Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 
 
 67
Áèáëèîãðàôèéà
yaşayan Gürcüstana canıyananlıq edən, vətənimin qayğısını 
çəkən bir şəxsiyyətdir. 
...Təkcə öz adımdan deyil, bütün gürcü xalqının adından sə-
nə  dərin təşəkkür edirəm. Mənə ünvanlanmış o məktub bütün 
Gürcüstana məxsusdur. Məni düzgün başa düş, ucadan deməli-
yəm ki, əgər Allah-Taala yaradandırsa, həm də uca Tanrı bu 
heyrət doğuran sözü və qabiliyyəti insana – yazıçıya bəxş etmiş-
dirsə, sən həqiqətən də fələyin verdiyi “yaradıcı” sözünü doğrul-
dursan. Böyük siyasət ictimai rəydən ayrı ola bilməz, ictimai 
rəyi isə yazıçı - Tanrının yer üzünə göndərdiyi yaradan yaradır, 
formalaşdırır. 
                                                    Cansuğ Çarkviani, 
şair (Gürcüstan)  
 
Hidayətə sonsuz sevgimdən danışa bilmirəm, çünki əsl 
sevgi şərh olunmur. Onu da ayırd edə bilmirəm ki, Hidayətin 
poeziyasını çox sevirəm, yoxsa özünü? Mənə elə  gəlir - 
Hidayətin poeziyası elə onun özüdür. 
     Quram Pancikidze, 
Gürcüstan Yazıçılar İttifaqının sabiq sədri 
 
Hidayətin “Sənsiz” kitabının tərtibçisi Leyla xanım Eradze 
mənə bu şeirləri tərcümə etməyi xahiş edəndə, ondan əvvəlcə 
məni orijinalla tanış etməyi xahiş etdim. Çünki nə danaq, əv-
vəllər biz bir-birimizin əsərlərini əsasən şeirin yox, nəyinsə xa-
tirinə çevirmişik. Mən o cür tərcümədən daim boyun qaçırardım. 
Bu dəfə isə orijinalı oxudum, qəlbən bəyəndim və  tərcüməyə 
də girişdim. 
Hər  şeydən başlıcası - orijinaldır. Hidayətin poeziyası 
dərindir, düşündürücüdür, mənalıdır. 
 
     Mziya 
Xetaqur, 
 şair (Gürcüstan)  
 
 
68 
Ùèäàéÿò
Hidayət öz xalqının, türk dünyasının böyük vətənpərvəri-
dir, gözəl şairidir. O, bizi dəstəkləyir, bizə yardım edir. 
        Mişşi Yuxma,  
  Xalq şairi (Çuvaşıstan) 
 
Hidayətin poeziyasıyla da, onun özüylə  də  hər görüş  mə-
nim qəlbimin milli bayramıdır.  
Rəsul Həmzətov, 
Xalq şairi  (Dağıstan) 
                                                                        
Azərbaycan, bəlkə də türk dünyasının ən çox şair yetişdi-
rən bir bölgəsidir. Bu diyar Nizami, Füzuli, Nəsimi, Xətai kimi 
şah  əsərlərini yetişdirib, türk ədəbiyyat aləminə  bəxş etdiyi 
üçün nə qədər öyünsə, yenə azdır. Adını andığımız və anmadı-
ğımız şairlərimizin büllur bulağından su içən yüzlərlə, minlərlə 
şairimiz yetişmişdir. Onlardan biri də Hidayət Orucovdur. Mən 
onunla hələ Sovetlər Birliyi dağılmazdan öncə 1988-ci ildə 
Azərbaycana getdiyim zaman tanış olmuşam. Son dərəcə kübar, 
zərif qəlbli və alicənab bir insan olan Hidayət bəyə elə ilk ta-
nışlıqdan isnişdim və aramızda əbədi bir dostluq başladı. Aradan 
keçən illər bu dostluğu daha da möhkəmlətdi. 
Şeirlərindən bir çələng hazırlayıb təqdim etdiyimiz “Ata 
qəbri” adlı kitabda sizləri Hidayət bəyin iç dünyası ilə az da ol-
sa, tanış edə biləcəyimi zənn edirəm. Orada Vətənindən, xatirə-
lərlə dolu ata-baba yurdundan uzaq düşmüş bir ürəyin hayqırtı-
larını görəcəksiniz. Hidayət bəyin zəngin poetik dünyasını Tür-
kiyə oxucularına çatdıra biləcəyimdən özümü bəxtiyar sayıram. 
Seyfəddin Altaylı, 
     publisist (Türkiyə) 
 
Hidayət müəllimlə mənim tanışlığım 10 ilə yaxındır. Bu il-
lər  ərzində  hər dəfə  mən Hidayət müəllimlə görüşəndə onun 
Azərbaycan xalqı üçün dəyərli mədəniyyət xadimi və millətse-
vər olduğunun şahidi olmuşam. 


 
 
 69
Áèáëèîãðàôèéà
Hidayət müəllim böyük şair, publisist və dramaturqdur və 
mən böyük qürur duyuram ki, onun əsərləri ilə yaxından tanış 
olmuşam. Onu da qeyd etmək istərdim ki, Hidayət müəllimin 
əsərlərini Almaniyada maraqla oxuyurlar və sevirlər.  Əsərləri 
təkcə  Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda da, 
Təbrizdə, Ərdəbildə də sevilərək oxunur. 
Mən hər dəfə Bakıya gələndə və Hidayət müəllimlə görü-
şüb söhbət etdikdən sonra Azərbaycana olan məhəbbətim daha 
da artır. Mən, vətənini ürəkdən sevən mədəniyyət xadiminə, 
Hidayət müəllimə  səmimi qəlbdən cansağlığı, uzun ömür, 
Azərbaycan xalqına xidmətində yeni uğurlar arzulayıram. 
Rza Talebi-Dəryani,  
Köln Tətbiqi Elmlər Universitetinin  
professoru (Almaniya) 
 
 
70 
Ùèäàéÿò
 
 
 
ƏSƏRLƏRİ 
 
1970 
1. 
Məni səsləyəndə  [Mətn]:  şeirlər və poema /Hidayət; 
red. İ.S.Məmmədov.- İrəvan: Ermənistan, 1970.- 43 s. 
Kitabın içindəkilər: Daim yaşayacaq bircə şeirim var;  Lal 
Neva; İmtahan - həyat; Cəsarət; Qiymət; Qoca; Dilxor qaya, lal 
şəlalə; Ata; Ürək; Sənsiz bu dünyaya ayaq açmışam; O, məni 
səsləyəndə; Qara pencək; Məni bağışla; Əsər vurhavurla payız 
yelləri; Söyüd; Mənim məhəbbətim; Deyirlər, gizlətmə 
məhəbbətini; Hicran; A qardaş, de, bahar kimə gərəkdir?; Ata 
qəbri; Zəngəzur; Gəlin, dostlar; Mən kiməm?. 
 
1973 
2. 
Məhəbbət qocalmır  [Mətn]:  şeirlər və poema /Hidayət; 
red. İ.Məmmədov.- İrəvan: Ermənistan, 1973.- 126 s. 
Kitabın içindəkilər:  Ələsgər dərsi:  Azərbaycan  şeiri; 
Ələsgər dərsi; Ürək yumruq boydamı?!; Mən belə yaşayıram; 
Baba töhfəsi;  Üç elin dərdi;  Ani düşüncə;  Cəsarət;  Həkimlə 
söhbət;  Kifayətin monoloqu;  Çepovani;  Elegiya;  Dayanacaq; 
Deyirlər, iti dili; İlk qədəmin mübarək!; Sənin ömrün; Qiymət; 
“Şairəm” demə; Robert Fişerə açıq məktub; Mənim dostlarım; 
Qoca; Alatoranda. Ata-baba ocağında:  Ötən gündən çox 
yazıram, eləmi?; Atasızlar; Anam qocalır; Hamı bu dağları 
piyada gəzər; Meğri; “Qızımla ata-baba ocağında” dəftərindən: 
1.Babalar; 2.Maralzəmi; Payızla qış arasında. İllər – düşüncə-
lər: Məndən sonra; İllər calaşdıqca, ömür ötdükcə; Dağlar və 
mən; Təzə il düşüncələri; Xoş gəlmisən, şaxta baba, xoş gəlmi-
sən təzə ilim; Bakı -Yeni il; Yalanların ad günü; Mənim düşün-
cələrim göylərdən dərin.  Məhəbbət qocalmır:  İmtahana 
qayıdaq; Məhəbbət; Qayıdacaqsan; Ömür necə ötür, gün necə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə