Azərbaycanın müstəqilliyinin


§ 5. Müstəqil məhkəmə hakimiyyətinin formalaĢması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

77 
 
 
§ 5. Müstəqil məhkəmə hakimiyyətinin formalaĢması 
 
Məhkəmə  islahatının  əsas  istiqamətləri  ölkəmizdə  qanunun  aliliyinin  təmin  edilməsi  və  ədalət 
mühakiməsinin azad və müstəqil məhkəmə tərəfindən həyata keçirilməsindən ibarətdir. 
Ölkəmizdə  məhkəmə  islahatlarının  həyata  keçirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının 
Prezidenti  Heydər  Əliyevin  rəhbərliyi  ilə  son  illər  ərzində  xeyli  işlər  görülmüş,  müstəqil  məhkəmə 
hakimiyyətinin formalaşmasının və demokratik prinsiplərə əsaslanan məhkəmələrin yaradılmasının əsası 
qoyulmuşdur. Respublikamızda aparılan məhkəmə islahatları ölkə başçısının bu sahədə həyata keçirdiyi 
dövlət siyasətinin məntiqi nəticəsidir. 
Məhkəmə-hüquq  islahatları  konsepsiyasının  təməlini  təşkil  edən  Azərbaycan  Respublikası 
Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət 
göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir. 
Eyni  zamanda  qanunvericilik  digər  hakimiyyət  qollarının  subyektləri  tərəfindən  ayrı-ayrı 
funksiyaların  yerinə  yetirilməsinin  qanuniliyinə  nəzarət  üzrə  məhkəmə  hakimiyyəti  orqanlarına  bir  sıra 
səlahiyyətlər vermişdir. 
Ölkəmizdə  məhkəmələr  ədalət  mühakiməsi  ilə  yanaşı  həm  də  yeni  səlahiyyətlər  kimi  məhkəmə 
nəzarəti funksiyasını həyata keçirir. Belə ki, hər kəsin azadlıq, mənzil və şəxsi toxunulmazlıq hüququnu, 
şəxsi sirrinin saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və kommersiya sirrini özündə 
əks  etdirən  məlumatlar  ilə  bağlı  istintaq  hərəkətlərinin  məcburi  aparılması,  prosessual  məcburiyyət 
tədbirlərinin  tətbiq  edilməsi  və  ya  əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi,  həmçinin  cinayət 
prosesini həyata keçirən orqanın prosessual hərəkətləri və ya qərarları üzərində qanunvericiliklə müəyyən 
edilmiş qaydada məhkəmə nəzarəti həyata keçirilir. 
Məhkəmələrə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququ, şəxsi sirrin, o 
cümlədən  ailə  həyatının,  yazışmaların,  telefon  danışıqlarının,  poçt,  teleqraf  və  başqa  məlumatların 
saxlanılması hüququnu məhdudlaşdıran hərəkət və qərarlara dair şikayətlərə baxmaq hüququ verilmişdir. 
Azadlıq  və  şəxsi  toxunulmazlıq  hüququnun  təminatı  kimi  ilk  dəfə  olaraq  qanunvericiliklə  həbs 
olunmuş  və  tutulmuş  hər  bir  şəxsin  tutulmasının  qanuniliyi  məsələsinin  həll  edilməsini  məhkəmələrə 
həvalə etmişdir. 
Yeni  qanunvericilik  cinayət  təqibi  ilə  bağlı  hər  hansı  ayrı-seçkiliyi  istisna  edir,  təqsirsizlik 
prezumpsiyasına möhkəm təminatlar yaradır. 
Beləliklə,  ölkəmizdə  məhkəmə  hakimiyyəti  həm  qanunverici,  həm  də  icra  hakimiyyəti  tərəfindən 
hüquq normalarının, ilk növbədə konstitusion normaların pozulmasının qarşısını alaraq dövlətlə vətəndaş 
arasında hüquq münasibətlərinin tənzimlənməsində saxlayıcı, tarazlayıcı rol oynayır. 
Əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəldilmiş 
"Konstitusiya Məhkəməsi haqqında" Qanunun 1997-ci ildə qəbul edilməsi və Konstitusiya Məhkəməsinin 
təşkil  olunması  hüquqi  dövlət  qurmaq  amalı  ilə  yaşayan  Azərbaycan  Respublikasının  tarixində  mühüm 
bir hadisə idi. 
Bu  qanuna  əsasən  Konstitusiya  Məhkəməsinin  hakimləri  öz  səlahiyyətlərini  yerinə  yetirməkdə 
müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına tabedirlər. 
Konstitusion nəzarətin universallığı normativ-hüquqi aktların, demək olar ki, hamısının məhkəmə 
aidiyyətinə şamil edilməsindən ibarətdir. Bundan əlavə,  məhkəməyə Konstitusiyanın və qanunların şərh 
edilməsi,  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  arasında  səlahiyyətlər  bölgüsü  ilə  bağlı 
mübahisələrin həll edilməsi, Konstitusiyanın müdafiəsinə imkan yaradan digər səlahiyyətlər verilmişdir. 
Konstitusiya  Məhkəməsinin  konstitusion  hüquqların  müdafiəsi  sahəsində  mühüm  rolu  müəyyən 
edilmişdir.  Belə  ki,  qanunun  və  ya  digər  normativ-  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğu  məsələsinə 
baxılması hər bir şəxs tərəfindən ümumi məhkəmələrə müraciət etməklə və ya məhkəmə baxışı zamanı iş 
üzrə tətbiq edilən normativ-hüquqi aktın Konstitusiyanın tələblərinə zidd olması müəyyən edildiyi halda 
prosesin  iştirakçıları  tərəfindən  qaldırıla  bilər.  Həmin  hüququn  təminatı  prosessual  qanunlarla 
tənzimlənir. 
Azərbaycan  Respublikası  Prezidentinin  Konstitusiya  Məhkəməsinin  fəaliyyətinin  təmin  edilməsi 
ilə əlaqədar imzaladığı fərmana əsasən Konstitusiya Məhkəməsi yüksək statusuna uyğun bina, məhkəmə 
hakimiyyətinin rəmzləri, hakimlərin xüsusi geyimləri, avadanlıq, rabitə, nəqliyyat, digər zəruri təşkilati-
texniki vasitələrlə təchiz olunmuşdur. 
Fəaliyyəti  ədalət,  müstəqillik,  kollegial  və  açıqlıq  prinsipləri  üzərində  qurulmuş  Konstitusiya 
Məhkəməsi  təşkil  olunduğu  qısa  müddət  ərzində  qanunların  şərh  edilməsi,  onların  Azərbaycan 
Respublikasının Konstitusiyasına uyğunluğu və digər məsələlərlə bağlı onlarca işə baxmışdır. 


78 
 
Hüquqi  İslahat  Komissiyası  tərəfindən  hazırlanmış  vacib  qanunlardan  biri  də  "Məhkəmələr  və 
hakimlər  haqqında"  Qanundur.  Bu  qanun  Avropa  Şurasının  və  Fransa  Ədliyyə  Nazirliyinin  ekspertləri 
tərəfindən bir neçə dəfə ekspertizadan keçirilmiş və ekspertlərin təklifləri nəzərə alınmaqla 1997-ci ildə 
parlament tərəfindən qəbul edilmişdir. 
Həmin qanunun qəbul edilməsi məhkəmə-hüquq islahatları sahəsində irəliyə doğru atılmış mühüm 
addım olmaqla müstəqil məhkəmə sisteminin fəaliyyət göstərməsi üçün tutarlı hüquqi baza yaratmışdır. 
Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət 
mühakiməsinin  və  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  məhkəmə  nəzarətinin  həyata 
keçirilməsinə yönəlmişdir. 
Məhkəmələrin  səlahiyyətlərinin  dəyişdirilməsi  məqsədilə  müəyyən  olunmamış  hüquqi  üsulların 
tətbiq edilməsinin və fövqəladə məhkəmələrin yaradılmasının qadağan olunmasına dair bütün demokratik 
ölkələrin  qanunvericiliyində  öz  əksini  tapmış  müddəa  müstəqil  Azərbaycan  Respublikasının  müvafiq 
qanunvericiliyində də nəzərdə tutulmuşdur. 
Qanunvericilik  ədalət  mühakiməsinin  hakimlərin  müstəqilliyinin  təmin  edilməklə  həyata 
keçirilməsinə təminat verir. 
Məhkəmələrin  müstəqilliyi  hər  şeydən  əvvəl  özünü  qanunları  tətbiq  edən  hakimlərin  fəaliyyətinə 
hər  hansı  müdaxilənin  olmamasında  göstərir.  Məhkəmənin  müstəqilliyi  həm  də  ədalət  mühakiməsinin 
düzgün və vaxtında həyata keçirilməsinə təminat verir. 
Qanunun tələbinə görə hər hansı bir şəxs tərəfindən və ya hər hansı bir səbəbdən bilavasitə, yaxud 
dolayı  yolla  məhkəmə  icraatına  məhdudiyyət  qoyulması,  qanunazidd  təsir,  hədə  və  müdaxilə  edilməsi 
yolverilməzdir.  Hakimlər  işlərə  heç  bir  məhdudiyyət  qoyulmadan  faktlara  əsasən  qərəzsiz,  ədalətlə, 
qanuna müvafiq və tərəflərin hüquq bərabərliyi əsasında baxırlar. 
Hakimlər qərarların qəbul edilməsində də tam müstəqildirlər və bu, hakimlərin müstəqilliyinin əsas 
şərtlərindən biridir. 
"Məhkəmələr  və  hakimlər  haqqında"  Qanuna  əsasən  hakimlərin  müstəqilliyi,  həmçinin  məhkəmə 
hakimiyyətinin  müstəqil  fəaliyyət  göstərməsi  və  ədalət  mühakiməsinin  qanunda  nəzərdə  tutulmuş 
qaydada  həyata  keçirilməsi  ilə,  onların  səlahiyyətləri  dövründə  siyasətsizləşdirilməsi,  dəyişməzliyi  və 
toxunulmazlığı  ilə,  vəzifəyə  təyin  olunmasının,  məsuliyyətə  cəlb  edilməsinin,  səlahiyyətlərinə  xitam 
verilməsinin 
və 
vəzifədən 
kənarlaşdırılmasının 
məhdudlaşdırılması  ilə,  hakimlərin  şəxsi 
təhlükəsizliliyinin təmin edilməsi ilə həyata keçirilir və onlara yüksək hakim adına uyğun maddi və sosial 
təminatlar verilir. 
Hakimlər  daxili  müstəqilliyə  də  malik  olmalıdırlar.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsinin 
zəruri şərtlərindən biri də məhkəmələrin ədalət mühakiməsini məhkəmə hakimiyyətinin yüksək statusuna 
uyğun  olan,  bütün  prosessual tələblərin  yerinə  yetirilməsinə  imkan  verən,  hakimlərin  öz  iradəsini ifadə 
etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirmələridir. Məhkəmə qərarları hakimlərin sərbəst 
daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. 
Məhkəmələrin  müstəqilliyinin  təmin  olunması  üçün  qanunvericilik  hakimlərin  toxunulmazlığına 
təminat yaradaraq onlara zəruri səlahiyyətlər və bir sıra imtiyazlar vermişdir. 
Hakimlər toxunulmazdır və onlar cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulmuş qaydada 
cəlb  oluna  bilərlər.  Onların  səlahiyyətlərinə  yalnız  qanunda  nəzərdə  tutulmuş  əsaslara  və  qaydalara 
müvafiq  surətdə xitam  verilə  bilər.  Hakimlərin  toxunulmazlığı  onların  mənzillərinə, xidməti  otaqlarına, 
nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına da şamil edilir. Başqa sözlə, 
hakimlərin  şəxsi  müstəqilliyinə  onların  şəxsi  təhlükəsizliyi  və  əmək  hüquqlarının  müdafiəsi  ilə  təminat 
verilir. 
Azərbaycan  Respublikasında  məhkəmə  icraatı  tərəflərin  hüquq  bərabərliyi  təmin  olunmaqla 
çəkişmə prinsipi əsasında həyata keçirilir. 
Respublikamızda  ədalət  mühakiməsi  hər  kəsin  qanun  və  məhkəmə  qarşısında  hüquq  bərabərliyi 
əsasında aparılır və məhkəmələrdə bütün işlərin icraatı açıq şəkildə gedir. Bununla belə qanunda nəzərdə 
tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. 
Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə və yüksək keyfiyyətli hüquqi yardım 
almaq  haqqı  təmin  olunmuşdur.  Qanunda  nəzərdə  tutulmuş  hallarda  hüquqi  yardım  ödənişsiz,  dövlət 
hesabına  göstərilir.  Hər  kəsin  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət 
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. 
Məhkəmə  qərarlarının  qanuniliyi  üzərində  prokuror  nəzarətinin  aradan  qaldırılması,  prokurorun 
məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi 
və  onların  məhkəmə  prosesində  bərabər  hüquqlara  malik  olması,  məhkəmə  icraatının  çəkişmə  prinsipi 
əsasında  həyata  keçirilməsi,  məhkəmə  aidiyyətinin  dəyişdirilməsinin  qadağan  edilməsi,  məhkəmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə