Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

mütəxəssislərinin  mübadiləsi  haqqında  qarşılıqlı  ikitərəfli 

sazişlər  imzalanmışdır.  Bu  sazişlər  əsasında  çoxsaylı  gənc 

kadrlar nüfuzlu universitetlərin klinikalarında öz elmi və təcrübi 

biliklərini  artırırlar.  Belə  ki,  məsələn,  2010-cu  il  ərzində 

Azərbaycandan  olan  37  həkim  və  13  orta  tibb  işçisi  elmi  və 

təcrübi  biliklərini  təkmilləşdirmək  üçün  xarici  ölkələrə 

göndərilmişlər.

İkitərəfli sazişlərə əsasən Səhiyyə Nazirliyinin xətti ilə gənc 

kadrların xarici dövlətlərə göndərilməsi ilə yanaşı, tibb işçiləri 

üçün  kursların  təşkili  məqsədilə  bu  dövlətlərdən  aparıcı 

mütəxəssislər Azərbaycana dəvət olunur. Hər il bu cür kurslarda 

onlarla  Azərbaycan  həkimləri  təhsil  alırlar.  Almaniya,  Polşa, 

Rusiya,  Türkiyə,  Belarus  və  digər  ölkələrdən  olan  professor-

müəllim  heyətlərinin,  ekspertlərin,  həkimlərin  Azərbaycanda 

nəzəri və praktiki seminarlar təşkil etməsi tibb işçilərinin peşəkar 

yüksəlişinə səbəb olur.

Kadrların  xarici  ölkələrə  göndərilməsi  və  xarici 

mütəxəssislərin dəvəti zamanı Azərbaycan üçün tibb sahəsinin 

prioritetləri  nəzərə  alınır.  Xəstəxana  təşkili,  radiodiaqnostika, 

anesteziologiya,  hematologiya,  reproduktiv  sağlamlıq,  uşaq 

kardiocərrahiyyəsi, invaziv kardiologiya, transplantologiya və s. 

sahələrə xüsusi diqqət yetirilir.

Azərbaycan dövləti gənclərin elmə marağının artırılması və 

onlara dövlət qayğısının gücləndirilməsi istiqamətində bir sıra 



Elm

44

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




mühüm  işlər  görmüşdür.  Bu  işlər  sırasına  həm  dövlət 

səviyyəsində  qəbul  edilən  proqramları,  həm  də  şəxsən  ölkə 

Prezidentinin imzaladığı fərman və sərəncamları  aid etmək olar. 

Belə ki, məsələn Azərbaycan Prezidentinin 21 oktyabr 2009-cu 

il  tarixli  Sərəncamı  ilə  məqsədi Azərbaycan  elminin  inkişafına 

dəstək  olan  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Elmin İnkişafı Fondu yaradılmışdır.

Fond  fəaliyyətində  öz  Nizamnaməsini,  Azərbaycan 

Respublikasının "Qrant haqqında" Qanununu (17 aprel 1998-ci il 

tarixli  №  483-IQ,  əlavə  və  dəyişikliklərlə)  və  Azərbaycan 

Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli 

Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-

2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsəd və 

vəzifələrini,  "Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə 

elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 

Dövlət  Proqramı"nın  və  müvafiq  qanunvericilik  aktlarının 

tələblərini rəhbər tutur. 

Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin 

inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 

Dövlət  Proqramı  Azərbaycan  Respublikası  Prezidentinin  10 

aprel  2008-ci  il  tarixli  “Azərbaycan  elmində  islahatların 

aparılması  ilə  bağlı    Dövlət  Komissiyasının  yaradılması 

haqqında”        2756  saylı  Sərəncamının  2-ci  bəndinin  təmin 

olunması məqsədilə qəbul edilmişdir. Azərbaycan Milli Elmlər 

Akademiyası  (AMEA)  Milli  strategiya  və  Dövlət  Proqramının   

həyata keçirilməsi əlaqələndirən orqan kimi müəyyən edildi.

Dövlət  proqramında,  xüsusilə  aşağıda  qeyd  olunan 

istiqamətlər öz əksini tapdı:

45

Gənclər – sosium




-  gənc  alimlərin  elmi    fəaliyyətinin  stimullaşdırılması    və 

onlara  fundamental  elmi    tədqiqatlar  aparmaq  üçün  əlverişli 

imkanların yaradılması məqsədi ilə müvafiq fondların təşkili;

-  ölkənin  ali    məktəblərindəki  perspektivli    gənc   

tədqiqatçıların  AMEA-da    xüsusi  proqram  əsasında 

təkmilləşdirilməyə cəlb olunması;

-  elmin    İnkişaf  Fondu    çərçivəsində  elmdə  gənc  kadr 

potensialının    gücləndirilməsi    üçün  proqramların  işlənib 

hazırlanması.

Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin 

inkişafı  üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı 

Dövlət  Proqramında  icrası  nəzərdə  tutulan  elmdə  gənc  kadr 

potensialının gücləndirilməsini 2007-2015-ci illərdə Azərbaycan 

gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı  və 

Dövlət  İnvestisiyaları  üzrə  Kadr  Potensialının  Gücləndirilməsi 

işinin  davamı  kimi  qəbul  etmək  olar. Azərbaycan  Milli  Elmlər 

Akademiyasına Azərbaycan Respublikası Prezidentinin ehtiyat 

fondundan  2010-cu  ildə  500  min    manat  həcmində  vəsait 

ayrılmasını  nəzərdə  tutan  Azərbaycan  Respublikası 

Prezidentinin 9 fevral 2010-cu il tarixli Azərbaycan Milli Elmlər 

A k a d e m i ya s ı n ı n   g ə n c   a l i m l ə r i n i n   Av r o p a n ı n   e l m i  

mərkəzlərində  doktorantura  təhsilinin  maliyyələşdirilməsi 

haqqında Sərəncamı bu məqsədlərə xidmət edir. Qeyd olunan 

vəsaitlər  Avropanın  elmi  mərkəzlərinin  doktoranturalarında 

gənc alimlərin təhsil almaları, Azərbaycan Respublikasında Milli 

standartlar  səviyyəsində  elmi  araşdırmaların  aparılması, 

ölkənin elmi kadr potensialının artması və Azərbaycan elminin 

beynəlxalq  elmi  sferaya  inteqrasiyasını  sürətləndirmək  üçün 

46

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




nəzərdə tutulmuşdur.

Bakı şəhərində 25-30 iyul 2012-ci il tarixlərində gənc alimlərin 

ikinci  Respublika  innovativ  ideya  yarmarkası  keçirilmişdir. 

Onun  çərçivəsində  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

gənclərin  intellektual  inkişaf  mərkəzi  və  Azərbaycanın  gənc 

alim,  aspirant  və  magistrlər  cəmiyyəti  tərəfindən  “Yeni 

çağırışlar:  müasir  şəraitdə  elmi  innovativ  tədqiqat  işlərinin 

təcrübi və tətbiqi əsasları” adlı elmi konfrans təşkil olundu. Bu 

konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin 

İnkişafı  Fondunun  gənc  alim  və  mütəxəssislərin  birinci 

müsabiqə  üzrə  qalib  olmuş  qrant  layihəsi  çərçivəsində 

Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin 

maliyyə-təşkilati  dəstəyi  ilə  baş  tutmuşdur.  Konfransda  elmin 

müxtəlif sahələrində gənc alim və mütəxəssislər iştirak etmişlər. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 

İcra  Aparatının  (indiki  Prezident  Administrasiyasının) 

rəhbərinin 15 fevral 2005-ci il tarixli 41 saylı Sərəncamı ilə təsdiq 

olunmuş Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin 

təkmilləşdirilməsinə  dair  Tədbirlər  Planında Azərbaycan  Milli 

Elmlər Akademiyasının nəzdində Gənclərin İntellektual İnkişaf 

Mərkəzinin  yaradılması  Milli  Elmlər  Akademiyasının  və 

Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm  (indiki 

Gənclər və İdman) Nazirliyinin üzərinə vəzifə kimi qoyulmuş və 

AMEA  Rəyasət  Heyətinin  06  aprel  2005-ci  il  tarixli  11/5  saylı 

qərarı  ilə  AMEA  Gənclərin  İntellektual  İnkişaf  Mərkəzi 

yaradılmışdır.

Mərkəzin  əsas  məqsədi  gənclərin  elmi  potensialının 

artırılması, onların elm, texnika, iqtisadiyyat, sənaye, energetika, 

47

Gənclər – sosium




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə