Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

85 
 
iqtisadi, həm də ictimai-siyasi cəhətdən atılan uğursuz addımlar respublika həyatının bütün sahələrində öz 
mənfi təsirini göstərdi. 
Neft  sənayesində  də  illərlə  mövcud  olan  və  səlis  işləyən  istehsalat  əlaqələri  pozulmuş,  sərmayə 
qoyuluşu ixtisar olunmuş, kəşfiyyat və istismar qazmasının həcmi kəskin surətdə azalmış, nəticə etibarilə 
isə, neft və qazın hasilatı aşağı düşmüşdü. Maliyyə vəziyyətində, əsas fondların və neft avadanlıqlarının 
yeniləşdirilməsində böhran son dərəcə dərinləşmişdi. 
1987-ci ildən etibarən hasilat 13,8 milyon ton neft və 12,5 milyard kub metr qazdan, 1993-cü ildə 
10,3 milyon ton neft və 6,8 milyard kub metr qaza kimi aşağı düşmüşdü və hasilatın illik aşağı düşməsi 
tempi  neft  üzrə  7,1%,  qaz  üzrə  isə  13,5%  təşkil  edirdi.  Kəşfiyyat  qazmasının  həcmi  1970-ci  ildəkinə 
nisbətən 17 dəfə aşağı düşmüş və ya 170 min metrdən azalıb 1995-ci ildə 10 min metr olmuşdur. 
Yalnız  1993-cü  ildən  etibarən  xalqın  iradəsi,  çağırışı  və  təkidi  ilə  yenidən  hakimiyyətə  qayıdan 
Heydər  Əliyevin  gecə-gündüz  yorulmadan  çalışması,  respublikada  ictimai  sabitlik  yaranması  yolunda 
atılan  addımların  nəticəsində  Azərbaycanın  siyasi  və  iqtisadi  həyatında  mühüm  dönüşlərin  başlanğıcı 
oldu.  Ölkə  rəhbərinin  apardığı  ardıcıl  siyasi  kurs,  bir  çox  dövlətlərlə  yaratdığı  isti  münasibət  xarici 
ölkələrin,  beynəlxalq  aləmin  ölkəmizlə  qarşılıqlı  əlaqələr  qurmasına  gətirib  çıxartdı.  Hüquqi,  dünyəvi 
dövlət  yaratmaq,  iqtisadi  islahatlar  aparmaq  və  bazar  iqtisadiyyatının  prinsiplərini  tətbiq  etmək,  xalqın 
maddi və mənəvi cəhətdən təmin olunmasını fəaliyyətinin əsas istiqaməti seçən möhtərəm Heydər Əliyev 
iqtisadiyyatımızın dirçəldilməsi sahəsində böyük işlər gördü. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu  və sonrakı 
illərdə  uğurla  həyata  keçirdiyi  neft  strategiyası  və  konsepsiyası  çox  mühüm  strateji  əhəmiyyət  daşıyan 
nailiyyətlərdəndir. Bu barədə Prezident Heydər Əliyev belə demişdir: "1994-cü ildən Azərbaycan dövləti 
özünün  yeni  neft  strategiyasını  həyata  keçirir  və  bu  strategiyasının  da  əsas  mənası,  əsas  prinsipləri 
Azərbaycanın  zəngin  təbii  sərvətlərindən,  o  cümlədən  neft  və  qaz  sərvətlərindən  Azərbaycan  xalqının 
rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir". 
Prezident  Heydər  Əliyevin  vaxtında  gördüyü  qəti  tədbirlər  nəticəsində  neft  və  qaz  təsərrüfatının 
dağılmasının qarşısı alındı, neft sənayesində canlanma baş verdi və Azərbaycanda neft və qaz hasilatının 
aşağı düşməsi tempi dayandırıldı. Belə ki, 1996-cı ildə neft hasilatının aşağı düşməsi tempi 0,7%, 1997-ci 
ildə  0,3%  olmuş,  1998-ci  ildən  isə  neft  hasilatı  sabitləşmişdir.  Qaz  hasilatının  isə  aşağı  düşməsi  tempi 
1998-ci ildə 6,3% olmuş, 1999-cu ildə isə tamamilə dayandırılmışdır. 
İldən-ilə  artan  səmərəli  tədbirlər  nəticəsində  neft  və  qaz  yataqlarında  qazma  işləri  bərpa  edildi, 
istismar  quyularının  qazılmasının  həcmi  artırıldı,  geoloji-texnoloji  tədbirlər  keçirildi,  quyuların  sabit  iş 
rejimini  təmin  etmək  məqsədi  ilə  mövcud  kompressor  stansiyaları  təmir  olundu  və  yenidənqurma  işləri 
aparıldı,  yeni  istehsalat  obyektləri  istifadəyə  verildi  və  bununla  neft  sənayesinin  infrastrukturu  xeyli 
möhkəmləndirildi. Ümumiyyətlə, dəniz neft yataqlarında 1994-2000-ci illər ərzində qazmadan 253 yeni 
quyu mənisənilmiş, fəaliyyətsiz fonddan 652 quyu istismara qaytarılmış, optimal iş rejimini təmin etmək 
üçün minlərlə texniki və geoloji tədbirlər həyata keçirilmişdir. 
Qısa bir zamanda neft emalı sahəsində də böyük  müsbət dəyişikliklər əldə olundu. 1994-1995-ci 
illərdə "Azərneftyağ" İstehsalat Birliyində xarici şirkətlərin köməyi ilə ən müasir texnologiya və yüksək 
məhsuldarlığa  malik  iki  yeni  neft  emal  qurğusu  inşa  olunub  istismara  verilmişdir  ki,  bu  da  yüksək 
keyfiyyətli  açıq  rəngli  neft  məhsulları  və  yağlar  üçün  lazım  olan  qısa  fraksiyalar  alınmasına  şərait 
yaratmışdır. 2000-ci ildə müəssisədə müasir tipli, illik məhsuldarlığı 250 min ton olan yeni bitum qurğusu 
quraşdırılmışdır. 
1996-1998-ci  illərdə  "Azəmeftyanacaq"  İstehsalat  Birliyində  ELOU-  AVT-6  neftin  ilkin  emal 
qurğusunun  istismar  olunduğu  20  il  ərzində  90%-ə  qədər  köhnəlmiş  əsas  texnoloji  avandanlığının, 
cihazlarının,  avtomatika,  idarəetmə  vasitələrinin  dəyişdirilməsi  nəticəsində  açıq  rəngli  məhsulların 
çıxımının artmasına və eyni zamanda, istehsalın maya dəyərinin azalmasına nail olunmuşdur. 2001-ci ildə 
isə  ELOU-AVT-6  qurğusunda  benzinin,  kerosinin  və  dizel  yanacağının  tənzimlənməsi  blokları  və 
yenidən qurulmuş reagent təsərrüfatında naften turşusunun istehsalı qurğusu istismara verilmişdir. 
Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-
cü  il  bugünkü  və  gələcək  nəsillərin  yaddaşında  əbədi  yaşayacaqdır.  Məhz  bu  tarixdə  möhtəşəm 
"Gülüstan"  sarayında  Azərbaycanla  Amerikanın  "AMOKO",  "Yunokal",  "Pennzoyl",  "Makdermot", 
Böyük Britaniyanın "Britiş Petroleum" və "Remko", Norveçin "Statoyl" Rusiyanın "LUKoyl", Türkiyənin 
"Türk  petrolları",  Səudiyyə  Ərəbistanının  "Delta"  şirkətlərinin  yaratdığı  konsorsium  arasında  tarixə 
"Əsrin  müqaviləsi"  kimi  daxil  olan  neft  müqaviləsi  imzalandı.  Sonradan  müqaviləyə  Yaponiyanın 
"İtoçu", Amerikanın "Eksson" və "Amerada Hess" şirkətləri də qoşuldu. "Əsrin müqaviləsi" Azərbaycan 
Respublikasının  Milli  Məclisində  ratifikasiya  olunduqdan  dərhal  sonra  neft-qaz  əməliyyatlarının 


86 
 
aparılmasının gündəlik idarə edilməsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Əməliyyat 
Şirkəti (ABƏŞ) yaradıldı. 
"Əsrin  müqaviləsi"  adı  ilə  indi  bütün  dünyada  tanınmış  bu  müqavilənin  imzalanması  və  onun 
gerçəkləşməsi  müstəqil  Azərbaycanın  iqtisadi  inkişaf  konsepsiyasını  təşkil  edən  və  Heydər  Əliyev 
tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 
İlkin  neft  layihəsi  üzrə  Azəri-Çıraq-Günəşli  dəniz  yataqlarında  nəzərdə  tutulan  bütün  işlər  artıq 
yerinə yetirilmiş, bu işlər çərçivəsində neft sənayesinin infrastrukturu xeyli müasirləşdirilmişdir. 1995-ci 
ilin yanvar ayından başlayaraq xarici tərəfdaşlarımızın Azərbaycan Dövlət Neft Şirkətinin və Azərbaycan 
hökumətinin səmərəli əməkdaşlığı nəticəsində təchizat gəmilərinin, borudüzən barjların, kran gəmisinin 
yeniləşdirilməsi başa çatdırıldı, layihə üzrə bütün müqavilə sahəsində seysmik məlumatlar yığıldı və təhlil 
olundu,  kəşfiyyat  quyuları  qazıldı.  "Çıraq-1"  dəniz  platformasının  tikintisi  yekunlaşdırıldı  və  neft  hasil 
edən ilk quyu qazıldı, platformadan Səngəçaldakı sahil terminalınadək və Neft Daşlarındakı kompressor 
stansiyasınadək sualtı boru kəmərləri çəkildi. Səngəçalda sahil terminalı tikildi, Bakı- Novorossiysk neft 
kəmərində  yenidənqurma  işləri  aparıldı  və  1997-ci  ilin  oktyabr  ayında  bu  neft  kəməri  istismara  verildi. 
"Dədə  Qorqud",  "İstiqlal",  "Qurtuluş"  kimi  nəhəng  dəniz  qazma  qurğuları  istifadəyə  verildi.  Sanki  bu 
qurğuların adı da rəmzi məna kəsb edir. Bu bir daha təsdiq edir ki, XXI əsrə addımlayan Azərbaycan öz 
iqtisadiyyatının dirçəlişində öz istiqlalını, öz müstəqilliyini və öz milli köklərini, milli qaynaqlarını uca 
tutur.  Min  ton  su  qatında  kəşfiyyat  işləri  aparmağa  qadir  olan  daha  bir  yeni  dəniz  qazma  qurğusunun 
inşasına başlamaq üçün tədbirlər görülür. 
1997-ci  il  noyabrın  12-də  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  iştirakı  ilə 
"Çıraq-1"  platformasında  ilk  neft  quyusunun  istismara  verilməsinin  təntənəli  mərasimi  oldu.  Hazırda 
burada  sutkada  17,3  min  tona  yaxın  neft  və  3,1  milyon  kub  metr  qaz  hasil  edilir,  işlənmə  dövrünün 
əvvəlindən isə 16 milyon ton neft və 3,4 milyard kub metrdən artıq qaz çıxarılmışdır. 
Qeyd etmək lazımdır ki, kontraktın şərtlərinə görə istismar quyularından neftlə birgə çıxarılan səmt 
qazı dəyəri ödənilmədən bütövlüklə respublikaya verilir. 
Qısa bir zamanda Çıraq yatağının sürətlə işlənməyə daxil edilməsi respublika üzrə neft hasilatının 
artımına  səbəb  oldu.  Belə  ki,  əgər  1997-ci  ildə  9  milyon  ton  neft  hasil  edilirdisə,  1998-ci  ildə  artıq 
respublika üzrə neftin hasilatı 11,4 milyon ton, 1999-cu ildə - 13,8 milyon ton, 2000-ci ildə - 14,5 milyon 
tona çatdı. 
1999-cu  il  aprelin  17-də  müstəqil  Azərbaycan  tarixində  fövqəladə  əhəmiyyətli  hadisə  baş  verdi. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev,  Gürcüstan  Prezidenti  Eduard  Şevardnadze  və 
Ukrayna  Prezidenti  Leonid  Kuçmanın iştirakı  ilə uzunluğu  850  kilometr  və illik  buraxılış  qabiliyyəti 5 
milyon  ton  olan  Bakı-Supsa  neft  kəməri  və  Gürcüstanın  Qara  dəniz  sahilindəki  Supsa  ixrac  terminalı 
istismara verildi. Çıraq yatağından hasil olunan neftin "Azəri Layt" adı altında Supsa limanından dünya 
bazarlarına ixrac edilməşinə başlandı. 
İlk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərb istiqamətində axmağa başladı. 
Bakı-Supsa ixrac neft kəməri layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin təkidi ilə olmuşdur. Bu layihənin əleyhdarları deyirdilər ki, əgər Bakı-Novorossiysk neft 
kəməri  "Çıraq-1"  platformasından  istənilən  həcmdə  nefti  nəql  etmək  imkanına  malikdirsə,  əlavə  neft 
kəməri nəyə lazımdır, bu neft kəmərinə yüz milyonlarla dollar sərf etməyə ehtiyac varmı? 
Lakin  real  həyat  növbəti  dəfə  Azərbaycan  Prezidentinin  uzaqgörənliyini,  onun  hazırladığı  siyasi, 
iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji 
maraqları üzərində qurulmuş çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərdi. 
Beləliklə, 1994-cü il sentyabrın 20-də imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini 
əks  etdirən  ilk  beynəlxalq  neft  sazişi  iqtisadiyyatımızın  dinamik  inkişafının  əsasını  qoydu  və  onun 
praktiki nəticələri indi göz qabağındadır. 
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 16 avqust 
tarixli  Fərmanına  əsasən  hər  il  sentyabrın  20-nin  "Neftçilər  günü"  peşə  bayramı  kimi  qeyd  olunması 
qərara alınmışdır. 
Azərbaycanın imzaladığı sazişlərin həyata keçirilməsi nəticəsində respublikamızda xam neftin illik 
ixrac potensialı 2010-2015-ci illər üçün ən azı 50-60 milyon ton təşkil edəcəkdir və beləliklə, Azərbaycan 
çıxarılan neftin həcminə görə İngiltərə, Norveç kimi ölkələrlə eyni səviyyədə olaraq dünyanın ən inkişaf 
etmiş ölkələri sırasında öz yerini tutacaqdır. 
Respublikamızda  nəinki  neft  hasilatının  eyni  zamanda  qaz  ehtiyatlarının  və  yaxın  zamanda  qaz 
hasilatının  sürətlə  artırılması  üçün  əsaslar  yaranmışdır.  Bu səpkidə  aparılan işlərin  sırasında  ən  mühüm 
hadisə  Şahdəniz  blokunda  zəngin  qaz-kondensat  yatağının  açılması  oldu.  Şahdəniz  yatağının  qəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə