Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   45   46   47   48   49   50   51   52   ...   101

91 
 
 
Azərbaycanın  zəngin  karbohidrogen  ehtiyatları  ölkəyə  xarici  investisiyaların  cəlb  olunmasında 
həlledici rol oynamışdır. 1994-cü ilin sentyabrında imzalanan iri həcmli müqavilə artıq 1995-ci ildə neft 
sektoruna  140  milyon  dollar  məbləğində  investisiya  qoyuluşunu  təmin  etmişdir.  Sonrakı  illərdə 
investisiyaların  artması  bu  sahədə  işlərin  genişlənməsinə  təkan  vermişdir.  Onların  içərisində  Xəzər 
dənizinin  dərinliklərində  kəşfiyyat  və  qazma  işlərinin  aparılması  üçün  platformaların,  "Dədə  Qorqud", 
"İstiqlal",  "Qurtuluş",  "Koroğlu"  kimi  nəhəng  qazma  qurğularının  istismara  verilməsi,  Səngəçal  neft 
terminalının, Çıraq platformasından Səngəçal terminalınadək 178 km uzunluğunda sualtı neft kəmərinin, 
xam neftlə birlikdə çıxarılan təbii səmt qazının nəqli üçün 48 km uzunluğunda sualtı qaz kəmərinin, Bakı- 
Supsa neft kəmərinin tikintisi, Bakı-Novorossiysk neft kəmərinin tam bərpa olunaraq istifadəyə verilməsi 
və  digər  işləri  göstərmək  olar.  Bütün  bunlar  cəmi  2  ildən  sonra  Azərbaycanın  neft  sənayesində  əsaslı 
dönüş yaratmağa imkan vermişdir. Neft müqavilələri üzrə aparılan işlər nəticəsində 1997- 2001-ci illərdə 
Xəzər  dənizindən  hasil  olunan  15  milyon  tonadək  neftin  xeyli  hissəsi  dünya  bazarlarında  satılmış  və 
ondan Azərbaycan Respublikası 400 milyon dollaradək təmiz qazanc əldə etmişdir. 
Yaxın illərdə  neft  və  qaz yataqlarının tam  miqyaslı işlənməsinə  başlanması,  Bakı-Tbilisi-Ceyhan 
əsas  ixrac  neft  boru  kəmərinin  və  qazın  Türkiyəyə  ixrac  boru  kəmərinin  vaxtında  tikilib  istifadəyə 
verilməsi 2005-ci ildən başlayaraq Azərbaycandan neft və qaz ixracını ildən-ilə artıracaqdır. 2010-cu ildə 
neft  ixracının  təxminən  40  milyon  tona,  qaz  ixracının  isə  6-8  milyard  kub  metrə  çatdırılması  ölkəyə 
milyardlarla dollar əlavə gəlir gətirəcəkdir. 
Azərbaycanda  neft  sənayesindən  sonra  ən  çox  xarici  investisiya  qoyulan  sahə  energetika 
kompleksidir.  1995-ci  ildən  başlayaraq  Yenikənd  və  Mingəçevir  su  elektrik  stansiyalarının  tikintisinə, 
Bakı  1  nömrəli  İstilik  Elektrik  Mərkəzinin  birinci  və ikinci  bloklarının,  Sumqayıt  kimya  kompleksində 
istilik  Elektrik  Mərkəzinin,  "Şimal"  DRES-nin  yenidən  qurulmasına  və  s.  işlərə  600  milyon  dollaradək 
vəsait  cəlb  edilmişdir.  Onilliklər  ərzində  istismar  olunaraq  köhnəlmiş  istilik  elektrik  stansiyaları  bərpa 
olunmuş  və  onların  bir  çoxunun  güclərinin  artırılması  ölkənin  elektrik  enerjisinə  olan  tələbatını  tam 
ödəmək imkanı vermişdir. 
Beynəlxalq  maliyyə  təşkilatlarından  və  xarici  hökumətlərdən  çox  aşağı  faizlərlə  alınan  kreditlər 
hesabına Bakı hava limanının tikintisi və orada yeni aeronaviqasiya sisteminin quraşdırılması (dəyəri 68 
milyon ABŞ dolları) kimi iri həcmli layihə başa çatdırılmış, Böyük Bakının su təchizatı (dəyəri 93 milyon 
ABŞ  dolları),  Baş  Mil-Muğan  kollektorunun  (dəyəri  9,6  milyon  ABŞ  dolları),  Ələt-Qazıməmməd 
yolunun (dəyəri 30,5 milyon ABŞ dolları) yenidən qurulması işləri davam etdirilmişdir. 
Azərbaycan  Respublikasının  investisiya  siyasətində  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  xüsusi 
yer tutur və ona görə də həyata keçirilən layihələrin bir hissəsi bu sahə ilə bağlıdır. 
Son illərdə aqrar sektorun inkişafı məqsədilə bir sıra beynəlxalq təşkilatlarla  əməkdaşlıq əlaqələri 
qurulmuş, Dünya Bankının və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun maliyyə dəstəyi ilə 
nümunəvi  fermer  təsərrüfatlarının  yaradılmasına  başlanmışdır.  İlkin  mərhələdə ölkənin  6  rayonunda  bu 
layihənin (dəyəri 28 milyon ABŞ dolları) tətbiqi yaxşı nəticələr vermiş, fermer təsərrüfatlarının təşkilində 
və məhsuldarlığın artırılmasında irəliləyişə nail olunmuşdur. Qazanılan uğurları nəzərə alıb 2000-ci ildən 
başlayaraq  Azərbaycanın  daha  30  rayonunda  fermer  təsərrüfatlarının  inkişafına  beynəlxalq  maliyyə 
qurumlarından əlavə 100 milyon dollar vəsait cəlb olunmuşdur. 
Kənd  təsərrüfatının  inkişafına  yönəldilmiş  layihələr  içərisində  Mil-  Muğan  kollektorunun  və 
Samur-Abşeron  suvarma  sisteminin  yenidən  qurulması  işləri  də  böyük  əhəmiyyət  kəsb  edir. 
Yenidənqurma işlərinə 1998-ci ildə başlanmış Mil-Muğan kollektorunun bərpası 500 min hektardan artıq 
suvarılan  torpaqların  meliorasiya  vəziyyətini  yaxşılaşdıracaq  və  ölkənin  mərkəzi  rayonlarında  kənd 
təsərrüfatı məhsullarının istehsalının artmasına kömək edəcəkdir. 
Samur-Abşeron  suvarma  sisteminin,  o  cümlədən  Xanarx  kanalının  və  su  anbarının  yenidən 
qurulması Abşeron yarımadasına, Bakı və Sumqayıt şəhərlərinə verilən içməli suyun miqdarını təxminən 
2 dəfə artıraraq, bu şəhərlərdə sənaye müəssisələrinin suya olan tələbatını tam ödəməklə yanaşı, ölkənin 
şimal  zonasında suvarılan torpaqların  ümumi  sahəsini  30  min  hektardan  da  çox  genişləndirmək  imkanı 
verəcəkdir. 
1995-2001-ci  illərdə  Azərbaycanda  xarici  investorlar  üçün  cəlbedici  sahələrdən  biri  də  rabitə  və 
telekommunikasiya  sistemidir.  Bu  sahənin  inkişafı  üçün  həmin  illərdə  180  milyon  dollardan  çox  xarici 
investisiya istifadə edilmişdir ki, bu da qısa müddət ərzində ölkədə telefon aparatlarının sayının 150,7 min 
ədəd  artmasını  təmin  etmişdir.  Bu  illər  ərzində  xüsusilə  mobil  telefon  sistemi  sürətlə  inkişaf  etmişdir. 
Onların  sayı  180  dəfə  artaraq  431  minə  çatmışdır.  Əhalinin  hər  min  nəfərinə  düşən  mobil  telefonların 
sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən irəlidə gedən ölkədir. 


92 
 
Azərbaycana  cəlb  olunmuş  investisiyaların  bir  hissəsi  erməni  işğalından  azad  olunmuş  ərazilərdə 
yaşayış,  təhsil,  səhiyyə,  energetika  və  digər  sosial  və  infrastruktur  obyektlərin  bərpasına  istifadə 
olunmuşdur.  1996-  2001-ci  illərdə  bu  işlərə  sərf  olunmuş  50  milyon  dollar  vəsait  hesabına  Füzuli, 
Ağdam,  Tərtər,  Goranboy  rayonlarının  və  Naxçıvan  Muxtar  Respublikasının  bir  sıra  kəndlərində  3400 
yaşayış evi, 70 məktəb, 42 səhiyyə obyekti tikilmişdir. Eyni zamanda həmin yaşayış məntəqələrində 8,8 
milyon dollar məbləğində elektrik ötürücü xətləri və transformator stansiyaları quraşdırılmış, 4.0 milyon 
dollar məbləğində içməli su təchizatı və 4,5 milyon dollar məbləğində irriqasiya işləri görülmüşdür. 
Yuxarıda  qeyd  olunanlardan  əlavə  1995-2001-ci  illərdə  Bakı  şəhərində  xarici  investisiyalar 
hesabına çoxlu sayda müasir tipli yaşayış evləri, mehmanxanalar, idman-sağlamlıq və biznes mərkəzləri 
və digər obyektlər tikilib istifadəyə verilmişdir. 
1995-2001-ci  illərdə iqtisadiyyata  daxili  investisiya  qoyuluşunda da  xeyli  artım  müşahidə  olunur, 
Həmin  illərdə  dövlət  büdcəsinin,  ayrı-ayrı  dövlət  müəssislərinin  və  iş  adamlarının  vəsaiti  hesabına 
iqtisadiyyatın bütün sahələrinə 9,7 trilyon manat (2,3 milyard dollar) məbləğində vəsait yönəldilmişdir ki, 
bu  da  yüzlərlə  kilometr  elektrik  ötürücü  xətlərinin,  neft  kəmərlərinin  və  onlardan  ayırmaların,  rabitə 
xətlərinin,  onlarca  avtomat-  telefon,  yanacaq  doldurma  və  transformator  stansiyalarının,  müəssisə  və 
istehsal güclərinin, körpülərin, yaşayış evlərinin, mədəniyyət obyektlərinin və inzibati binaların, minlərlə 
təhsil, səhiyyə, məişət, ticarət və digər xidmət obyektlərinin tikilib istifadəyə verilməsini təmin etmişdir. 
Bütövlükdə  müstəqilliyin birinci  onilliyində  Azərbaycan  dövlətinin  həyata  keçirdiyi  investisiya  siyasəti 
onun  iqtisadi  potensialını  artırmaqla  yanaşı,  əhalinin  rifahının  yaxşılaşdırılmasına,  məşğulluq 
səviyyəsinin  yüksəlməsinə,  bazar  iqtisadiyyatı  prinsiplərinə  uyğun  maliyyə  bazarının  formalaşmasına, 
daha  sıx  beynəlxalq  iqtisadi  əlaqələrin  qurulmasına  və  Azərbaycanın  dünya  iqtisadi  sisteminə 
inteqrasiyanın sürtələnməsinə xidmət etmişdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə