Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

64 
 
iyun,  26  iyun,  16  avqust,  3  oktyabr,  12  oktyabr,  14  oktyabr,  2  noyabr,  5  və  10  noyabr  tarixlərində  öz 
iclaslarını keçirmişdi. 
Yeni  Konstitusiya  layihəsinin  hazırlanması  üzrə  Komissiyanın  qərarı  ilə  layihə  ümumxalq 
müzakirəsi  üçün  1995-ci  il  oktyabrın  15-də  dərc  edilmişdir.  1995-ci  il  noyabrın  4-dək  olan  vəziyyətə 
görə  layihə  barədə  Komissiyaya  2450  təklif  daxil  olmuşdu.  Təkliflərin  bir  qismi  Konstitusiya 
layihəsinin  1995-ci  il  noyabrın  8-də  keçirilən  referendumdan  bilavasitə  əvvəl  dərc  edilmiş  axırıncı 
variantında  nəzərə  alınmışdı.  Ümumxalq  müzakirəsinə  çıxarılan  layihə  199  maddədən,  referenduma 
çıxarılan Konstitusiya layihəsi isə 158 maddədən ibarət idi. 
Mərkəzi  Seçki  Komissiyasının  referendum  üzrə  20  noyabr  1995-ci  il  tarixli  qərarına  əsasən  4 
milyona  yaxın  seçici  korpusundan  12  noyabr  1995-ci  il tarixli  referendumda  seçicilərin  86  faizi  iştirak 
etmişdi və səs verənlərin 94,8 faizi yeni Konstitusiyanın qəbulunun lehinə səs vermişdi. 
Müstəqil  Azərbaycanın  ilk  Konstitusiyası  Azərbaycan  Respublikasının  dövlət  quruculuğunun 
əsaslarını  qoymuşdur.  Azərbaycan  demokratik,  hüquqi,  dünyəvi  bir  dövlət  kimi  ilk  dəfə  olaraq  insan 
hüquqlarının  prioritetini  və  hakimiyyətlər  bölgüsünü  özünün  gələcək  inkişaf  yolu  kimi  seçmişdir. 
Konstitusiyaya  görə  Azərbaycanda  hakimiyyətin  yeganə  mənbəyi  xalqdır.  Azərbaycan  xalqını  yalnız 
onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər, digər heç kəsin Azərbaycan 
xalqı  adından  danışmaq,  onun  adından  müraciət  etmək  və  xalqı  təmsil  etmək  hüququ  yoxdur. 
Konstitusiya ilə müəyyən edilir ki, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir 
şəxs hakimiyyətin  həyata keçirilməsi  səlahiyyətini  mənimsəyə  bilməz  və  hakimiyyətin  mənimsənilməsi 
xalqa  qarşı  ən  ağır  cinayətdir.  Dövlətin  əsaslarını  müəyyən  edərkən  Konstitusiya  ilk  növbədə  hər  bir 
demokratik  dövlətin  ayrılmaz  atributları  olan  təsisatlara  xüsusi  yer  ayırır.  Söhbət  insan  və  vətəndaş 
hüquqlarının  və  azadlıqlarının  dövlətin  ali  məqsədi  olmasından,  mülkiyyətin  toxunulmazlığına  təminat 
verilməsindən,  təbii  ehtiyatların  yalnız  dövlətə  mənsub  olmasından,  Azərbaycan  Respublikası  vətəndaş- 
larının  sosial  müdafiəsinin  dövlətin  xüsusi  diqqət  mərkəzində  olmasından,  ailəyə  və  uşaqlara  dövlət 
tərəfindən qayğı göstərilməsindən və sair bu kimi məsələlərdən gedir. Dünyada çox az konstitusiya tapılar 
ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan 
Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquq- larına həsr edilib. Konstitusiyaya görə 
insan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını  gözləmək  və  qorumaq  qanunvericilik,  icra  və  məhkəmə 
hakimiyyətinin  borcudur.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsini  heç  kəs 
məhdudlaşdıra  bilməz.  Yalnız  müharibə,  hərbi  vəziyyət  və  fövqəladə  vəziyyət,  habelə  səfərbərlik  elan 
edilərkən  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsi  Azərbaycan 
Respublikasının  beynəlxalq  öhdəliklərini  nəzərə  almaq  şərti  ilə  qismən  və  müvəqqəti  məhdudlaşdırıla 
bilər.  Həyata  keçirilməsi  məhdudlaşdırılan  hüquq  və  azadlıqlar  haqqında  əhaliyə  qabaqcadan  məlumat 
verilir. 
Ənənəvi  hakimiyyətlər  bölgüsü  konsepsiyasına  uyğun  olaraq  Konstitusiya  müəyyən  edir  ki,  icra 
hakimiyyəti  Azərbaycan  Respublikasının  Prezidentinə  mənsubdur,  qanunvericilik  hakimiyyətini 
Azərbaycan  Respublikasının  Parlamenti  -  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  məhkəmə 
hakimiyyətini  isə  müstəqil  məhkəmələr  həyata  keçirirlər.  Azərbaycan  Respublikasının  Prezidenti 
təsisatının  ikili  hüquqi  təbiəti  vardır.  Ali  icra  hakimiyyətinin  ona  mənsub  olması  ilə  yanaşı,  o,  birinci 
növbədə Azərbaycan dövlətinin başçısıdır və bu şəkildə bütün Azərbaycan xalqını bütövlükdə təmsil edir 
və Azərbaycan xalqının vahidliyinin rəmzidir. 
Azərbaycanın  tarixində  ilk  dəfə  olaraq  Azərbaycan  Respublikasının  Konstitusiyası  məhkəmələrin 
müstəqilliyini  təmin  edən  əsas  prinsipləri  özündə  əks  etdirmişdir.  Konstitusiyaya  görə  hakimlər 
müstəqildir,  yalnız  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  tabedirlər  və 
səlahiyyətləri  müddətində  dəyişilməzdirlər.  Hakimlər  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq 
bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir 
səbəbdən  bilavasitə,  yaxud  dolayı  yolla  məhkəmə  icraatına  məhdudiyyət  qoyulması,  qanuna  zidd  təsir, 
hədə  və  müdaxilə  edilməsi  yolverilməzdir.  Ədalət  mühakiməsi  vətəndaşların  qanun  və  məhkəmə 
qarşısında  bərabərliyi  əsasında  həyata  keçirilir.  Bütün  məhkəmələrdə  işlərin  icraatı  açıq  aparılır.  İşə 
qapalı  iclasda  baxılmasına  yalnız  o  halda  icazə  verilir  ki,  məhkəmə  açıq  icraatın  dövlət,  peşə  və 
kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının 
məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir. 
Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  cinayət  işlərinin  qiyabi  məhkəmə  icraatına  yol 
verilmir.  Məhkəmə  icraatı  çəkişmə  prinsipi  əsasında  həyata  keçirilir.  Məhkəmə  icraatının  istənilən 
mərhələsində  hər  kəsin  müdafiə  hüququ  təmin  olunur.  Ədalət  mühakiməsi  təqsirsizlik  prezumpsiyasına 
əsaslanır. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya 
müvafiq  yerin  əhalisinin  çoxluq  təşkil  edən  hissəsinin  dilində  aparılır.  İşin  iştirakçısı  olub  məhkəmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə