Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

71 
 
Qanun  yeni  məhkəmə  sistemini,  onun  təşkilati  əsaslarını  müəyyən  edərək,  məhkəmələrin  və 
hakimlərin  müstəqilliyinin  təmin  edilməsinə,  vətəndaşların  hüquq  və  azadlıqlarının  məhkəmə 
müdafiəsinin  genişləndirilməsinə,  məhkəmələrin  fəaliyyətinin  və  hakimlərin  statusunun  beynəlxalq 
standartlara uyğunlaşdırılmasına yönəlmişdir. 
Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  yalnız 
məhkəmələr  həyata  keçirirlər.  Məhkəmə  hakimiyyəti  konstitusiya,  mülki,  inzibati  və  cinayət  məhkəmə 
icraatı vasitəsilə həyata keçirilir. 
Məhkəmələr  tərəfindən  çıxarılmış  qərarlar  Azərbaycan  Respublikasının  ərazisində  bütün fiziki  və 
hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. 
Dövlət  adından  çıxarılmış  məhkəmə  qərarlarının  icrasının  məcburiliyinə  dair  konstitusion 
normanın  real  təminatı  baxımından  "Məhkəmə  nəzarətçiləri  və  məhkəmə  icraçıları  haqqında"  Qanun 
böyük əhəmiyyət kəsb edir. 
Həmin  qanuna  əsasən  məhkəmə  orqanlarının  fəaliyyət  qaydasını,  mülki,  iqtisadi  mübahisələr  və 
inzibati hüquqpozmalara dair məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə 
ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti 
yaradılmışdır. 
Cəmiyyətin  inkişafı,  yeni  iqtisadi  münasibətlərə  keçid  prokurorluğun  funksiyalarına  və  statusuna 
da  yenidən  baxılmasını  zəruri  etmişdir.  SSRİ  dağılanadək  prokurorluq  hələ  1929-cu  ildə  yaradılmış 
vəziyyətdə saxlanılmışdı. Azərbaycan öz müstəqilliyinə nail olarkən bu varisliyi də qəbul etmişdi. 
Keçmiş  Sovetlər  İttifaqında  prokurorluq  öz  mahiyyətinə  görə  sinfi  xarakter  daşımaqla, 
mərkəzləşdirilmiş  sistem  üzrə  qurularaq  idarə  olunurdu.  Prokurorluq  orqanları  ölkədə,  demək  olar  ki, 
qeyri-məhdud  səlahiyyətlərə  malik  idi  və  bu  orqan  qanunların  icrasına  nəzarət  edilməsi  adı  ilə  bir  sıra 
özbaşınalıqlara rəvac verirdi. 
Hakimiyyətlər  bölgüsü  olmadığı  bir  şəraitdə  prokurorluq  hətta  məhkəməyə,  o  cümlədən 
Konstitusiya Məhkəməsinə aid olan bir sıra funksiyaları da həyata keçirirdi. 
Prokurorluqda  həyata  keçirilən  islahatların  əsas  məqsədi  prokurorluğun  səlahiyyətlərinin 
beynəlxalq  standartlara  uyğunlaşdırılması  ilə  yanaşı  qanunçuluğun  möhkəmləndirilməsi,  cinayətkarlığa 
qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət idi. 
Prokurorluğun  əvvəlki  statusu  ölkənin  gələcək  inkişafı  ilə  uzlaşmırdı.  Bununla  əlaqədar 
prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyətini nizama salan, onların statusunu müəyyən 
edən qanunların hazırlanmasına başlanılmışdı. 
Lakin  "Prokurorluq  haqqında"  Qanun  layihəsinin  hazırlanması  və  onun  qəbulu  heç  də  asan  bir 
proses  olmamışdır.  Azərbaycan  Respublikası  prokurorluğu  rəhbərliyinin  bir  qrup  mühafizəkar  işçiləri 
sovet  dövründən  miras  qalmış  və  ölkəmizin  inkişafına  mane  olan  geniş  səlahiyyətlərini  əldən  vermək 
istəmir, hər vəchlə onları qanunun yeni layihəsində də əks etdirməyə çox ciddi səy göstərirdilər. 
Məhz  bu  səbəbdən  prokurorluq  tərəfindən  hazırlanmış  və  Hüquqi  İslahat  Komissiyasına  təqdim 
olunmuş layihə keçmiş SSRİ Prokurorluğunun səlahiyyətlərinin hamısını özündə əks etdirən bir sənəd idi. 
Yalnız ölkə Prezidenti Heydər Əliyev şəxsən bu məsələ ilə əlaqədar müvafiq göstərişlər verdikdən 
sonra  Komissiyanın  işçi  qrupu  tərəfindən  Konstitusiyanın,  beynəlxalq  hüquq  normalarının  tələblərinə 
cavab verən yeni layihə hazırlandı. 
Həmin  qanun  layihəsi  Milli  Məclisdə  müzakirə  edilərkən  də  əsassız  bəhanələrlə  layihənin  qəbul 
edilməməsi üçün müxtəlif səylər göstərilməkdə idi. 
Hər  cür  müqavimətlərə  baxmayaraq,  "Prokurorluq  haqqında"  Qanun,  nəhayət  ki,  1999-cu  ildə 
qəbul edildi. 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  prokurorluq  məhkəmə  hakimiyyəti  fəslinə  daxil 
edilmiş  və  prokurorluğun  funksiyaları  xeyli  məhdudlaşdırılaraq,  vətəndaşların  bu  orqanların 
əməkdaşlarının  hərəkətlərindən  və  qərarlarından  məhkəməyə  şikayət  vermək  hüquqları  müəyyən 
edilmişdir. 
Həmin  qanunla  prokurorluğun  məhkəmələr  üzərində  nəzarəti  və  bazar  iqtisadiyyatı 
münasibətlərinin  inkişafına  mane  olan  ümumi  nəzarət  funksiyaları  ləğv  olunmuş,  onun  mülki  və 
kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırılmışdır. 
Bundan  əlavə  Azərbaycan  Respublikasının  Konstitusiyasında  nəzərdə  tutulmuş  insan  hüquq  və 
azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla 
müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən yol verilir. 
Eyni zamanda prokurorluğun islah-əmək  müəssisələrində qanunların icrasına nəzarət funksiyaları 
da  aradan  qaldırılmış,  prokurorluğun  strukturunda  mövcud  olan  və  islah-əmək  müəssisələrində, 
nəqliyyatda qanunların icrasına nəzarət edən qurumlar ləğv edilmişdir. 


72 
 
SSRİ-dən qalma və prokurorluq orqanlarına xas olmayan səlahiyyətlərin hamısı yeni qanunla ləğv 
edilmişdir. 
Bu  gün  prokurorluğun  əsas  funksiyası  ibtidai  istintaqa  prosessual  rəhbərlikdən,  təhqiqat  və 
əməliyyat axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətdən, məhkəmələr 
tərəfindən  təyin  edilmiş  cəzaların  məqsədinə  nail  olunmasında  iştirakdan  və  dövlət  ittihamını  müdafiə 
etməkdən ibarətdir. 
Qanunda  dövlət  başçısı,  parlament  və  məhkəmə  hakimiyyəti  tərəfindən  prokurorluğun  fəaliyyəti 
üzərində nəzarət mexanizmi müəyyən edilmişdir. 
Keçmiş SSRİ dövründə cəza funksiyalarını həyata keçirən prokurorluq bu gün sözün əsl mənasında 
qanunun aliliyinin təmin edilməsinə, insan hüquqları və azadlıqlarının müdafiəsinə xidmət edən quruma 
çevrilmişdir. 
"Polis haqqında" Qanunun qəbul olunması hüquq mühafizə orqanları sistemində mühüm yertutan 
polisin  fəaliyyətini  nizama  salan  qanunvericiliyin  əsaslarının  yaradılmasına  və  bu  sahədə  mövcud  olan 
hüquqi  boşluqların  aradan  qaldırılmasına  yönəlmişdir.  Vətəndaşların  hüquq  və  azadlıqlarının  təminatı, 
hüquqazidd  əməllərdən  onların  müdafiəsi  dövlətin  əsas  funksiyalarındandır  və  qanunvericilik  bu 
funksiyaları polis orqanlarının da üzərinə qoymuşdur. 
SSRİ dövründə fəaliyyət göstərən milis sovet quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan 
orqan idi və ondan diktatura aləti kimi istifadə edilirdi. 
1992-ci ildə hakimiyyətdə olan iqtidar sovet milisinin hüquqi statusunu dəyişmədən və bu orqanın 
fəaliyyətini  nizama  salan  yeni  qanunvericilik  bazası  yaratmadan  iyun  ayının  6-da  milisin  adını  polislə 
əvəz  etməklə  öz  vəzifələrini  bitmiş  hesab  etdi.  Şübhəsiz,  dövlətin  mühüm  qurumlarından  biri  sayılan 
polisin  fəaliyyətinə  belə  səthi  və  səriştəsiz  münasibət  cinayətkarlığa  qarşı  mübarizədə  və  sabitliyin 
bərqərar olunmasında gözlənilən səmərəni verə bilməzdi. 
Polisin  fəaliyyətinin  "Sovet  milisi  haqqında"  reallığımıza  və  demokratik  prinsiplərə  cavab 
verməyən  Qanunla  nizama  salınması  və  bu  qanunun Konstitusiyanın  bir  sıra  müddəalarına,  o  cümlədən 
yaşamaq,  azadlıq,  şəxsi  və  mənzil  toxunulmazlığı  hüquqlarına  uyğun  gəlməməsi  təcrübədə  xeyli 
problemlər yaradırdı. 
Yeni Qanun bu halların konseptual həllinə imkan yaratdı. 
Qanuna  görə  polisin  vəzifəsi  Azərbaycan  Respublikasının  icra  hakimiyyətinə  mənsub  olan  vahid 
mərkəzləşdirilmiş  hüquq-mühafizə  orqanı  olmaqla  insanların  həyatını,  sağlamlığını,  hüquq  və 
azadlıqlarını,  dövlətin,  fiziki  və  hüquqi  şəxslərin  qanuni  mənafelərini  və  mülkiyyətini  hüquqazidd 
hərəkətlərdən qorumaqdan ibarətdir. 
Polis  öz  vəzifələrinə  uyğun  olaraq  ictimai  qaydanın  qorunması,  ictimai  təhlükəsizliyin  təmin 
edilməsi,  cinayətlərin  və  digər  hüquqpozmaların  qarşısının  alınması  və  onların  açılması,  habelə  yol 
hərəkətinin  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətlərində  fəaliyyət  göstərir.  Polisin  səlahiyyətləri 
qanunda dəqiq müəyyən edilmişdir. 
Yeni qanunvericilik şəxsin azadlıq, mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılması, fiziki 
qüvvənin,  xüsusi  vasitələrin  və  odlu  silahın  işlədilməsi  ilə  bağlı  polis  əməkdaşlarının  hüquq  və 
vəzifələrini ilk dəfə olaraq dəqiq müəyyən etmişdir. 
Polisin  fəaliyyəti  üzərində  nəzarət  mexanizmləri  təsis  edilmiş,  polis  əməkdaşlarının  qanunsuz 
hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunmuşdur. 
Əməliyyat-axtarış  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  hüquqi  münasibətlərin  tənzimlənməsi 
və  əməliyyat-axtarış  tədbirlərinin  tətbiqində  hüquqi  təminatlar  sisteminin  müəyyən  edilməsi  məqsədilə 
1999-cu il noyabrın 11-də "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanun qəbul etmişdir. 
Bu  qanuna  görə  əməliyyat-axtarış  fəaliyyəti  insan  həyatını,  sağlamlığını,  hüquq  və  azadlıqlarını, 
hüquqi  şəxslərin  qanuni  mənafelərini,  dövlət  və  hərbi  sirri,  habelə  milli  təhlükəsizliyi  cinayətkar 
qəsdlərdən müdafiə etməklə həyata keçirilməsinə yönəlmişdir. 
Həmin  qanunlar  "İnsan    hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 
Konvensiyası"nın müddəaları nəzərə alınmaqla hazırlanmış və qəbul olunmuşdur. 
Hüquq-mühafizə orqanlarında aparılan islahatların fərqləndirici xüsusiyyətlərindən biri də Ədliyyə 
və Vergilər nazirliklərinə, Dövlət Gömrük Komitəsinə onların statusu nəzərə alınmaqla qanunvericiliklə 
müəyyən  edilmiş  işlər  üzrə  ibtidai  istintaqın  aparılması  səlahiyyətinin  verilməsidir  ki,  bu  da  cinayət  - 
mühakimə icraatının vəzifələrinin daha dəqiq və vaxtında yerinə yetirilməsinə xidmət edir. 
Hüquq islahatları çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti 
haqqında"  Azərbaycan  Respublikası  Qanununun  qəbul  olunmasıdır.  Bu  qanun  hər  bir  şəxsin  məhkəmə 
prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün 
seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə