Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

79 
 
icraatında  qeyri-prosessual  münasibətlərə  yol  verilməməsi  və  işlərə  qanunvericilikdə  nəzərdə  tutulmuş 
hallarda təkbaşına, yaxud peşəkar hakimlərdən ibarət tərkibdə baxılması kimi yeni müddəalar məhkəmə-
hüquq sistemində ilk dəfə tətbiq edilir. 
Hakimlər  öz  mənafelərini  təmsil  edən  təşkilatlarda  birləşmək,  eləcə  də  dövlət  tərəfindən 
təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına malikdirlər. 
Qanunvericilik  hakimlərə  geniş  hüquqlar  verməklə  yanaşı  onların  üzərinə  bir  sıra  vəzifələr  də 
qoyur. Hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl 
etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, peşə 
sirrini və digər məlumatları gizli saxlamalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf 
və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidirlər. 
Mövcud  qanunvericilik  hər  kəsin  pozulmuş  hüquqlarının  bərpası  üçün  məhkəmələrə  müraciət 
etməsinə  heç  bir  məhdudiyyət  qoyulmadan  imkan  yaradır,  onların  məhkəmələrə  etibarının  və  inamının 
möhkəmləndirilməsinə təminat verir. 
Qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı dəyişikliklərin aparılmasına, bu sistemin daha 
mütərəqqi olmasına, təkmilləşməsinə və müstəqil fəaliyyət göstərməsinə imkan yaratmışdır. 
"Məhkəmələr və hakimlər haqqında" Qanunda köhnə məhkəmə quruluşundan tamamilə fərqlənən, 
beynəlxalq standartlara cavab verən yeni məhkəmə quruluşu nəzərdə tutulmuşdur. 
Məlum  olduğu  kimi,  sovet  məhkəmə  sistemi  iki  pilləli  olmaqla,  əlavə  olaraq  işlərə  məhkəmədə 
nəzarət  qaydasında  baxılmasını  da  nəzərdə  tuturdu.  Ali  Məhkəmə  həm  birinci  instansiya,  həm  də 
kassasiya  instansiyası  məhkəməsi  funksiyalarını  həyata  keçirməklə  yanaşı  qanuni  qüvvəyə  minmiş 
məhkəmə  qərarlarına  nəzarət  qaydasında  yenidən  baxmaq  hüququna  da  malik  idi.  Sözsüz  ki,  bir-birinə 
uyğun  olmayan  bu  funksiyaların  Ali  Məhkəmədə  cəmləşməsi  məhkəmə-hüquq  islahatlarının 
konsepsiyasına və ideologiyasına tamamilə zidd idi. 
Eyni vəziyyət İqtisad Məhkəməsinin fəaliyyətində də mövcud idi və bu məhkəmə həm birinci, həm 
də  kassasiya  instansiyası  məhkəməsi  kimi  fəaliyyət  göstərməklə  nəzarət  funksiyalarını  da  həyata 
keçirirdi. 
Mövcud  qanunvericilik  bu  ziddiyyətləri  tamamilə  aradan  qaldırdı  və  ölkəmizdə  Ali  Məhkəmə 
kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayandı. 
Hazırda  respublikamızda  birinci  instansiya,  apelyasiya  və  kassasiya  instansiyalı,  üç  pilləli  sistem 
üzrə  aşağıdakı  məhkəmələr  fəaliyyət  göstərir:  birinci  instansiya  qaydasında  işlərə  baxan  rayon  (şəhər) 
məhkəmələri,  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsi,  hərbi 
məhkəmələr,  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının  Hərbi  Məhkəməsi,  iqtisadi 
mübahisələrə  dair  işlər  üzrə  yerli  iqtisad  məhkəmələri,  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 
mübahisələrə  dair  Azərbaycan  Respublikasının  İqtisad  Məhkəməsi,  birinci  və  apelyasiya  instansiya 
məhkəməsi  kimi  fəaliyyət  göstərən  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsi,  apelyasiya 
instansiyası  qaydasında  işlərə  baxan  Azərbaycan  Respublikasının  Apelyasiya  Məhkəməsi,  Azərbaycan 
Respublikasının  İqtisad  Məhkəməsi,  kassasiya  instansiyası  qaydasında  işlərə  baxan  və  ali  məhkəmə 
orqanı sayılan Azərbaycan Respublikasının Ali Məhkəməsi. 
Üç  pilləli  məhkəmə  sisteminin  üstünlüyü  ondan  ibarətdir  ki,  bu  sistem  hər  kəsin  hüquq  və 
azadlıqlarının  məhkəmədə  müdafiəsinə,  həmçinin  məhkəmə  qərarlarından  şikayət  vermək  hüququna 
təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə 
apelyasiya  qaydasında  yoxlanılmasına,  daha  sonra  isə  məhkəmə  qərarlarına  hüquqa  görə  kassasiya 
qaydasında  yenidən  baxılmasına  imkan  yaradır.  Bu  isə  öz  növbəsində  birinci  instansiya  məhkəməsinin 
buraxdığı  səhvlərin  yuxarı  məhkəmə  instansiyalarında  aradan  qaldırılmasına,  işlərin  mahiyyətcə  və 
prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır. 
İşlərə üç pilləli məhkəmə sistemi üzrə baxılması həm də onların dəfələrlə müxtəlif instansiyalarda 
araşdırılmasının qarşısının alınmasına, bununla da süründürməçiliyə səbəb olan, köhnə sistemdən miras 
qalmış  nəzarət  instansiyasından  imtina  edilməsinə,  əhalinin  məhkəmələrə  olan  inamının  artmasına, 
dövlətin  adından  çıxarılan  məhkəmə  qərarlarının  qətiliyinə,  mütləqliyinə  və  onlara  hörmətlə 
yanaşılmasına imkan yaratmışdır. 
Məhkəmə  xidmətlərinin  keyfiyyəti,  məhkəməyə  hər  bir  şəxsin  müraciət  etməsinin  mümkünlüyü, 
məhkəmə  sistemindəki  çatışmazlıqların  aşkar  edilməsi,  məhkəmə  islahatlarının  həyata  keçirilməsinin 
təhlili  və  məhkəmələrin  fəaliyyəti  ilə  bağlı  digər  problemlər  üzrə  Azərbaycan  Sosioloji  Assosiasiyası 
tərəfindən 2000-ci ilin iyul-avqust aylarında sosioloji sorğu keçirilmiş və bu prosesdə 1800 nəfər iştirak 
etmişdir.  Sosioloji  sorğu  zamanı  müəyyən  olunmuşdur  ki,  ölkəmizdə  əhalinin  24,2  faizi,  idarə  və 
müəssisə  rəhbərlərinin  isə  35,5  faizi  məhkəmə  xidmətindən  istifadə  edirlər.  Sorğu  edilən  şəxslərin 


80 
 
əksəriyyəti  ölkədə  fəaliyyət  göstərən  məhkəmə  sistemindən  və  məhkəmə  xidmətinin  keyfiyyətindən, 
səmərəliliyindən və məhkəməyə müraciət etmənin mümkünlüyündən razıdır. 
Müstəqil  məhkəmə  hakimiyyətinin  yaradılması  üçün  yeni  məhkəmə  sisteminin  təşkili, 
məhkəmələrin  quruluşunu  və  hakimlərin  statusunu  müəyyən  edən  qanunların  qəbul  edilməsi  ilə  yanaşı 
açıq,  ədalətli  və  effektli  ədalət  mühakiməsini  həyata  keçirən  layiqli  və  peşəkar  hakimlər  korpusunun 
yaradılması da zəruri şərtlərdən biridir. 
Yuxarıda  göstərilən  sorğu  nəticəsində  müəyyən  olunmuşdur  ki,  sorğu  edilən  əhalinin  əksəriyyəti 
məhkəmə orqanları əməkdaşlarının səriştəli, vicdanlı olmasına inanırlar. 
Bu baxımdan qanunvericilik hakimliyə namizədlər üçün bir sıra ciddi tələblər irəli sürməklə yanaşı, 
onların vəzifəyə təyin edilməsinin xüsusi qaydalarını da dəqiq müəyyən etmişdir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  1998-ci  il  dekabrın  1-də  "Məhkəmələr  və 
hakimlər  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  və  məhkəmə  islahatlarının 
həyata  keçirilməsi  ilə  əlaqədar  tədbirlər  barədə  fərman  imzalamışdır.  Bu  fərman  ölkəmizdə  yeni 
məhkəmə sisteminin yaradılmasında çox böyük əhəmiyyət kəsb etmişdir. 
Fərmana uyğun olaraq hakim vəzifələrinə namizədlərin seçilməsi, məhkəmələr və hakimlərlə bağlı 
digər  məsələlərin  həyata  keçirilməsi  üçün  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanları  ilə 
qarşılıqlı fəaliyyət göstərən, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-hüquq Şurası və 
onun katibliyi yaradılmış, tərkibi və Əsasnaməsi təsdiq olunmuşdur. Bundan əlavə ədalət mühakiməsinin 
rəsmi  emblemi,  hakimlərin  xidməti  vəsiqəsi  və  xüsusi  geyimi  haqqında  müvafiq  qanunlar  qəbul 
edilmişdir. 
Əvvəlki  illərin  təcrübəsindən  fərqli  olaraq,  hakimliyə  namizədlərin  test  üsulu,  şəffaf  prosedurlar
 
əsasında imtahan və şifahi müsahibə yolu və beynəlxalq müşahidəçilərin iştirakı ilə seçilməsi nəticəsində 
hakim  vəzifəsinə  layiq  bilinmiş  şəxslərin  sırasında  müxtəlif  sahələrdə  işləmiş  hüquqşünaslar  təmsil 
olunmuşlar. 
Yeni hakimlər korpusu müxtəlif qurumlarda çalışan layiqli hüquqşünaslardan formalaşdırılmışdır. 
Onların 43 faizini əvvəllər hakim işləmiş şəxslər, 16 faizini ədliyyə, 11 faizini prokurorluq orqanlarının 
əməkdaşları,  10  faizini  məhkəmə  işçiləri,  6  faizini  vəkillər  təşkil  etmiş,  bundan  əlavə  ali  icra  və 
qanunvericilik  orqanlarının,  daxili  işlər  və  milli  təhlükəsizlik  orqanlarının  əməkdaşları,  elmi  işçilər, 
müəllimlər,  hərbçilər  və  digər  şəxslər,  habelə  ölkənin  bütün  bölgələrindən,  xüsusən  də  işğal  olunmuş 
ərazilərdən  olan  şəxslər  təmsil  etmişlər.  Hakim  seçilmiş  şəxslərin  90  faizi  Bakı  Dövlət  Universitetini 
bitirmiş,  10  faizi  isə  respublikadan  kənarda  ali  hüquq  təhsili  almış  şəxslərdir.  Hakimlərin  14  faizi 
qadınlardır.  Hakimlər  sırasında  rus,  yəhudi,  ləzgi,  talış,  avar  və  ölkəmizdəki  digər  milli  azlıqların 
nümayəndələri də vardır. Yaş dərəcəsinə görə hakim korpusu əsasən 40- 45 yaş həddində olan şəxslərdən 
formalaşmış, hakimlərin təqribən 57 faizi təzələnmişdir. 
Təyin  edilmiş  hakimlər  Ali  Məhkəmənin  Plenumunun  iclasında  Azərbaycan  Respublikasının 
dövlət bayrağı önündə and içmiş və 2000-ci il sentyabrın 1-dən səlahiyyətlərinin icrasına başlamışlar. 
Respublikamızda  ilk  dəfə  olaraq  hakimlərin  demokratik  prinsiplərlə,  şəffaf  prosedur  əsasında, 
aşkarlıq  şəraitində,  beynəlxalq  standartlara  uyğun  seçilməsi  müstəqil  məhkəmə  hakimiyyətinin 
formalaşması istiqamətində mühüm addım olmaqla bərabər, həm də tarixi bir hadisədir. 
Məhkəmə  islahatlarının  həyata  keçirilməsi  nəticəsində  ədalət  mühakiməsinə  hər  kəsin  maneəsiz 
müraciət  etməsi,  qanuna  müvafiq  qaydada  mübahisələrə  baxılması  üçün  şərait  yaradılaraq  ölkəmizdə 
müstəqil məhkəmələrin fəaliyyətinə təminat verilmişdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə