Gənclər Parlamentinin iclası ölkənin bütün televiziya kanalları
vasitəsilə yayımlanmışdır.
2009-cu il aprelin 9-da 85 nəfərin iştirakı ilə Azərbaycan
Gənclər Parlamentinə yeni seçkilər baş tutdu. Gənclər
Parlamentinin yeni sədri seçildi.
Uzunmüddətli layihə olan Azərbaycan Gənclər Parlamentinin
fəaliyyətinin əsas məqsədləri gənclərin problemlərinin dövlət və
cəmiyyət ücün aktuallaşması, dövlətdə baş verən proseslərdə
g ə n c v ə t ə n d a ş l a r ı n i ş t i r a k ı n ı n t ə m i n o l u n m a s ı ,
mədəniyyətlərarası dialoqun, beynəlxalq əməkdaşlığın,
mədəniyyət müxtəlifliyinin təbliği, həmçinin şəxsi bacarıqların
və fikir azadlığının inkişafına yardımdır.
Gənclər Parlamenti siyasi debatlar, mədəniyyətlərarası
görüşlər, təhsil fəaliyyəti və ideya mübadiləsi üçün
meydançadır.
Bu layihənin icrası bir neçə mərhələlərdən ibarət olacaq. Yeni
tərkib 50 fəal gənclərin nümayəndələrindən ibarət olmalıdır.
Onların seçilməsi 2 mərhələdə - Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası
tərəfindən qəbul edilən test imtahanı və müsabiqə formasında
keçiriləcəkdir.
Gənclər Parlamentinin üzvlərini seçmək üçün təşəbbüs qrupu
yeddi Millət vəkili və dörd vəzifəli şəxsdən ibarət tərkibdə
formalaşmışdır. Seçim şurasında qeyd olunan təşəbbüs qrupu
üzvlərindən başqa Azərbaycan Respublikası Prezident
Administrasiyası və Gənclər və İdman Nazirliyi rəsmiləri də
təmsil olunmuşlar.
Gənclər parlamentinin üzvü olmaq üçün ərizə ilə yaşı 18-29
66
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
arasında olan ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri
və fəalları, siyasi partiyaların gənclər qanadlarının
nümayəndələri, ictimai fəal tələbələr, beynəlxalq təşkilatlarda,
kütləvi informasiya vasitələrində, özəl və dövlət strukturlarında
və elm sahəsində çalışan əməkdaşlar müraciət etmişlər.
Azərbaycan Gənclər Parlamentinə 14-28 may 2012-ci il
tarixlərində 1187 namizəd ərizə ilə müraciət etmişdir.
67
Gənclər və ictimai hərəkat
Siyasi proseslərdə gənclərin iştirakı siyasi partiyalarda və
seçkili orqanlarda fəaliyyəti özündə ehtiva edir. Azərbaycan
müstəqillik qazandıqdan sonra gənclərin seçki proseslərində
fəallığının artması tendensiyası müşahidə olunur. Son
parlament və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı
onların bu orqanlarda nümayəndələrinin artmasına səbəb oldu.
Belə ki, 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin
tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində
onların təmsilçilik faizləri 27 faizə çatdı. Bu, gənclərimizin
ictimai fəallığının artmasından irəli gəlir.
Gənclər bələdiyyələrlə yanaşı, Azərbaycan Respublikasının
Milli Məclisində də təmsil olunur.
Azərbaycan qanunvericiliyi gənclərin parlament və bələdiyyə
seçkilərində iştirakı üçün yaxşı imkanlar yaradır.
İlk dəfə səs verən gənclər üçün Gənclər və İdman Nazirliyi və
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
təşkilatçılığı ilə mütəmadi olaraq bir sıra maarifləndirici
tədbirlər keçirilir. 18 yaşlı, daha doğrusu aktiv seçki hüququ olan
gənclər üçün nəzərdə tutulan bu tədbirlərin məqsədi seçki
mədəniyyətinin artırılmasından ibarətdir.
Gənclərlə iş, həmçinin ölkədə fəaliyyət göstərən partiyalarda
da keçirilir.
Gənclər və siyasət
68
“Yeni Azərbaycan” Partiyası
“Yeni Azərbaycan” partiyası bu gün nəinki Azərbaycanın,
həmçinin Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır.
Partiyanın gənclər birliyi isə Azərbaycanın ən çoxsaylı və güclü
gənclər təşkilatıdır.
Son illər, gənclər birliyi gənclərlə fəal iş apararaq və
beynəlxalq əlaqələri möhkəmləndirərək öz fəaliyyətinə yeni
layihələr daxil edir. “Yeni Azərbaycan” partiyası gənclərin
potensialından maksimum istifadə edir və onların imkanlarının
üzə çıxmasına əlverişli şərait yaradır.
Gənclərin intellektual inkişafına dəstək, dövlətin ictimai
həyatında onların fəal iştirakının təmin edilməsi, ümummilli
məsələlərin həllinə gənclərin cəlb olunması, beynəlxalq
əlaqələrin genişləndirilməsi - partiyanın gənclər siyasətinin əsas
istiqamətləridir.
Yay məktəbi “Yeni Azərbaycan” partiyasının ənənəvi və
uğurlu layihəsidir. O ilk dəfə 2007-ci ildə təşkil olunmuşdur.
Ölkənin müxtəlif bölgələrindən gənclərin yüzlərlə nümayəndəsi
yay məktəblərində iştirak edir. Gənclərin qonaqları qismində
partiya üzvləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak
edir. Yay məktəbləri gənclərin intellektual səviyyəsinin
yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi
baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilir.
Azərbaycanın inkişafı, onun vətəndaşlarının sosial rifahının,
xarici ölkələrdə ölkənin imicinin yüksəlməsi və Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli - “Yeni Azərbaycan” partiyasının
gənclər birliyi üçün əsas məqsədlərdir.
69
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
1995-2005-ci illərdə gənclər birliyinin üzvlərinin sayı 25
mindən 135 min nəfərə, son beş ildə isə 208 min nəfərə çatıb.
2011-ci ildə “Yeni Azərbaycan” partiyasına üzv olmuş 30 mindən
çox üzvün 45%-ni gənclər təşkil edib.
“Yeni Azərbaycan” partiyası dünyanın bir çox böyük siyasi
partiyaları ilə əməkdaşlıq edir. Bununla yanaşı partiyanın
gənclər birliyinin də beynəlxalq əlaqələri genişlənir. Partiya
rəhbərliyinin dəstəyi ilə gənclər digər ölkələrin partiyalarının
gənclər təşkilatları ilə, həmçinin ikitərəfli əməkdaşlıq
çərçivəsində qarşılıqlı fəaliyyət göstərir.
Türkiyə, Ukrayna, Rusiya və digər ölkələrin hakim
partiyalarının gəncləri ilə yaxşı münasibətlər qurulmuşdur.
Partiyanın gənclər birliyi müxtəlif beynəlxalq tədbirlərə dəvət
alır və onlarda fəal iştirak edir.
“Yeni Azərbaycan” partiyası gənclərin ictimai-siyasi həyatda
rolunun artırılması, gənc nəslin öz ölkəsinin layiqli vətəndaşı
kimi yetişməsi, onların elmi biliklərinin təkmilləşdirilməsi,
həmçinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra
layihələr həyata keçirmiş və bu istiqamətlərdə işləri davam
etdirməkdədir. Bütövlükdə partiyanın yürütdüyü siyasətdə
gənclərə qayğı və onların potensialından istifadə üçün şəraitlərin
yaradılması əhəmiyyətli yer tutur. Gənclərin nümayəndələri ilə
mütəmadi olaraq müxtəlif görüşlər keçirilir. Partiyanın gənclər
birliyi həmçinin seçki proseslərində də fəal iştirak edir.
Gənclərin siyasi fəallığının artırılması, seçki təbliğatının
düzgün keçirilməsi, siyasi liderliyin formalaşması məqsədilə
“Yeni Azərbaycan” partiyası paytaxtda və ölkənin bütün
regionlarında daim tədbirlər, treyninq və kurslar keçirir.
70
Gənclər və siyasət
Dostları ilə paylaş: |