262
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“Aş dəniz aşqın dəniz
Daş dəniz, daşqın dəniz!”
Alsın bizi sırtına
Pakizə bir fırtına!
Dörd şamın qırağında düşünür dörd dilavər
İldırımdan, səmumdan, qasırğadan güclülər.
Xoş gəlib Türkanıma qasırğadan güclülər!
1987
TÜRKAY BALAMA LAYLA
Qoyulmursan hələ yerə... əl üstəsən, diz üstəsən.
Bələkdə yox, beşikdə yox, neçəneçə göz üstəsən.
Anan səni öpərqucar... Sevincindən atan uçar.
İki baban, iki nənən sənə heyran, sənə qəmxar.
Kim deyir ki, körpə zoğsan... Ya südəmər tumurcuqsan.
Beşiyindir bu planet, sabah qalxıb uçacaqsan.
Qızıl bürcüm, polad qalam... Qırxı təzə çıxmış balam!
Hardan bildin düşmən də var, yumruğunu sıxmış balam!
Mən qadanı alaram da, sənə qurban olaram da.
Anan əgər yorularsa, özüm layla çalaram da.
Həm ulduzum, həm ayımsan, Himalayım,
Hümayımsan.
Adın boyda bir aləmə işıq salan Türkayımsan.
Gül dodağın süd qoxulu... kirpiklərin bal yuxulu.
Nəvələrdən ilk cocuğum... boy at,
böyü buğumbuğum.
Ey sabahdan gələn səda! Oyna, çırpın, yat, uyu da.
Mənim arzum göy boydadır, sən hələ bir qönçə boyda.
Sən hələ bir tər bənövşə, ey sabahkı polad qalam,
Qalx, qanadlan al günəşə...Türkay balam,
Türkay balam!
1987
263
AZƏRBAYCAN
“Azərbaycan, mənim tacım, taxtım oy,
Oyanmazmı kor olası baxtım, oy?!”
Almas Yıldırım
Bu beyti eşitdim Rəfiq Zəkadan,
Gözümdən sıçradı yaş damladamla.
Fikrimdə canlandı bir ulu insan,
Baş əydim önündə bir ehtiramla.
Azərbaycan, mənim tacım, taxtım, oy,
Oyanmazmı kor olası baxtım, oy?!
O qanlı illərin qan çanağından,
Sıyrılıb qurtuldu Almas Yıldırım.
Qurtuldu ölümün mancanağından,
Sanki bir qurd oldu Almas Yıldırım.
Ağrısı ovundu Ağrı dağında,
Qartal oylağında, şir yatağında.
Gözündə parladı ulduzlu sancaq,
Aylandı gözündə türlü muradı.
O, Ana Vətəndə yaşadı, ancaq
Yavru vətən deyə bəzən ağladı.
Azərbaycan, mənim tacım, taxtım, oy,
Oyanmazmı kor olası baxtım, oy?!
Azərbaycan, can vermişik adına,
Canımızdır adındakı “can” sənin!
Soyuq qəlblər yana bilməz oduna,
Namus sənin, şərəf sənin, şan sənin!
Azərbaycan, mənim tacım, taxtım, oy,
Oyanmazmı kor olası baxtım, oy?!
1988
264
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
ŞUŞAM
Kor bir adam işığa,
Müsəlman Kərbəlaya,
Sevgili öz eşqinə
necə, bil, can atırsa
o cür can atdım sənə.
Dünyanın ən məğrur ucalığında,
Göylərin ovcunda yaşayan Şuşam!
Məğrur qartallara aşiyan Şuşam!
Aya, ulduza bacı,
Pənah xanın qılıncı.
Torpağına müqəddəs kişi qanı tökülmüş
İbrahim xanın tacı, qayğı möhtacı – Şuşam!
Nə atla gəlmişəm, nə də maşınla,
Şahin qanadlarımla uçauça gəlmişəm.
Sənin bal havanı məlhəm bilmişəm
Neçə illərdən bəri göyümgöyüm göynəyən,
Sızımsızım sızlayan
İsti yaralarıma!
İcazə ver, əyilim, içim barı bir ovuc
Xan qızı bulağının pak dirilik suyundan.
Keçim cənnət qoynundan.
Doqquz yüz bulağını birdənbirə nuş edim,
Ovcumda daşının izləri qalsın.
Alıb caynağına dağı qaldıran
Bir dağ laçını
Sərin kölgəsini üstümə salsın.
İsmətli bir qızın pak əllərilə
Özün beşon damla səp
Bağrımı yandıran cəhənnəmlərə.
265
Məgər kar aşarmı beşüç damladan?
Yanıram qayada tək lalə kibi.
Zarıslı nəhrilə Xəlfəli çayı
Tökülsün təpəmdən şəlalə kibi!
Mərd ağlamaz! deyiblər,
Yoxsa bir cüt qolumu səmalarca açardım,
Üçmıxdan o Qoşa minarənədək
Qucardım səni.
Dolanardım başına... hər qayana, daşına
Göz yaşımı səpərdim.
Kol dibindən tapardım bir Xarı bülbülünü,
Minmin adsız gülünü əyilərdim, öpərdim.
Sənmi ağlayırsan, göz yaşını sil!
O hansı alçaqdır, o hansı rəzil
Doğma Xocalıdan, Malıbəylidən
Çıxarmaq istəyir qaçqın balanı?
Bircə bənövşənə qıymayan Xəlil
Tapdalayar onun gürzə başını.
Ağlama, baş əymə, sil göz yaşını!
“Əziziyəm, Qarabağ
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnət olsa da
Yaddan çıxmaz Qarabağ.”
Kimindir bu bayatı?
Tehran qəbiristanında ömrügünü, həyatı
Bir ovuc külə dönmüş
Uzaq məlakəninmi?
Mamırlı başdaşına qonan bir bülbülünmü?
Qürbət saraylarında
Cıdır düzü nəfəsli bircə udum havana
266
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Həsrət qalıb boğulan
Gövhər ağa kibi gülnəfəs Şüşam!
Açılmış Quran tək müqəddəs Şuşam!
Əl boydaca köksündə dərd dənizi ləpələnən,
Oğulları, qızları diyardiyar səpələnən,
Səma könüllərə dar qəfəs Şuşam!
Yanıb, yanıb külə dönən,
Kül içində bir daha Səməndərə çevrilən
Alov qanadlı Şuşam!
Qartımış qayaları almaz külüngüylə yox,
Kirpiklərilə sökən Fərhad inadlı Şuşam!
Darmadağın edəcəksən qanqırmızı nəqşələri,
Haqq divana çəkəcəksən insan donlu vəhşiləri.
Rüsvayçılıq divarına mismarlayıb Kremli sən,
Necə varsan, elə görün! – deyəcəksən.
Çıxardıb dar deşiyindən azğınları, quzğunları,
Tanıdacaqsan bəşərə alçaqzadə məlunları.
Sınaq çağlarındasan, çəkinmə, bir də şığı.
Mənim yüzyüz yaramın tək bircə məlhəmi var –
Adsız mərdlərinin qəhrəmanlığı!
Ağdam-Şuşa,
şənbə, 27 avqustos 1988
Dostları ilə paylaş: |