237
Fabriklərdə dəzgahların çaqqaçakı – mənim haqqım,
Bircə budur təsəllim ki, sağdır körpəm, anam, xalqım.
Çəkicimin zərbəsindən od sıçrayır gecələrə,
Dönür göydə parılparıl ulduzlara, qönçələrə.
Sağda taxıl xəzinəsi, solda pambıq çıraqbanı,
Öndə qara qızıl nəhri, dalda çənlər – neft ümmanı.
Bəs umduğum, gözlədiyim hanı, hanı?..
Gözlərimin işığını, ürəyimin şirəsini,
Bal yuxumu, varyoxumu,
Hər şeyimi bəxş edirəm insanlığa,
Can qoyuram milyard tonu misqalmisqal yığayığa.
Mən – Atlantam, mən – Tanrıyam. Qəlbim dolu, əlim boşdur.
Xoşbəxt olsun təki aləm... Mənə elə bu da xoşdur.
Raketlərə qanad verən öz əlimdi,
Bu dünyanın özülüyəm, dünya mənim özülümdü.
Soba mənim pak nəfəsim, ulduzlardan gəlir səsim,
Bəs nə üçün səadətim doğramdoğram, kəsimkəsim?!
Kürəyimdə tər şırımı, daim əkinbiçindəyəm,
İldırımın, qasırğanın, leysanların içindəyəm.
Bəşəriyyət qarşısında əla verdim imtahanı,
Bəs o mənə vəd olunan üfüq hanı, hanı, hanı?!
1984
238
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
YER ALTINDA YATAN GÖVHƏR
Fəxrəddinimizin vəfatı günü
şair qardaşımız Qasım Qasımzadəyə təsəlli
AĞLASIN
Nə qədər amansız, qara bir xəbər!
Sellənsin gözümdə yaşım ağlasın.
Tıxansın köksümə hıçqırıq, qəhər,
Od tutsun kirpiyim, qaşım ağlasın.
Mən onu görmüşdüm Xəzər boyunda,
Cüt gözüm qalmışdı sərvər boyunda.
Bir heykəl yaşardı o ər boyunda,
Yazım qışa döndü, qışım ağlasın.
FƏXRƏDDİN! Gənc alim, gənc ərəbşünas!
Təpərdə arslandı, saflıqda almaz.
Yanaram, qəbrəcən yaram sağalmaz,
Üstümdə torpağım, daşım ağlasın.
Övlad itkisindən bükülən Qasım,
Gəl, səni balam tək bağrıma basım.
Sakit hönkürtünə mən qulaq asım,
Gəl, verək başbaşa, başım ağlasın.
Özüm də bilmirəm daha mən nəyəm,
Sınıq bir kamanam, qırıq bir neyəm.
Qanadı qırılmış Qasımzadəyəm,
Dağılan diqqətim, huşum ağlasın.
Qaraqaş, qaragöz, cürətli, məğrur!
Deyirdin dağlarla boyaboy durur.
239
Zəkası işıq, nur, varlığı büllur,
Qırılan kotanım, xışım ağlasın.
Qələmi, kağızı, kitabdəftəri
Özündən ömürlü... ömür ötəri.
Nə tez yandı, söndü o dan ülkəri!
Ölüm peşimansa, çaşıb ağlasın.
Ay mənim sultanım, ay mənim paşam!
Dözürəm, bəlkə də ürəyi daşam.
Bütün ömrüm boyu dərdə qardaşam,
Vuruldu səmada quşum ağlasın.
Deyirdim: Alınmaz qalam – Fəxrəddin!
Salam, doğan günəş! Salam, Fəxrəddin!
Bir ordu əvəzi balam Fəxrəddin!
Qəlbimdə bir ordu, qoşun ağlasın.
Tabut nur içində, çiçək içində,
Tabut bir laləzar, özgə biçimdə.
Bir kədər dənizi yaşar içimdə,
Misrama misralar qoşun, ağlasın.
Ağıllı, mehriban, hündürboy, uca,
Nə ana öpmüşdü onu doyunca,
Nə ata baxmışdı başında taca,
Gün batdı, qaralan qaşım ağlasın.
Öləndən sonra da, oğlum, gözəlsən,
Bu gündən torpağın altında ləlsən.
Yata bilsəm, barı yuxuma gəl sən,
Oyaq qəm... başımdan aşıb ağlasın.
Elə bil dünəndi mübarək toyun,
Toqquşan qədəhlər, çalçağır, oyun.
O tarı, o sazı bir yana qoyun.
Tarçı fikrə getsin, aşıq ağlasın.
240
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Ah, görən səadət nə üçün kəmdir?
Yeganə təsəllim bir cüt nəvəmdir.
Gəlin! Toxta bir az, göylər də nəmdir,
Qıyma bizə baxıb, uşaq ağlasın.
1984
YADİGAR NƏYİ QALDI?
Getdi... nəyi qaldı deyim yadigar?
Bir cüt qızıl telli balası qaldı.
Gözlər o gözlərdi, qaşlar o qaşlar,
Üzlərdə üzünün lalası qaldı.
Duzçörək kəsmişdi neçə insanla,
Kamala yetmişdi halal adsanla.
Axmışdı ruhuna nur damladamla,
Gözlərdə o nurun aynası qaldı.
Göydən ələnsə də qar aramaram,
Gəlib məzarına çələng qoyaram.
Fəxrəddin! – deyəndə vüqar duyaram
Köksümdə mətanət qalası qaldı.
Kişi yaşayıbsa alnında qürur,
O, torpağın deyil, torpaq onundur.
Ey Kəpəz, ey Qoşqar, heykəl kimi dur,
Onun dağlar boyda arxası qaldı.
Keçəcək nəsildən nəslə soyadı,
Bakıdır, Təbrizdir qolu, qanadı.
Duyarsan, hayanda çəkilsə adı,
Cahanda ən gözəl sədası qaldı.
İnsanı əməli, işi tanıdır,
Ürəyi yaşadan eşq ünvanıdır.
241
Dünya Fəxrəddinlər gülüstanıdır,
Fəzada planet adası qaldı.
Sənəti ərəbcə qonuşan diktor,
Yenə Beyrut göyü gurlayır gurgur.
Zülməti doğrayan ildırım odur,
Orda ciyərinin parası qaldı.
Çətindir sənəti şeir yazanın,
Kökü qanımdadır hər bir misranın.
Ona qoşma qoşan Xəlil Rzanın
Bağrında bir qardaş yarası qaldı.
1984
SƏN MƏNƏ QÜDRƏT VER
Bakının Türkan qəsəbəsində
yaşayanlara həsr edirəm
Elə ki, nədənsə, kimdənsə bezdim,
Elə ki, sinəmdə tövşüdü ürək,
Mən səni aradım, mən səni gəzdim,
Yüz alaq içində bir bənövşə tək.
Sənsən taleyimin uca Şah dağı.
Sən mənə qüdrət ver, Türkan torpağı!
Düşsəm avtobusdan bir axşam çağı,
Bir az ləng gedərəm... ləng... aramaram.
Qollarım bəlkə də nənə qurşağı,
Səni Xəzərlə bir qucaqlayaram.
Yayın qızmarında adi havanı
Buzlu şərbət kimi içərəm, inan.
Mənə bircə əsim mehini qıysan,
Dostları ilə paylaş: |