Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

 
 
 63
Áèáëèîãðàôèéà
Hidayət müəllimdən söhbət düşəndə bir cəhəti xüsusi qeyd 
etmək lazımdı, onun Gürcüstanla, Borçalı mahalı ilə çoxsahəli 
əlaqələri ürəkaçan bir fəaliyyətə çevrilmişdir. İstər daşıdığı və-
zifə ilə bağlı dövlət səviyyəsində gördüyü işlər, istər şəxsi ar-
zuları ilə bağlı, yaradıcılıq əlaqələri ona Gürcüstan azərbaycan-
lıları arasında çoxlu sayda ləyaqətli dostlar qazandırıb. O dost-
ların cərgəsində  qəlbən, ruhən, tale oxşarlığı baxımından 
Hidayət müəllimə yaxın olan dostlardan biri Zəlimxan Yaqub-
dur. Bu sətirlərin müəllifi Hidayəti həmişə sevib, Zəngəzuru, 
Göyçəni, Maralzəmini, bütövlükdə Qərbi Azərbaycanı, Borça-
lını, Azərbaycanı sevdiyi kimi. 
Zəlimxan Yaqub,  
Xalq şairi 
 
Hidayət indi Ermənistan adlanan qədim Azərbaycan torpa-
ğında yaşayıb-yaradan qələm dostlarımızdan biri kimi o torpa-
ğın təbii gözəlliyindən, sıldırım qayalarla, zəhmli dağlarla üz-
üzə, göz-gözə ömür sürən fədakar  əmək adamlarından, nəha-
yət, mənəvi sərvətlərdən məhəbbətlə danışır. Şairin ilhamı ata 
yurdu, “köçmüş dağ  kəndinin nəğməsi” üstündə, “arxasında 
məğrur duran qayalar, bulaqlar” üstündə köklənib. “Qızımla 
ata-baba ocağında” və “Zəngəzur” silsiləsindən bəzi nümunə-
lər bu cəhətdən diqqəti cəlb edir. 
   
 
 
 
 
İsa İsmayılzadə, 
   
 
 
 
 
 
şair 
 
Hidayətin əsərləri çap edilir, oxucu qapısını açır, təbliğat-
sız da yayılır. Onun şeirləri aktyor ifasında, musiqi bəzəyi ilə 
efirlərdən, ekranlardan gözə soxulmur.  
Hidayət sadə  və  səmimi poetik dünyası olan, dədə-baba 
ədəb-ərkanına hörmət bəsləyən, böyük-kiçik tanıyan, xalqımı-
zın taleyinə, Vətənin başına gələn bəlalara biganə qalmayan, 
klassik sənət yolumuza bağlı bir şairimizdir. 
   
 
 
 
 
        İlyas Tapdıq, 
şair  
 
 
64 
Ùèäàéÿò
...Məmur Hidayət Orucov və şair Hidayət dostcasına saba-
ha doğru yanaşı addımlamaqdadırlar. 
Şükürlər olsun ki, məmur Hidayət Orucovun indiyəcən 
şair Hidayəti utandıracaq, ona kölgə salacaq heç bir qəbahəti 
olmayıb. 
Bundan sonra da olmaz, inşallah! 
Məmməd Aslan 
şair 
 
Yenicə çapdan çıxmış “Qiyamətə qalmayan qisas” adlı 
publisistik kitabımı Hidayət müəllimə  təqdim etmək qərarına 
gələndə titula bir-iki kəlmə xoş söz yazmaq keçdi qəlbimdən. 
Tez qələmi əlimə aldımsa da Hidayət müəllim haqda onu bü-
tövlükdə xarakterizə edə biləcək yığcam və  dəqiq fikir söylə-
mək məsuliyyəti məni bir qədər düşünməyə  vadar  etdi.  
Xəyalım çox-çox illər qabağa getdi. İmzasını hələ 60-cı illərdə 
“Sovet Ermənistanı” qəzetinin səhifələrindən, “Ədəbi Ermənis-
tan” almanaxından tanıyırdım.  Şəxsi tanışlığımız isə 1980-ci 
illərdə Bakıda oldu. Uzun illər eyni nazirlikdə işlədik. Birlikdə 
bir neçə dəfə xarici ölkədə rəsmi səfərdə olduq. Son iki ildə isə 
bir  şeir kitabının və onun rəhbərliyi ilə hazırlanmış bir neçə 
siyasi publisistik kitabın redaktoru olmuşam. “Sözün vaxtı” 
kitabını isə yenicə oxuyub bitirmişəm. Aramızda səmimi qard-
aşlıq münasibətləri yaranıb. Belə ki, Hidayət müəllimin şəxsiy-
yəti və yaradıcılığı haqda mülahizə yürütməyə kifayət qədər 
mənəvi əsasım var. 
Hidayət müəllimin parlaq siması gözlərimin önündən bir 
an içində bax beləcə  gəlib keçdi. Ürəyimdə deyə bilmədiyim 
hələ neçə-neçə fikirlər qaldı. Bu, mənim gələcək üçün çiynim-
də qalan borc yüküdür. Sağlıq olsun! 
Hidayət müəllimə bağışlamaq istədiyim kitabın tituluna 
aşağıdakı sözləri ərklə, ürəkdən yazdım: 
Millətimiz üçün böyük Nəriman Nərimanovun qeyrətli 
mənəvi xələfi,  şəxsən mənim üçünsə  ləyaqət abidəsi olan bö-


 
 
 65
Áèáëèîãðàôèéà
yük qardaşım Hidayət müəllimə yeni kitab sevincləri və yurd-
yuva yanğısı ilə... 
       Səfalı Nəzərli, 
      naşir-publisit 
  
Vaxtılə  İrəvanda yaşayarkən  İrəvan Azərbaycan Teatrına 
uzun müddət rəhbərlik etmiş  şair-dramaturq Hidayət yenə  də 
bu kollektiv üçün ən doğma insanlardan və müəlliflərdən biri 
sayılır.  Elə ona görə teatrın yaradıcı kollektivi böyük həvəs və 
məhəbbətlə onun əsərlərinə səhnə həyatı verməkdən məmnun-
luq duyur. Kolektiv Hidayətin “Durnalar qayıdanda” adlı iki-
hissəli dramını da böyük ustalıq və peşəkarlıqa hazırlayaraq öz 
tamaşaçılarına təqdim etdi. İstər tamaşanın premyerasında, 
istərsə də sonralı baxışlarda tamaşa salonu həmişə dolu olurdu. 
Tamaşaçılar bu əsərə gah Akademik Milli Dram Teatrının, gah 
da Musiqili Komediya Teatrının səhnələrində baxmaq məcbu-
riyyətində idilər. Qaçqınlıq həyatının ağır dönəmlərini yaşayan 
teatrın yaradıcı kollektivi bu qeyri-adi şəaraitin müqabilidə bir 
daha öz varlığını, amalını, gücünü və sənət eşqini təsdiq etdi. 
Flora Xəlilzadə, 
Əməkdar jurnalist 
 
Vəzifə, mənsəb bəzən insanları dəyişdirir. Xoşbəxtlikdən, 
bunu Hidayətə  şamil etmək mümkün deyil. Kitabdakı müsa-
hibələrinin birində o belə deyir: “Mən həmişə harada, hansı 
işdə olmuşamsa, xalqıma bir vətəndaş kimi xidmət etmişəm.” 
Vətəndaş anlayışı  şair, nasir, dramaturq anlayışından üs-
tündür. Əgər vətəndaş eyni zamanda həm şair, həm də nasir və 
dramaturqdursa,  o, ikiqat vətəndaşdır və deməli, ikiqat ədibdir. 
Eynən Hidayət kimi. 
Ramiz Əsgər, 
professor,  publisist 
 
 
 
66 
Ùèäàéÿò
Xalqlarımızın layiqli və görkəmli oğullarının  şəxsi dost-
luqları hamıya məlumdur. M.F.Axundov və Akaki Seretelinin 
dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə 
xalqlarımızın  ən ağır dövrlərində  də davam etdirilmişdir. 
Səməd Vurğunla Georgi Leonidze, Hidayət Orucovla Quram 
Pancikidze bu gözəl ənənənin parlaq davamçılarıdır. 
Eduard Şevardnadze, 
Gürcüstanın sabiq Prezidenti 
 
Sözsüz ki, “Sənsiz” kitabının təqdimat mərasimindən sonra 
Hidayət müəllim Gürcüstana gələndə ona bu tədbir barədə danı-
şacağam, kitabla bağlı daha geniş  tədbir keçirəcəyik. Yəqin 
Azərbaycan televiziyası da ona bu barədə məlumat verəcəkdir. 
Bizlərdə deyərlər ki, Allah üçdən deyib: Hidayət müəllimin gür-
cü dilində artıq iki kitabı çıxıb, üçüncü də hökmən çıxmalıdır. 
Aleksey Gerasimov, 
       Gürcüstan Prezidentinin milli məsələlər üzrə  
sabiq köməkçisi, professor 
 
Mənə göndərdiyin “Cansuğ Çarkvianiyə  məktub”u oxu-
dum. Çoxdandır buna bənzər heç nə oxumamışdım. Təkəbbür 
məndən çox uzaqdır, buna görə də mən çox əziz olan və səda-
qətlə yazılmış həmin dost kəlməsini iki qardaş xalqın sevgisi sə-
viyyəsində anladım.  Əsas deyilənlərdir,  əsas  şairin qəlbindən 
çağlayıb gələnlərdir, qaldı o ölməz sətirlərin kimə ünvanlanması 
məsələsi, bunun oxucu üçün heç bir əhəmiyyəti yoxdur. Bəli, 
başlıcası minnətdarlıq hissi ilə yoğrulmuş  məhəbbət, heyranlıq 
və milli ruhdur, o milli ruh ki, sənin hər abzasının önündə milli 
bayraq kimi gəlir. Amma bir məndən soruşsunlar, bu milli mək-
tubun başlığında öz əksini tapan həmin ithaf mənim üçün başlıca 
məsələ idi ya yox? Sevindimmi? Sevindim, o söz deyil, mən öz 
həyatımda belə hörmət, belə izzət çox nadir hallarda görmüşəm. 
Məktubu oxuyanda əvvəl özümü itirdim, görəsən, bu imza-
nın sahibi başqa bir ölkənin övladıdır, yoxsa mənimlə yan-yana 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə