Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

kənd  təsərrüfatı  və  digər  sahələrdə  ixtiralarını,  kəşflərini, 

təşəbbüslərini,  səmərələşdirici  təkliflərini  stimullaşdırmaq, 

layihə  və  proqramların  maliyyələşdirilməsi,  elmi  kəşflərin  və 

ixtiraların  tətbiq  olunması  ilə  əlaqədar  dövlət  orqanlarına, 

kommersiya  qurumlarına  müraciət  etmək,  respublikada  və 

respublikadan  kənarda  fəaliyyət  göstərən  fondların  və  donor 

təşkilatların axtarışına yardım etməkdir.

Gənclərin İntellektual İnkişaf Mərkəzinin struktur bölmələri 

olaraq  AMEA-nın  bütün  elmi  müəssisələrində  Gənc  Alimlər 

Şuraları  yaradılmışdır.  Mərkəz,  Şuraların  fəaliyyətini 

əlaqələndirmək  məqsədilə  ayda  bir  dəfə  Gənc  Alimlər 

Şuralarının sədrlərinin iclaslarını keçirir. İclaslarda Gənc Alimlər 

Şuralarının  sədrlərinin  təmsil  etdikləri  şuralarının  fəaliyyəti 

haqqında  hesabatları  dinlənilir,  şuraların  illik  planları 

təsdiqlənir və onların qarşılıqlı əlaqəsi təmin edilir.

Hal  –  hazırda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  32 

qurumunda  gənclərin  intellektual  inkişaf  mərkəzinin  şuraları 

fəaliyyət göstərir. 

Qeyd  etmək  lazımdır  ki,  “Gənc  Alimlərin  I  Respublika 

İnnovativ İdeya Yarmarkası” 18-23 noyabr 2010-cu il tarixlərində 

Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyi,  AMEA 

Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər 

Cəmiyyətinin    təşkilatçılığı  ilə      keçirilmişdir.  Yarmarkada 

AMEA  institutlarında,  eləcə  də  ölkəmizin  müvafiq 

təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak etmişlər. 

Yarmarka  çərçivəsində  “Elm  çətiri  altında:  Gənc  alim  və 

tədqiqatçıların  innovativ  inkişafı  üçün  intellektual  potensialın 

stimullaşdırılması  və  təkrar  istehsalı”  mövzusunda  konfrans, 

48

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




gənc alim və tədqiqatçılar üçün “Yaşıl çətir: Ekologiya və qlobal 

iqlim  dəyişiklikləri  və  bu  proseslərin  Azərbaycanda 

təzahürləri”,  “Azərbaycanda  biomüxtəlifliyin  qorunması  və 

əkinə yararlı torpaqların eroziyaya məruz qalmasının qarşısının 

alınması  yolları”  və  “Dünya  elminə  inteqrasiya:  Gənc 

tədqiqatçıların  innovativ  aktivliyinin  artırılması  –  informasiya 

mübadiləsi  işinin  təşkili”  mövzularında  seminarlar  təşkil 

olunmuşdur. 

“Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya 

və  ixtiralarının  iqtisadiyyata  tətbiqi  yolları”  mövzusunda 

keçirilmiş  dəyirmi  masada  innovativ  ideyaların  iqtisadiyyata 

müsbət təsirindən söhbət açılmışdır.

Azərbaycan  Respublikasının  ali  təhsil  sisteminin  Avropa 

təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali 

təhsilin məzmununun Bolonya prinsiplərinə uyğunlaşdırılması, 

ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək 

hazırlıqlı  kadrlara  tələbatın  ödənilməsi,  o  cümlədən  əhaliyə 

müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan 

səmərəli  ali  təhsil  sisteminin  formalaşdırılması  məqsədi  ilə 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə  təsdiq 

edilmiş  2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali 

təhsil sistemində islahatlar üzrə Dövlət Proqramında yer almış 

“Ali təhsildə kadr hazırlığı” istiqamətində icrası nəzərdə tutulan 

işlər sırasında gənc mütəxəssislərin ucqar rayonlarda çalışmasını 



Təhsil

49

Gənclər – sosium




stimullaşdıran proqramın həyata keçirilməsi  nəzərdə tutulmuş-

dur.  Bu  proqramların  həlli  məqsədilə    gənc  mütəxəssislərin 

sosial  problemlərinin  həlli,  xüsusilə  gənc  müəllimlərə 

güzəştlərin verilməsi sahəsində mühüm addımlar atılmışdır. 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti,  Azərbaycan 

Həmkarlar  İttifaqları  Konfederasiyası  və  sahibkarlar 

(İşəgötürənlər)  təşkilatlarının  Milli  Konfederasiyası  arasında 

2012-ci il   6   mart   tarixli   58 nömrəli qərarla   bağlanmış 2012-

2013-cü  illər  üçün  Baş  kollektiv  sazişi  bu  yanaşmaya  əyani 

sübutdur. Bu  sazişin müvafiq bəndlərində:

џ

ölkə  gənclərinin  və  qadınların  sahibkarlıq  fəaliyyəti  ilə 



məşğul olmaları üçün səyləri artırmaq (1.18);

џ

gənclərin məşğulluğunun təmin edilməsinə, onların kənd 



yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin 

təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, 

həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, 

gənc  işçilərin  və  mütəxəssislərin  sosial  müdafiəsinin 

gücləndirilməsinə  istiqamətləndirilən  tədbirləri 

dəstəkləmək (3.4);

џ

ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və 



vəzifələrinə  bərpa  olunmasına  nəzarəti  gücləndirmək, 

onların peşələrinə uyğun işlə təmin olunmasına nail olmaq 

(3.5);

џ

gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni 



peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair 

işlərin gücləndirilməsi (3.27);

џ

işçilərin  əmək  qanunvericiliyi  və  əməyin  mühafizəsi 



norma  və  qaydaları  barədə  mütəmadi  məlumatlandırıl-

50

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




ması,  xüsusilə  gənc  nəslin  bu  sahədə  maarifləndirilməsi 

məqsədi  ilə  regional  xarakterli  seminarların  keçirilməsi 

(5.19) nəzərdə tutulur.

Təhsil sistemində gənclərlə işə daha bir nümumə bu sistem 

çərçivəsində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri 

xətti  ilə  həyata  keçirilən  tədbirlərdir.  Uşaq-gənclər  idman 

məktəbləri və ixtisaslaşdırılmış   olimpiya ehtiyatları məktəbləri 

məktəbdənkənar,  sosial  məqsədyönlü  müəssisədir.  Onlar  öz 

fəaliyyətlərini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, 

bədən  tərbiyəsi  və  idman  vasitəsilə  sağlamlığının  və  fiziki 

hazırlığının  möhkəmləndirilməsinə,  yerləşdiyi  ərazidə 

ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici 

rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların 

hazırlanmasının  baslanğıc  və  orta  mərhələlərinin  əhatə 



Şək. 9. 2009-2011-ci illərdə beynəlxalq yarışlarda Təhsil Nazirliyi sistemində 

fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrinin nailiyyətləri

51

-cu il



-cu il

-ci il

Gənclər – sosium




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə