56
III FƏSIL
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQĠLLĠYĠNĠN QORUNUB SAXLANILMASI
UĞRUNDA MÜBARĠZƏ (iyun 1993-1995)
Müharibədə vəziyyət. Ordu quruculuğu.
DüĢmən hücumunun qarĢısının alınması
Başıpozuq ordu düşmən dəyirmanına su tökürdü. Əvvəlki iqtidar möhkəm, intizamlı ordu yarada
bilməmişdi. Xalq öz ordusuna yadlaşır, fərarilik artırdı. Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə
siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və hakimiyyəti ələ keçirmək
istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi
bütövlüyünə yeni zərbələr vuruldu. Düşmən ölkədəki siyasi böhrandan istifadə edib iyun ayının
əvvəllərindən başlayaraq güclü hücuma keçdi. Həm AXC-Müsavat iqtidarı, həm də qiyama hazırlaşan
Surət Hüseynova tabe qüvvələr Ağdam cəbhəsindən xeyli hərbi texnika çıxarmışdılar. Daxili qoşun
hissəsi Bakının müdafiəsinə göndərilmişdi. Düşmən bundan istifadə edib rayonun Qarqar çayı, Saybalı
kəndinə qədər ərazisini işğal etdi.
İyunun 25-dən 26-a keçən gecə nizami silahlı qüvvələr döyüş meydanından çıxarıldı. Cəbhə yerli
özünümüdafiə batalyonlarının ümidinə qalsa da, onlar düşmənə layiqincə cavab verirdilər. Lakin iyulun
əvvəliərində S.Hüseynova sadiq 709 saylı hərbi hissə Ağdama daxil oldu. Özünümüdafiə batalyonları
döyüş əməliyyatlarından kənarlaşdırıldı. Ağdam şəhəri intensiv atəşə tutularkən isə "surətçilər" cavab
atəşi açmadılar. Düşmən sürətlə irəliləyirdi. Malıbəylidə güclü döyüşlər gedirdi. Asif Məhərrəmovun
("Fred" ləqəbli) müdafiə batalyonunun döyüşçüləri iyulun 22-23-də bütün günü və gecəni düşmənlə
əlbəyaxa vuruşdular, lakin kömək olmadığından geri çəkildilər. İyulun 23-də səhər əsasən yerli
özünümüdafiə dəstələrinin gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri süqut etdi.
Surət Hüseynova, Əlikram Hümbətova, Rəhim Qazıyevə və Xalq Cəbhəsinə sadiq hərbi hissələrin
təxribatı nəticəsində avqustun 25-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı rayonları işğal olundu.
Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 27-də düşmən əlinə keçdi. Respublika ərazisinin artıq 20
faizi düşmən tapdağı atında qalmışdı. Ermənilər "torpağı viran qoymaq" taktikasına əl atmışdılar.
Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlil olmuşdu.
Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4861
nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni
faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani,
amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. 1991-95-ci illərdə Beynəlxalq Qızıl Xaç
Komitəsinin yaxından köməyi ilə 400-dən çox azərbaycanlı əsir geri qaytarıldı. ATƏT tərəfləri əsir və
girovları dərhal və qeyd-şərtsiz azad etməyə çağırdı. 1995-ci ilin əvvəllərində tərəflər əsir və girovların
"hamının-hamıya" prinsipi üzrə dəyişdirilməsinə razılıq verdilər. 1995-ci ilin aprel-may aylarında
Azərbaycan Respublikası birtərəfli qaydada 152 əsir və girovu azad etdi. Ermənistan isə cəmi 22 əsir
qaytardı.
İşğal olunmuş ərazilərdən erməni ordularının dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapsa da, Ermənistan
müxtəlif " bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi.
Müdafiə Nazirliyinə tabe olmayan, müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti olmayan, nizamsız
hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək
lazım idi. Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət
etdi, onu ölkənin qorunması və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı.
Bütün xalq prezidentin çağırışına ürəkdən qoşuldu. Könüllülərdən ibarət batalyonlar yaradılıb
cəbhəyə göndərildi. Noyabr-dekabr aylarında 16,7 min nəfərlik 40 ehtiyat taboru təşkil edildi. Cəbhəyə
gedənlərin işlədiyi müəssisələr cəbhəçi ailələrini himayəyə götürürdü. Orduya xalq yardımı
genişlənmişdi. Qospitallarda yatan yaralı döyüşçülərə, qaçqınlara qayğı artırdı. Ziyalılar cəbhə
bölgələrinə gedib əsgərləri qələbəyə ruhlandırırdılar.
Prezident cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığı ilə yaxından tanış olub, konkret
tədbirlər müəyyənləşdirdi. Yeni Azərbaycan ordusu yaranırdı. Dövlət Müdafiə Komitəsi təşkil
olunmuşdu. Səhra Cəbhə İdarəsi, köhnə başıpozuq hərbi hissələr ləğv edilmiş, əldəqayırma "generallar",
siyasi hoqqabazlar, xainlər ordudan uzaqlaşdırıldı. Səmərəli hərbi təlim üçün xüsusi proqramlar
57
hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alındı.
1994-cü ilin sonunda Milli Ordu sıralarında 54 min əsgər və zabit vardı. Silahlı qüvvələrin maddi bazası
xeyli möhkəmlənmişdi. Nəticədə Azərbaycan ordusu düşmənin respublikanın içərilərinə doğru hücumunu
dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları geri qaytardı.
1993-cü il noyabrın ortalarında ermənilər cəbhələrdə intensiv hücuma başladılar, lakin güclü
müqavimətə rast gəldilər. Dekabrın ortalarında Beyləqan istiqamətində Milli Ordunun əsgərləri böyük
rəşadət göstərdilər. Birinci tabora hücum edən 15 düşmən tankının 7-si məhv edildi. Döyüşçülər əks
hücuma keçib 30 km irəlilədilər. Minomyotçuların komandiri Akif Xanalıyev bir döyüşdə 50-yə qədər
düşmən əsgərini məhv etdi. Xankəndi istiqamətində kəşfiyyata getmiş Milli Ordunun kəşfiyyat qrupu
qəfildən düşmənlə üzləşsə də, mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. Döyüş dostlarını xilas
etmək üçün Etibar İsmayılov tankəleyhinə qumbara ilə özünü düşmənə köməyə gələn tankın altına atdı.
Tank partladı. Etibar İsmayılov qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Azərbaycanın Milli
Qəhrəmanı adı verildi.
Azərbaycan ordusu müvəffəqiyyətli əməliyyatlar nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi düşməndən təmizlədi. Hücumu genişləndirib
Cəbrayıl rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd,
Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələrini
azad etdi, Çiçəkli dağı və b. strateji yüksəklikləri ələ keçirdi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki
hissəsini nəzarət altına aldı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya
qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkiləri 1-1,5 dəfə az idi.
Ordunun
möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada müstəqilliyin dönməzliyinə
şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa olsun, almaq istəyən nüfuzlu imperiyapərəst
qüvvələr ermənilərə köməyi daha da artırdılar. 1994-cü ilin fevralında Kəlbəcərdə uğurla başlanan
"Murovdağ" əməliyyatı bir qrup zabitin satqınlığı üzündən uğursuzluqla nəticələndi. Rusiya 1994-cü ilin
aprelində regionda mövqelərini qoruyub saxlamaq, qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz
siyasi və iqtisadi güzəştlər əldə etmə hüquqi əsas yarada bilən və Azərbaycan üçün alçaldıcı olan bir saziş
layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur
etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma başladılar. Azərbaycan ordusu bu
dəfə də düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Goranboy rayonunun Talış və Gülüstan kəndləri
uğrunda döyüşlərdə Azərbaycan əsgərləri qalib gəldilər, düşmən 150 əsgər və zabit itirib geri çəkildi.
Tərtər rayonunun İlxıçılar və Göyarx kəndləri istiqamətində gedən ağır döyüşlərdə düşmənin 200-dən çox
canlı qüvvəsi məhv edildi. Lakin ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə bölgəsinin
kəndlərini işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan ordusu buraya əlavə qüvvələr
gətirməklə düşmən hücumunun qarşısını aldı və əks hücuma keçib bir neçə yaşayış məntəqəsini geri
qaytardı.
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın münaqişəni həll etmək
sahəsindəki səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o
cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu
Azərbaycan Respublikası tərəfindən də imzalandı.
Azərbaycan Prezidenti Heydər Əliyev cənablarının uğurlu diplomatiyası, Milli Ordunun
güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək
cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.
Respublikanın ərazi bütövlüyünün sülh danışıqları yolu ilə təmin olunması üçün gərgin iş aparıldı.
Artıq beynəlxalq problemə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu geosiyasi məkanda,
onun sərvətlərinin mənimsənilməsində marağı olan aparıcı dünya dövlətlərinin mənafelərini nəzərə alan
tarazlıq siyasəti yeridilirdi. 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinə daxil olmuş
Azərbaycan 1994-cü il mayın 4-də NATO-nun Avropa və dünyada sülhün, əmin-amanlığın bərqərar
olmasına xidmət edən "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Avropa-Atlantika Əməkdaşlıq
Şurasına üzv qəbul edildi. Dünya siyasətini müəyyən edən dövlətlər və siyasətçilərlə yaxın əlaqələr
yaradıldı. Azərbaycana qarşı, informasiya blokadası, yarıldı. Heydər Əliyev 1994-cü ilin sentyabrında
BMT Baş Məclisinin 49-cu sessiyası tribunasından Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı, bu
ölkənin sülhsevər, humanist, demokratik dəyərləri üstün tutduğunu gostərdi.BMT-nin bas katibi Butros-
Butros Qali Azərbaycana gəldi. Heydər Əliyev ABŞ, Rusiya prezidentləri ilə görüşdü. İngiltərə, Fransa,
Çın, Pakıştan, İran Türkiyə, Almaniya, Polşa və b. ölkələrə səfərlərində bu məsələləri dövlət başçıları ilə
müzakirə etdi.