Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   14   15   16   17   18   19   20   21   22

miqyasında  -  həm  paytaxt,  həm  də  regionlarda  yeni 

texnologiyalar üzrə təchiz olunan və yenidən qurulan müalicə 

diaqnostika  mərkəzlərinin  yüksək  ixtisaslı  kadrlarla  təmin 

olunması məqsədi daşıyır.

 Eyni zamanda informasiya-kommunikasiya texnologiyaları, 

mühəndislik  kimi  ixtisaslar  üzrə  gənclərin  xaricdə  təhsilə 

marağının  artması  müşahidə  olunur.  Qeyd  olunan  ixtisaslarla 

yanaşı prioritet ixtisaslar sırasına daxil edilməsə də “mədəniyyət 

və  incəsənət”  ixtisası  üzrə  kadrların  hazırlanması  həyata 

keçirilir.  Bu,  ölkə  başçısı  tərəfindən  mədəniyyət  və  incəsənətə 

yüksək  diqqətin  təzahürüdür.  Dövlət  proqramının  icrasına 

başlandıqdan sonra tələbələr hər il bu ixtisaslar üzrə təhsil almaq 

üçün xaricə göndərilir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına 

əsasən  dövlət  qurumları,  Azərbaycanda  akkreditə  olunmuş 

diplomatik nümayəndəliklər, həmçinin Azərbaycanın xaricdəki 

diplomatik  nümayəndəlikləri  tərəfindən  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  müvafiq  Sərəncamları  ilə 

Azərbaycan  gənclərinin  xaricdə  təhsil  almaları  məqsədi  ilə 

seçilmiş  Ali  təhsil  müəssisələrinin  siyahısına  təklif  olunan  ali 

məktəblərin adlarının daxil edilməsi ilə bağlı mütəmadi olaraq 

müraciətlər daxil olur.

Təhsil  Nazirliyi  tədris  müəssisəsinin  nüfuzu,  təhsilin 

səviyyəsi,  konkret  ixtisaslar  üzrə  təhsilin  keyfiyyəti  və  s.  kimi 

göstəricilər əsasında mütəmadi olaraq təhlil aparır və müvafiq 

təkliflərlə Nazirlər Kabinetinə müraciət edir. 

84

*2011/2012-ci tədris ilində Türkiyəyə təhsil üçün göndərilənlərin 77, 6 % tibb ixtisası 



üzrə təhsil almışlar.

Xaricdə təhsil




Hazırda azərbaycan gənclərinin böyük əksəriyyəti xaricdə ali 

təhsil  müəssisələrində  tibb,  iqtisadiyyat  və  idarəetmə  kimi 

istiqamətlər üzrə təhsil alırlar. Onu da qeyd etmək lazımdır ki, 

2010/2011-ci  tədris  ilindən  etibarən  mühəndislik,  informasiya-

kommunikasiya texnologiyaları, neft sənayesi və digər bu kimi 

istiqamətlər prioritet elan olunduqdan sonra bu ixtisaslar üzrə 

xaricdə təhsil alan tələbələrin sayı artmışdır. 

Azərbaycan  Respublikası  Prezident  Administrasiyasının 

sifarişi  əsasında  2010-cu  ildən  etibarən  Moskva  Dövlət 

Linqvistika  Universitetində  Rusiyanın  “Ria-Novosti” 

informasiya  agentliyi  ilə  birgə  “Müasir  jurnalistika.  Ustalığın 

əsasları”  proqramı  üzrə  Dövlət  Proqramı  çərçivəsində  2  illik 

tədris  başlamışdır.  Bu  proqramın  əsas  məqsədi  Azərbaycanın 

kütləvi  informasiya  vasitələrində  çalışmaq  üçün  peşəkar 

mütəxəssislərin hazırlanmasıdır.

Digər  bir  layihə  çərçivəsində,  Bakı  Dövlət  Universiteti  ilə 

Moskva Fizika   Texniki İnstitutu (dövlət universiteti) arasında 

imzalanmış  əməkdaşlıq  haqqında  Memoranduma  əsasən 

dünyada məşhur olan təhsil ocağına hər il bakalavr pilləsi üzrə 2, 

magistr pilləsi üzrə isə 1 nəfər öz təhsilini davam etdirmək üçün 

göndərilir.  Eyni  zamanda  onu  da  qeyd  etmək  olar  ki,  Dövlət 

Proqramı  çərçivəsində  təhsil  alanlar  əsasən  Avropa 

universitetlərində təhsil alır və təhsil almaq arzusunu bildirirlər. 

Dövlət  Proqramının  vacib  məqsədlərindən  biri  xaricdə 

Azərbaycanın layiqincə təmsil olunmasıdır. Bu məsələ xaricdə 

təhsil almaq hüququ qazanan şəxs və Təhsil Nazirliyi arasında 

imzalanan müqavilədə öz əksini tapır. Xaricdə   təhsilləri dövlət 

tərəfindən  maliyyələşən  bütün  tələbələrin  təhsil  aldıqları 

85

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




ölkələrdəki  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərinin  və  Azərbaycan  diasporunun  təşkil 

etdikləri  Azərbaycanın  dövlət  maraqlarının  müdafiəsinə  həsr 

olunmuş və digər ictimai-mədəni tədbirlərdə iştirak etmələrini 

nəzərdə tutan bu şərt Azərbaycan Respublikası Nazirlər Kabineti 

tərəfindən xüsusi Sərəncamla formalaşmışdır.

Azərbaycanı  təmsil  etmək  -  dünyanın  müxtəlif 

universitetlərində təhsil alan azərbaycanlı tələbələrin vəzifəsidir. 

Çünki onların simasında hər bir əcnəbi Azərbaycanı tanıyır, bu 

ölkənin  mədəniyyəti  və  milli  dəyərləri  haqqında  öz  fikirləri 

formalaşır. Bununla bağlı azərbaycanlı tələbələr təhsil aldıqları 

ölkələrin şəhər və ali məktəblərində təşkilatlar və ictimai birliklər 

yaradırlar. Bu cür təşkilatlar Böyük Britaniyada, Fransada, ABŞ-

da,  Almaniyada,  Niderlandda,  Çexiyada,  İsveçrədə,  İsveçdə, 

Cənubi Koreyada, Avstraliyada, Rusiyada, Ukraynada və digər 

ölkələrdə yaradılmışdır. 

M ə s ə l ə n ,   H e y d ə r   Ə l i ye v   F o n d u n u n   R u s i ya d a k ı  

nümayəndəliyinin  rəhbəri  L.  Əliyevanın  başçılıq  etdiyi 

Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatı  (AMOR)  ətrafında 

birləşən  tələbələr Azərbaycanın  intellektual  potensialını  təbliğ 

edir  və  müxtəlif  kampaniyaların  köməyilə  Azərbaycan 

dəyərlərini dünya ictimaiyyətinə nümayiş etdirir. 

L.  Əliyevanın  rəhbərliyi  altında  Rusiyada  yaşayan  və  təhsil 

alan  gənclərin  təşkilatlanmasında  mühüm  addımlar  atılır. 

AMOR-un  bir  sıra  əhəmiyyətli  layihələri  Azərbaycan 

diasporunun  mədəni  həyatının  inkişafında,  həmçinin 

Azərbaycan  dəyərlərinin  və  mədəni  irsinin  Rusiya 

ictimaiyyətinə  təqdim  olunmasında  keyfiyyətcə  yeni  mərhələ 

86

Xaricdə təhsil




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə