Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   14   15   16   17   18   19   20   21   22

təmin  etmək  üçün  16  aprel  2007-ci  ildə  "2007-2015-ci  illərdə 

Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 

Proqramı"nın  təsdiq  edilməsi  barədə"    Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  2090  nömrəli  Sərəncam 

imzalanmışdır. 

Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı 

mütəxəssislərin hazırlanması məqsədilə xaricdə təhsil proqramı 

müxtəlif formalarda həyata keçirilir:

-

Öz imkanları hesabına;



-

Müxtəlif  təhsil  proqramları  həyata  keçirən  təşkilat  və 

digər donor qurumların hesabına;

-

Dövlət  xətti  ilə,  yəni  təhsil  sahəsində  əməkdaşlıq 



haqqında  ikitərəfli  razılaşmalar  əsasında  Azərbaycan 

vətəndaşları  üçün  ayrılan  vəsaitlər  hesabına  Təhsil  Nazirliyi 

tərəfindən həyata keçirilən təhsil;

-

2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici 



ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil.

Ümumiyyətlə,  xaricdə  təhsilin  daha  geniş  yayılmış  forması 

gənclərin  birbaşa  təhsil  müəssisələrinə  müraciəti  və  müvafiq 

qəbul prosedurlarını keçdikdən sonra fərdi müqavilə əsasında 

təhsil almasıdır. Eyni zamanda, gənclərin dünyanın qabaqcıl ali 

təhsil  ocaqlarında  sistemli  və  səmərəli  təhsili  prezidentin  16 

aprel  2007-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş    Dövlət 

Proqramı  sayəsində  həyata  keçirilir.  Hal-hazırda  bu  proqram, 

həmçinin digər formalar üzrə Azərbaycanın minlərlə vətəndaşı 

ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və 

s. ölkələrdə təhsil alır. 

Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  ölkə  üçün  zəruri 

76

Xaricdə təhsil




ixtisaslar üzrə təhsilini təmin etmək məqsədilə 19 oktyabr 2006-cı 

ildə  Azərbaycan  Respublikası  Prezidenti  "Azərbaycan 

gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı 

haqqında"  1746  nömrəli  Sərəncam  imzalamışdır.  Sərəncama 

uyğun  olaraq  hazırlanmış  2007-2015-ci  illərdə  Azərbaycan 

gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramında 

istedadlı  Azərbaycan  gənclərinin  xaricdə  təhsilinin  təşkili 

istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.

Qeyd  olunan  proqramı  sürətlə  inkişaf  etməkdə  olan 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  sahələrə  beynəlxalq 

inteqrasiyası, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının 

azaldılması,  dünyanı  yaxşı  tanıyan  və  özünü  dünyaya  yaxşı 

tanıdacaq  yeni  nəslin  formalaşması,    Azərbaycanın  stabil  və 

səmərəli inkişafını təmin edəcək yüksək ixtisaslı mütəxəssislər 

ordusunun yaradılması istiqamətlərində diqqətin təzahürü kimi 

qiymətləndirmək olar. 

Real  tələbata  uyğun  olaraq  maraqlı  dövlət  qurumlarının  və 

digər təşkilatların sifarişləri və rəyləri əsasında ixtisas siyahısının 

və təhsil proqramlarının formalaşması - qeyd olunan proqram 

çərçivəsində  xarici  təhsilin  üstünlüklərindən  biridir.  Ali 

məktəblərin  seçimində  aparıcı  yeri  müvafiq  istiqamətlər  üzrə 

dünyada yüksək reytinqə malik olan universitetlər tutur.

Ümumilikdə,  Dövlət  proqramı  çərçivəsində  1200  nəfərdən 

artıq  azərbaycanlı  gənc  xaricdə  təhsil  almaq  hüququ 

qazanmışdır.  Növbəti  illərdə  gənclərin  Azərbaycanın  ehtiyac 

duyduğu  prioritet  ixtisaslar  üzrə  dünya  reytinqli 

universitetlərdə  təhsili  üzrə  proqramın  həyata  keçirilməsi 

davam etdiriləcəkdir. 

77

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Qeyd olunan Dövlət Proqramının icrasına başlanıldığı andan 

xarici  ölkələrin  nüfuzlu  universitetlərində  təhsil  prosesinin 

tənzimlənməsi qaydalarının hazırlanması və müvafiq normativ-

hüquqi  bazanın  təkmillləşdirilməsi  həyata  keçirilmişdir.  Bu 

məqsədlə Azərbaycan  Respublikasının  Prezidenti  Sərəncamlar 

imzalamış,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  və  s. 

tərəfindən  Qərarlar  qəbul  edilmişdir.  Beləcə  Dövlət   

proqramının normativ-hüquqi bazası formalaşmışdır. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

qəbul  edilmiş  qərara  əsasən  bu  normativ-hüquqi  bazaya 

mütəmadi olaraq əlavə və dəyişikliklər edilir. Belə ki, Nazirlər 

Kabineti  tərəfindən təsdiqlənmiş müvafiq siyahıya yeni ölkə və 

ali  məktəblərin  adları  əlavə  olunur,  yaxud  aktuallığını  itirmiş 

adlar ondan çıxarılır. Dəyişikliklər ixtisaslara da aid olunur.

Dövlət  Proqramının  icrasına  2007/2008-ci  tədris  ilində  66 

nəfərin təhsilinin maliyyələşdirilməsi ilə başlanmışdır. Bu tədris 

ilində  Azərbaycan  Respublikası  Tələbə  Qəbulu  üzrə  Dövlət 

Komissiyası tərəfindən seçilmiş gənclər əsasən   Rusiya, Fransa 

və  Türkiyənin  ali  məktəblərinin  iqtisadiyyat  və  idarəetmə, 

informasiya kommunikasiya texnologiyaları, humanitar elmlər 

və tibb ixtisasları üzrə  təhsil almaq hüququ əldə etmişlər.

Müvafiq statistik məlumatların əldə edilməsi məqsədilə xarici 

ölkələrə  təhsil  almağa  göndərilən  tələbələrin  qeydiyyatının 

aparılması  üçün  məlumat  bazası  yaradılmışdır.  Eyni  zamanda 

Proqramın  icrasının  şəffaflığını  təmin  etmək  məqsədilə  Təhsil 

Nazirliyi tərəfindən xüsusi sayt (http://xaricdetehsil.edu.gov.az) 

yaradılmışdır.  Bu  saytda  proqram  haqqında  məlumat,  elanlar 

yerləşdirilmişdir. 

78

Xaricdə təhsil




2007-2015-ci  illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə 

təhsili  üzrə  Dövlət  Proqramının  icrası  üzrə  tədbirlər  planına 

uyğun  olaraq  Təhsil  Nazirliyi  xarici  tərəfdaş  qurumlarla 

əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalamışdır. Dövlət 

Proqramı  çərçivəsində  Azərbaycan  gənclərinin  dünyanın 

qabaqcıl  ölkələrinin  nüfuzlu  ali  məktəblərinə  göndərilməsini 

təmin  etmək  məqsədilə  imzalanmış  ikitərəfli  razılaşmalar 

əsasında Almaniyanın Akademik Mübadilə Xidməti (DAAD) və 

Fransa Dövlət Ali və Orta təhsilinin Təşkili  Mərkəzi (CNOUS) ilə 

uğurlu əməkdaşlıq həyata keçirilir. 

CNOUS-la  bağlanmış  müqaviləyə  əsasən  Azərbaycanlı 

tələbələrin  Fransanın  ən  nüfuzlu  ali  məktəblərində  təhsili 

mümkün  olmuşdur.  2007-ci  ildə  CNOUS-la  əməkdaşlıq 

nəticəsində bu ölkədə təhsil alanların sayı üstün olmuşdur. 

Dövlət Proqramının icrasının daha səmərəli təşkili məqsədilə 

2008-ci ildən etibarən Alman akademik-mübadilə proqramı ilə 

əməkdaşlığa başlanılmışdır. Bu əməkdaşlıq nəticəsində ilk ildə 

20-dən  çox  tələbə  Almaniyanın  nüfuzlu  ali  məktəblərinə 

göndərilmişdir.  DAAD-la  əməkdaşlıq  çərçivəsində  ikinci  ildə 

Almaniyaya 12 nəfər göndərildi. 

DAAD  ilə  Təhsil  Nazirliyinin  əməkdaşlığı  çox  yüksək 

səviyyədə  həyata  keçirilir.  Bunun  nəticəsində Almaniyanın  ən 

nüfuzlu  universitetlərində  təhsil  alan  tələbələrin  sayı  ildən-ilə 

artır. 


Təhsil üçün Almaniyaya göndərilən təxminən 50 nəfərdən 30-

u ölkənin qabaqcıl tibb təhsil ocaqlarına qəbul olunmuşlar*. Bu 

79

* 2011/2012-ci tədris ilində Almaniyada oxuyanların  82.5 %- tibb təhsili almışlar.



Azərbaycan ictimai həyatında gənclərin iştirakı


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə