Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
  1   2   3   4   5   6   7   8   9   ...   22


MDB PAA İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN 

DEMOKRATİYANIN, PARLAMENTARİZMİN İNKİŞAFININ 

VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARINA RİAYƏT 

OLUNMASININ MONİTORİNQİ BEYNƏLXALQ İNSTİTUTUNUN 

BAKI FİLİALI

Azərbaycanın

ictimai həyatında 

gənclərin iştirakı

 

Sankt-Peterburq – Bakı 

2012



U90         Azərbaycanın ictimai həyatında gənclərin rolu / A. M. 

Cəfərovun, E. B. İmaməliyevin redaktəsi ilə. — SPb.; Bakı: 

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası 

Assambleyası Şurasının Katibliyi. 2012. — 100 s.

ISBN 978-5-86857-042-1

Təqdim  olunan  elmi-araşdırma  işində  Azərbaycan 

Respublikasının  müasir  dövlət  gənclər  siyasətinin  müxtəlif 

istiqamətlərinin  geniş  təhlili,  o  cümlədən  müvafiq  normativ- 

hüquqi  aktların  və  proqramların  həyata  keçirilməsinin  gedişi 

verilir, ölkənin ictimai və siyasi həyatında gənclərin artan rolu 

qiymətləndirilir.  

Nəşr,  parlamentarilər,  ictimaiyyətşünaslar,  sosioloqlar, 

politoloqlar,  ali  məktəblərdə  təhsil  alanlar  və  MDB  iştirakçısı 

olan  dövlətlərdə  gənclər  siyasətinin  inkişafının  vəziyyəti  və 

perspektivləri  ilə  maraqlanan  hər  kəs  üçün  nəzərdə 

tutulmuşdur.

UDK 314

BBK 60.7


         U90

ISBN 978-5-86857-042-1                  ©  Müstəqil Dövlətlər Birliyinin 

                                                                 iştirakçısı olan dövlətlərin                       

                                                                 Parlamentlərarası Assambleyası

                                                                 Şurasının Katibliyi, 2012



Gənclər,  hər  bir  cəmiyyətin  aparıcı  qüvvəsidir.  Gənc  nəslə 

qoyulan  investisiya  dövlətin  parlaq  gələcəyinin  təminatıdır. 

Gənclərin  tərbiyəsi,  onların  problemlərinin  həllinə  dəstək  və 

gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan 

dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. 

Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 

Dövlət  Gənclər  siyasəti  dövlətin  “Gənclik  kapitalı”na  xüsusi 

yanaşmasının təcəssümüdür. Qəbul edilən proqramlara uyğun 

olaraq  keçirilən  tədbirlər,  müxtəlif  sahələrdə  gəncləri 

maraqlandıran  məsələlərin  həllinə  dair  verilən  sərəncamlar, 

qəbul edilən qərarlar, dövlət orqanlarının və ictimai təşkilatların 

fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, iqtisadiyyat 

və  digər  sferalarda  dəstək,  gənclərin  problemlərinin  həllinə 

yönəlmiş hərəkətlər Azərbaycan dövlətinin gənclərə diqqətinin 

bariz nümunəsidir. 

Azərbaycan  Rerspublikasının  Prezidenti  İlham  Əliyevin 

sözlərinə  görə  bugünkü  gənc  sabah  ölkəni  idarə  edəcəkdir.  İ. 

Əliyevin rəhbərliyi ilə ökə əhalisinin 31%-dən çox hissəsini təşkil 

edən  gənclərin  hərtərəfli  inkişafı  məqsədilə  gənc  nəslin 

nümayəndələrinin  dövlət  idarəçiliyi  sistemində  iştirakının 

həyata  keçirilməsi,  onların  səmərəli  məşğulluğunun  təmin 

edilməsi,  gənclərin  potensialından  dövlətimizin  rifahı  naminə 

istifadə  olunması  istiqamətində  kompleks  tədbirlər  həyata 

keçirilir.



Giriş

3



Azərbaycanın  inkişafı,  dünya  dövlətləri  sırasında  öz  layiqli 

yerini tutması Azərbaycan Respublikasının hər bir vətəndaşı, o 

cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə 

yeni-yeni vəzifələr qoyur və hər bir azərbaycanlı bu vəzifələrin 

öhdəsindən  layiqincə  gəlməyə  çalışır.    Azərbaycanın  aparıcı 

qüvvəsi  olan  gənclər  bu  istiqamətdə  daha  fəaldırlar.  Bununla 

bağlı, Azərbaycanın inkişafına istiqamətlənən, əsası Ümummilli 

lider  H.  Əliyev  tərəfindən  qoyulan  və  Prezident  İ.  Əliyev 

tərəfindən  uğurla  davam  etdirilən  dövlət  siyasətinin  həyata 

keçirilməsində  gənclərə  xüsusi  yerin  ayrılması  heç  kimə  sirr 

deyil. Bu gün Azərbaycan gəncləri öz ölkəsinin suverenliyi və 

ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr 

olmaq  üçün  müxtəlif  biliklərə  yiyələnir,  Azərbaycan 

Respublikasının  bayrağını  yüksəkliklərə  qaldıraraq  dünya 

səviyyəli idman yarışlarında fərqlənir. 

Hələ  1902-ci  ildə  "Müsəlman  gənclik  təşkilatı"  ətrafında 

birləşən Azərbaycan gəncliyi sonralar Rusiya imperiyasının və 

Sovet İttifaqının tərkibində olmaqla mövcud geosiyasi məkanın 

tələbləri  çərçivəsində  fəaliyyət  göstərərək  böyük  inkişaf  yolu 

keçmişdir.  O  XX  əsrin  əvvəllərində  başlanan  və  1918-ci  ildə 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  ilə  nəticələnən 

milli-azadlıq hərəkatının aparıcı qüvvələrindən olmuşdur.



Dövlət gənclər siyasəti

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki 

gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Heydər Əliyev.

4



XX  əsrdə  Azərbaycan  gəncliyinin  nəinki  ədəbiyyat  və 

incəsənət,  həmçinin  bir  çox  digər  sahələrdə  nailiyyətlərin 

qazanılmasında böyük rolu olmuşdur. 

Yetmiş  ilə  yaxın  bir  müddətdə  ümumittifaq  komsomol 

təşkilatının tərkib hissəsi olmaqla Azərbaycan gənclər təşkilatı 

Azərbaycan cəmiyyətinin həyatında fəal mövqe tutmuşdur.

1941-1945-ci  illərdə  Azərbaycan  gəncləri  alman  faşizmi  ilə 

mübarizədə böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmişlər. 

Azərbaycanın 130 nümayəndəsi Sovet İttifaqı qəhrəmanı adına 

layiq görülmüşdür. 

1991-1993-cü  illərdə  Azərbaycanda  gənclərin  müxtəlif 

təşkilatları  meydana  çıxmağa  başladı.  O  dövrün  hərc-mərclik 

şəraitində  respublikanın  bir  çox  gənclər  təşkilatlarında 

siyasiləşmə  və  populizm  meylləri  müşahidə  olunurdu.  Bu 

təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü 

siyasi  partiya  və  qurumların  təsiri  altına  düşmüşdü. 

Azərbaycanın  müstəqilliyi,  suverenliyi  və  ərazi  bütövlüyünün 

qorunması,  ölkədə  hüquqi  demokratik  dövlət  quruculuğu 

prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi 

partiya  və  qurumların  deyil,  ümummilli  dövlət  maraqları 

əsasında  səfərbər  olunması,  vahid  gənclər  siyasətinin 

formalaşması və həyata keçirilməsi zərurətini yaratdı.

1993-cü  ildə  Ümummilli  lider    H.  Əliyevin  Azərbaycana 

qayıdışından sonra gənclərin problemlərinin həlli vacib dövlət 

məsələləri  ilə  bir  sırada  prioritet  yer  aldı.  Əgər  sovet 

Azərbaycanına rəhbəriyi dövründə H. Əliyev gənclərə daha çox 

kadr potensialı kimi baxırdısa, müstəqil Azərbaycana rəhbərliyi 

dövründə isə o, onları artıq dövlətin idarə edilməsində aparıcı 

5

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə