Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

təşkilatlarında  əsas  fəaliyyət  istiqamətləri  aşağıdakı  kimi 

olmuşdur: 

-  regionlarda  yaşayan  gənclərin  problemlərinin  həllində 

iştirak; 

- beynəlxalq tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq; 

-  gənclərin  təhsil,  səhiyyə  və  sosial  problemlərinin  həllində 

iştirak.

Statistik məlumatlara əsasən hazırda Azərbaycanda 220-dən 

çox gənclər təşkilatları fəaliyyət göstərir. 

2000-ci ilədək Azərbaycanda gənclərin fəaliyyəti yalnız tələbə 

gənclər təşkilatları xətti ilə həyata keçirilmişdir. Yuxarıda qeyd 

olunan qanunun imzalanmasından sonra ölkədə ictimai birliklər 

və  fondlar,  gənclər  təşkilatları  və  gənclər  birlikləri  yaranmağa 

başladı.


2005-ci ildən başlayaraq Tələbə-Gənclər Təşkilatları daha çox 

asudə vaxtın səmərəli təşkili, beynəlxalq və ikitərəfli əlaqələrin 

dəstəklənməsi, beynəlxalq seminar, konfransların təşkili və bu 

tipli  tədbirlərdə  iştiraka  diqqət  ayırmışlar.    Bir  çox  Tələbə-

Gənclər  Təşkilatlarının  son  7  ildə  yaranmalarına  baxmayaraq 

onlar  tələbə  və  gənclər  sahəsində  özünü  artıq  təsdiq  etmiş 

quruma  çevrilməkdədirlər.  Tələbə-Gənclər  Təşkilatları 

tərəfindən  keçirilən  tədbirlər  tələbə  gənclərin  ölkənin  ictimai-

siyasi həyatında iştirak fəallığının artmasına yardım edir. 

Tələbə-Gənclər Təşkilatlarının işini daha da təkmilləşdirmək, 

onların  maddi-texniki  bazasını  yaxşılaşdırmaq,  əlaqələrini 

genişləndirmək məqsədi ilə 2009-cu ilin noyabrında Azərbaycan 

Tələbə-Gənclər  Təşkilatları  İttifaqı  (ATGTİ)  yaradılmışdır. 

İttifaq,  Azərbaycan  Respublikasının  42  dövlət  və  özəl  ali 

56

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




məktəbinin tələbə gənclər təşkilatını özündə birləşdirir. 

ATGTİ-nin tarixi Azərbaycan Respublikası Prezidentinin İcra 

Aparatı rəhbərinin  2005-ci il 15 fevral tarixli 41 saylı sərəncamına 

əsasən Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin 

təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə 

başlanmışdır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən 28 fevral 

2005-ci il tarixli 89 saylı əmr hazırlanmış və Respublikanın bütün 

ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir. Tələbə-

Gənclər  Təşkilatlarının  fəaliyyətlərinin  tənzimlənməsini  təmin 

etmək  məqsədilə  2005-ci  ilin  may  ayında  Gənclər,  İdman  və 

Turizm  Nazirliyi  (indiki  Azərbaycan  Gənclər  və  İdman 

Nazirliyi)  və  Təhsil  Nazirliyi  ali  və  orta  ixtisas  təhsili 

müəssisələrində  fəaliyyət  göstərən  Tələbə-Gənclər 

Təşkilatlarının  Əsasnaməsini  təsdiq  etdilər.  2007-ci  ildə 

Əsasnamə  yenidən  işlənərək  hər  iki  nazirlik  tərəfindən  təsdiq 

olunmuş ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir. 

2009-cu il may ayının 1-dən iyunun 4-dək dövlət və özəl ali 

təhsil  müəssisələrində  fəaliyyət  göstərən  Tələbə-Gənclər 

Təşkilatlarının hesabat-seçki konfransları keçirilmişdir. Hesabat-

seçki  konfranslarında  Tələbə  Gənclər  Təşkilatları  İttifaqı  təsis 

qurultayında  iştirak  etmək  üçün  40  ali  təhsil  müəssisəsi  və 

onların filiallarından 300 nəfər nümayəndə seçilmişdir. 2009-cu il 

noyabrın  20-də  39  ali  təhsil  müəssisəsinin  Tələbə-Gənclər 

Təşkilatı  birləşərək  Bakı  şəhərində  Azərbaycan  Respublikası 

Milli  Təhlükəsizlik  Nazirliyinin  mədəniyyət  mərkəzində 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təsis etmişdir. 

Təsis  qurultayının  açılışında  Prezident    İ.  Əliyevin  qurultay 

iştirakçılarına  təbrik  məktubu  oxunmuşdur.  Qurultayda 

57

Gənclər və ictimai hərəkat




Prezident  Administrasiyasının  rəhbəri  R.  Mehdiyev  çıxış 

etmişdir.

2012-ci il iyunun 2-də Gülüstan sarayında dövlət və hökumət 

rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları, 

beynəlxalq qurumların nümayəndələri, səfirliklərin əməkdaşları 

və beş yüzədək nümayəndənin iştirak etdiyi Azərbaycan tələbə 

gənclər  təşkilatları  İttifaqının  ikinci  hesabat-seçki  qurultayı 

keçirilmişdir.  Qurultayda  çıxış  edən  İttifaq  sədri  Ş.  İsmayılov 

bildirilmişdir  ki,  iki  il  ərzində  ATGTİ  250-dək  layihə  həyata 

keçirmiş və bu layihələrdə 60 mindən çox tələbə iştirak etmişdir. 

Əgər  2009-cu  ilin  noyabrında ATGTİ  öz  ətrafında  39  ali  təhsil 

müəssisəsini birləşdirirdisə, 2012-ci ilin iyununda o artıq 75-dək 

ali və orta ixtisas təhsil müəssisələrini birləşdirir. Bu, qurumun 

fəaliyyəti dövründə gördüyü işlərin uğurlu nəticəsidir. Həmin 

müddətdə təşkilat tələbələrin əməkdaşlığı üçün möhkəm əsaslar 

yaratmış,  müxtəlif  dövlət  və  özəl  qurumlarla  əməkdaşlıq 

çərçivəsində  bir  sıra  layihələr  həyata  keçirmiş,    ATGTİ-nin 

üzvləri  isə  beynəlxalq  tələbə  konfranslarında  Azərbaycanı 

layiqincə təmsil etmişlər. 

Qurultayda gənclər və idman naziri A. Rəhimov çıxış edərək 

demişdir ki, indi ATGTİ Avropa tələbələr birliyinin tamhüquqlu 

üzvüdür və Azərbaycanı bu qurumda uğurla təmsil edir. İttifaq - 

liderlik,  ictimai  fəallıq  və  idarəetmə  bacarıqları  məktəbidir. A. 

Rəhimov  vurğulamışdır  ki,  dövlət  tərəfindən  gənclərin,  o 

cümlədən  tələbələrin  ictimai  fəaliyyəti,  potensialının 

reallaşdırılması,  təşəbbüslərinin  dəstəklənməsi  üçün  geniş 

imkanlar yaradılmışdır. 

Ali    məktəblərdə  təhsilin  inkişafına  kömək  göstərmək, 

58

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə