uğurla gedir. Bu gün Azərbaycan gəncləri Avropa və dünyanın
nüfuzlu gənclər təşkilatlarında təmsil olunur. O beynəlxalq
gənclər hərəkatının tərkibində olmaqla Azərbaycan xalqının
dəyərlərini beynəlxalq tribunalarda səsləndirir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı çoxtərəfli fəaliyyətə
parlaq nümunədir. Heydər Əliyev Fondunun vitse-prezidenti,
təşkilatın sədri L. Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr
Azərbaycan gənclərinin Rusiya və dünyada maraqlarını
layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər
ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan dəyərlərinin
bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, artıq gənclər
Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə
başlamışlar, gənclər təşkilatları ölkədə xüsusi potensiala və
intellektual qüvvəyə malik olan qurumlara çevrilməkdədirlər.
Gənclər təşkilatları ölkə daxilində vətəndaşların inkişafı
istiqamətdə və ölkə hüdudlarından kənarda Azərbaycan
həqiqətlərinin dünyada təbliğində mühüm işlər görürlər.
Bundan əlavə fəaliyyətlərini müxtəlif istiqamətlərdə quran
gənclər təşkilatları, həm də bu sahələr üzrə gənc kadrların
yetişməsinə böyük töhfə verir.
Hazırda ölkədə 220-dən çox gənclər təşkilatı, 42 ali məktəbdə
fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə
etdikləri məsələlər kifayət qədər geniş diapazona malikdir.
Bunlar təlim, tərbiyə, vətənpərvərliyin, sağlam həyat tərzinin,
fəal vətəndaş mövqeyinin və digər məsələlərin təbliğidir.
2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11
beynəlxalq təşkilata üzv qəbul edilib.
62
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Azərbaycanda gənclərlə iş tək dövlət səviyyəsində deyil, eyni
zamanda qeyri-hökumət təşkilatları, siyasi partiyalar, həmçinin
humanitar təşkilatlar səviyyəsində icra olunur. Təməli 1920-ci
ildə qoyulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl
Aypara) belə təşkilatlardandır. O hal-hazırda 80%-ni gənclər
təşkil edən 16 mindən çox könüllüləri öz ətrafında birləşdirir.
Qızıl Aypara gənclərin humanitar məsələlərə cəlb olunması
məqsədilə müntəzəm olaraq görüşlər, seminarlar, tədbirlər
həyata keçirir. 2003-cü ildən başlayaraq Qızıl Aypara respublika
üzrə öz gənclər şurasını yaratmışdır. Qızıl Aypara Sumqayıt,
Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad, Naxçıvan şəhərlərində
gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların Qızıl
Aypara fəaliyyətlərinə aktiv qoşulması üçün gənclər klubları
yaratmışdır.
Cəmiyyət gənclərlə bağlı həyata keçirdiyi əhəmiyyətli
fəaliyyətləri genişləndirmək üçün getdikcə daha güclü
koordinasiyaya ehtiyac olmasını nəzərə alaraq Qızıl Aypara
Cəmiyyətinin Rəyasət Heyətində Cəmiyyətin Prezidenti N.
Aslanovun sədrliyi ilə 29.10.2004-cü il tarixdə keçirilmiş iclasda
Gənclər Komitəsini təsis etmişdir.
Qızıl Aypara Cəmiyyəti Gənclər Komitəsinin fəaliyyətinin
əsas məqsədləri bunlardır:
- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını rəhbər
tutaraq gənc insanlar arasında könüllülük hərəkatının inkişafı;
-
Gənclər arasında humanitar dəyərlərin aşılanması;
-
Gənclər arasında sülh, qarşılıqlı hörmət və anlaşma
ideyalarını geniş şəkildə yaymaq;
-
Gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə,
63
Gənclər və ictimai hərəkat
maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi
rifahın yüksəlməsi sahəsində aparılan lazımi fəaliyyətlər.
Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsinin əsas
funksiyaları bunlardır:
-
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil ocaqlarında
fəaliyyət göstərən ilk Təşkilatlarında, Komitələrində və
ümumiyyətlə, uşaq və gənclər arasında Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatının fəaliyyətləri haqqında bilgilərin
yayılması;
-
Beynəlxalq Humanitar Hüququn ideya və prinsiplərinin
həyata keçirilməsi;
-
Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gənclərin və
könüllülərin daha fəal cəlb olunması, onların işinin
koordinasiyası.
Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsinin
Əsasnaməsində əks olunan prioritet fəaliyyət istiqamətləri
bunlardır:
-
gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi
məqsədilə idman tədbirlərinin geniş şəkildə təşkili;
-
gənclər arasında təmizlik və təbiətin mühafizəsi işlərinin
təşkili;
-
məktəblilər və uşaqların yol təhlükəsizliyi və fövqəladə
hallarda vacib olan qaydalarla tanışlığı;
-
gənclər arasında QİÇS, narkomaniya və alkoqolizmin
profilaktikası;
-
gənclər arasında musiqi, rəsm və ədəbi-bədii incəsənətin
təbliği;
-
gənclər arasında ilk yardım təlimlərinin keçirilməsi.
64
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Gənclər Komitəsi əsasnaməsinə uyğun olaraq müxtəlif
səpgidə təlimlər və çoxsaylı tədbirlər keçirir. Belə ki, Gənclər
Komitəsi vasitəsilə bir çox ali və orta məktəblərdə, eləcə də digər
təhsil ocaqlarında mövcud olan Qızıl Ayparanın İlk
Təşkilatlarında gənclərlə müntəzəm görüşlər keçirilir, onlar
üçün kifayət qədər yüksək səviyyədə müvafiq təlim və
maarifləndirmə işi təşkil olunur. Bundan başqa Qızıl Ayparanın
ilk təşkilatları arasında idman turnirləri keçirilir.
Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi respublikanın
Bərdə və Fizuli rayonlarında özünün "Gənclər Mərkəzlər"ini
yaratmışdır. Hansı ki, onlar müasir kompüter avadanlıqları ilə
təsis olunmuşlar ki, bu da bu rayonların gənclərinin kompüter
bilgilərinə yiyələnməsinə imkan yaradır. Mərkəzlər
könüllülərin Qızıl Ayparanın fəaliyyətinə cəlb olunmasında
mühüm rol oynayır.
Hər il dekabr ayının 1-də Beynəlxalq QİÇS-lə mübarizə
günündə Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi təhsil
ocaqlarında təbliğat xarakterli müvafiq aksiyalar həyata keçirir.
20 noyabr 2006-cı il tarixdə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin Gənclər Komitəsinin I Hesabat-seçki Konfransı
keçirilmişdir. Tədbirdə Azərbaycanın bütün regionlarından
gənclərin 170-dək nümayəndəsi iştirak etmişdir.
Respublikanın ictimai-siyasi həyatında gənclərin iştirakını
xarakterizə edən parlaq layihələrindən biri “Azərbaycan Gənclər
Parlamenti” layihəsidir. İlk Gənclər Parlamenti Gənclər və
İdman Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin
təşkilatçılığı ilə 2005-ci ildə yaradılmışdır. Bu layihəyə şeçki yolu
ilə müxtəlif sahələrin 51 nəfər nümayəndəsi daxil oldu. Bu
65
Gənclər və ictimai hərəkat
Dostları ilə paylaş: |