keçirilməsinə yaxından köməklik göstərilməsi;
- Ümumi qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə müvafiq
olaraq uşaqların hüquqlarının müdafiəsinə yönəldilmiş
tədbirlərin həyata keçirilməsi;
- Bazar iqtisadiyyatı şəraitində gənclərin sahibkarlıq fəaliyyətinə
cəlb edilməsi üzrə digər dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi;
- Gənclər təşkilatlarının formalaşmasında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak, onların
fəaliyyətinin əlaqələndirilməsi;
- Gənclərin, onların problemlərinin həllinə istiqamətlənmiş
beynəlxalq tədbirlərdə fəal iştirakına kömək göstərilməsi;
- Bədən tərbiyəsi sahəsində Azərbaycan Respublikası milli
proqramının həyata keçirilməsi;
- Bədən tərbiyəsinin geniş təbliğinin təşkili, Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali
tərəfindən sürülməsi üçün şəraitin təmin edilməsi;
- Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idman və
bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə
dövlət orqanları və ictimai təşkilatlarla birlikdə onların maddi-
texniki bazasının inkişaf etdirilməsi;
- Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə
köməklik göstərilməsi.
Nazirlik, gənclər və idman sahəsində dövlət siyasətini həyata
keçirən orqandır. Nazirliyin yaradıldığı dövrdə mövcud olan
iqtisadi çətinliklərə, o cümlədən Ermənistanla olan hərbi
münaqişəyə baxmayaraq Prezidentin göstərişi ilə idmanın
inkişafına mümkün olan maksimum vəsait ayrılırdı. Buna əlavə
26
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
olaraq Prezidentin 5 mart 1995-ci il tarixli fərmanı ilə Azərbaycan
idman fondu yaradıldı.
Dövlətin Gənclər Siyasətində idmanın inkişafı və onun
kütləviliyinin artırılması həmçinin mühüm yer tutur. Dövlət
başçısının ardıcıl səyi nəticəsində Azərbaycan dünyanın
qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın
müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılışı,
ölkədə iri beynəlxalq idman yarışlarının təşkili, Azərbaycan
idmançılarının olimpiada və dünya çempionatlarında uğurlu
çıxışları buna əyani sübutdur.
Azərbaycan gəncliyi (2011-2015-ci illər) Dövlət proqramına
gənclərlə bağlı müxtəlif istiqamətli layihələrə dəstək daxil
edilmişdir (proqramın 6.3.2, 6.7.3 bəndləri). Dövlət Gənclər
siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin
maliyyələşməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən 16
yanvardan 16 fevral 2012-ci ilədək gənclər təşkilatları arasında
aşağıdakı mövzular üzrə müsabiqə keçirilmişdir:
- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclər arasında informasiya texnologiyalarından faydalı
istifadənin təbliği;
- gənclərin məşğulluğunun təmin edilməsi və gənc
mütəxəssislərin karyera qurmalarında iştirak;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin
genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq
edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı
27
Gənclər və idman
gənclərlə iş;
- gənclər arasında sağlam həyat tərzinin təbliği;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyət
siyasətinin formalaşmasında iştirak;
- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.
Müsabiqəyə gənclər təşkilatlarının 115 layihəsi təqdim
edilmiş, onlardan 22 müsabiqə meyarlarına uyğun gəlmədiyi
üçün nəzərdən keçirilməmişdir. Nəticədə müsabiqədə iştirak
edən 93 layihə şərtlərə uyğun təhlil olunmuş və gənclər
təşkilatlarının 57 layihəsinin qismən maliyyələşdirilməsi
haqqında qərar qəbul olunmuşdur. Maliyyələşdirilən layihələrin
ümumi büdcəsi 851.589 manat təşkil etmişdir.
Müsabiqə, Gənclər və İdman Nazirliyinin kollegiyasının 31
iyul 2006-cı il tarixli Gənclərin qeyri-hökumət təşkilatları
tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq
h a z ı r l a n m ı ş p r o q r a m l a r ı n ( l a y i h ə l ə r i n ) q i s m ə n
maliyyələşdirilməsi haqqında qərarı və Ekspert-Məsləhət
Şurasının Əsasnaməsini və Əsasnaməyə əlavə və düzəlişlərin
edilməsi haqqında Kollegiyanın 30 oktyabr 2008-ci il tarixli
qərarı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası
Qanununun 2-ci fəslinin 10-cu maddəsinə əsasən gerçəkləşib.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1994-cü il
tarixli 199 saylı fərmanı və Bakı Şəhər İcra Hakimiyyəti başçısınn
1433 №-li sərəncamına müvafiq olaraq Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi (BŞGİBİ) yaradılmışdır. İdarə, Bakı şəhərində
gənclərə istiqamətlənmiş müxtəlif tədbirlərin və layihələrin
28
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
həyata keçirilməsini əlaqələndirir. Ölkənin digər rayon və
şəhərlərində də Gənclər və İdman İdarələri fəaliyyət göstərirlər.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin
yaradılmasını müstəqil Azərbaycan tarixində yeni “idman
səhifəsinin” açılışı kimi qəbul etmək olar. Elə həmin il beş
Azərbaycan idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş
komandası tərkibində Barselonada keçirilmiş XXV Yay Olimpiya
Oyunlarında iştirak etdi. Barselona Olimpiyadasından sonra
Milli Olimpiya Komitəsi yalnız Olimpiya oyunlarında iştirakla
kifayətlənməyərək öz fəaliyyətini genişləndirməli və
beynəlxalq olimpiya hərəkatına qoşulmalı idi. Olimpiya hərəkatı
ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi tələb olunurdu.
1994-cü ildə Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanışlıq
və Azərbaycanda olimpiya Hərəkatının inkişaf səviyyəsi ilə tanış
olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti X. A.
Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının
Prezidenti M. Vaskes Rana, Avropa Olimpiya Komitəsinin
Prezidenti J. Roq Bakıya gəldilər. Onları Azərbaycan
Respublikasının Prezidenti H. Əliyev qəbul etdi. Qəbulda
Azərbaycan olimpiya hərəkatının real vəziyyəti və onun inkişaf
perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Ümumiyyətlə, 1992-1997-ci illərdə Azərbaycan Milli
Olimpiya Komitəsinin fəaliyyətində Avropa yeniyetmələrinin
olimpiya günlərində iştirakını, Bakıda Beynəlxalq Olimpiya
Olimpiya hərəkatı
29
Gənclər və idman
Dostları ilə paylaş: |