Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 
 
 43
Áèáëèîãðàôèéà
 
 
 
Qələm dostları, ədəbiyyat,  
mədəniyyət xadimləri və  oxucuları  
Hidayət haqqında 
 
Hidayət  şairdir, nasirdir, dövlət xadimidir, ictimaiyyətçi-
dir. Onun çoxsaylı  və  həm də sanballı  bədii, poetik, eləcə  də 
publisist  əsərləri geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə 
oxunur. Hidayət sakit təbiətli, mədəni bir ziyalıdır. Qayğıkeşlik 
onun varlığına hopduğundan o daim xeyirxahlıq etmiş, bir çox 
insanlara arxa olmuşdur. 
Hidayətdə olan milli qeyrət onun bütün yazılarında, rəsmi 
və qeyri-rəsmi fəaliyyətində özünü göstərir... 
Hidayət dəyərli vətəndaşdır, vətən oğludur. 
Budaq Budaqov, 
 akademik 
 
“Şəxsiyyəti və yaradıcılığı ilə xalqın məhəbbətini və dərin 
hörmətini qazanmış Hidayətin  əsərlərini oxuculara bu qədər 
sevdirən nədir” sualının düzgün cavablarından biri də, yəqin 
ki, belə olardı: “Onun əsərlərinin dilinin gözəlliyi və təbiiliyi.” 
Həmişə köksündə olduğu ana torpağın, gəzib dolaşdığı 
meşələrin, suyunu içdiyi büllur bulaqların, bütün varlığı ilə 
sevdiyi və həmişə arasında olduğu sadə insanların nəfəsi, səsi 
var onun əsərlərində. Xəlqilik və səmimilik Hidayətin şeirləri-
nin, nəsr və dram əsərlərinin dilinin canında və qanındadır. 
Şəxsiyyəti ilə yaradıcılığı  hər zaman qırılmaz vəhdətdə olan 
şair, nasir, dramaturq Hidayətin dili ilə daima oxucuları arasın-
da olan, onlarla şirin söhbətlər edən vətəndaş Hidayətin dili 
arasında bənzərsiz bir uyğunluq var və bu bənzərsiz uyğunluq 
böyük alman alimi Vilhelm Humboldtun sözlərini yada salır: 
 
 
44 
Ùèäàéÿò
“Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan 
güclü olan eynilik təsəvvür etmək çətindir”. 
  Ağamusa Axundov, 
akademik 
 
Hidayət müəllimin pərəstişkarları  təkcə Azərbaycanda 
deyil, onun hüdüdlarından kənarda da kifayət qədərdir.  Əbəs 
deyildir ki, onun 20-dən çox xarici dillərə  tərcümə olunmuş 
əsərləri müxtəlif ölkələrin xalqları  tərəfindən rəğbətlə qarşıla-
nır, sevilə-sevilə oxunur. Hidayət müəllim bəşəri bir yazıçı 
olduğuna görə, dünya ədəbi-bədii nümunələrinin bir qismini 
ana dilimizə çevirərək, xalqlar arasında salınan ədəbi ünsiyyət 
körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradır. 
Hidayət müəllimin ictimai xadim kimi fəaliyyəti Azərbay-
canın dövlət müstəqilliyinin bərpasına, bərqərar olmasına, 
möhkəmləndirilməsinə, eləcə də xalqlar arasında əlaqələrin ge-
nişləndirilməsi, millətlər arasındakı münasibətlərin yaxşılaş-
dırılması istiqamətində görülən işlərə lazımi töhfələr verməkdə 
davam edir. Bu fəaliyyətin dövlətimiz tərəfindən layiqincə qiy-
mətləndirilməsi hamımızı ürəkdən sevindirir. Onun vətənin 
yüksək təltiflərindən olan “Şöhrət” ordeninə, “Azərbaycan 
Respublikasının  Əməkdar incəsənət xadimi” fəxri adına layiq 
görülməsi ölkəmizdə ona verilən qiymətin dəyərli məzmununu 
təcəssüm etdirir. 
Əhliman Əmiraslanov, 
akademik 
 
Vətəndaşlıq Hidayətin çoxcəhətli yaradıcılığının cövhəri, 
mahiyyətidir. O, yeni mərhələdə Azərbaycanda dərin ictimai 
məzmunlu vətəndaş poeziyasının, yüksək vətəndaşlıq ruhuna 
malik olan publisistikanın və  səhnəyə  həyat nəfəsi bəxş edən 
dramaturgiyanın  əsas yaradıcılarından biri kimi böyük nüfuz 
qazanmışdır. Ciddi vətəndaşlıq mövqeyi və  məsuliyyət  şair, 
publisist və dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə 


 
 
 45
Áèáëèîãðàôèéà
mənalandırır. Hidayətin sözü də, özü də təmənnasız, məsuliy-
yətdən yoğrulmuş vətəndaşlığın şərəfli taleyini yaşamaqda da-
vam edir. Əxlaqi-mənəvi dəyərlərə, cəmiyyət hadisələrinə  və 
söz sənətinə münasibətdə illərdən bəri davam edən məsuliyyət 
duyğusu Hidayətə bir şəxsiyyət kimi də, sənətkar kimi də 
ucalıq gətirir.  Şairin avtoportret səpkili  şeirlərinin hamısında 
yüksək  əxlaqi-mənəvi dəyərlər,  şəxsiyyətin bütövlüyü və  əsl 
vətəndaş mövqeyi ifadə olunur. Geniş mənada Hidayətin yara-
dıcılığı onun ömrünün, taleyinin poetik monoloqudur. Lakin 
şair bir taleyin monoloqunu millətin monoloquna çevirməyi 
bacarmışdır. Və bu monoloq həmişəki sabit, təmkinli tempi, 
milli qayəsi, ictimai dəyərləri, həqiqi vətəndaşlıq yanğısı ilə 
çağlamaqda davam edir. 
İsa Həbibbəyli, 
akademik 
 
Hidayətin ilk şeir kitabına ön söz yazmışam. Sonradan 
başqa kitabları haqqında ürək sözlərimi söyləmişəm. Amma 
ürəyim hələ boşalmayıb, əksinə, son illər daha da dolub, çünki 
torpaq təəssübü, xalqımızın mənəviyyatını əks etdirən can yan-
ğısı, mərdliklə namərdliyin, düzlüklə əyriliyin əlbəyaxa vuruşu 
getdikcə onun yaradıcılığında elə təbii, eyni zamanda elə qaba-
rıq canlanır ki, hətta şeirin janrlarına sığmır, nəsrə çevrilir, kə-
sərli publisistikaya çevrilir... 
Hidayət həm bir vətəndaş, həm də yazıçı kimi sözün düzü-
nü deməyə çalışır və buna nail olur. 
Bəxtiyar Vahabzadə, 
Xalq şairi, akademik 
 
Hesab edirəm ki, Hidayət Orucovun bioqrafiyası iftixar et-
məli və öyrənməli ömür yoludur! Bütün bu üstün keyfiyyətləri-
nə görə mən Hidayət Orucovu həmişə həyatının mənasını xal-
qa, Vətəninə  təmənnasız xidmətdə görən aydın zəkalı, milli 
mənafeyi həmişə şəxsi mənafedən üstün tutan və bütün ədəbi, 
 
 
46 
Ùèäàéÿò
mədəni və dövlətçilik fəaliyyətini bu müqəddəs amala həsr et-
miş nurlu şəxsiyyət kimi tanıyır, dərin hörmət və ehtiram bəs-
ləyirəm. Hidayət Orucov tanınmış yazıçı, dövlət xadimi 
olmaqla yanaşı, xeyirxah insan, hamıya örnək olan vətəndaş 
ziyalı və ziyalılığı yüksək tutan dövlət adamıdır. Ziyalı millətin 
yoluna işıq tutan, insanları haqqa, ədalətə, sülhə, dostluğa, 
barışa səsləyən böyük hərflə yazılan  İNSANdır. Ziyalı xalqın 
düşünən beyni, mənəvi diriliyidir. Ziyalı  Vətən və millət 
yolunda zəkasını, ağlını, intellektual potensialını  əsirgəməyən 
İNSANdır. Ziyalı həm xalqına, dövlətinə, dövlətçiliyinə səda-
qətlə xidməti ilə, onlara verdiklərinin sanbalı  və miqyası ilə 
böyükdür. Ziyalı üçün Vətən sevgisindən, millət duyğusundan 
ali hiss yoxdur!!! 
Hidayət Orucov məhz bu sadaladığım milli-mənəvi dəyər-
ləri özündə  cəmləşdirən, fəaliyyətində onları gerçəkləşdirən 
milli ruhlu, vətəndaş qeyrətli, xeyirxah ziyalılarımızdandır... 
Misir Mərdanov,  
professor 
 
Hidayətin yaradıcılıq yolu ilə yaxından tanışlıq göstərir ki, 
o, 60-70-ci illərdə daha çox bir şair, 80-ci illərin birinci 
yarısında daha çox bir nasir, həmin onilliyin ortalarından sonra 
isə daha çox bir publisist kimi məşhurlaşmışdır. Əlbəttə, bu cür 
yaradıcılıq təkamülünün yalnız subyektiv maraq, daxili tələbat-
la  əlaqədar olduğunu söyləmək düzgün deyil. Şeirdən nəsrə, 
oradan da publisistikaya keçmək (və  əlavə edim ki, müəyyən 
tarixi ardıcıllıqla keçmək) birinci növbədə dövrün, Azərbaycan 
cəmiyyətində baş verən ictimai-siyasi, ideya-estetik proseslə-
rin, təbəddülatların təsirinin nəticəsi idi. Hidayət yaradıcılığı-
nın xarakteri təbiət etibarı ilə cəmiyyət yazıçısıdır, onun bədii 
təfəkkürü cəmiyyətlə  nəfəs alır, gücünü, enerjisini ictimai 
həyatdan götürür və ona görə də ictimailəşir.  
...Mən əminəm ki, Hidayətin yaradıcılığı bundan sonra da 
mənsub olduğu xalqın həyatını bu və ya digər mərhələdəki 
sosial düşüncəsini kifayət qədər geniş,  əhatəli, müfəssəl bir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə