“Yeni Azərbaycan” Partiyasının Gənclər Birliyi Rusiyanın
hakim "Yedinaya Rossiya" Partiyası, Türkiyənin “Ədalət və
İnkişaf” Partiyasının gənclər birliyi ilə, eləcə də Şimali Kipr Türk
Respublikasının bütün siyasi partiyalarının gənclər təşkilatları,
Qazaxıstanın “Nur Otan” Partiyasının gənclər təşkilatı ilə sıx
əməkdaşlıq edir.
Ümumilikdə, partiyanın gənclər birliyi 15-ə yaxın ölkənin -
Almaniyanın, Kanadanın, İtaliyanın, Makedoniyanın,
Ukraynanın, Bolqarıstanın, Hollandiyanın, Macarıstanın və s.
ölkələrin hakim partiyalarının gənclər birlikləri ilə sıx
münasibətləri mövcuddur.
Bu partiyada gənclərlə iş gənclər şöbəsi çərçivəsində deyil,
partiya sədrinin gənclərlə iş üzrə müavini və onun aparatı
vasitəsi ilə həyata keçirilir. Partiyada gənclərlə iş illik proqramlar
əsasında təşkil olunur. Bu proqramlara gənclərin partiya
üzvlüyünə qəbul olunması, gənclərin partiya işinə və partiyanın
tədbirlərində iştiraka cəlb olunması və s. daxildir.
Seçkilər dövründə seçki marafonunun əsas iştirakçıları –
gənclər üçün seçkilərlə bağlı müxtəlif siyasi mövzularda təlimlər
keçirilir.
Azərbaycan Demokrat Partiyası
71
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Vətəndaş Həmrəyliyi Partiyası
“Ümid” Partiyası
Partiyada gənclərlə iş partiya nəzdində yaradılmış gənclər
təşkilatının köməyi ilə həyata keçirilir. Təşkilata müxtəlif
istiqamətlərdə, o cümlədən təşkilati işlər, ictimaiyyətlə əlaqələr
və s. üzrə məsul müavinləri olan sədr rəhbərlik edir.
Gənclərlə işin təşkili aylıq və həftəlik fəaliyyət planları
əsasında həyata keçirilir. Partiya gənclərlə bağlı müxtəlif
maarifləndirici proqramlar həyata keçirir. Buna, vətəndaş
hüququnun müxtəlif məsələlərinə həsr olunan və gənc nəslin
istənilən nümayəndəsinin iştirak edə biləcəyi “Mənim vətəndaş
hüququm” adlı silsilə ictimai dinləmələri misal göstərmək olar.
Gənclərlə işə gənclərlə iş üzrə partiya sədrinin müavini
rəhbərlik edir. Bu iş əsasən partiya nəzdində yaradılan və
fəaliyyət göstərən gənclər təşkilatı və yerlərdə fəaliyyət göstərən
nümayəndəliklərin gənclərlə iş üzrə sədr müavinləri tərəfindən
istiqamətləndirilir.
“Ümid” partiyasının gənclər təşkilatına partiyanın rəyasət
heyətinin üzvü, gənclərlə iş üzrə partiya sədrinin müavini
rəhbərlik edir. Bir qayda olaraq gənclər təşkilatı ölkənin iri şəhər
və rayonlarında, o cümlədən ali məktəblərdə təhsil alan
gənclərlə işi həyata keçirir. Regionlarda yaşayan gənclərlə işə isə
yerlərdə fəaliyyət göstərən nümayəndəliklərin gənclərlə iş üzrə
sədr müavinləri rəhbərlik edir.
72
Gənclər və siyasət
Partiya tərəfindən müxtəlif dəyirmi masalar və seminarlar
təşkil olunur ki, bu tədbirlərin də vəzifələrindən biri gənclərin
qarşıdan gələn seçkilərdə iştirakı məsələləri üzrə
maarifləndirilməsidir.
Partiyanın gənclər təşkilatı var. Ona 7 müavinin tabe olduğu
sədr rəhbərlik edir. Partiyanın strateji siyasətinə uyğun olaraq
gənclər təşkilatının məqsədi gənclərlə bağlı tədbirlərin
hazırlanması və keçirilməsindən ibarətdir. Gənclər təşkilatının
işi iki istiqamətdə qurulub: 1) Partiyanın xəttinə uyğun olaraq
mədəniyyət, təhsil və s. məsələlərin daxil olduğu illik fəaliyyət;
2) Cari məsələlərin həlli.
Partiyanın gənclər təşkilatı gənclərə dair müxtəlif mövzularda
müntəzəm maarifləndirmə tədbirləri keçirir.
Azərbaycan Demokratik İslahatlar Partiyası
73
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli
universitetlərin, institutların imkanlarından Azərbaycanın
gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da
səmərəli istifadə etməliyik ... şübhəsiz ki, bu sahədə dövlət
proqramı olmalıdır.
Heydər Əliyev
Müasir dünyada ölkələrin inkişaf səviyyəsi iqtisadi
meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyəti və
mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil.
Hər bir ölkədə gedən mənfi və müsbət proseslər insan amili ilə
sıx əlaqədardır. Davamlı və hərtərəfli inkişafın etibarlı yolu -
dünya standartlarına uyğunluq elm və təhsilə daha çox
diqqətdən keçir. Məhz buna görə qərbin və bütün dünyanın
inkişaf etmiş ölkələri özlərinin inkişaf səviyyələrini qoruyub
saxlamaq və yeni məqsədlərə irəliləmək üçün bu sahəyə xüsusi
diqqət yetirirlər.
Azərbaycan gəncləri xaricdə təhsil almaqla yanaşı, həmçinin
Azərbaycanın mədəniyyətini, adət və ənənələrini təbliğ edərək
Azərbaycan xalqını təmsil edirlər. Buna görə də xarici ölkələrin
aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi,
ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün
lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan
məsələlərdir.
Azərbaycan nümayəndələri tarixin müxtəlif dövrlərində
Xaricdə təhsil
74
xaricdə təhsil almışlar. Hərçənd planlı və məqsədyönlü şəkildə
dövlət səviyyəsində təhsil XX əsrdə başlanmışdır. Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il qərarı ilə 100
nəfərdən çox azərbaycan gənci təhsil almaq üçün xaricə
göndərilmişdir.
Respublikanın hüdudlarından kənarda təhsil təcrübəsi
sonrakı illərdə də mövcud olmuşdur. Yalnız Ümummilli lider
H. Əliyevin Azərbaycanda 1969-cu ildə hakimiyyətə gəlməsi ilə
bu sahədə miqyas və məzmun baxımından sözün əsl mənasında
dirçəliş başladı. Əgər 1970-ci ildə respublikanın hüdudlarından
kənara təhsil almaq üçün göndərilən gənclərin sayı 70
olmuşdusa, 1970-ci ilin sonunda onların sayı 900-ə, 1980-ci illərin
əvvəllərində isə - 1000-1400 nəfərə bərabər olmuşdur. Həmin
dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin ali
məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra
vətənə qayıdaraq, Azərbaycanın iqtisadi, mədəni və elmi
potensialının gücləndirilməsinə kömək etmişlər.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu
məsələ yenidən diqqət mərkəzində olmuşdur. Elm və təhsil
sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi
genişləndi. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində
tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı xarici dilləri,
informasiya-kommunikasiya texnologiyalarını bilən və
beynəlxalq təcrübə ilə tanış olan yüksək səviyyəli mütəxəssislərə
olan ehtiyaca uyğundur.
Bu gün dövlət başçısı İ. Əliyev tərəfindən də xaricdə təhsil
məsələlərinə diqqət göstərilir. Belə ki, ölkə üçün vacib ixtisaslar
üzrə Azərbaycan gənclərinin xaricdə təhsili və ölkənin inkişafını
75
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Dostları ilə paylaş: |