Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

 
 
 59
Áèáëèîãðàôèéà
köçüb gəlməsi - bir insanın, konkret desək, bir qələm sahibinin 
təzə ömür, təzə həyat və yaradıcılıq səhifələrinin açılması de-
məkdir. Bəlkə  də tale ayağının altına daş qoyub boylanaraq 
onun qulağına pıçıldamışdı ki: Ey dili qafil, köç Bakıya... 
Hidayət təvazökar olduğu qədər də müdrik, təmkinlidir. 
Ona  şəxsi həyatında və yaradıcılığında da, vəzifə pillələrində 
də İstanbula uçan və neçə-neçə səfərlərə uçacaq təyyarəmizin 
vüsəti kimi vüsət arzulayıram. 
     Qabil, 
Xalq şairi 
 
Bu əsər (“Bu dünyanın adamları” komediyası) yaxın keçmi-
şimizə  həsr olunub. Bu, həmin vaxt idi ki, balaca bir mənzil 
məsələsini min yerdə  həll edirdilər. Elə  gələ bilər ki, bu bir 
qədər gecikib, əslində isə gecikməyib. Çünki biz indi həmin 
adamlarla birgəyik. Əsər həmin adamları bizə bir daha göstərir. 
Mənə elə  gəlir ki, tamaşaçılar sevdilər bu əsəri. Aktyorun 
oyununu da həmçinin. Aktyor oyunu burda xarakterlər üstündə 
qurulub və aktyorlar bunu çox gözəl yerinə yetirirlər. Hidayət 
özü teatrda, teatrın tərbiyəsi ilə böyümüş adamdır. Bir drama-
turqdur, bir şairdir, duyğulu bir insandır. Bu onun Akademik 
Milli Dram Teatrında ilk işidir. Mənə elə gəlir ki, gələcəkdə də 
teatrımıza gözəl əsərlər təqdim edəcək. 
Mikayıl Mirzə, 
Xalq artisti 
 
Bu sətirləri yaza-yaza masanın üstündə üst-üstə  yığılmış 
irili-xırdalı yeddi kitabını gözdən keçirəndə çətin, məsuliyyətli 
bir işinə baxmayaraq, qələmi yerə qoymadığına, hər kitabında 
istedadının yeni bir çalarıyla görüşdüyümə sevinirəm. 
Bu kitablar arasında Hidayətin yaradıcılıq həyatını işıqlan-
dıran biblioqrafiya da var. Təkcə bu kitabı vərəqləmək kifayət-
dir ki, mürəkkəb, çətin bir ömür yolunda rastlaşdığı əngəllərə, 
 
 
60 
Ùèäàéÿò
hətta yurd itkisi qədər faciəli itkiyə baxmayaraq, nə qədər sə-
mərəli, ardıcıl bir ədəbi yol keçdiyini görə biləsən. Bu kitabda 
oxucular Hidayətin İrəvan Teatrındakı – mənim ötəri toxundu-
ğum – 16 illik direktorluğundan  əlavə, o vaxtlar Ermənistan 
Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik 
etməsi,  İrəvan Pedaqoji İnstitutunun Azərbaycan  şöbəsindəki 
müəllimliyi, orda Azərbaycan türkcəsində kitabların nəşri 
sahəsindəki uğurlu və  səmərəli fəaliyyəti barədə  də  məlumat 
alırlar. 
Sabir Rüstəmxanlı, 
Xalq şairi 
 
Biz – Hidayətin nəsli,  şairlər, yazıçılar xoş üzlü Bakının 
doğma küçələrində  kəkilimizi yan darayıb, qafiyələr quraşdı-
randa, Hidayət uydurma tarixləriylə üfürülüb şişmiş ermənilər-
lə milli mənlik qovğaları aparırdı, döyüşürdü, çarpışırdı və sö-
zünü deyirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının kol-
lektiviylə Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərini 
dolaşır, tamaşalar göstərir, çıxışlar edirdi. 
Mən həmişə  kəndə gedəndə hamı Hidayətdən sevinc 
içində danışardı ki, bizə  gəlmişdi, çıxış etdi. Uzun müddət 
onun sözü-söhbəti kəsilməzdi... 
Hidayət hələ cavanlığından təmkinliydi, ağırtaxtalığı, ağa-
yanalığıyla yadda qalandı. Hər  şeyə gendən baxmağı, dəqiq 
nəticəyə  gəlməyi vardı. Bütün bu xüsusiyyətlərinə görə dola-
şıq-bulaşıq, yalan və böhtanlarla dolu erməni mühitində baş çı-
xara bildi və onun İrəvandakı evi oralı-buralı bizim hamımızın 
mədəni mərkəzinə çevrildi... 
Ona görə  də Hidayət  ən kiçik yazılarında belə  dərin 
kökləri olan milli problemlərə toxunur. Bizi sağlam ruhla o 
yurdlara səsləyir. 
Mövlud Süleymanlı, 
Xalq yazıçısı 


 
 
 61
Áèáëèîãðàôèéà
Hidayətin daxilindən və taleyindən qopan qeyri-adilik 
onun gözlərindən, alın qırışlarından boylanarkən  şair onları 
şeir  şəklinə salır, odlu poetik nəğmələrə çevirir, budur 
Hidayətlə digər şairlərin fərqi. Onun üçün də o, tale şairidir 
Hidayətin özünəməxsus yaradıcılığındakı  şeirlər və mis-
ralar gah dolu yumruq nidaları olur, gah həzin nəğmələr, gah 
ümid, gah ayrılıq nəğmələri... O, bəziləri kimi öz şəxsi məna-
feyi üçün ora-bura dırmaşan, onu-bunu üzdən salan şair deyil. 
O, bəzən də həyatda deyə bilmədiklərini şeirlərlə deyir, poezi-
yanı bir səngər hesab edir. Mən də bəzən onun alovlu və həzin 
misralarını uzun qara kirpiklərindən asılan görmüşəm... Onda 
Azərbaycan ictimaiyyəti istedadlı balamız Xəzər Hidayət oğlu-
nu son mənzilə yola salırdı. Hidayət ağlamırdı, ancaq iki ağır, 
dolu göz yaşı kirpiklərindən sallanaraq oğlunun çiyinlər üstün-
də gedən tabutu kimi yırğalanırdı. Hidayət poeziyasının tale 
misralarıydı. 
Söhrab Tahir (Azər-Azər), 
Xalq şairi 
 
Hidayətin  şeirlərində  təbiətə, insanlara hədsiz məhəbbət 
var, onun müxtəlif ölkələri və xalqları, bu xalqların mənəvi 
sərvətlərini,  ən böyük oğullarını tanımaq, öyrənmək ehtirası 
güclüdür. “Bir az gözləyin məni” kitabının bədii coğrafiyası, 
şeir xəritəsi geniş və zəngindir. Şair sanki öz oxucusunun əlin-
dən tutub Zəngəzur,  Ələngəz dağlarına aparır, Araz qırağını 
gəzdirir, Avropanın bütün zirvələrinə meydan oxuyan Elbrusu 
bizə yenidən göstərir. Lermontovun xatirəsini qoruyub yaşadan 
Məşuq dağını, Dəmirdağı bizim üçün yenidən kəşf edir. 
Hidayət dünyaya şair heyrəti, sənətkar məhəbbəti ilə baxdığı 
üçün bu yerləri bizə sevdirir, tanıdır. “Qışda gedin şimala” 
şeirində şairin təbiəti tanımaq, mənimsəmək uğrunda inadkar-
lığı, romantika gücü heyrət doğura bilir. “Təyyarə, qatar yolları 
bağlı olsa da nə  qəm?! - Xizək minib şimala gedərəm”. Bu 
bədii mübaliğə lirik qəhrəmanın böyük həyat sevgisini aşkara 
çıxarır. “Deyirlər ki, Martınov da şair imiş!” misrası ilə baş-
 
 
62 
Ùèäàéÿò
lanan şeirində Hidayət sözün əsl mənasında polemikaya girişir: 
“Ola bilməz! Büllur sənət duyğuları  sənətkara güllə atan bir 
ürəyə dola bilməz!”. “Lermontovun duel yerində” şeiri böyük 
rus  şairinin surəti təbiətinin qüdrəti, ilkinliyi, zənginliyi ilə 
həmahəng verilir. 
...Hidayətin xalqlar dostluğundan, sülhdən, vətən və insan 
taleyindən, məhəbbətdən danışan bir sıra orijinal, qüvvətli şeir-
ləri belə düşünməyə  əsas verir ki, o, bu çətin vəzifəni yerinə 
yetirə bilən sənətkarlar sırasında öz yerini tuta bilər. Kitabının 
adı da bunu vəd edir: “Bir az gözləyin məni.” 
Xəlil Rza Ulutürk, 
Xalq şairi 
 
Hidayət müəllimin “Burdan min atlı keçdi” kitabında Qər-
bi Azərbaycanın yetişdirdiyi görkəmli şəxsiyyətlərin bir neçəsi 
haqda geniş  məlumat verilib. Mən qələm dostumun kitabında 
adı çəkilən, öz xalqına, millətinə, dilinə, dininə baş ucalığı gə-
tirən insanların, Qəşəm Aslanovdan və  İsmixan Məmmədov-
dan başqa (Allah hər ikisinə rəhmət eləsin), heç birini görmə-
mişəm, tanımıram. Hidayət müəllimin kitablarını oxuyandan 
sonra onlardan hər birini tanıdım, sevdim. Elə bil onların hər 
biri ilə dəfələrlə ünsiyyətdə olub, unudulmuş anlar yaşamışam. 
Müəllif bu şəxsiyyətləri oxuculara elə böyük məhəbbətlə  təq-
dim edir ki, istər-istəməz qürur hissi keçirirsən ki, xalqımızın 
belə kişiləri olub və yenə olacaq. 
Müəllifin özünün xalqı qarşısında ən böyük xidməti ondan 
ibarətdir ki, qələminin, istedadının, zəhmətinin, qəm və torpaq 
həsrəti üstündə köklənən poeziyasının gücü hesabına unudul-
maq təhlükəsi qarşısında qalan çox adları, ünvanları, bir çox 
maraqlı hadisələri itməyə-batmağa qoymadı. Bu yaradıcılıq 
yolu böyük vətəndaşlıq və qeyrət işi deməkdir. Bir anlığa tə-
səvvürünüzə gətirin ki, bu kitablar yazılmayıb. Onda görün biz 
kimləri və nələri itirərdik. Hidayət müəllim təkbaşına bir elmi 
araşdırma ocağının işini görüb. Ziyalı üçün bundan böyük nə 
xidmət ola bilər?.. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə