Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 
 
 51
Áèáëèîãðàôèéà
Hidayətin şeirləri qaynağı xalq yaradıcılığından gələn xəl-
qilik, klassik ədəbiyyatdan nəşət edən fəlsəfi dərinliklə seçilir. 
Hidayət yaşadıqlarını yazır, yazdıqlarını yaşayır və oxu-
cusunu da daxili axtarışa təşviq edir. 
Hidayət publisistikasında onun şairliyindən gələn incə 
lirizm dərin anlalitikliklə birləşir, hadisələrin insani dəyəri ilə 
ictimai əhəmiyyəti vəhdətdə aşkarlanır, tarixin fəlsəfəsi verilir. 
Yurd duyğusu, haqqın təntənəsinə inam leytmotivi bütün 
mətnlərə sirayət edir. Şəxsiyyətin müdrikliyi, fikirlərin siqləti, 
aram və  təvazökarlıq – qeyd edək ki, bütün bunlar Hidayət 
müəllimin dövlət xadimi kimi fəaliyyətinə  də xasdır – 
yazıçının hər bir əsərinə xüsusi məna aşılayır, milli taleyimiz 
haqqında sanballı tədqiqat keyfiyyəti verir. 
Bütövlükdə, Hidayət müəllimin ziyalı, şair, dövlət xadimi 
kimi fəaliyyəti vətənə, millətə, dövlətə  şərəfli xidmət,  şəxsiy-
yətin bütövlüyü nümunəsidir.  İnanırıq ki, onun şeirləri, nəsr 
əsərləri, bütün yaradıcılığı uzun illər sevilərək oxunacaq, gənc-
lərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, haqqın təntənəsi-
nə xidmət edəcəkdir. 
Kamal Abdulla, 
AMEA-nın müxbir üzvü, professor 
 
Azərbaycan Respublikasının milli məsələlər üzrə Dövlət 
müşaviri Hidayət Orucovun bir şair, dramaturq, nasir və publi-
sist olduğunu yaxşı bilirdim. Lakin etiraf etməliyəm ki, belə 
istedadlı şair olduğunu təsəvvür etmirdim. Bu, sözsüz, mənim 
üçün bağışlanmaz haldır. Axı, bu, onun gürcü dilində buraxıl-
mış ikinci kitabıdır. 
Gürcü və Azərbaycan dillərində çıxmış kitablar qarşımda-
dır, tərcüməni orijinalla müqayisə edir və  əmin oluram ki
Hidayət Orucovun şeirləri gürcü dilində heç də orijinaldan 
fərqlənmir. 
Məmməd Gülməmmədov, 
professor 
 
 
52 
Ùèäàéÿò
Hidayətin əsərlərində bir əbədi obraz var, bu TORPAQdır. 
Torpaq təkcə onun poetik obrazı deyil, TORPAQ onun YAZI 
yeridir, o SÖZlərini torpağa yazır, yalnız yazmır, həkk edir, 
SÖZü torpağa sancır, sancır ki, SÖZ bu əbədi və əzəli torpaqda 
– yanıb qovrulmuş  Qərbi Azərbaycan torpağında, Naxçıvan 
torpağında, Gəncə torpağında, Təbriz torpağında – bütöv Azər-
baycan torpaqlarında bitsin, çiçək açıb bar versin! Əsir torpaq 
çiçək açıb bar verməz! – Hidayətin  ən böyük şair yanğısı, 
vətəndaş ağrısı, şəxsiyyət narahatlığı məhz budur. Şair və və-
təndaş Hidayətin bədii və publisistik yaradıcılığı, bütün varlığı 
– içi-içalatı, qəlbi və  zəkası  ƏSİR TORPAQ yeridir. O, əsir 
torpağın  əsiridir. Ona görə  də  şairin  əsərləri XXI əsrin Azər-
baycan poeziyasına, fəlsəfi publisistikasına həsrət dolu misilsiz 
torpaq ətri gətirir – unutduğumuz torpaqların unudulmaz ətrini! 
Nizaməddin Şəmsizadə, 
professor 
 
Hidayət yaradıcılığı milli kaloriti, çoxşaxəliliyi, təbiiliyi
axıcılığı ilə fərqlənir. Onun şeirlərinin öz taleyi, öz seçimi, öz 
yolu var. Vətənpərvərlik motivləri, təbiətə vurğunluq, lirizm 
Hidayət poeziyasının qayəsini təşkil edir. Şairin bir çox şeirlə-
rində sinəsinə çalın-çarpaz dağlar çəkilmiş Anamız Azərbayca-
nın o taylı-bu taylı  dərdi böyük ürək ağrısı ilə  təsvir olun-
muşdur. 
 
Araz, qırağında doğuldum... 
Nədən, 
Suyundan bir ovuc içə bilmirəm. 
Neçə çaylar keçdim qürbət eldə mən, 
Səni bircə kərə keçə bilmirəm. 
 
Çox az sənətkarlarımızın əsərlərində təcəssüm tapan Qərbi 
Azərbaycan niskili, bizim ikən bizim olmayan Zəngəzur yan-


 
 
 53
Áèáëèîãðàôèéà
ğısı müəllifin yaradıcılığında aparıcı qollardan birini təşkil 
edib, bugünkü günümüzlə həmahəng səslənir. 
Paşa Qəlbinur, 
şair, professor 
 
“До завтра еше далеко” – ruscası belə adlanır. Moskva-
damı  nəşr olunub? Xeyr, xeyr, Mahaçqalada, lap dünənki 
2003-cü ildə. Ona görə də tirajı çox deyil, vur-tut 500 nüsxə. 
İlk vərəqində yazılıb: “Азербайджанский язык”. Yəni əvvəl-
cə şeirlərin əsli – azərbaycancası, sonra ruscası, bunun ardınca 
avarcası, dargincəsi, kumukcası, ləzgicəsi, lakcası, tabasaran-
cası, noqaycası, tatcası, saxurcası, rutulcası, aqulcası. Məncə, 
görünməmiş  təptəzə bir işdir. Dağıstanda xeyli fərqli ləhcələr 
də var. Amma respublika ərazisində ünsiyyət dili bu 13 dildir. 
Bir-birinin dilini bilən və anlayan adamlar da var, yaxın dillər 
qrupunu bilənlər də var; bir-birini anlaya bilməyənlər üçün rus 
dili ünsiyyət vasitəsidir.  İndi bizim hörmətli və  şöhrətli 
yazıçımız Hidayət müəllimin (Hidayət Xuduş oğlu Orucovun) 
şeirləri doğma dildə kitabın  əvvəlində, tərcümələr isə ondan 
sonra sıralanmışdır. 
İndi kafedramızın, eləcə də özümün Dağıstanla təlim-təd-
ris əlaqələrimizin zəiflədiyi, hətta kəsildiyi bir vaxtda hörmətli 
Hidayət müəllimin  əsərinin Mahaçqalada nəfis tərcümə  nəşri 
məni sevindirdi. 
Pənah Xəlilov, 
 professor 
 
O, özünün publisistik yaradıcılığı ilə Azərbaycan həqiqət-
lərini, Qanlı Yanvar soyqırımını  və onu törədən xəyanətkar-
ların qeyri-insani, vəhşi əməllərini, tarixən qədim Azərbaycan 
torpaqları olan İrəvan bölgəsindən Zəngəzur, Göyçə, Hamamlı, 
Ağababa və başqa ulu yurdlardan azərbaycanlıların təcavüzkar 
erməni daşnakları  tərəfindən dəfələrlə zorla qovulması, XX 
 
 
54 
Ùèäàéÿò
əsrin sonlarında isə onların bütünlüklə deportasiyaya məruz 
qalmalarını dünyaya çatdırmışdır. 
Ulu Dədə Qorqud nəslinin qeyrətli oğlu, böyük qələm 
sahibi, publisist Hidayət Nizamidən, baba Füzulidən, ənəlhəqq 
səsini ucaldan Nəsimidən,  Şah  İsmayıl Xətaidən, Dədə  Ələs-
gərdən, Mirzə  Ələkbər Sabirdən, Cəlil Məmmədquluzadədən 
və Azərbaycanın digər sənət korifeylərindən bəhrələnib, sözün 
ecazkar hikmətini, gücünü duymuş, böyük vətəndaş ürəyi ilə 
sevdiyi xalqımıza, onun gələcək nəsillərinə, zəngin dəyərlərə 
malik söz xəzinəsi – “Sözün vaxtı” kitabını ərməğan etmişdir. 
Vəli Əliyev, 
AMEA-nın müxbir üzvü, professor 
 
Çaylar zirvələrdən baş alır, qayaların bağrından keçir, 
dəryalara qovuşur. Yollar isə, əksinə, düzlərdən başlanıb əlçat-
maz, ünyetməz zirvələrə doğru üz tutur. Yazan, yaradan ilham 
və qələm sahibinin - şair dostumuz Hidayətin də ömür yolunu 
uca zirvələrə qalxan çəhlimə - cığıra bənzətmək olar. Şairin 
poeziyasında həm gerçək, həm də əfsanəvi bir dağ obrazı var - 
Ələngəz obrazı. Dünyanın hansı səmtinə yolu düşsə də, xəyal 
onu dolandırıb Ələngəzə qaytarır.  Şair nə zamansa bu zirvəni 
fəth edəcək. Əlləri zümrüd quşunun qanadlarına çatacaq və bu 
qüdrətli qanadlar onu günəşə doğru yüksəldəcək.  İnanırıq ki, 
Ələngəz yoxuşunda şair dostumun nəfəsi təngiməyəcək. 
                                                             Yaşar Qarayev, 
AMEA-nın müxbir üzvü, professor 
 
Hidayət publisistikasının ana xəttini həqiqətə, sözlə  işin 
birliyinə çağırış motivləri təşkil edir, obyektivlik, keçmişə də, 
indiyə də düzgün qiymət istəyi təşkil edir. Keçmişə münasibət 
ibrət üçün edilməlidir, pisi atmaq, yaxşıdan istifadə etmək 
məqsədi daşımalıdır. Axı, bu bizim öz tariximizdir, xalqımızın, 
ölkəmizin, hər birimizin tarixidir: indiki nəsil də bu tarixin 
yetirməsidir. Ona görə  də keçmişin tənqidi ürək ağrısı ilə, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə