təşkilatlarında əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi
olmuşdur:
- regionlarda yaşayan gənclərin problemlərinin həllində
iştirak;
- beynəlxalq tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq;
- gənclərin təhsil, səhiyyə və sosial problemlərinin həllində
iştirak.
Statistik məlumatlara əsasən hazırda Azərbaycanda 220-dən
çox gənclər təşkilatları fəaliyyət göstərir.
2000-ci ilədək Azərbaycanda gənclərin fəaliyyəti yalnız tələbə
gənclər təşkilatları xətti ilə həyata keçirilmişdir. Yuxarıda qeyd
olunan qanunun imzalanmasından sonra ölkədə ictimai birliklər
və fondlar, gənclər təşkilatları və gənclər birlikləri yaranmağa
başladı.
2005-ci ildən başlayaraq Tələbə-Gənclər Təşkilatları daha çox
asudə vaxtın səmərəli təşkili, beynəlxalq və ikitərəfli əlaqələrin
dəstəklənməsi, beynəlxalq seminar, konfransların təşkili və bu
tipli tədbirlərdə iştiraka diqqət ayırmışlar. Bir çox Tələbə-
Gənclər Təşkilatlarının son 7 ildə yaranmalarına baxmayaraq
onlar tələbə və gənclər sahəsində özünü artıq təsdiq etmiş
quruma çevrilməkdədirlər. Tələbə-Gənclər Təşkilatları
tərəfindən keçirilən tədbirlər tələbə gənclərin ölkənin ictimai-
siyasi həyatında iştirak fəallığının artmasına yardım edir.
Tələbə-Gənclər Təşkilatlarının işini daha da təkmilləşdirmək,
onların maddi-texniki bazasını yaxşılaşdırmaq, əlaqələrini
genişləndirmək məqsədi ilə 2009-cu ilin noyabrında Azərbaycan
Tələbə-Gənclər Təşkilatları İttifaqı (ATGTİ) yaradılmışdır.
İttifaq, Azərbaycan Respublikasının 42 dövlət və özəl ali
56
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
məktəbinin tələbə gənclər təşkilatını özündə birləşdirir.
ATGTİ-nin tarixi Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatı rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 saylı sərəncamına
əsasən Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin
təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə
başlanmışdır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən 28 fevral
2005-ci il tarixli 89 saylı əmr hazırlanmış və Respublikanın bütün
ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir. Tələbə-
Gənclər Təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsini təmin
etmək məqsədilə 2005-ci ilin may ayında Gənclər, İdman və
Turizm Nazirliyi (indiki Azərbaycan Gənclər və İdman
Nazirliyi) və Təhsil Nazirliyi ali və orta ixtisas təhsili
müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər
Təşkilatlarının Əsasnaməsini təsdiq etdilər. 2007-ci ildə
Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq
olunmuş ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir.
2009-cu il may ayının 1-dən iyunun 4-dək dövlət və özəl ali
təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər
Təşkilatlarının hesabat-seçki konfransları keçirilmişdir. Hesabat-
seçki konfranslarında Tələbə Gənclər Təşkilatları İttifaqı təsis
qurultayında iştirak etmək üçün 40 ali təhsil müəssisəsi və
onların filiallarından 300 nəfər nümayəndə seçilmişdir. 2009-cu il
noyabrın 20-də 39 ali təhsil müəssisəsinin Tələbə-Gənclər
Təşkilatı birləşərək Bakı şəhərində Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin mədəniyyət mərkəzində
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təsis etmişdir.
Təsis qurultayının açılışında Prezident İ. Əliyevin qurultay
iştirakçılarına təbrik məktubu oxunmuşdur. Qurultayda
57
Gənclər və ictimai hərəkat
Prezident Administrasiyasının rəhbəri R. Mehdiyev çıxış
etmişdir.
2012-ci il iyunun 2-də Gülüstan sarayında dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları,
beynəlxalq qurumların nümayəndələri, səfirliklərin əməkdaşları
və beş yüzədək nümayəndənin iştirak etdiyi Azərbaycan tələbə
gənclər təşkilatları İttifaqının ikinci hesabat-seçki qurultayı
keçirilmişdir. Qurultayda çıxış edən İttifaq sədri Ş. İsmayılov
bildirilmişdir ki, iki il ərzində ATGTİ 250-dək layihə həyata
keçirmiş və bu layihələrdə 60 mindən çox tələbə iştirak etmişdir.
Əgər 2009-cu ilin noyabrında ATGTİ öz ətrafında 39 ali təhsil
müəssisəsini birləşdirirdisə, 2012-ci ilin iyununda o artıq 75-dək
ali və orta ixtisas təhsil müəssisələrini birləşdirir. Bu, qurumun
fəaliyyəti dövründə gördüyü işlərin uğurlu nəticəsidir. Həmin
müddətdə təşkilat tələbələrin əməkdaşlığı üçün möhkəm əsaslar
yaratmış, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq
çərçivəsində bir sıra layihələr həyata keçirmiş, ATGTİ-nin
üzvləri isə beynəlxalq tələbə konfranslarında Azərbaycanı
layiqincə təmsil etmişlər.
Qurultayda gənclər və idman naziri A. Rəhimov çıxış edərək
demişdir ki, indi ATGTİ Avropa tələbələr birliyinin tamhüquqlu
üzvüdür və Azərbaycanı bu qurumda uğurla təmsil edir. İttifaq -
liderlik, ictimai fəallıq və idarəetmə bacarıqları məktəbidir. A.
Rəhimov vurğulamışdır ki, dövlət tərəfindən gənclərin, o
cümlədən tələbələrin ictimai fəaliyyəti, potensialının
reallaşdırılması, təşəbbüslərinin dəstəklənməsi üçün geniş
imkanlar yaradılmışdır.
Ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək,
58
Azərbaycan ictimai həyatında gənclərin iştirakı
Dostları ilə paylaş: |