göstərici Azərbaycan kimi ölkə üçün kifayət qədər
əhəmiyyətlidir.
Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün göndərilən
gənclərimizin seçimi məqsədilə 2009-cu ildə bu ölkənin müvafiq
qurumları ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında
Saziş imzalanmışdır. Bu sazişə əsasən hər il Azərbaycanın bir
neçə vətəndaşı Beynəlxalq Təhsil İnstitutu (İİE) ilə əməkdaşlıq
çərçivəsində magistratura pilləsində təhsil almaq üçün ABŞ
universitetlərinə göndərilir. Son iki il ərzində bu proqramdan
11Azərbaycan gənci istifadə etmişdir.
ABŞ-da BTİ (İİE) ilə əməkdaşlıq çərçivəsində tələbələrin
əksəriyyəti humanitar ixtisaslar və “iqtisadiyyat və idarəetmə”
ixtisası üzrə təhsil almaq hüququ əldə etmişlər.
Dövlət Proqramının icrasının ikinci, 2008/2009-cu tədris ilində
xaricdə təhsil alanların sayı 2 dəfədən çox artaraq dünyanın 16
ölkəsinin qabaqcıl universitetlərində 134 nəfər təşkil etmişdir.
2008/2009-cu tədris ilində azərbaycanlı tələbələrin təhsil aldığı
ölkələrin siyahısında ilk 3 yeri – Fransa, Böyük Britaniya və
Almaniya tuturdu. CNOUS-la əməkdaşlığın davamı nəticəsində
Fransaya göndərilən tələbələrin sayı 27 nəfərə çatdı.
Dövlət Proqramının icrasının 1-ci ili ilə müqayisədə 2-ci il
magistratura səviyyəsi üzrə təhsilini xaricdə davam etdirmək
üçün göndərilən tələbələrin sayında ciddi dəyişikliklər baş
vermişdir.
2009/2010-cu tədris ilində xaricdə təhsil almaq hüququ
qazananların sayı 300 nəfərdən çox olmuşdur. Onlar müasir
Azərbaycanı dünyanın 20 ölkəsində təmsil etmiş, əldə etdikləri
akademik göstəricilərlə universitet rəhbərliyinin və tələbələrin
80
Xaricdə təhsil
rəğbətini qazanmağa nail olmuşlar. Qeyd olunan tədris ilində
azərbaycan tələbələrinin təhsil aldığı ölkələrin siyahısında ilk 3
yeri – Böyük Britaniya, Türkiyə və Almaniya tutmuşdur.
Almaniyanın akademik mübadilə xidməti ilə əməkdaşlıq
davam etmiş, hansı ki, bunun da nəticəsində 2009/2010-cu tədris
ilində Almaniyada təhsil alanların sayı 46 nəfərə çatmışdır.
İqtisadiyyat və idarəetməyə və bu sahədə kadr hazırlığının
yüksək səviyyədə həyata keçirildiyi Böyük Britaniya
universitetlərinə marağın daha çox olması 2009/2010-cu tədris
ilində bu ölkənin ali məktəblərində təhsil almaq hüququ
qazanan Azərbaycan tələbələrinin sayını 89-a yüksəltdi.
Beləliklə, 2009/2010-cu tədris ilində xaricdə təhsil Dövlət
Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların çoxu
iqtisadiyyat və idarəetmə, sosial və humanitar elmlər, tibb
elmləri və s. istiqamətlər üzrə olmuşlar.
Dövlət Proqramının icrasının 3-cü ilində bakalavr və
magistratura pilləsi üzrə təhsil almaq üçün göndərilən
tələbələrin sayı 100-ü ötdü. Rezidentura səviyyəsi üzrə də təhsil
almaq üçün göndərilənlərin sayında ciddi artım müşahidə
olundu.
Dövlət Proqramının icrasının dördüncü, 2010/2011-ci tədris
ilində xaricdə təhsil almaq hüququ qazananların sayı 275 nəfər
təşkil etdi. Daha çox tələbə Almaniya, Türkiyə və Böyük
Britaniyaya göndərilmişdir. DAAD təşkilatı ilə aparılan
məqsədyönlü əməkdaşlıq nəticəsində Almaniya Proqram
çərçivəsində təhsil alan tələbələrin sayına görə ilk yerdə dayandı.
Xaricdə təhsil Dövlət proqramı çərçivəsində 2010/2011-ci
tədris ilində tibb, informasiya-kommunikasiya texnologiyaları,
81
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
mühəndislik, fundamental elmlər, kənd təsərrüfatı kimi
istiqamətlər üstünlük təşkil etdi.
Qeyd etmək lazımdır ki, Proqramın icrasının ilk illərində
xaricdə təhsil üçün göndərilən tələbələrin çoxu iqtisadiyyat,
humanitar və sosial elmlər üzrə ixtisaslara üstünlük verirdilərsə,
2010-cu ildən etibarən bir sıra prioritet ixtisaslar müəyyən
edildikdən sonra namizədlərin mühəndislik, tibb, informasiya-
kommunikasiya texnologiyaları kimi ixtisas sahələrinə
maraqlarının artdığı müşahidə olundu.
2011/2012-ci tədris ilində Dövlət Proqramında məzmun və
forma baxımından mütərəqqi dəyişikliklər baş verdi. Onlar ilk
növbədə ictimaiyyəti təhsilin prioritet istiqamətləri haqqında
məlumatlandırmaq, sənəd qəbulu üçün kifayət qədər vaxt
ayırmaq (6 iyundan - 20 avqust 2011-ci ilədək), həmçinin elektron
ərizə formalarının qəbulu haqqında olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyanın tövsiyələri əsasında respublikanın kadrlara olan
tələbatı nəzərə alınmaqla Dövlət Proqramı çərçivəsində
2010/2011-ci tədris ilindən etibarən xarici ölkələrdə təhsil üçün
növbəti ixtisaslar prioritet olaraq elan olunmuşdur:
– informasiya texnologiyaları;
– mühəndislik;
– neft sənayesi;
– tibb;
– riyaziyyat;
– fizika;
– biologiya;
– kimya;
82
Xaricdə təhsil
– ekologiya;
– kənd təsərrüfatı;
– mühasibat uçotu.
Dövlət Proqramının beşinci ilində xaricdə təhsil almaq
hüququ qazananların sayı 400 nəfərdən artıq olmuş və
Azərbaycan Respublikasının daha dinamik inkişafı məqsədilə
ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı davam
etdirilmişdir.
2011/2012-ci tədris ilində Türkiyə*, Böyük Britaniya və
Almaniya tələbələrin təhsil üçün göndərildikləri ölkələr
siyahısında ilk 3 yeri tutmuşlar. Bu tədris ilində bakalavr
pilləsində təhsil almaq hüququ əldə edənlərin sayı ötən tədris
ilindən fərqli olaraq magistr pilləsi üzrə təhsil alanların sayından
çox oldu.
Dövlət proqramının icra olunduğu 2007-ci ildən 2012-ci ilədək
olan dövr ərzində Azərbaycan gəncləri dünyanın 24 ölkəsinin
200 qabaqcıl universitetlərinə (Türkiyə, Almaniya, ABŞ, Böyük
Britaniya, Belçika, Fransa, Rusiya, İsveç, İsveçrə, İrlandiya,
İspaniya, İtaliya, Çexiya, Niderland, Kanada, Cənubi Koreya,
Avstriya, Çin, Avstraliya və s.) təhsil almaq üçün göndərilmişlər.
Hərçənd, 2007-ci ildə təhsil üçün ən çox tələbə Rusiyaya, 2011-ci
ildə isə Türkiyəyə göndərilmişdir. Almaniya, Kanada, Rusiya və
Türkiyədə təhsil almaq hüququ qazanan tələbələrin sayı artır,
eyni zamanda təhsil üçün Fransa və Niderlanda göndərilənlərin
sayı isə azalır.
Nəzərdən keçirilən dövrdə Dövlət Proqramı üçün tibb
ixtisasları daim prioritet olmuş və bu gün də bu istiqamət üzrə
təhsil alan tələbələrin sayı üstünlük təşkil edir. Bu, ölkə
83
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Dostları ilə paylaş: |