mütəxəssislərinin mübadiləsi haqqında qarşılıqlı ikitərəfli
sazişlər imzalanmışdır. Bu sazişlər əsasında çoxsaylı gənc
kadrlar nüfuzlu universitetlərin klinikalarında öz elmi və təcrübi
biliklərini artırırlar. Belə ki, məsələn, 2010-cu il ərzində
Azərbaycandan olan 37 həkim və 13 orta tibb işçisi elmi və
təcrübi biliklərini təkmilləşdirmək üçün xarici ölkələrə
göndərilmişlər.
İkitərəfli sazişlərə əsasən Səhiyyə Nazirliyinin xətti ilə gənc
kadrların xarici dövlətlərə göndərilməsi ilə yanaşı, tibb işçiləri
üçün kursların təşkili məqsədilə bu dövlətlərdən aparıcı
mütəxəssislər Azərbaycana dəvət olunur. Hər il bu cür kurslarda
onlarla Azərbaycan həkimləri təhsil alırlar. Almaniya, Polşa,
Rusiya, Türkiyə, Belarus və digər ölkələrdən olan professor-
müəllim heyətlərinin, ekspertlərin, həkimlərin Azərbaycanda
nəzəri və praktiki seminarlar təşkil etməsi tibb işçilərinin peşəkar
yüksəlişinə səbəb olur.
Kadrların xarici ölkələrə göndərilməsi və xarici
mütəxəssislərin dəvəti zamanı Azərbaycan üçün tibb sahəsinin
prioritetləri nəzərə alınır. Xəstəxana təşkili, radiodiaqnostika,
anesteziologiya, hematologiya, reproduktiv sağlamlıq, uşaq
kardiocərrahiyyəsi, invaziv kardiologiya, transplantologiya və s.
sahələrə xüsusi diqqət yetirilir.
Azərbaycan dövləti gənclərin elmə marağının artırılması və
onlara dövlət qayğısının gücləndirilməsi istiqamətində bir sıra
Elm
44
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
mühüm işlər görmüşdür. Bu işlər sırasına həm dövlət
səviyyəsində qəbul edilən proqramları, həm də şəxsən ölkə
Prezidentinin imzaladığı fərman və sərəncamları aid etmək olar.
Belə ki, məsələn Azərbaycan Prezidentinin 21 oktyabr 2009-cu
il tarixli Sərəncamı ilə məqsədi Azərbaycan elminin inkişafına
dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu yaradılmışdır.
Fond fəaliyyətində öz Nizamnaməsini, Azərbaycan
Respublikasının "Qrant haqqında" Qanununu (17 aprel 1998-ci il
tarixli № 483-IQ, əlavə və dəyişikliklərlə) və Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-
2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsəd və
vəzifələrini, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın və müvafiq qanunvericilik aktlarının
tələblərini rəhbər tutur.
Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 10
aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması
haqqında” 2756 saylı Sərəncamının 2-ci bəndinin təmin
olunması məqsədilə qəbul edilmişdir. Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Milli strategiya və Dövlət Proqramının
həyata keçirilməsi əlaqələndirən orqan kimi müəyyən edildi.
Dövlət proqramında, xüsusilə aşağıda qeyd olunan
istiqamətlər öz əksini tapdı:
45
Gənclər – sosium
- gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və
onlara fundamental elmi tədqiqatlar aparmaq üçün əlverişli
imkanların yaradılması məqsədi ilə müvafiq fondların təşkili;
- ölkənin ali məktəblərindəki perspektivli gənc
tədqiqatçıların AMEA-da xüsusi proqram əsasında
təkmilləşdirilməyə cəlb olunması;
- elmin İnkişaf Fondu çərçivəsində elmdə gənc kadr
potensialının gücləndirilməsi üçün proqramların işlənib
hazırlanması.
Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramında icrası nəzərdə tutulan elmdə gənc kadr
potensialının gücləndirilməsini 2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və
Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi
işinin davamı kimi qəbul etmək olar. Azərbaycan Milli Elmlər
Akademiyasına Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 2010-cu ildə 500 min manat həcmində vəsait
ayrılmasını nəzərdə tutan Azərbaycan Respublikası
Prezidentinin 9 fevral 2010-cu il tarixli Azərbaycan Milli Elmlər
A k a d e m i ya s ı n ı n g ə n c a l i m l ə r i n i n Av r o p a n ı n e l m i
mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında Sərəncamı bu məqsədlərə xidmət edir. Qeyd olunan
vəsaitlər Avropanın elmi mərkəzlərinin doktoranturalarında
gənc alimlərin təhsil almaları, Azərbaycan Respublikasında Milli
standartlar səviyyəsində elmi araşdırmaların aparılması,
ölkənin elmi kadr potensialının artması və Azərbaycan elminin
beynəlxalq elmi sferaya inteqrasiyasını sürətləndirmək üçün
46
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
nəzərdə tutulmuşdur.
Bakı şəhərində 25-30 iyul 2012-ci il tarixlərində gənc alimlərin
ikinci Respublika innovativ ideya yarmarkası keçirilmişdir.
Onun çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası
gənclərin intellektual inkişaf mərkəzi və Azərbaycanın gənc
alim, aspirant və magistrlər cəmiyyəti tərəfindən “Yeni
çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin
təcrübi və tətbiqi əsasları” adlı elmi konfrans təşkil olundu. Bu
konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun gənc alim və mütəxəssislərin birinci
müsabiqə üzrə qalib olmuş qrant layihəsi çərçivəsində
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
maliyyə-təşkilati dəstəyi ilə baş tutmuşdur. Konfransda elmin
müxtəlif sahələrində gənc alim və mütəxəssislər iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının (indiki Prezident Administrasiyasının)
rəhbərinin 15 fevral 2005-ci il tarixli 41 saylı Sərəncamı ilə təsdiq
olunmuş Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin
təkmilləşdirilməsinə dair Tədbirlər Planında Azərbaycan Milli
Elmlər Akademiyasının nəzdində Gənclərin İntellektual İnkişaf
Mərkəzinin yaradılması Milli Elmlər Akademiyasının və
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm (indiki
Gənclər və İdman) Nazirliyinin üzərinə vəzifə kimi qoyulmuş və
AMEA Rəyasət Heyətinin 06 aprel 2005-ci il tarixli 11/5 saylı
qərarı ilə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi
yaradılmışdır.
Mərkəzin əsas məqsədi gənclərin elmi potensialının
artırılması, onların elm, texnika, iqtisadiyyat, sənaye, energetika,
47
Gənclər – sosium
Dostları ilə paylaş: |