Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

uğurla gedir. Bu gün Azərbaycan gəncləri Avropa və dünyanın 

nüfuzlu  gənclər  təşkilatlarında  təmsil  olunur.  O  beynəlxalq 

gənclər  hərəkatının  tərkibində  olmaqla  Azərbaycan  xalqının 

dəyərlərini  beynəlxalq tribunalarda səsləndirir. 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı çoxtərəfli fəaliyyətə 

parlaq  nümunədir.  Heydər  Əliyev  Fondunun  vitse-prezidenti, 

təşkilatın  sədri  L.  Əliyevanın  təşəbbüsü  ilə  reallaşan  layihələr 

Azərbaycan  gənclərinin  Rusiya  və  dünyada  maraqlarını 

layiqincə  təmsil  edir.  Bu  təşkilatın  istər  Azərbaycanda,  istər 

ölkədən  kənarda  keçirdiyi  tədbirlər  Azərbaycan  dəyərlərinin 

bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.   

Araşdırma  nəticəsində  məlum  olmuşdur  ki,  artıq  gənclər 

Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə 

başlamışlar,  gənclər  təşkilatları  ölkədə  xüsusi  potensiala  və 

intellektual  qüvvəyə  malik  olan  qurumlara  çevrilməkdədirlər. 

Gənclər  təşkilatları  ölkə  daxilində  vətəndaşların  inkişafı 

istiqamətdə  və  ölkə  hüdudlarından  kənarda    Azərbaycan 

həqiqətlərinin  dünyada  təbliğində  mühüm  işlər  görürlər. 

Bundan  əlavə  fəaliyyətlərini  müxtəlif  istiqamətlərdə  quran 

gənclər  təşkilatları,  həm  də  bu  sahələr  üzrə  gənc  kadrların 

yetişməsinə böyük töhfə verir.

Hazırda ölkədə 220-dən çox gənclər təşkilatı, 42 ali məktəbdə 

fəaliyyət  göstərən  tələbə  gənclər  təşkilatları  var.  Onların  əhatə 

etdikləri  məsələlər  kifayət  qədər  geniş  diapazona  malikdir. 

Bunlar  təlim,  tərbiyə,  vətənpərvərliyin,  sağlam  həyat  tərzinin, 

fəal vətəndaş mövqeyinin və digər məsələlərin təbliğidir. 

2008-2011-ci  illərdə  Azərbaycan  gənclər  təşkilatları  11 

beynəlxalq təşkilata üzv qəbul edilib.

62

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Azərbaycanda gənclərlə iş tək dövlət səviyyəsində deyil, eyni 

zamanda qeyri-hökumət təşkilatları, siyasi partiyalar, həmçinin 

humanitar  təşkilatlar  səviyyəsində  icra  olunur.  Təməli  1920-ci 

ildə  qoyulmuş  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  (Qızıl 

Aypara)  belə  təşkilatlardandır.  O  hal-hazırda  80%-ni  gənclər 

təşkil  edən  16  mindən  çox  könüllüləri  öz  ətrafında  birləşdirir. 

Qızıl  Aypara  gənclərin  humanitar  məsələlərə  cəlb  olunması 

məqsədilə  müntəzəm  olaraq  görüşlər,  seminarlar,  tədbirlər 

həyata keçirir. 2003-cü ildən başlayaraq Qızıl Aypara respublika 

üzrə  öz  gənclər  şurasını  yaratmışdır.  Qızıl  Aypara  Sumqayıt, 

Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad, Naxçıvan şəhərlərində 

gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların Qızıl 

Aypara  fəaliyyətlərinə  aktiv  qoşulması  üçün  gənclər  klubları 

yaratmışdır. 

Cəmiyyət  gənclərlə  bağlı  həyata  keçirdiyi  əhəmiyyətli 

fəaliyyətləri  genişləndirmək  üçün  getdikcə  daha  güclü 

koordinasiyaya  ehtiyac  olmasını  nəzərə  alaraq  Qızıl  Aypara 

Cəmiyyətinin  Rəyasət  Heyətində  Cəmiyyətin  Prezidenti  N. 

Aslanovun sədrliyi ilə 29.10.2004-cü il tarixdə keçirilmiş iclasda 

Gənclər Komitəsini təsis etmişdir.  

Qızıl  Aypara  Cəmiyyəti  Gənclər  Komitəsinin  fəaliyyətinin 

əsas məqsədləri bunlardır:

-  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatını  rəhbər 

tutaraq gənc insanlar arasında könüllülük hərəkatının inkişafı;

-

Gənclər arasında humanitar dəyərlərin aşılanması;



-

Gənclər  arasında  sülh,  qarşılıqlı  hörmət  və  anlaşma 

ideyalarını geniş şəkildə yaymaq;

-

Gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə



63

Gənclər və ictimai hərəkat




maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi 

rifahın yüksəlməsi sahəsində aparılan lazımi fəaliyyətlər.

  Qızıl  Aypara  Cəmiyyətinin  Gənclər  Komitəsinin  əsas 

funksiyaları bunlardır:

-

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil ocaqlarında 



fəaliyyət  göstərən  ilk  Təşkilatlarında,  Komitələrində  və 

ümumiyyətlə, uşaq və gənclər arasında Beynəlxalq Qızıl Xaç və 

Qızıl  Aypara  Hərəkatının  fəaliyyətləri  haqqında  bilgilərin 

yayılması; 

-

Beynəlxalq Humanitar Hüququn ideya və prinsiplərinin 



həyata keçirilməsi; 

-

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinə  gənclərin  və 



könüllülərin  daha  fəal  cəlb  olunması,  onların  işinin 

koordinasiyası. 

Qızıl  Aypara  Cəmiyyətinin  Gənclər  Komitəsinin 

Əsasnaməsində  əks  olunan  prioritet  fəaliyyət  istiqamətləri 

bunlardır:

-

gənclərin  fiziki  sağlamlığının  möhkəmləndirilməsi 



məqsədilə idman tədbirlərinin geniş şəkildə təşkili;

-

gənclər arasında təmizlik və təbiətin mühafizəsi işlərinin 



təşkili;

-

məktəblilər və uşaqların yol təhlükəsizliyi və fövqəladə 



hallarda vacib olan qaydalarla tanışlığı;

-

gənclər  arasında  QİÇS,  narkomaniya  və  alkoqolizmin 



profilaktikası;

-

gənclər arasında musiqi, rəsm və ədəbi-bədii incəsənətin 



təbliği;

-

gənclər arasında ilk yardım təlimlərinin keçirilməsi.



64

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Gənclər  Komitəsi  əsasnaməsinə  uyğun  olaraq  müxtəlif 

səpgidə  təlimlər  və  çoxsaylı  tədbirlər  keçirir.  Belə  ki,  Gənclər 

Komitəsi vasitəsilə bir çox ali və orta məktəblərdə, eləcə də digər 

təhsil  ocaqlarında  mövcud  olan  Qızıl  Ayparanın  İlk 

Təşkilatlarında  gənclərlə  müntəzəm  görüşlər  keçirilir,  onlar 

üçün  kifayət  qədər  yüksək  səviyyədə  müvafiq  təlim  və 

maarifləndirmə işi təşkil olunur. Bundan başqa Qızıl Ayparanın 

ilk təşkilatları arasında idman turnirləri keçirilir. 

Qızıl Aypara  Cəmiyyətinin  Gənclər  Komitəsi  respublikanın 

Bərdə  və  Fizuli  rayonlarında  özünün  "Gənclər  Mərkəzlər"ini 

yaratmışdır. Hansı ki, onlar müasir kompüter avadanlıqları ilə 

təsis olunmuşlar ki, bu da bu rayonların gənclərinin kompüter 

bilgilərinə  yiyələnməsinə  imkan  yaradır.  Mərkəzlər     

könüllülərin  Qızıl  Ayparanın  fəaliyyətinə  cəlb  olunmasında 

mühüm rol oynayır.

Hər  il  dekabr  ayının  1-də  Beynəlxalq  QİÇS-lə  mübarizə 

günündə  Qızıl  Aypara  Cəmiyyətinin  Gənclər  Komitəsi  təhsil 

ocaqlarında təbliğat xarakterli müvafiq aksiyalar həyata keçirir. 

20  noyabr  2006-cı  il  tarixdə  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  Gənclər  Komitəsinin  I  Hesabat-seçki  Konfransı 

keçirilmişdir.  Tədbirdə  Azərbaycanın  bütün  regionlarından 

gənclərin 170-dək nümayəndəsi iştirak etmişdir. 

Respublikanın  ictimai-siyasi    həyatında  gənclərin  iştirakını 

xarakterizə edən parlaq layihələrindən biri “Azərbaycan Gənclər 

Parlamenti”  layihəsidir.  İlk  Gənclər  Parlamenti  Gənclər  və 

İdman  Nazirliyi  və  Azərbaycan  Könüllülər  İctimai  Birliyinin 

təşkilatçılığı ilə 2005-ci ildə yaradılmışdır. Bu layihəyə şeçki yolu 

ilə  müxtəlif  sahələrin  51  nəfər  nümayəndəsi  daxil  oldu.  Bu 

65

Gənclər və ictimai hərəkat




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə