Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

 
 
 55
Áèáëèîãðàôèéà
təəssüf hissi ilə edilməlidir, sevinə-sevinə yox, heyf ki, çox 
vaxt tərifdə  hədd-hüdud qoyulmadığı kimi, tənqid də tam 
inkarçılıq səviyyəsinə enir, burada da hüdud gözlənilmir. 
Hidayət doğru deyir ki, “biz keçmişin kobud səhvlərindən, yeri 
oldu-olmadı, ehtirasla danışa-danışa, bəzən az qala bu günü-
muzün ciddi problemlərini unuduruq”. 
Yusif Seyidov, 
professor 
 
Mənim üçün Hidayət bəy bir şəxsiyyət kimi səmimi, mərd, 
sözünü açıq söyləməkdən çəkinməyən, verdiyi vədləri tamami-
lə və vaxtında yerinə yetirməyə çalışan, bu və ya digər hadisə-
yə özünəməxsus münasibəti olan, öz mövqeyini sonuna qədər 
müdafiə edən, bəzən də öz mövqeyindən həddindən artıq 
inadkarlıq göstərərək dönmək istəməyən, hər bir ciddi məsələ-
yə vətəndaşlıq mövqeyindən yanaşan, ətrafındakı insanlar içə-
risində ciddiliyi ilə seçilən, çox nadir hallarda zarafat edən, şit 
və yersiz zarafatları isə heç zaman etməyən, hər cür zəhmətə 
qatlanan bir insandır.  
Sadaladıqlarım keyfiyyətlərlə  həmahəng olan, amma 
mənim hər bir ziyalıda ən qiymətli keyfiyyət hesab etdiyim bir 
xüsusi qabiliyyəti də var Hidayət bəy Orucovun. Bu da ondan 
ibarətdir ki, o istedad və işgüzarlığını başqaları kimi yalnız bir 
və ya iki sahədə göstərməklə kifayətlənmir. Yəni onun bədii, 
siyasi və ictimai fəaliyyəti intensiv, davamlı, arasıkəsilməz 
olduğu kimi, həm də çoxcəhətli və çoxşaxəlidir... 
Yunis Məmmədli,  
Süleyman Dəmirəl Universitetinin professoru 
 
Qələm yoldaşım Hidayətin yazdığı  əsərlərin, demək olar 
ki, hamısını oxumuşam. Mənə bir şey gün kimi aydındır ki, bu 
şeirlər, nəsr əsərləri, publisistik yazılar, yol qeydləri, xatirə və 
düşuncələr saf bir çeşmədən süzülüb gələn bulaq kimi dupdu-
rudur və bu duruluq təkcə Hidayətin daxili aləmində deyil, 
 
 
56 
Ùèäàéÿò
xarici görünüşündə, adamlara münasibətində, dostuna, sirda-
şına sədaqətində  də görünür. Dupduru, aydın mühakiməyə 
malik olan Hidayətin  əsərlərində xalqına ürəkdən bağlanan, 
onun dərdlərini, sevincini özününkü bilən bir şəxsiyyətin ürəyi 
döyünür. Bir sözlə, Hidayət əsərlərində necədirsə, həyatda da o 
cürdür: sadə, təvazökar, təmkinli, sözə, məsləhətə qulaq asan, 
kövrək, dostluqda səmimi və möhkəm. 
Zahid Xəlil, 
şair, professor 
 
Çinlilərin bu gün də  zərb-məsəltək işlətdikləri müdrik 
kəlamları  mən insan ömrünün tale yolunu nurlandıran həyat 
mənbəyi kimi qiymətləndirirəm. Və mən peşə həmkarım, dos-
tum Hidayət barəsində düşünəndə onun səhnə sənətindəki dra-
maturgiyada, poeziyada qazandığı  uğurların kökünü arayıb-
axtaranda onun işələrində inam görürəm. Bu, Hidayətin sənətə 
inamıdır, gözəlliyə inamıdır, xalqına inamıdır. Bu inamla 
Hidayət həyatın  ən amansız faciəsinin göz yaşlarına da inam 
gücü ilə işıq verə bilib. 
Bu inamla Hidayət bəlkə  də  təkbaşına on altı il (1968-
1984) İrəvanda ikinci dəfə doğulan Azərbaycan Dram Teatrını 
yaşatdı, ruzigarın fırtınalarına öz sinəsini gərib, bir parça Azər-
baycanı, onun çırağı olan sənət ocağını ləyaqətlə qoruya bildi. 
Bu inam qətrə-qətrə Hidayətin poetik təfəkkürünə hopdu. 
Hopdu, idrakdan nur içdi, ilhamdan qanad taxdı  və misralara 
çevrilib, şeir-şeir ilmələndi, şair ömrünün söz xalçası toxundu. 
Həyata və insanlara inam şamın həmişə nurlansın, 
Hidayət. 
İlham Rəhimli, 
professor 
 
Mən Hidayəti çoxdan tanıyırdım, özü də etiraf edim ki, 
sözü, fəaliyyəti, qələmi ilə onun özündən əvvəl tanış olmuşam. 


 
 
 57
Áèáëèîãðàôèéà
Eşitmişdim ki, indi Ermənistan adlanan türk torpaqlarında bir 
ziyalı yaşayır, bizim böyük maarifçilərimizin tarixi ənənələrini 
davam etdirərək, İrəvanda və ətraf bölgələrdə böyük işlər görür. 
Şair və ziyalı Hidayət ağrı, acı görmüş adamdır. Yurd 
itkisini, övlad dərdini yaşamış  şair dostumu mən müsibətinə 
də, özünü saçlarının qəflətən ağarmasında daha çox göstərən 
göynərtisinə də hörmətlə yanaşan, böyük təmkin və dözüm sa-
hibi kimi gördüm. İnandım ki, daxili mədəniyyət, ləyaqət  ən 
ağır məqamlarda, sınaqda belə insanın insanlığını qoruyub sax-
lamasına təminat verir. Hidayət insani sınaqların ən ağırlarının 
bir çoxundan çıxıbdır, həyatsa davam edir, çəkdiklərini bir 
daha çəkməsini təbii ki, istəmirəm, amma hər hansı sınaq za-
manında həmişə ziyalılığı, daxili mədəniyyətini, ləyaqətini... 
qoruyub saxlayacağına tam əminəm. 
Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi və-
dədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa 
məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə, dəyişdi-
rilməsi mümkün olmayan əməllərə baxıb, Hidayət kimi özünə-
məxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam... 
Anar, 
 Xalq yazıçısı 
 
Hidayət təzə kitabını “Qatardan məktub” adlandırıb.  
Bu ad sözün həqiqi mənasındakı  sərnişin qatarına yaxın 
olsa da, daha geniş  məna kəsb edir: Zamanın, ömrün, taleyin 
öz qatarı. Kitabı vərəqlədikcə inanırsan ki, bu qatarın sürəti adi 
sürət, dayanacaqları adi dayanacaqlar deyildir. Bu qatarın hər 
addımını  təzə imtahan, təzə  sınaq gözləyir.  Şair həyata da, 
sənətə də imtahan kimi baxır. 
Hidayətin məhəbbət  şeirləri oxunaqlı  və düşündürücüdür. 
Şair öz oxucusuna səmimi, xeyirxah və nikbin sevgi duyğuları 
aşılayır. Bu şeirlərdəki sonsuz həsrətin özündə  də  mərdlik, 
dözümlülük, fəlsəfi məna var və nə yaxşı ki, lirik qəhramanın 
sevgisi sığallı sevgi deyil, keşməkeşlərdən keçən sevgidir. 
 
 
58 
Ùèäàéÿò
Hidayətin təzə kitabında doğma kəndi Maralzəmi, Mığrı 
çayı, Zəngəzur dağları, doğma evi, oradakı dostlarıyla bağlı 
sətirlər də var. O yerlər, o illər  şairin  şəxsi tərcümeyi-halının 
böyük bir parçası olduğundan, onun poeziyasından kənarda 
qala bilməzdi. 
Sən ey ömür qatarı, sənə yaxşı yol, ürəklərdən ürəklərə 
köçən nurlu-işıqlı bir yol diləyirəm. 
   
 
 
 
 
Nəbi Xəzri, 
Xalq şairi 
 
Hidayət böyük sənətkarlara xas olan çoxşaxəli yaradıcılığı 
ilə ölkəmizin görkəmli  ədəbi simalarından biri kimi, ictimai-
siyasi xadimlərindən biri kimi tanınır və sevilir. Çünki o özü 
sevilir, safdır, xeyirxahdır. 
Hidayət  bu millətin bəxtinə doğulanlardandır. 
Öz taleyi ağır olsa da, xalqının, başqa xalqların taleyində 
mühüm rolu olub. Və indi də var. Zaman onu tamam yeni 
ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli sənətkar kimi ye-
tişdirdi. Böyük bir şəxsiyyətin yanında formalaşmışdır. Bu indi 
də davam edir. Buna görə Hidayət başqa həmkarlarından sözün 
geniş  mənasında seçilir. Şeirləri, publisistikası, təcümələri, 
çıxışları, müsahibələri dediklərimi sübut edir. 
Hidayətin  şəxsinizdə Azərbaycan  ədəbiyyatı – müstəqil 
Azərbaycan dövlətçiliyinə xidmət edir. Bu, onun taleyi və şə-
rəfli tərcümeyi-halıdır. 
Nəriman Həsənzadə,  
Xalq şairi 
 
Yaş fərqimiz çox olsa da, ədəbi-ictimai mühitdə tanışlığı-
mızın, yaxınlığımızın tarixi qədim olmasa da, sevdiyim qələm 
yoldaşlarımdan biri də Hidayətdir. 
Onun hələ, necə deyərlər, dünyanın düz vaxtında Ermənis-
tandan (əslində tarixən elə öz torpaqlarımızdan) Azərbaycana 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə