Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

yüksək  nailiyyətlər  əldə  etmiş  istedadlı  gənclərin 

həvəsləndirilməsi ilə bağlı təkliflərin hazırlanması;

- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;

- istedadlı və yaradıcı gənclərə dövlət qayğısı, asudə vaxtın 

təşkili;

-  gender  məsələləri  nəzərə  alınmaqla  gənclər  haqqında 

məlumatların toplanması və “Azərbaycan Gəncləri” adlı statistik 

məcmuənin nəşr edilməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 1999-

cu  il  tarixli  “Gənc  ailə”  proqramının  təsdiq  edilməsi  barədə 

Sərəncam  gənclərə  sosial  sferada  dövlət  dəstəyinin  daha  bir 

təzahürüdür. Bu proqramın əsas məqsədi qismində hər bir yeni 

gənc ailənin nikahdan əvvəl və nikahdan sonrakı problemlərinin 

kompleks təhlili əsasında təkliflər sisteminin hazırlanması, hər 

bir  ailənin  xoşbəxtliyinə  və  ölkənin  tərəqqisinə  kömək  edən 

konkret tədbirlər şəklində həyata keçirilməsi qeyd olunmuşdur. 

Proqram  gənclərin  ailə  qurarkən  və  ailə  həyatındakı 

problemlərinin  həllində  və  ailə  problemləri  həllinin  harmonik 

koordinasiyasına köməklikdə, son nəticədə isə - ailə institutunun 

stabilləşməsinə,  sağlam  nəslin  yetişməsinə  gətirib  çıxaran 

gənclərə  ailənin  dəyərlərinin  və  təsirinin  artmasında  dövlətin 

rolunun artırılmasını nəzərdə tutur. Proqrama 6 əsas istiqamət 

daxildir: 1. Uşaqlıqdan başlayaraq gənclərin nikaha qədərki ailə 

həyatına  hazırlanması;  2.  Gənc  ailələrin  reproduktiv 

s a ğ l a m l ı ğ ı n ı n   q o r u n m a s ı ;   3 .   A i l ə   m ə n ə v i y ya t ı n ı n  

möhkəmləndirilməsi; 4. Ailənin sosial oriyentasiyası, uşaqların 

tərbiyələndirməsi;  5.  Ailənin  sosial  müdafiəsi;  6.  Təşkilati 

məsələlər.

40

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Mədəniyyət və incəsənət

Azərbaycan  Respublikası  Prezidentinin  4  avqust  2008-ci  il 

tarixli Sərəncamı ilə təsdiqlənmiş Azərbaycan kinosunun 2008-

2018-ci  illər  üzrə  inkişafına  dair  Dövlət  proqramına  uyğun 

olaraq,  kino işinin müxtəlif sahələri üzrə kadrların hazırlanması 

nəzərdə  tutulur.  Artıq  bir  çox  sahələr  üzrə  Azərbaycanda 

hazırlanması  mümkünsüz  olan  mütəxəssislərin  xarici  ölkələrə 

göndərilməsi reallaşdırılır. Onların bir qismi Moskvada, keçmiş 

Sovet  İttifaqı  respublikalarında,  bir  qismi  isə  Avropada  təhsil 

alırlar. Bu cür yanaşma musiqi sahəsində də istifadə olunur. Artıq 

mədəniyyət  və  incəsənətin  bəzi  istiqamətləri  üzrə  kadrların 

hazırlanması  xarici  ölkələrin  ixtisaslaşmış  ali  məktəblərinə  və 

təcrübəli pedaqoqlara həvalə olunub. 

Ümummilli  lider  H.  Əliyev  22  iyun  1996-cı  ildə 

“Azərbaycanda  gənc  istedadlara  dövlət  qayğısı  haqqında” 

Fərman  imzalamışdır.  Fərmanda  Müstəqil  Azərbaycanın 

gələcəyi  üçün    elmi  və  mədəni  tərəqqinin  müstəsna  vacibliyi 

nəzərə  alınmaqla  Azərbaycan  Respublikası  Prezidentinin 

istedadlı  gənclərə  şəxsi  himayəsini  təmin  etməsi  məqsədilə 

Azərbaycanın  gənc  istedadlarının  “Qızıl  kitabı”nın  təsis 

edilməsi  haqqında  qərar  öz  əksini  tapmışdır.  Həmçinin, 

Fərmanla  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı 

üzrə gənc istedadların yaradıcılıq potensialının artırılması üçün 

onların  adlarını  “Qızıl  kitaba”  yazmaq,  Azərbaycan 

Respublikasının Prezidenti yanında “Gənc İstedadlar Fondu”nu 

və  “Qızıl  kitab”a  adları  yazılanlar  üçün  xüsusi  təqaüd  təsis 

etmək qərara alınmışdır. 

41

Gənclər – sosium




Prezident İ. Əliyevin 9 aprel 2002-ci ildə imzaladığı "Gənclər 

Siyasəti  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  6-cı 

maddəsində deyilir ki, dövlət sosial və maddi vəziyyətindən asılı 

olmayaraq,  istedadlı  gənclərin  təhsilinin  davam  etdirilməsinə 

zəmanət verir. Bu maddənin 6.4. yarım bəndində isə qeyd edilir 

ki, istedadlı gənclərin stimullaşdırılması məqsədi ilə dövlət və 

yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi 

təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər. 

Azərbaycan  Respublikası  Prezidentinin  2005-ci  il  30  avqust 

tarixli  982  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Gəncliyi  (2005-2009-cu  illər)”  Dövlət  Proqramının  tədbirlər 

planının  3-cü  fəslinin  “İstedadlı  və  yaradıcı  gənclərə  dövlət 

qayğısı”  hissəsində  28  istiqamətdə  tədbirlərin  icrası  nəzərdə 

tutulmuşdur. 

Azərbaycan  Prezidenti  İ.  Əliyevin  imzaladığı  çoxsaylı 

sərəncamlarda  istedadlı  gənclərə  mükafatların  verilməsi 

haqqında  qərarlar  yer  alır,  Azərbaycan  Respublikası 

Prezidentinin  “Azərbaycan  Respublikasının  ali  məktəb   

tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 

sentyabr 2001-ci il tarixli 564 saylı Fərmanına müvafiq olaraq isə 

prezidentin  Sərəncamı  ilə  ali  məktəblərə  daxil  olarkən  yüksək 

bal toplayanlar üçün hər il prezident təqaüdləri təsis edilir. Belə 

ki, 2011/2012 tədris ilində prezidentin 1 sentyabr 2011-ci il tarixli 

Sərəncamı  ilə  ali  məktəblərə  daxil  olan  100  tələbə    Prezident 

təqaüdünə layiq görülmüşdür.

Milli  siyasətin  prioritetlərindən  biri  olan  gənclərin 

problemlərinin  ölkə  rəhbərliyinin  diqqət  mərkəzində  olmasını 

nəzərə  alaraq  və  müvafiq  struktur  və  ictimaiyyəti  statistik 

42

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




məlumatlarla  təmin  etmək  üçün    Dövlət  Statistika  Komitəsi 

mütəmadi  olaraq  “Azərbaycan  gəncləri”  statistik  məcmuəsini 

nəşr  edir.  Belə  ki,  “Azərbaycan  gəncləri–2011”  məcmuəsi 

aşağıdakı  fəsilləri  ehtiva  edir:  “Demoqrafik  göstəricilər”, 

“Sağlamlığın  qorunması”,  “Təhsil  və  elm”,  “Məşğulluq  və 

işsizlik”, “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin 

miqrasiyası və gün ərzində orta vaxt sərfi”,  “Hüquqpozmalar”. 

Gənclərin  səhiyyə  sistemində  iştirakı  ilə  bağlı  ilk  növbədə 

Azərbaycan  gənclərinin  2007-2015-ci  illərdə  xarici  ölkələrdə 

təhsili üzrə Dövlət proqramını qeyd etmək lazımdır. Bu proqram 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  xətti  ilə  bu 

sahədə  işləyən  gənc  kadrların  peşəkarlığının  artırılması  və 

peşəkar gənc kadrların hazırlanmasını,   həmçinin müasir tibbi 

bacarıqların əldə olunması üçün xaricdə təhsili nəzərdə tutur. 

Son  illər  tibb  mütəxəssislərinin,  həmçinin  Azərbaycandan 

olan  gənc    kadrların  səhiyyənin  müxtəlif  sahələrində  elmi  və 

praktiki  bacarıqlarının  gələcək  təkmilləşməsi  məqsədilə 

Avropanın nüfuzlu universitetləri daxil olmaqla xarici ölkələrdə 

ixtisasartırması geniş vüsət almışdır.

  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  Azərbaycan 

mütəxəssislərinin xarici ölkələrdə 1, 3, yaxud 6 aylıq müddətə 

ixtisaslaşmış  kurslar  keçmələrinə  xüsusi  təşəbbüs  göstərir.   

Nazirlik  tərəfindən  görülən  işlər  nəticəsində  son  illərdə 

Almaniya,  Türkiyə,  Rusiya,  Polşa,  Belarus  kimi  ölkələrlə  tibb 



Səhiyyə

43

Gənclər – sosium




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə