qüvvə kimi görürdü.
Ümumilikdə, Azərbaycanın Ümummilli lideri H. Əliyev
tərəfindən müəyyən olunan və həyata keçirilən gənclər siyasəti
özündə beş mühüm istiqaməti ehtiva edirdi:
- milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun
artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik
ruhunda tərbiyəsinin təmin edilməsi;
- gənclərin elmi və intellektual potensialının artırılması üçün
ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi;
- gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin
müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində
birləşməsinin gücləndirilməsi;
- dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli
dərəcədə artırılması və onlarda məsuliyyət hissinin
formalaşdırılması;
- gənclərin Azərbaycan dövlətinin beynəlxalq aləmə
inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə
etmələri üçün möhkəm əsasın yaradılması.
Dünyada, o cümlədən Azərbaycanda ictimai-siyasi hadisələr
baş verdikcə, gənclər qarşısında duran problemlər və onların
həlli yolları da dəyişirdi. Azərbaycan xalqının problemlərinin
müasir dünya kontekstində həlli üçün Azərbaycan gənclər
hərəkatının yenidən qurulması vacib idi. Bununla əlaqədar
olaraq müstəqil Azərbaycan Respublikasında gənclər
hərəkatının əlaqələndirilməsi məqsədilə 1994-cü il iyulun 26-da
Azərbaycan Prezidentinin Fərmanı ilə Gənclər və İdman
Nazirliyi yaradıldı (2001-2006-cı illərdə Gənclər, İdman və
Turizm Nazirliyi). Bu nazirliyin meydana gəlməsi ilə dövlət
6
Dövlət gənclər siyasəti
gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirildi,
nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi
tərbiyəsi və fiziki inkişafı, onların hüquqlarının müdafiəsi,
beynəlxalq strukturlarda iştirakı və gənclər təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər
görüldü, bir sıra dövlət proqramları hazırlandı.
Gənclərin cəmiyyətin inkişafı və onun problemlərinin
həllində rolunun, ölkənin gələcəyi naminə onların
məsuliyyətinin artırılması, paytaxt və regionlarda yaşayan
gənclərin nümayəndələri arasında fikir mübadiləsi üçün şəraitin
yaradılması, gənclər təşkilatları ilə dövlət qurumları və hökümət
strukturları arasında qarşılıqlı fəaliyyətin asanlaşdırılması
məqsədilə 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin ilk
forumu keçirildi. Forum müstəqil Azərbaycan Respublikasının
qarşısında duran mühüm vəzifələrin həllində gənclərin fəal
iştiraka hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin
nəzərəçarpacaq dərəcədə fəallaşmasına səbəb oldu. 1997-ci il
fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin forum
nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir
il ərzində görülmüş işlər təhlil olundu və gənclərlə bağlı əsas
problemlərin həlli yolları müəyyən edildi. Azərbaycan
Respublikası Prezidentinin elə həmin gün imzaladığı sərəncamı
ilə fevralın 2-si Azərbaycan gənclər günü elan edildi.
1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün
əlamətdar oldu - mart ayının 2-3-də Azərbaycan gənclərinin
ikinci forumu keçirildi. Forumda, birinci forumdan ötən vaxt
ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət
quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələr
7
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
müəyyən edildi, respublikanın ictimai-siyasi həyatında
gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması ilə bağlı
tövsiyələr verildi, dövlət orqanlarının diqqəti gənclərin
problemlərinin həllinə yönəldildi*.
Bu forumlar çərçivəsində qeyri-hökumət gənclər
təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai və siyasi
fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc
alimlərin perspektivləri, yaradıcı gənclərin problemləri və yeni
layihələri, gənclərin idarəetmə sferasına cəlb edilməsi, gənclərin
xaricdə təhsil layihələrinin dəstəklənməsi və həyata keçirilməsi,
beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə
olunur, müvafiq qərarlar qəbul edilir. Bütün bunlar gənclərin
problemlərinin bilavasitə həlli üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan xalqının mənafeyinə əsaslanan gənclər siyasəti
Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1997-
ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK)
Prezidenti vəzifəsinə İ. Əliyevin seçilməsi idman və gənclər
siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni
şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK Prezidenti
kimi İ. Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsinə,
idman və bədən tərbiyəsinin inkişafına, Azərbaycanın dünya
idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsinə yönəlmiş
bir sıra tədbirlər həyata keçirdi.
1996-2009-cu illərdə qəbul olunmuş “Azərbaycanda gənc
istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (22 iyun 1996-cı il), “Gənc istedadlar üçün
* Bu günə qədər Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir: üçüncü forum –
2003-cü ildə, dördüncü – 2005-ci ildə, beşinci – 2008-ci ildə və altıncı forum 2011-ci ildə.
8
Dövlət gənclər siyasəti
Dostları ilə paylaş: |