252
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Mənim əsrim sona yetir.
Səmaforda yaşıl işıq,
“Uğur”! deyən sarı bayraq...
Sürət böyük, mənzil yaxın...
Əsrimizin bu çağında
Mən bir müjdə sorağında,
Mən muştuluq gözləyirəm.
Qarşıda bir yeni era...
O qüdrəti dağ başından səsləyirəm
İlk gününü, ilk anını
Gözlərimin giləsində,
ürəyimin pərdəsində,
Dərindərin guşəsində bəsləyirəm, gözləyirəm.
Sən deyirsən: Gözətdəmə! Öldürülüb.
Mən deyirəm: Dipdiridir.
Bəlkə tonton saxsı içrə
Təkcə qalan mirvaridir.
Sən deyirsən: Gəmiriblər, sümürüblər.
Çox didilib, çox talanıb.
Dönədönə şaqqalanıb,
Neçə yerə parçalanıb.
Mən deyirəm: Kül altında qalan qordu,
Gözlərimdə yanan nurdu.
Yalnız Araz, ya Kür deyil,
Ərzi qucan ekvatordu məmləkətim.
Mən yıxılsam, yetim qalar bəşər, yetim!
Bitib gedir iyirminci...
Mən gözləyən gəlir, odur!
Məğrur,
cəsur, büllur
və nur...
Mən istəyən gəlir, odur!
Hər nəbzimdə nəbzi vurur.
253
Bu gəlişi görməyənlər
bir də baxsın gözlərimə,
Mənəm onun şah damarı.
Mən – sabaham!
Mənüçüncü minilliyin qanadları!
Gəlir, odur!
Ayaqları Himalayda,
Əli çatır Kamçatkaya, Trakaya.
Başı qarlı Savalandı,
Köksü Qobi.
XƏLİL RZA – çarpan qəlbi.
Qanımdadır Qara dəniz, Baykal, Xəzər.
Volqa – mənim alnımda tər.
Həm Buxara, həm Səmərqənd
Ətəyimdə bir əlçim zər.
Sən deyirsən: Havalanma!
Kəmnəfəsdir, o kəmnəfəs.
Mən deyirəm: neçəneçə uluslara
öz qanını bağışlayan
dahi millət ölə bilməz!
Get, dolan gəl Almaniyanı,
İtaliyanı, Fransanı...
Silkəmədi, oyatmadı gör hansını?
O dənizdən bir damladır
Roma, Romul qardaşları –
qurd döşündən süd əmənlər.
Mən canavar olmasam da,
qurd ürəyi yemiş ərəm.
Üç qitəni birləşdirən bir məhvərəm!
Üç qitəyə toxum səpən ölə bilməz.
Nə yarımcan, nə kəmnəfəs...
Nəfəssizlər nəfəsiyəm!
Xam metaldan polad yapan
alov, atəş kürəsiyəm!
Mən – üçüncü minilliyəm!
qulağını gengen açsın qəlbi karlar:
254
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Heçcə biri qalmayacaq
öyəöyə azadlığı
qəbrə qoyan qəsbkarlar,
Dişlərinin dibinəcən silahlanmış davakarlar.
baxar korlar –
öz torpağı olaola,
yad torpağa əl uzadan haramxorlar.
Nəfsi diri, özü ölü gorbagorlar.
Heçcə biri qalmayacaq:
əsrə ləkə, ərzə ləkə –
Gizli, aşkar müstəmləkə.
Gözdə titə, kirpikdə his –
Sərhəd, dövlət, milis, xəbis,
taxtabiti, fateh, dustaq...
Heçcə biri qalmayacaq.
Mən – üçüncü minilliyəm,
hökmüm qəti, andım qəti!
Mən yardıma səsləyirəm
hər nəfəri, hər milləti.
Hər fitnəni yuvasında haqlamalı!
Yalnız mətbu sözləri yox,
ürəkləri, şüurları,
şüuraltı düşüncəni yoxlamalı!
Millətləri udmaq üçün gizli nəqşə çəkənləri
rüsvayçılıq divarına,
boş məzara mıxlamalı!
Bu məsləkin havasıyla
yaşa dolur Azərbaycan!
Zirvələrdən üzü bəri
gəlir məğrur Azərbaycan!
Gəlir cəsur Azərbaycan!
Nur və büllur Azərbaycan!
Dar gözlərin görmədiyi
tamam yeni Azərbaycan!
Varlığımda od yerinə
gəzən qanım Azərbaycan!
255
Acgözlərə, zalımlara
yağı, qənim Azərbaycan!
Ey yolkəsən, çəkil, rədd ol!
Açır yolu Azərbaycan!
Böyük, ulu Azərbaycan!
Mənim qanım kibi dəli,
Dəlidolu Azərbaycan!
Köhlənimə çata bilər kimin atı
Gözlərimdə ulduzlanır Azərbaycan kainatı.
Heçcə biri qalmayacaq:
dolu cibli boşboğazlar.
Peysəri kal, beyni cazlar,
azkən çoxlar, çoxkən azlar.
Sübhə qədər xosunlaşan sürüsürü yerlibazlar.
Heçcə biri qalmayacaq:
dartınanlar, sülənənlər.
Bu rütbədən o rütbəyə sürünənlər.
Ən mötəbər iş başında əqrəb boyda görünənlər.
Qalmayacaq heçcə biri:
zəli adam,
nökər roman,
kölə şeir.
Bir məruzə cildi geymiş harayhəşir.
Ölkələrə tank yeridən həşəratlar
qan üstünə maska çəkən deputatlar.
Mənim əsrim sona yetir,
zaman gəlir, yeni zaman.
Cahan doğur, yeni cahan.
Qupquru zoğlar içindən
qalxır cavan Azərbaycan,
yaşıl fidan Azərbaycan!
Sən mənə bax, ora baxma, ey yarımcan,
mən özüməm yeni era,
tamam yeni Azərbaycan!
Dəvəçi-Türkan, 18 iyul, 1986-1990
256
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
***
Daldım zirehlənmiş sal qayalara,
Yüzyüz pəhləvanın sinəsidirmi?
Göz qoy qayadakı şahinşonqara
Bir cüt... məhəbbətin töhfəsidirmi?
Yol salıb dağların tən ortasından
Əsrikçay parlayır ağ şərid kimi.
Sağında, solunda zəngin bir orman
Rəssamın ən gözəl lövhəsidirmi?
Zoğallı, cevizli, heyvalı, narlı,
Barlı bağçalarda payız iqlimi.
Əsrik Cırdaxan ki, bu qədər varlı...
Dünyanın ən ülvi guşəsidirmi?
Dedim: şair Məstan, çox da öyünmə,
Cüt qaya bitsə də çiynin yerində.
Bu ana təbiət sən tək şairi
Doğmaya bilməzdi günün birində.
Məstan pıçıldadı: neyləmişik ki?
Bu nadir təbiət çox şeyə qadir...
Bizdən cəsurunu, bizdən pakını,
Bizdən güclüsünü yetirəcəkdir.
Bakı, 12 qasım 1986
BAĞINDA SÜLEYMAN RÜSTƏMLƏ SÖHBƏT
Dörd tərəfdən hasarlı, dörd tərəfdən qapalı
Bu bağ qəfəs kimidir güllər, ağaclar üçün.
Keçdim dar qapısından, dinlədim ağsaqqalı,
Gördüm əsir əlləri bəlkə tükənmiş gücü.
Dostları ilə paylaş: |