hər ləpəsi qızıl Arazım, Kürüm,
O ziyad balığım, xəşəmim, kürüm.
Çöllər yaraşığı şux ceyranlarım,
Sərin yaylaqlarım, sıx ormanlarım.
Mərəndin, Şəkinin gülü, gülzarı,
Böyük Füzulimin əlyazmaları.
Aran turacları, dağ kəklikləri,
Qəzvinin, Makunun gözəllikləri.
Ürəklər yandıran kamanım, tarım.
Yeraltı, yerüstü Ermitajlarım.
Öküz dərisinə yazdığım yazı,
O Babək qalası, bu Qız qalası.
Hər daşın altında sərvətim, zərim,
Boxçada cehizlik mirvarilərim,
Lap o gümüş camım, zərli fincanım,
Dünyanın behişti Azərbaycanım
İştaha gətirdi qəsbkarları,
Yağlı quyruq gəzən canavarları.
Kəsildi bağlarda bülbülün səsi,
Yad atlar tapdadı bağı, bostanı.
128
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Yazıldı “Gülüstan müqaviləsi”,
Pozuldu yurdumun min gülüstanı.
Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin yaralarını.
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu
O sahildə, bu sahildə.
Ölkə yandı, Vətən yandı,
Qızıl pul tək xırdalandı.
Dövlət getdi, var talandı
O sahildə, bu sahildə.
Birbirindən cüda düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neyləmişdik
O sahildə, bu sahildə?
Füzulim bir qəmli neydi,
O birdəmi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə, bu sahildə?
“Şəbihicran yanar canım,
Tökər qan çeşmigiryanım,
Oyadar xəlqi əfğanım”
O sahildə, bu sahildə!
Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildə!
Dostları ilə paylaş: |