Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın 

ictimai-siyasi,  mədəni,  sosial-iqtisadi  həyatında  onların  fəal 

iştirakını  təmin  etmək  Tələbə  Gənclər  Təşkilatları  İttifaqının 

məqsədləridir. Bu məqsədlərə nail olmaq üçün İttifaq, növbəti 

istiqamətlərdə fəaliyyət göstərir:

– tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək 

üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli 

oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil etmək;

təhsil  müəssisələrinin  ictimai  həyatında  tələbə  gənclərin 

fəallığını artırmaq;

tələbələrin hüquqlarını müdafiə etmək;

tələbə gənclər arasında ümumbəşəri dəyərləri təbliğ etmək, 

vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına 

nail olmaq;

tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə 

bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;

tələbələrin  asudə  vaxtının  səmərəli  təşkilinə  nail  olmaq 

məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək;

tələbə  gənclər  arasında  pis  vərdişlərə  qarşı  təbliğat  işləri 

aparmaq, narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və 

digər  neqativ  meyllərə  qarşı  profilaktik  tədbirlər  həyata 

keçirmək;

respublikanın  daxilində  və  xarici  ölkələrdə  keçirilən 

müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda, idman 

yarışlarında  istedadlı  və  yaradıcı  tələbələrin  iştirakını  təmin 

etmək.


Bu  məqsədlərə  çatmaq  üçün    Azərbaycan  Tələbə  Gənclər 

Təşkilatları  İttifaqı    mütəmadi  olaraq  seminarlar,  konfranslar, 

milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri və digər 

müvafiq tədbirlər keçirir. 

Tələbələrin  sosial  problemlərinin  həlli  və  onların 

– 

– 



– 

– 

– 



– 

– 

59



Gənclər və ictimai hərəkat


hüquqlarının  müdafiəsi  ilə  həmçinin  tələbə  həmkarlar 

komitələri  məşğul  olur.  Komitələrin  fəaliyyətində 

maarifləndirmə  işləri,  “dəyirmi  masa”ların  və  elmi 

konfransların keçirilməsi daha çox vurğulanır. 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)   11 

gənclər  təşkilatının  iştirakı  ilə    21  noyabr  1995-ci  ildə  təsis 

olunmuş, 31 yanvar 1996-cı ildə isə Azərbaycan Respublikasının 

Ədliyyə  Nazirliyində  qeydiyyata  alınmışdır.    Onun  əsas 

məqsədi  gənclər  təşkilatlarını  birləşdirmək  və  onların 

fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

ARGTMŞ-nın  əsas  fəaliyyət  istiqamətləri  Azərbaycan 

gənclərinin  müasir  dünyaya  inteqrasiyasının  təmin  edilməsi, 

təhsil  məqsədilə  mübadilələrin  həyata  keçirilməsi,    tanışlıq 

səfərləri,  həmçinin  müxtəlif  beynəlxalq  səviyyələrdə 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasının 

təmin olunması ilə bağlı bu sualın müzakirəsini nəzərdə tutur.

Azərbaycan  Gənclər  Təşkilatları  Milli  Şurası  1997-ci  ildən 

Avropanın nüfuzlu qeyri-hökumət təşkilatının – Avropa Gənclər 

Forumunun, Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən isə 

BMT-nin  İqtisadi  və  sosial  şurasının  məşvərətçi  statuslu 

üzvüdür.  2004-cü  ildən  ARGTMŞ  İslam  Konfransı  Gənclər 

Forumunun təsisçisi və tamhüquqlu üzvüdür.

Hal-hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurası öz 

ətrafında 70-dən çox uşaq və gənclər təşkilatını birləşdirərək hər 

il  çoxsaylı  gənclər  nümayəndələrinin  iştirakı  ilə  iri  layihələr 

həyata keçirir. 

İrəli İctimai Birliyi bu gün Azərbaycanda fəaliyyət göstərən ən 

fəal  ictimai  birliklərdən  biridir.  Bu,  öz  sıralarında  əsasən 

60

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




tələbələri, ali məktəb məzunlarını, həmçinin xaricdə təhsil almış 

gənc mütəxəssisləri birləşdirən ən kütləvi gənclər təşkilatıdır.

Hərəkat  3  illik  fəaliyyəti  dövründə  öz  sıralarında  6  mindən 

çox  Azərbaycan  gənclərinin  nümayəndələrini  birləşdirmiş  və 

ölkənin  ən  fəal  gənclər  təşkilatına  çevrilmişdir.  Bu  hərəkatın 

təsisçiləri 9 dekabr 2008-ci ildə onun buraxılması haqqında qərar 

qəbul etmiş, 24 dekabr 2008-ci ildə isə “İrəli”  ictimai birliyi təsis 

edilmişdir.

Bu  birliyin  məqsədləri  elm,  təhsil,  din,  mədəniyyət,  ekoloji 

maarifləndirmə, sahibkarlıq, idman, vətənpərvərliyin möhkəm-

ləndirilməsi  istiqamətlərində  Azərbaycan  vətəndaşlarının 

ümumrespublika  miqyasında  inkişafının  təmin  edilməsi,  azad 

və fərdi inkişaf üçün imkanların tərbiyə olunması, milli-mənəvi 

dəyərlərə  əsaslanan  müasir  vətəndaş  obrazının  yaradılması, 

ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın təmin 

edilməsidir. 

Gənc peşəkarların fəaliyyəti İrəli  ictimai birliyinin maraqları 

dairəsindədir.  Təşkilatın  nöqteyi  nəzərincə  inkişafın  effektiv 

yolu insan kapitalına ardıcıl sərmayədən keçir. Hal-hazırda 20 

mindən çox insan və 12 təşkilat “İrəli”-yə üzvdür. “İrəli”  gənclər 

üçün və gənclər vasitəsilə cəmiyyətin inkişafına çalışır. 

2010 – 2011-ci illərdə “İrəli”nin layihələrində 120 mindən çox 

insan  iştirak  etmişdir.  Birliyin  fəaliyyəti  Azərbaycanın  bütün 

rayon  və  şəhərlərini  əhatə  edir,  bundan  başqa  təşkilatın 

Avropanın  13  şəhərində  əlaqələndiriciləri  fəaliyyət  göstərir. 

Gənclərin  təşəbbüslərinə  əsaslanan  “İrəli”,  getdikcə  gənc  nəsil 

üçün ictimai təcrübə məktəbinə çevrilə bilər. 

Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təşkilatlanması  da 

61

Gənclər və ictimai hərəkat




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə