Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   2   3   4   5   6   7   8   9   ...   83

 
 
 
7
Áèáëèîãðàôèéà
Tərtibçidən 
 
zərbaycan Milli Kitabxanası müasir Azərbaycan  ədə-
biyyatında öz dəsti-xəttilə seçilən görkəmli şair, drama-
turq, nasir, publisist və dövlət xadimi Hidayətin (Orucov Hidayət 
Xuduş oğlu) ədəbi və ictimai fəaliyyətini tam şəkildə əks etdirən 
biblioqrafik göstərici  işləyib  hazırlamışdır.  
Hidayət haqqında ilk biblioqrafiya 2001-ci ildə nəşr edilmişdir 
“Hidayət (Orucov Hidayət Xuduş  oğlu): biblioqrafik göstərici” 
/tərtibçi-müəl. B.A.Ələsgərov; M.F.Axundov ad. Azərbaycan 
Dövlət Kitabxanası.- Bakı: Nağıl evi, 2001). Oxuculara təqdim 
edilən yeni biblioqrafik göstərici tamamilə  təkmilləşdirilmiş,  əla-
vələr edilmişdir. Göstəricidə Hidayətin Azərbaycan və dünya xalq-
larının dillərində çap olunmuş əsərləri – poeziyası, dramaturgiyası, 
nəsri, publisistikası, müxtəlif simpozium, toplantı və konfranslarda 
çıxışları, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı 
kitablar, haqqında nəşr edilmiş kitablar və dövri mətbuat mate-
rialları toplanmışdır.  
Vəsaitdə materialların üç dildə (Azərbaycan, rus və ingilis) 
verilməsində əsas məqsəd Hidayətin həyatı və fəaliyyəti haqqın-
da bəzi məlumatları xarici ölkə oxucularına da çatdırmaqdır. 
Göstəricidə öz əksini tapan bölmələr və yarımbölmələrdə 
materiallar xronoloji qaydada, daxildə isə əlifba sırasına uyğun 
olaraq qruplaşdırılmışdır.  
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə 
sonda köməkçi göstəricilər tərtib olunmuşdur.   
Kitab  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-
biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
Göstərici haqqında rəy və  təkliflərini bildirən mütəxəssis-
lərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif 
və iradlarını Milli Kitabxanaya göndərmələrini xahiş edirik.   
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57; 
E-mail: contact@anl.az; URL: www.anl.az 

 
 

Ùèäàéÿò
От составителя 
 
зербайджанская  Национальная  Библиотека  в  пол-
ном  объеме  разработала  и  составила  библиогра-
фический указатель  известного  поэта, драматурга, прозаи-
ка, публициста и государственного деятеля, отличавшегося 
своим  почерком  в  современной  национальной  литературе 
Азербайджана – Гидаята (Оруджева Гидаята Худуш оглы). 
Первый указатель о  Гидаяте был издан в 2001-м  году 
(Гидаят  (Оруджев  Гидаят  Худуш  оглы):  библиографичес-
кий  указатель  /автор-сост.  Б.А.Алескеров;  Азербайджан-
ская  Национальная  Библиотека  им.  М.Ф.Ахундова.-  Баку: 
Nağıl evi, 2001.) Новый  библиографический  указатель  за-
ново разработан, усовершенствован, а также пополнен но-
выми  дополнениями.  В  указателе  собраны,  изданные  на 
разных языках народов мира произведения – в жанре поэ-
зии,  публицистики,  драматургии,  а  также  выступления  на 
различных  симпозиумах,  форумах,  конференциях,  книги 
составленные и отредактированные им, а также опублико-
ванные о нем книги и материалы в периодической печати. 
Главная цель указателя, публикующегося на трёх язы-
ках  (азербайджанском,  русском,  английском)  лаконично 
довести  до  сведения  иностранных  специалистов  некото-
рые этапы жизни и деятельности Гидаята.  
В библиографии материалы сгруппированы по хроно-
логии, а внутри – в алфавитном порядке. С целью облегче-
ния пользования составлен вспомогательный аппарат. 
Книга  предназначена  для  ученых-литературоведов, 
исследователей, библиотекарей-библиографов и для широ-
кого круга читателей.  
Заранее  выражая  глубокую  признательность  специа-
листам    и  читателям  за  отзывы  и  рецензии  к  указателю, 
просим  их  присылать  свои  предложения  и  пожелания    в 
Национальную Библиотеку. 
Адрес: AZ-1000, город Баку, улица Хагани, 57; 
E-mail: contact@anl.az; URL: www.anl.az 
А


 
 
 
9
Áèáëèîãðàôèéà
From the compiler 
 
zerbaijan National Library prepared a bibliographic – 
information guide about the literary and social life of 
Hidayat (Orucov Hidayat  Khudush), the prominent poet, writer, 
prosaist, playwright and the statesman. He is distinguished by 
his own writing in Modern Azerbaijani Literature. 
The first bibliography about Hidayat was published in 2001 
(Orucov Hidayat Khudush: bibliographic guide /compiler-prof. 
B.A.Alasgarov; Azerbaijan National Library named after 
M.F.Akhundov.- Baku: Nağıl evi, 2001). This guide was 
completely updated and extended. The guide includes all his 
works published both in Azerbaijani and other languages – his 
poetry, plays, prose, publicity, presentations in various 
symposiums, meetings and conferences, the books that he has 
compiled, translated, edited or written preface and the 
information, articles published about him. 
The purpose of its being in 3 languages (Azerbaijani, 
Russian, English) is to deliver information about his life and 
creativity to foreign readers too. 
Materials in the sections and subsections have been 
classifed in chronological order, inside  in alphabetical order. 
In order to facilitate the use of the guide, additional indexes 
have been compiled. 
This guide refers to literary critics, researchers, librarian-
bibliographers and mass reader groups. . 
Please send your suggestions and feedbacks to the National 
Library. We thank in advance. 
Adress: AZ-1000, Baku., Khagani st. 57; 
E-mail: contact@anl.az; URL: www.anl.az 
 
 

 
 
10 
Ùèäàéÿò
 
 
 
Həyatın, zamanın fövqündə  
gedən sənətkar 
 
Görkəmli  şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi 
xadim Hidayət Orucov çoxşaxəli yaradıcılığı  və mükəmməl, 
fərqli poetik xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında, ümu-
milikdə Azərbaycan ictimaiyyətində özünəməxsus yerə malik 
bir şəxsiyyətdir. 
O, ədəbi mühitdə Hidayət adı ilə tanınan, öz ürəyinin səsi-
ni dinləyən, onu dərindən narahat edən fikirləri, yaşanmış duy-
ğuları qələmə alan şairdir. Hələ gənc yaşlarından yazdığı şeir-
lərində  səmimiyyət, insani hisslər, vətəndaşlıq qüruru, qurub-
yaradan insanların zəhməti, eləcə  də azadlıq, istiqlaliyyət uğ-
runda vuruşan хalqların mübarizəsi, onların arzu və istəkləri öz 
əksini tapmışdır. Hidayətin “Nəyim var” adlı ilk şeiri 19 yaşın-
da ikən – 1963-cü ildə  “Ədəbi Ermənistan” almanaxında çap 
olunmuşdur. Onun poetik qayəsi insanlıq olan şeirləri oxunaqlı 
və düşündürücüdür.  Şair öz oxucusuna səmimi, xeyirxah və 
nikbin duyğular aşılayır, bu şeirlərdəki sonsuz həsrətin özündə 
də mərdlik, dözümlülük, fəlsəfi məna var. “Məni səsləyəndə”, 
“Bir az gözləyin məni”, “Sabaha çox var”, “Eviniz analı ol-
sun”, “Didərginlər”, “Həsrət”, “Zəngəzur”, “Vətən həsrəti” və 
s. bu qəbildən olan şeirlərdir. 
Hidayətin ilk şeirlər kitabı 1970-ci ildə İrəvanda “Ermənis-
tan” nəşriyyatında çap olunmuş “Məni səsləyəndə” adlanır. 
Şairin əsasən lirik şeirlərinin toplandığı ilk kitabı onun həyata, 
həqiqətə vurğunluğundan, zəngin və dolğun poeziya dünyasın-
dan xəbər verirdi.  
Həyatının  İrəvan dövründə  şair hər zaman doğma vətəni-
nin, xalqının dilini, ədəbiyyatını, mədəniyyətini təbliğ etmiş, 
onlarla poeziya, publisistika, nəsr və  tərcümə kitablarını  nəşr 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə