Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   14   15   16   17   18   19   20   21   22

göstərici  Azərbaycan  kimi  ölkə  üçün  kifayət  qədər 

əhəmiyyətlidir. 

Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün göndərilən 

gənclərimizin seçimi məqsədilə 2009-cu ildə bu ölkənin müvafiq 

qurumları  ilə  Təhsil  Nazirliyi  arasında  əməkdaşlıq  haqqında 

Saziş  imzalanmışdır.  Bu  sazişə  əsasən  hər  il Azərbaycanın  bir 

neçə vətəndaşı   Beynəlxalq Təhsil İnstitutu (İİE) ilə əməkdaşlıq 

çərçivəsində  magistratura  pilləsində  təhsil  almaq  üçün  ABŞ 

universitetlərinə göndərilir.   Son iki il ərzində bu proqramdan 

11Azərbaycan gənci istifadə etmişdir.

ABŞ-da  BTİ  (İİE)  ilə  əməkdaşlıq  çərçivəsində  tələbələrin 

əksəriyyəti humanitar ixtisaslar və “iqtisadiyyat və idarəetmə” 

ixtisası üzrə təhsil almaq hüququ əldə etmişlər.

Dövlət Proqramının icrasının ikinci, 2008/2009-cu tədris ilində 

xaricdə təhsil alanların sayı 2 dəfədən çox artaraq dünyanın 16 

ölkəsinin  qabaqcıl  universitetlərində  134  nəfər  təşkil  etmişdir. 

2008/2009-cu tədris ilində azərbaycanlı tələbələrin təhsil aldığı 

ölkələrin  siyahısında  ilk  3  yeri  –  Fransa,  Böyük  Britaniya  və 

Almaniya tuturdu. CNOUS-la əməkdaşlığın davamı nəticəsində 

Fransaya göndərilən tələbələrin sayı 27 nəfərə çatdı.

Dövlət  Proqramının  icrasının  1-ci  ili  ilə  müqayisədə  2-ci  il 

magistratura  səviyyəsi  üzrə  təhsilini  xaricdə  davam  etdirmək 

üçün  göndərilən  tələbələrin  sayında  ciddi  dəyişikliklər  baş 

vermişdir. 

2009/2010-cu  tədris  ilində  xaricdə  təhsil  almaq  hüququ 

qazananların  sayı  300  nəfərdən  çox  olmuşdur.  Onlar    müasir 

Azərbaycanı dünyanın 20 ölkəsində təmsil etmiş, əldə etdikləri 

akademik  göstəricilərlə  universitet  rəhbərliyinin  və  tələbələrin 

80

Xaricdə təhsil




rəğbətini  qazanmağa  nail  olmuşlar.  Qeyd  olunan  tədris  ilində 

azərbaycan tələbələrinin təhsil aldığı ölkələrin siyahısında ilk 3 

yeri – Böyük Britaniya, Türkiyə və Almaniya tutmuşdur. 

Almaniyanın  akademik  mübadilə  xidməti  ilə  əməkdaşlıq 

davam etmiş, hansı ki, bunun da nəticəsində 2009/2010-cu tədris 

ilində    Almaniyada  təhsil  alanların  sayı  46  nəfərə  çatmışdır. 

İqtisadiyyat  və  idarəetməyə  və  bu  sahədə  kadr  hazırlığının 

yüksək  səviyyədə  həyata  keçirildiyi  Böyük  Britaniya 

universitetlərinə  marağın  daha  çox  olması  2009/2010-cu  tədris 

ilində  bu  ölkənin  ali  məktəblərində  təhsil  almaq  hüququ 

qazanan Azərbaycan tələbələrinin sayını 89-a yüksəltdi. 

Beləliklə,  2009/2010-cu  tədris  ilində  xaricdə  təhsil  Dövlət 

Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların çoxu 

iqtisadiyyat  və  idarəetmə,  sosial  və  humanitar  elmlər,  tibb 

elmləri və s. istiqamətlər üzrə olmuşlar.

Dövlət  Proqramının  icrasının  3-cü  ilində  bakalavr  və 

magistratura  pilləsi  üzrə  təhsil  almaq  üçün  göndərilən 

tələbələrin sayı  100-ü ötdü.  Rezidentura səviyyəsi üzrə də təhsil 

almaq  üçün  göndərilənlərin  sayında  ciddi  artım  müşahidə 

olundu.  

Dövlət  Proqramının  icrasının  dördüncü,  2010/2011-ci  tədris 

ilində xaricdə təhsil almaq hüququ qazananların sayı 275 nəfər 

təşkil    etdi.  Daha  çox  tələbə  Almaniya,  Türkiyə  və  Böyük   

Britaniyaya  göndərilmişdir.  DAAD  təşkilatı  ilə  aparılan 

məqsədyönlü  əməkdaşlıq  nəticəsində  Almaniya  Proqram 

çərçivəsində təhsil alan tələbələrin sayına görə ilk yerdə dayandı. 

Xaricdə  təhsil  Dövlət  proqramı  çərçivəsində  2010/2011-ci 

tədris  ilində  tibb,  informasiya-kommunikasiya  texnologiyaları, 

81

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




mühəndislik,  fundamental  elmlər,  kənd  təsərrüfatı  kimi 

istiqamətlər üstünlük təşkil etdi.

Qeyd  etmək  lazımdır  ki,    Proqramın  icrasının  ilk  illərində 

xaricdə  təhsil  üçün  göndərilən  tələbələrin  çoxu  iqtisadiyyat, 

humanitar və sosial elmlər üzrə ixtisaslara üstünlük verirdilərsə,  

2010-cu  ildən  etibarən  bir  sıra  prioritet  ixtisaslar  müəyyən 

edildikdən sonra namizədlərin mühəndislik, tibb, informasiya-

kommunikasiya  texnologiyaları  kimi  ixtisas  sahələrinə 

maraqlarının artdığı müşahidə olundu. 

2011/2012-ci  tədris  ilində  Dövlət  Proqramında  məzmun  və 

forma baxımından mütərəqqi dəyişikliklər baş verdi. Onlar ilk 

növbədə  ictimaiyyəti  təhsilin  prioritet  istiqamətləri  haqqında 

məlumatlandırmaq,  sənəd  qəbulu  üçün  kifayət  qədər  vaxt 

ayırmaq (6 iyundan - 20 avqust 2011-ci ilədək), həmçinin elektron 

ərizə formalarının qəbulu haqqında olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə 

Komissiyanın   tövsiyələri əsasında respublikanın kadrlara olan 

tələbatı  nəzərə  alınmaqla  Dövlət  Proqramı  çərçivəsində 

2010/2011-ci   tədris ilindən etibarən xarici ölkələrdə təhsil üçün 

növbəti ixtisaslar prioritet olaraq elan olunmuşdur:

– informasiya texnologiyaları;

– mühəndislik;

– neft sənayesi; 

– tibb;


– riyaziyyat;

– fizika;

– biologiya;

– kimya;


82

Xaricdə təhsil




– ekologiya;

– kənd təsərrüfatı;

– mühasibat uçotu.

Dövlət  Proqramının  beşinci  ilində  xaricdə  təhsil  almaq 

hüququ  qazananların  sayı  400  nəfərdən  artıq  olmuş  və 

Azərbaycan   Respublikasının daha dinamik inkişafı məqsədilə 

ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı davam 

etdirilmişdir. 

2011/2012-ci  tədris  ilində  Türkiyə*,  Böyük  Britaniya    və 

Almaniya    tələbələrin  təhsil  üçün  göndərildikləri  ölkələr 

siyahısında  ilk  3  yeri  tutmuşlar.  Bu  tədris  ilində  bakalavr 

pilləsində təhsil almaq hüququ əldə edənlərin sayı ötən tədris 

ilindən fərqli olaraq magistr pilləsi üzrə təhsil alanların sayından 

çox oldu.  

Dövlət proqramının icra olunduğu 2007-ci ildən 2012-ci ilədək 

olan dövr ərzində   Azərbaycan gəncləri dünyanın 24 ölkəsinin 

200 qabaqcıl universitetlərinə (Türkiyə, Almaniya, ABŞ, Böyük 

Britaniya,  Belçika,  Fransa,  Rusiya,  İsveç,  İsveçrə,  İrlandiya,   

İspaniya,    İtaliya,  Çexiya,  Niderland,  Kanada,  Cənubi  Koreya, 

Avstriya, Çin, Avstraliya və s.) təhsil almaq üçün göndərilmişlər. 

Hərçənd, 2007-ci ildə təhsil üçün ən çox tələbə Rusiyaya, 2011-ci 

ildə isə Türkiyəyə göndərilmişdir. Almaniya, Kanada, Rusiya və 

Türkiyədə  təhsil  almaq  hüququ  qazanan  tələbələrin  sayı  artır, 

eyni zamanda  təhsil üçün Fransa və Niderlanda göndərilənlərin 

sayı isə azalır. 

Nəzərdən  keçirilən  dövrdə  Dövlət  Proqramı  üçün  tibb 

ixtisasları daim prioritet olmuş və bu gün də bu istiqamət üzrə 

təhsil  alan  tələbələrin  sayı  üstünlük  təşkil  edir.  Bu,  ölkə 

83

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə