Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

67 
 
ikincilərin  mənafeləri  baxımından  qurur.  İkinci  xüsusiyyət  ondan  ibarətdir  ki,  Qərbi  Avropa  ölkələrinin 
demokratiyaya  doğru  uzunmüddətli  inkişaf  yolundan  fərqli  olaraq,  Azərbaycan  bir  sıra  beynəlxalq 
təşkilatların tələblərinə riayət edərək həmin inkişaf yolunu daha qısa müddətdə qət etməli olur. Bunun isə 
həm  müsbət,  həm  də  mənfi  cəhətləri  vardır.  Müsbət  cəhəti  odur  ki,  Azərbaycan  digər  dövlətlərin 
səhvlərini  təkrarlamamaq  fürsətini  əldə  edir.  Mənfi  cəhəti  isə  odur  ki  beynəlxalq  təşkilatlar  vaxtından 
əvvəl,  şəraiti  yetişməmiş  tədbirlərin  görülməsini,  cəmiyyətimizin  qəbul  etməyə  hələ  hazır  olmadığı 
standartların tətbiq edilməsini tələb edirlər. Üstəlik, bəzi standartların ikili olması dövlətimizə qarşı ayrı-
seçkiliyə  yol  verilməsinə  gətirib  çıxarır.  Lakin  bütün  bunlara  baxmayaraq,  Azərbaycan  Respublikası 
Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və onun bilavasitə rəhbərliyi altında həyata keçirilən 
demokratik,  dünyəvi  və  hüquqi  dövlətin  qurulmasına  yonəlmiş  islahatlar  dönmədən  və  ardıcıl  davam 
etdirilir. 
Aydındır  ki,  demokratik  təsisatların  yaradılması  və  inkişafı  üçün  müvafiq  zəmin  lazımdır.  Hər 
şeydən əvvəl insanların şəxsi təhlükəsizliyi təmin olunmalıdır. Özünü təhlükədə hiss edən insan sərbəst 
ola bilmir. Buna nail olmaq üçün dövlətimiz nisbətən qısa müddət ərzində bütün qanunsuz silahlı dəstələri 
ləğv etdi, cinayətkarlığın səviyyəsini əhəmiyyətli dərəcədə azaltdı və beləliklə, əhali üçün dinc şərait və 
əmin-amanlıq  yaratdı.  Xüsusi  qeyd  etmək  lazımdır  ki,  bütün  bunlara  Azərbaycan  dövləti  fövqəladə 
vəziyyət  tətbiq  etmədən  nail  ola  bildi.  Odur  ki,  qanunları  pozmayan  vətəndaşlar  öz  hüquqlarından  tam 
həcmdə yararlana bilirdi. 
Təhlükəsiz  yaşamaq  hüququ  təmin  olunduqdan  sonra  vətəndaşlarda  hakimiyyətin  zorla 
dəyişdirilməsinin mümkün ola bilməyəcəyinə inam yarandı, demokratik şəraitdə prezident və parlament 
seçkiləri keçirildi. 
Təcrübə  göstərir  ki,  şəxsi  və  ictimai  təhlükəsizlik  maddi  rifah  olmadan  çox  kövrək  olur.  Deməli, 
vətəndaşların sərbəstliyi üçün müvafiq iqtisadi şərait yaradılmalı idi. Bir çox ölkələrin timsalında görmək 
olur ki, azad bazar münasibətləri olmayan iqtisadi sistem çərçivəsində demokratik təsisatlar yaratmaq ya 
çox çətindir, ya da heç mümkün deyil. 
Sərbəst  iqtisadi  münasibətlər  yaratmaq  üçün  dövlət  özəlləşdirmə  siyasətini  həyata  keçirməkdədir. 
Bu  siyasətin  gözlənilən  nəticəsi  -özünə  güvənən,  həyatından  razı  və  dövlətinə  tabe  vətəndaşlar 
təbəqəsinin  formalaşmasıdır.  Yalnız  bu  tip  vətəndaşların  əksəriyyət  təşkil  etdiyi  cəmiyyətlərdə  tam 
anlamda demokratik dövlət qurmaq mümkündür. 
Azərbaycanda demokratikləşmə prosesi 1995-ci il noyabrın 12-də yeni konstitusiyanın ümumxalq 
səsverməsi vasitəsilə qəbul edilməsindən sonra sürətləndi. Konstitusiyamızın müqəddiməsində və bir sıra 
müddəalarında  demokratik  dəyərlər  öz  əksini  tapmışdır.  Burada  dövlət  hakimiyyətinin  yeganə 
mənbəyinin xalq olması, dövlətin demokratik, hüquqi və dünyəvi olması, idarəçiliyin hakimiyyət bölgüsü 
əsasında təşkil olunması, insan hüquqları və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması 
kimi təməl prinsiplər təsbit olunmuşdur. 
Demokratiya  və  insan  hüquqları  bir-biri  ilə  çox  sıx  əlaqədədir.  Onların  əlaqəsi  o  dərəcədə 
ahəngdardır  ki,  demokratiya  insan  hüquqları,  insan  hüquqları isə  demokratiya  olmadan  mümkün  olmur. 
Bu baxımdan demokratik təsisatların yaradılması insan hüquqlarına riayət etməklə gerçəkləşir. 
Dövlətimizin  Əsas  Qanununda  təsbit  edilmiş  insan  hüquqları  və  azadlıqları  müvafiq  beynəlxalq 
sənədlərdə  müəyyən  edilmiş  standartlara  uyğundur.  Belə  ki,  Konstitusiyanın  12-ci  maddəsi  dövlətin  ali 
məqsədinin insan hüquqlarını təmin etməkdən ibarət olduğunu müəyyən edir. Burada insan hüquqlarının 
beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, Konstitusiyanın 71-
ci  maddəsi  müəyyən  edir  ki,  insan  hüquq  və  azadlıqlarına  riayət  etmək  və  onları  qorumaq  bütün 
hakimiyyət  orqanlarının  borcudur.  Üstəlik,  bu  hüquq  və  azadlıqlar  birbaşa  qüvvədədir,  onların  həyata 
keçirilməsini heç kəs məhdudlaşdıra bilməz və heç bir müddəa onların ləğvinə yönəldilmiş müddəa kimi 
təfsir edilə bilməz. 
İnsan  hüquqlarının  mühüm  təminatlarından  biri  də  onların  toxunulmaz,  pozulmaz  və  ayrılmaz 
olmasıdır. Bunun üçün hamı qanun və məhkəmə qarşısında bərabər olmalıdır. Həmin məqsədə nail olmaq 
üçün isə dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə onun irqindən, milliyyətindən, dinindən, 
dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi 
partiyalara,  həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  təminat 
verir. 
İnsan  hüquq  və  azadlıqlarına  verilən  böyük  əhəmiyyətin  təzahürü  kimi  Respublika  Prezidenti  22 
fevral  1998-ci  il  tarixli  xüsusi  fərman  imzalamışdır.  Həmin  fərman  Konstitusiyada  təsbit  edilmiş  insan 
hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən 
edir.  Onun  əsasında  1998-ci  il  iyunun  18-  də  insan  hüquqlarının  müdafiəsi  sahəsində  dövlət  proqramı 
ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir. Həmin proqram uğurla həyata keçirilir. 


68 
 
Azərbaycan Respublikası dünya dövlətləri birliyinin fəal üzvü olduğunu insan hüquqları üzrə xeyli 
sayda universal, regional və partikulyar müqavilələrin iştirakçısı olmaqla təsdiqləyir. Burada qeyd etmək 
lazımdır  ki,  dövlətimiz  müvafiq  beynəlxalq  təşkilatlarla  səmərəli  əməkdaşlıq  edir,  onlara  məruzələrini 
təqdim edir və onlardan aldığı tövsiyələrə dürüst əməl edir. 
Azərbaycanın  beynəlxalq  konvensiya  və  sazişlərə  qoşulması  ölkəmizdə  hüquqi  islahatlarla  bağlı 
həyata  keçirilən  tədbirlərin  tərkib  hissəsidir.  Artıq  ölkəmiz  son  illər  ərzində  180-dən  artıq  belə 
konvensiyalara qoşulmuşdur. Bu sahədə iş ardıcıl olaraq davam etdirilir. 
Azərbaycanın  beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  yalnız  müqavilə  öhdəliklərinin  yerinə 
yetirilməsi  ilə  məhdudlaşmır.  Ötən  illər  ərzində  dəvət  olunmuş  beynəlxalq  müşahidəçilər  ölkəmizdə 
keçirilən  bütün  seçkiləri  sərbəst  izləyə  bilmişlər.  Həmin  çoxsaylı  müşahidəçilər  müxtəlif  beynəlxalq 
təşkilatları  təmsil  edirdilər:  Avropa  Şurası,  BMT,  ATƏT,  Avropa  İttifaqı  və  sairə.  Həmçinin,  onların 
arasında  ayrı-ayrı  dövlətlərin  göndərdiyi  nümayəndə  heyətləri  və  qeyri-hökumət  təşkilatlarının 
əməkdaşları  da  var idi.  Bütün  bunlar  Azərbaycan  Respublikasında  açıq cəmiyyətin  qurulmasına  dəlalət 
edir. 
Dövlətimizin  insan  hüquqları  sahəsində  atdığı  ən  mühüm  addımlarından  biri,  şübhəsiz  ki,  ölüm 
cəzasının  ləğvi  olmuşdur.  1993-cü  ildən  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  şəxsi 
təşəbbüsü ilə icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü, 10 fevral 1998-ci il tarixli qanunla 
tamamilə  ləğv  olundu.  Bununla  əlaqədar  olaraq,  Azərbaycan  Respublikası  Mülki  və  Siyasi  Hüquqlar 
haqqında  Beynəlxalq  Paktın  2-ci  Protokoluna  da  qoşuldu.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan  Respublikasında  son  dəfə  ölüm  cəzası  Xalq  Cəbhəsi  və  Müsavatın  hakimiyyətdə  olduğu 
dövrdə icra edilmişdir. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri  İsa  Qəmbərov  1992-ci  il  iyunun  16-da  ölüm  cəzasına 
məhkum  olunmuş  7  nəfərin  bağışlanması  haqqında  vəsatətlərini  təmin  etməmişdir.  Sonradan  məlum 
olduğu  kimi,  ölüm  cəzasına  məhkum  edilmiş  şəxslər  barədə  İsa  Qəmbərovun  fərmanları  imzaladığı 
vaxtda, ümumiyyətlə, Bağışlama Məsələləri Komissiyası mövcud olmamışdır. Belə bir komissiya yalnız 
1992-ci il iyulun 12-də yaradılmışdır. Azərbaycan Respublikasının o zamanki Prezidenti Əbülfəz Elçibəy 
isə  1993-cü  il  yanvarın  5-də  ölüm  cəzasına  məhkum  olunmuş  2  şəxs  haqqında  bağışlamanın  tətbiq 
edilməməsi barədə fərman imzalamışdır. Hökmlər 1993-cü ilin fevral ayında bu  fərmanlar əsasında icra 
edilmişdir. 
Bunun  əksinə  olaraq,  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  apardığı  humanist 
siyasət  nəticəsində  1995-ci  ilin  may  ayından  əfv  və  amnistiya  təsisatları  bərpa  edilmişdir.  Qeyd  etmək 
lazımdır  ki,  1996-2001-ci  illər  ərzində  6  amnistiya  aktı  qəbul  edilmişdir.  Bu  müddət ərzində  amnistiya 
aktları 63 477 şəxsə tətbiq edilmişdir ki, onlardan 18 895 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad 
olunmuşdur. Əfv qaydasında isə 2448 şəxs müxtəlif cəzalardan azad edilmişdir. 
Demokratik təsisatların inkişafı üçün birləşmək və fikir azadlıqları çox mühüm rol oynamaqdadır. 
Görülən  bir  sıra  qanunvericilik  və  icra  tədbirləri  nəticəsində  bu  sahədə  də  xeyli  irəliləyişlərə  nail 
olunmuşdur.  Belə  ki,  siyasi  partiyalar,  qeyri-hökumət  təşkilatları  və  kütləvi  informasiya  vasitələri 
haqqında  qanunlar  beynəlxalq  standartlara  uyğunlaşdırılmışdır.  Bunun  göstəricisi  olaraq,  Azərbaycanda 
hazırda  39 siyasi  partiya, 1350  qeyri-hökumət,  o  cümlədən  30-a  yaxın  hüquq müdafiə  təşkilatı,  40-dan 
artıq  həmkarlar  ittifaqı  və  500-dən  çox  kütləvi  informasiya  vasitəsi  qeydə  alınmışdır.  Onların  hamısı 
ölkəmizdə sərbəst fəaliyyət göstərir. 
Məlumat  azadlığının  genişləndirilməsi  və  kütləvi  informasiya  vasitələrinin  işində  maneələrin 
aradan  qaldırılması  üçün  Respublika  Prezidenti  1998-ci  il  avqustun  6-da  söz,  fikir  və  məlumat 
azadlıqlarının təminatı sahəsində əlavə tədbirlər haqqında fərman imzalamışdır. 27 oktyabr 1996-cı ildən 
fəaliyyət  göstərən  Mətbuatda  və  digər  kütləvi  informasiya  vasitələrində  dövlət  sirrinin  mühafizəsi  Baş 
İdarəsi  həmin  fərmanla  ləğv  edilərək,  AXC-Müsavat  hakimiyyəti  dövründə  vüsət  almış  senzuraya  son 
qoyuldu.  Bununla  bütün  mətbu  və  elektron  məlumat  vasitələri  öz  fəaliyyətlərində  tam  sərbəstlik  əldə 
etdilər.  Sonradan  Mətbuat  və  İnformasiya  Nazirliyinin  ləğvi  isə  dövlətin  mətbuat  üzərindəki  nəzarətini 
daha da azaltdı. 
Demokratik  cəmiyyətin  formalaşması  üçün  dini  azadlıqlar  və  etnik  azlıqların  hüquqları  təmin 
olunmalıdır.  Azərbaycanın  gələcək  inkişafının  təməllərindən  biri  onun  çoxkonfessiyalı,  çoxmillətli  və 
çoxdilli  olmasıdır.  Tarixən  çoxlu  sayda  millətlər  üçün  Vətən  olmuş  Azərbaycan  dövləti  heç  bir  ayrı-
seçkiliyə yol vermədən, hər kəsin hüquqlarına imkanı çərçivəsində təminat verir və ictimai həyatda fəal 
iştirak  etməsi  üçün  şərait  yaradır.  Buna  misal  olaraq,  ölkəmizdə  fəaliyyət  göstərən  300-dən  artıq  dini 
təşkilatı göstərmək olar. 
İnsan  hüquqlarının  təminatı  müvafiq  müdafiə  mexanizmləri  olmadan  mümkün  deyil. 
Konstitusiyamız hər kəsə qanunla qadağan olunmamış üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə