63
§ 2. Konstitusiyanın qəbul olunması
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk
Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmiş və Əsasnaməsi 21 iyul 1919- cu il tarixli
qanunla təsdiq edilmiş Müəssislər Məclisini çağırmaq mümkün olmamışdı. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrlə bağlı
olmuşdur.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər
Qurultayında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxaran dövlət
çevrilişini qanuniləşdirmişdir. Azərbaycan SSR Konstitusiyasının 1924-cü il SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında
qəbul edilmişdir. Bundan sonra SSRİ-də baş verən ictimai-siyasi hadisələrlə əlaqədar 1927-ci il martın
26-da V, 1931-ci il fevralın 14-də VII və 1935-ci il yanvarın 11-də VIII Ümumazərbaycan Sovetlər
qurultaylarında Konstitusiyaya dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR 1936-cı il SSRI
Konstitusiyasına əsasən ZSFSR tərkibindən çıxaraq müttəfiq respublikaya çevrildikdən sonra, onun
Konstitusiyası 1937-ci il martın 14-də IX Fövqəladə Ümumazərbaycan Sovetlər qurultayında qəbul
edilmişdi və 1936-cı il SSRİ Konstitusiyasına tam uyğun idi. Azərbaycan SSR-in 1978-ci il aprelin 21- də
qəbul edilmiş sonuncu Konstitusiyası da 1977-ci ildə təsdiq edilmiş SSRİ Konstitusiyasına
uyğunlaşdırılması məqsədini daşıyırdı.
Respublikaya o zaman rəhbərlik edən Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan
SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan xalqının milli şüurunun qorunmasında və inkişafında
mühüm rol oynayan müddəa daxil edildi. Söhbət 1978-ci il Azərbaycan Konstitusiyasının Azərbaycan
dilini dövlət dili elan edən 73-cü maddəsinin müddəasından gedir. Analoji müddəa SSRİ-nin tərkibinə
daxil olan 15 respublikadan 12-nin Konstitusiyasında öz əksini tapmamışdı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra da 1978-
ci il Konstitusiyası öz hüquqi qüvvəsini saxlamışdı. 1991-1993-cü illərdə onun mətninə müxtəlif
hakimiyyət orqanlarının səlahiyyətlərinin dürüst müəyyən edilməsi ilə bağlı çoxlu əlavələr və
dəyişikliklər edilməsinə baxmayaraq, Azərbaycanın SSRİ-nin tərkibində statusunu müəyyən edən 7-ci
fəsil hələ də qüvvədən salınmamışdı. Formal olaraq həmin fəsil qüvvədən
düşmüş hesab edilirdi, çünki 18
oktyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya
Aktının 4-cü maddəsinə əsasən 1978-ci il Konstitusiyası öz qüvvəsini yalnız Konstitusiya Aktına zidd
olmayan hissəsində saxlayırdı. Bununla yanaşı Konstitusiyanın mətnində 7-ci fəslin saxlanılması müstəqil
dövlətin həmin zaman konstitusiya quruluşunun tələblərinə etinasızlıq göstərilməsini simvollaşdırırdı.
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 1991-ci il fevralın 9-da Azərbaycan
Respublikası Ali Sovetinin qərarı ilə yaradılmış 74 nəfərdən ibarət Komissiya heç bir iclas da
keçirməmişdi. Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi dövrə qədər və ondan sonra yeni
Konstitusiyanın layihəsi hələ də hazırlanmamışdı. Milli Məclisin 6 dekabr 1993-cü il tarixli qərarı ilə 14
nəfərdən ibarət yaradılmış daha bir komissiya yarım il ərzində yeni Əsas Qanunun layihəsini təqdim
etməmişdi.
Komissiyanın işini canlandırmaq üçün 1994-cü ilin may ayında onun tərkibi genişləndirilsə də,
layihə üzrə iş hələ də başlanmamışdı. Müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin
hazırlanmasının təşəbbüskarı 1994-cü ilin ortalarında Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev olmuşdu. Prezidentin lcra Aparatına Konstitusiya layihəsinin xüsusi komissiyaya baxılmaq üçün
təqdim edilməsi barədə dövlət başçısı tərəfindən müvafiq göstəriş verilmişdi. Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın
tərkibi Prezident tərəfindən
parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2- də müvafiq qərar qəbul etmişdi.
Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi 33 nəfərdən ibarət komissiyanın tərkibinə
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin nümayəndələri ilə bərabər, respublikanın hüquq
elmini təmsil edən şəxslər də daxil idilər. Hələ yuxarıda göstərilən Komissiyanın yaradılmasına qədər
Azərbaycan Respublikasının Prezidenti layihənin işlənib hazırlanmasına bilavasitə rəhbərlik edirdi, ona
görə də yeni Konstitusiyanın layihəsinin hazırlanması üzrə Komissiya yarandığı gündən bir ay əvvəl
sənəd üzərində iş başlanmışdı. Daxil olan təklifləri nəzərə almaq məqsədilə layihə üzərində işləmək üçün
Komissiyanın qərarı ilə işçi qrup yaradılmışdı. Komissiyanın iclaslarının qrafiki bu orqanın çox gərgin işi
haqqında təsəvvür yaradır - yeni Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiya 1995-ci ildə 5