tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın
ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal
iştirakını təmin etmək Tələbə Gənclər Təşkilatları İttifaqının
məqsədləridir. Bu məqsədlərə nail olmaq üçün İttifaq, növbəti
istiqamətlərdə fəaliyyət göstərir:
– tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək
üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli
oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil etmək;
təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin
fəallığını artırmaq;
tələbələrin hüquqlarını müdafiə etmək;
tələbə gənclər arasında ümumbəşəri dəyərləri təbliğ etmək,
vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına
nail olmaq;
tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə
bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;
tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq
məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək;
tələbə gənclər arasında pis vərdişlərə qarşı təbliğat işləri
aparmaq, narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və
digər neqativ meyllərə qarşı profilaktik tədbirlər həyata
keçirmək;
respublikanın daxilində və xarici ölkələrdə keçirilən
müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda, idman
yarışlarında istedadlı və yaradıcı tələbələrin iştirakını təmin
etmək.
Bu məqsədlərə çatmaq üçün Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı mütəmadi olaraq seminarlar, konfranslar,
milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri və digər
müvafiq tədbirlər keçirir.
Tələbələrin sosial problemlərinin həlli və onların
–
–
–
–
–
–
–
59
Gənclər və ictimai hərəkat
hüquqlarının müdafiəsi ilə həmçinin tələbə həmkarlar
komitələri məşğul olur. Komitələrin fəaliyyətində
maarifləndirmə işləri, “dəyirmi masa”ların və elmi
konfransların keçirilməsi daha çox vurğulanır.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 11
gənclər təşkilatının iştirakı ilə 21 noyabr 1995-ci ildə təsis
olunmuş, 31 yanvar 1996-cı ildə isə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Onun əsas
məqsədi gənclər təşkilatlarını birləşdirmək və onların
fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
ARGTMŞ-nın əsas fəaliyyət istiqamətləri Azərbaycan
gənclərinin müasir dünyaya inteqrasiyasının təmin edilməsi,
təhsil məqsədilə mübadilələrin həyata keçirilməsi, tanışlıq
səfərləri, həmçinin müxtəlif beynəlxalq səviyyələrdə
Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasının
təmin olunması ilə bağlı bu sualın müzakirəsini nəzərdə tutur.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən
Avropanın nüfuzlu qeyri-hökumət təşkilatının – Avropa Gənclər
Forumunun, Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən isə
BMT-nin İqtisadi və sosial şurasının məşvərətçi statuslu
üzvüdür. 2004-cü ildən ARGTMŞ İslam Konfransı Gənclər
Forumunun təsisçisi və tamhüquqlu üzvüdür.
Hal-hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurası öz
ətrafında 70-dən çox uşaq və gənclər təşkilatını birləşdirərək hər
il çoxsaylı gənclər nümayəndələrinin iştirakı ilə iri layihələr
həyata keçirir.
İrəli İctimai Birliyi bu gün Azərbaycanda fəaliyyət göstərən ən
fəal ictimai birliklərdən biridir. Bu, öz sıralarında əsasən
60
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
tələbələri, ali məktəb məzunlarını, həmçinin xaricdə təhsil almış
gənc mütəxəssisləri birləşdirən ən kütləvi gənclər təşkilatıdır.
Hərəkat 3 illik fəaliyyəti dövründə öz sıralarında 6 mindən
çox Azərbaycan gənclərinin nümayəndələrini birləşdirmiş və
ölkənin ən fəal gənclər təşkilatına çevrilmişdir. Bu hərəkatın
təsisçiləri 9 dekabr 2008-ci ildə onun buraxılması haqqında qərar
qəbul etmiş, 24 dekabr 2008-ci ildə isə “İrəli” ictimai birliyi təsis
edilmişdir.
Bu birliyin məqsədləri elm, təhsil, din, mədəniyyət, ekoloji
maarifləndirmə, sahibkarlıq, idman, vətənpərvərliyin möhkəm-
ləndirilməsi istiqamətlərində Azərbaycan vətəndaşlarının
ümumrespublika miqyasında inkişafının təmin edilməsi, azad
və fərdi inkişaf üçün imkanların tərbiyə olunması, milli-mənəvi
dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması,
ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın təmin
edilməsidir.
Gənc peşəkarların fəaliyyəti İrəli ictimai birliyinin maraqları
dairəsindədir. Təşkilatın nöqteyi nəzərincə inkişafın effektiv
yolu insan kapitalına ardıcıl sərmayədən keçir. Hal-hazırda 20
mindən çox insan və 12 təşkilat “İrəli”-yə üzvdür. “İrəli” gənclər
üçün və gənclər vasitəsilə cəmiyyətin inkişafına çalışır.
2010 – 2011-ci illərdə “İrəli”nin layihələrində 120 mindən çox
insan iştirak etmişdir. Birliyin fəaliyyəti Azərbaycanın bütün
rayon və şəhərlərini əhatə edir, bundan başqa təşkilatın
Avropanın 13 şəhərində əlaqələndiriciləri fəaliyyət göstərir.
Gənclərin təşəbbüslərinə əsaslanan “İrəli”, getdikcə gənc nəsil
üçün ictimai təcrübə məktəbinə çevrilə bilər.
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da
61
Gənclər və ictimai hərəkat
Dostları ilə paylaş: |