55
Áèáëèîãðàôèéà
təəssüf
hissi ilə edilməlidir, sevinə-sevinə yox, heyf ki, çox
vaxt tərifdə hədd-hüdud qoyulmadığı kimi, tənqid də tam
inkarçılıq səviyyəsinə enir, burada da hüdud gözlənilmir.
Hidayət doğru deyir ki, “biz keçmişin kobud səhvlərindən, yeri
oldu-olmadı, ehtirasla danışa-danışa, bəzən az qala bu günü-
muzün ciddi problemlərini unuduruq”.
Yusif Seyidov,
professor
Mənim üçün Hidayət bəy bir şəxsiyyət kimi səmimi, mərd,
sözünü açıq söyləməkdən çəkinməyən, verdiyi vədləri tamami-
lə və vaxtında yerinə yetirməyə çalışan,
bu və ya digər hadisə-
yə özünəməxsus münasibəti olan, öz mövqeyini sonuna qədər
müdafiə edən, bəzən də öz mövqeyindən həddindən artıq
inadkarlıq göstərərək dönmək istəməyən, hər bir ciddi məsələ-
yə vətəndaşlıq mövqeyindən yanaşan, ətrafındakı insanlar içə-
risində ciddiliyi ilə seçilən, çox nadir hallarda zarafat edən, şit
və yersiz zarafatları isə heç zaman etməyən, hər cür zəhmətə
qatlanan bir insandır.
Sadaladıqlarım keyfiyyətlərlə həmahəng olan, amma
mənim hər bir ziyalıda ən qiymətli
keyfiyyət hesab etdiyim bir
xüsusi qabiliyyəti də var Hidayət bəy Orucovun. Bu da ondan
ibarətdir ki, o istedad və işgüzarlığını başqaları kimi yalnız bir
və ya iki sahədə göstərməklə kifayətlənmir. Yəni onun bədii,
siyasi və ictimai fəaliyyəti intensiv, davamlı, arasıkəsilməz
olduğu kimi, həm də çoxcəhətli və çoxşaxəlidir...
Yunis Məmmədli,
Süleyman Dəmirəl Universitetinin professoru
Qələm yoldaşım Hidayətin yazdığı əsərlərin, demək olar
ki, hamısını oxumuşam. Mənə bir şey gün kimi aydındır ki, bu
şeirlər, nəsr əsərləri, publisistik yazılar, yol qeydləri, xatirə və
düşuncələr saf bir çeşmədən süzülüb
gələn bulaq kimi dupdu-
rudur və bu duruluq təkcə Hidayətin daxili aləmində deyil,
56
Ùèäàéÿò
xarici görünüşündə, adamlara münasibətində, dostuna, sirda-
şına sədaqətində də görünür. Dupduru, aydın mühakiməyə
malik olan Hidayətin əsərlərində xalqına ürəkdən bağlanan,
onun dərdlərini, sevincini özününkü bilən bir şəxsiyyətin ürəyi
döyünür. Bir sözlə, Hidayət əsərlərində necədirsə,
həyatda da o
cürdür: sadə, təvazökar, təmkinli, sözə, məsləhətə qulaq asan,
kövrək, dostluqda səmimi və möhkəm.
Zahid Xəlil,
şair, professor
Çinlilərin bu gün də zərb-məsəltək işlətdikləri müdrik
kəlamları mən insan ömrünün tale yolunu nurlandıran həyat
mənbəyi kimi qiymətləndirirəm. Və mən peşə həmkarım, dos-
tum Hidayət barəsində düşünəndə onun səhnə sənətindəki dra-
maturgiyada, poeziyada qazandığı uğurların kökünü arayıb-
axtaranda onun işələrində inam görürəm. Bu, Hidayətin sənətə
inamıdır, gözəlliyə inamıdır, xalqına inamıdır. Bu inamla
Hidayət həyatın ən amansız faciəsinin göz yaşlarına da inam
gücü ilə işıq verə bilib.
Bu inamla Hidayət bəlkə də təkbaşına on altı il (1968-
1984) İrəvanda ikinci dəfə doğulan Azərbaycan Dram Teatrını
yaşatdı, ruzigarın fırtınalarına öz sinəsini gərib, bir
parça Azər-
baycanı, onun çırağı olan sənət ocağını ləyaqətlə qoruya bildi.
Bu inam qətrə-qətrə Hidayətin poetik təfəkkürünə hopdu.
Hopdu, idrakdan nur içdi, ilhamdan qanad taxdı və misralara
çevrilib, şeir-şeir ilmələndi, şair ömrünün söz xalçası toxundu.
Həyata və insanlara inam şamın həmişə nurlansın,
Hidayət.
İlham Rəhimli,
professor
Mən Hidayəti çoxdan tanıyırdım, özü də etiraf edim ki,
sözü, fəaliyyəti, qələmi ilə onun özündən əvvəl tanış olmuşam.
57
Áèáëèîãðàôèéà
Eşitmişdim ki, indi Ermənistan adlanan türk torpaqlarında bir
ziyalı yaşayır, bizim böyük maarifçilərimizin tarixi ənənələrini
davam etdirərək, İrəvanda və ətraf bölgələrdə böyük işlər görür.
Şair və ziyalı Hidayət ağrı, acı görmüş adamdır. Yurd
itkisini, övlad dərdini yaşamış şair dostumu mən müsibətinə
də, özünü saçlarının qəflətən ağarmasında daha çox göstərən
göynərtisinə də hörmətlə yanaşan, böyük təmkin və dözüm sa-
hibi kimi gördüm. İnandım ki, daxili mədəniyyət,
ləyaqət ən
ağır məqamlarda, sınaqda belə insanın insanlığını qoruyub sax-
lamasına təminat verir. Hidayət insani sınaqların ən ağırlarının
bir çoxundan çıxıbdır, həyatsa davam edir, çəkdiklərini bir
daha çəkməsini təbii ki, istəmirəm, amma hər hansı sınaq za-
manında həmişə ziyalılığı, daxili mədəniyyətini, ləyaqətini...
qoruyub saxlayacağına tam əminəm.
Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi və-
dədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa
məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə,
dəyişdi-
rilməsi mümkün olmayan əməllərə baxıb, Hidayət kimi özünə-
məxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam...
Anar,
Xalq yazıçısı
Hidayət təzə kitabını “Qatardan məktub” adlandırıb.
Bu ad sözün həqiqi mənasındakı sərnişin qatarına yaxın
olsa da, daha geniş məna kəsb edir: Zamanın, ömrün, taleyin
öz qatarı. Kitabı vərəqlədikcə inanırsan ki, bu qatarın sürəti adi
sürət, dayanacaqları adi dayanacaqlar deyildir. Bu qatarın hər
addımını təzə imtahan, təzə sınaq gözləyir. Şair həyata da,
sənətə də imtahan kimi baxır.
Hidayətin məhəbbət şeirləri oxunaqlı və düşündürücüdür.
Şair öz oxucusuna səmimi, xeyirxah və nikbin sevgi duyğuları
aşılayır. Bu şeirlərdəki sonsuz həsrətin özündə də mərdlik,
dözümlülük, fəlsəfi məna var və nə yaxşı ki, lirik qəhramanın
sevgisi sığallı sevgi deyil, keşməkeşlərdən keçən sevgidir.
58
Ùèäàéÿò
Hidayətin təzə kitabında doğma kəndi Maralzəmi, Mığrı
çayı, Zəngəzur dağları, doğma evi, oradakı dostlarıyla bağlı
sətirlər də var. O yerlər, o illər şairin şəxsi tərcümeyi-halının
böyük bir parçası olduğundan, onun poeziyasından
kənarda
qala bilməzdi.
Sən ey ömür qatarı, sənə yaxşı yol, ürəklərdən ürəklərə
köçən nurlu-işıqlı bir yol diləyirəm.
Nəbi Xəzri,
Xalq şairi
Hidayət böyük sənətkarlara xas olan çoxşaxəli yaradıcılığı
ilə ölkəmizin görkəmli ədəbi simalarından biri kimi, ictimai-
siyasi xadimlərindən biri kimi tanınır və sevilir. Çünki o özü
sevilir, safdır, xeyirxahdır.
Hidayət bu millətin bəxtinə doğulanlardandır.
Öz taleyi ağır olsa da, xalqının, başqa xalqların taleyində
mühüm rolu olub. Və indi də var. Zaman onu tamam yeni
ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli sənətkar kimi ye-
tişdirdi. Böyük bir şəxsiyyətin yanında formalaşmışdır. Bu indi
də davam edir. Buna görə Hidayət başqa həmkarlarından sözün
geniş mənasında seçilir. Şeirləri, publisistikası, təcümələri,
çıxışları, müsahibələri dediklərimi sübut edir.
Hidayətin şəxsinizdə Azərbaycan ədəbiyyatı –
müstəqil
Azərbaycan dövlətçiliyinə xidmət edir. Bu, onun taleyi və şə-
rəfli tərcümeyi-halıdır.
Nəriman Həsənzadə,
Xalq şairi
Yaş fərqimiz çox olsa da, ədəbi-ictimai mühitdə tanışlığı-
mızın, yaxınlığımızın tarixi qədim olmasa da, sevdiyim qələm
yoldaşlarımdan biri də Hidayətdir.
Onun hələ, necə deyərlər, dünyanın düz vaxtında Ermənis-
tandan (əslində tarixən elə öz torpaqlarımızdan) Azərbaycana