kənd təsərrüfatı və digər sahələrdə ixtiralarını, kəşflərini,
təşəbbüslərini, səmərələşdirici təkliflərini stimullaşdırmaq,
layihə və proqramların maliyyələşdirilməsi, elmi kəşflərin və
ixtiraların tətbiq olunması ilə əlaqədar dövlət orqanlarına,
kommersiya qurumlarına müraciət etmək, respublikada və
respublikadan kənarda fəaliyyət göstərən fondların və donor
təşkilatların axtarışına yardım etməkdir.
Gənclərin İntellektual İnkişaf Mərkəzinin struktur bölmələri
olaraq AMEA-nın bütün elmi müəssisələrində Gənc Alimlər
Şuraları yaradılmışdır. Mərkəz, Şuraların fəaliyyətini
əlaqələndirmək məqsədilə ayda bir dəfə Gənc Alimlər
Şuralarının sədrlərinin iclaslarını keçirir. İclaslarda Gənc Alimlər
Şuralarının sədrlərinin təmsil etdikləri şuralarının fəaliyyəti
haqqında hesabatları dinlənilir, şuraların illik planları
təsdiqlənir və onların qarşılıqlı əlaqəsi təmin edilir.
Hal – hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 32
qurumunda gənclərin intellektual inkişaf mərkəzinin şuraları
fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, “Gənc Alimlərin I Respublika
İnnovativ İdeya Yarmarkası” 18-23 noyabr 2010-cu il tarixlərində
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA
Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər
Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Yarmarkada
AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq
təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak etmişlər.
Yarmarka çərçivəsində “Elm çətiri altında: Gənc alim və
tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın
stimullaşdırılması və təkrar istehsalı” mövzusunda konfrans,
48
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
gənc alim və tədqiqatçılar üçün “Yaşıl çətir: Ekologiya və qlobal
iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda
təzahürləri”, “Azərbaycanda biomüxtəlifliyin qorunması və
əkinə yararlı torpaqların eroziyaya məruz qalmasının qarşısının
alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc
tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya
mübadiləsi işinin təşkili” mövzularında seminarlar təşkil
olunmuşdur.
“Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya
və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” mövzusunda
keçirilmiş dəyirmi masada innovativ ideyaların iqtisadiyyata
müsbət təsirindən söhbət açılmışdır.
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa
təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali
təhsilin məzmununun Bolonya prinsiplərinə uyğunlaşdırılması,
ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək
hazırlıqlı kadrlara tələbatın ödənilməsi, o cümlədən əhaliyə
müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan
səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq
edilmiş 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramında yer almış
“Ali təhsildə kadr hazırlığı” istiqamətində icrası nəzərdə tutulan
işlər sırasında gənc mütəxəssislərin ucqar rayonlarda çalışmasını
Təhsil
49
Gənclər – sosium
stimullaşdıran proqramın həyata keçirilməsi nəzərdə tutulmuş-
dur. Bu proqramların həlli məqsədilə gənc mütəxəssislərin
sosial problemlərinin həlli, xüsusilə gənc müəllimlərə
güzəştlərin verilməsi sahəsində mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və sahibkarlar
(İşəgötürənlər) təşkilatlarının Milli Konfederasiyası arasında
2012-ci il 6 mart tarixli 58 nömrəli qərarla bağlanmış 2012-
2013-cü illər üçün Baş kollektiv sazişi bu yanaşmaya əyani
sübutdur. Bu sazişin müvafiq bəndlərində:
џ
ölkə gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaları üçün səyləri artırmaq (1.18);
џ
gənclərin məşğulluğunun təmin edilməsinə, onların kənd
yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin
təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına,
həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin,
gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin
gücləndirilməsinə istiqamətləndirilən tədbirləri
dəstəkləmək (3.4);
џ
ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və
vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək,
onların peşələrinə uyğun işlə təmin olunmasına nail olmaq
(3.5);
џ
gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni
peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair
işlərin gücləndirilməsi (3.27);
џ
işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi
norma və qaydaları barədə mütəmadi məlumatlandırıl-
50
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
ması, xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi
məqsədi ilə regional xarakterli seminarların keçirilməsi
(5.19) nəzərdə tutulur.
Təhsil sistemində gənclərlə işə daha bir nümumə bu sistem
çərçivəsində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri
xətti ilə həyata keçirilən tədbirlərdir. Uşaq-gənclər idman
məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları məktəbləri
məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir. Onlar öz
fəaliyyətlərini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına,
bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki
hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə
ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici
rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların
hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə
Şək. 9. 2009-2011-ci illərdə beynəlxalq yarışlarda Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrinin nailiyyətləri
51
-cu il
-cu il
-ci il
Gənclər – sosium
Dostları ilə paylaş: |