Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

73 
 
müdafiəçinin  köməyindən  istifadə  etmək  hüquqlarının  təmin  olunmasına,  fiziki  və  hüquqi  şəxslərin 
hüquqlarının,  azadlıqlarının  və  qanunla  qorunan  mənafelərinin  müdafiə  edilməsinə,  onlara  yüksək 
keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaratmışdır. 
Avropa  Şurası,  Almaniya  Texniki  Əməkdaşlıq  Cəmiyyəti  və  Dünya  Bankının  iştirakı  ilə 
hazırlanmış həmin qanun vəkillərin hüquqi statusunu müəyyən edir, ittiham və müdafiə tərəflərinin hüquq 
bərabərliyini təmin edir, hüquqi müdafiə üzrə konstitusiya ilə müəyyən olunmuş hüquqlara, məhkəmədə 
ədalətli araşdırma hüququna və vəkilin müstəqilliyinə təminat verir. 
Məlum olduğu kimi, penitensiar sistemin (cəzaçəkmə müəssisələrinin) islahatları ölkəmizdə həyata 
keçirilən  geniş  miqyaslı  islahatlardan  kənarda  qala  bilməzdi.  Məşhur  "QULAQ"  sisteminə  xas  olan, 
cəzanı  insan  şəxsiyyətindən  üstün  tutan  köhnə  təfəkkür  və  stereotiplərin  aradan  qaldırılması  məqsədilə 
son illər ərzində Azərbaycanda penitensiar müəssisələrin fəaliyyətinin yenidən qurulması üçün hüquqi və 
təşkilati tədbirlər həyata keçirilmişdir. 
SSRİ-nin  tərkib  hissəsi  olmuş  Azərbaycanın  müstəqil  penitensiar  sistemi  olmamışdır.  Bununla 
əlaqədar beynəlxalq standartlara uyğun, müstəqil penitensiar sistemin yaradılması ən vacib məsələlərdən 
biri  idi.  Cəzaçəkmə  müəssisələrinin,  istintaq  təcridxanalarının  Daxili  İşlər  Nazirliyinin  tərkibindən 
çıxarılaraq  Ədliyyə  Nazirliyinin  tabeçiliyinə  verilməsi  ilə  müstəqil  penitensiar  sistemin  əsası 
qoyulmuşdur.  Belə  bir  təcrübə  keçmiş  SSRİ  respublikaları  arasında  ilk  dəfə  Azərbaycanda  tətbiq 
edilmişdir. 
Məhz bu addımın atılması penitensiar sistemdə aparılan islahatların başlanğıcı olmaqla, cəzaçəkmə 
müəssisələrinin idarə olunması baxımından həbs olunmuş şəxslər üçün humanist şəraiti təmin etmək və 
məhkum  olunmuş  şəxslərə  müasir  və  mütərəqqi  sistem  çərçivəsində  islah  təsiri  göstərə  bilən  ümumi 
davranış qaydalarının müəyyən edilməsi məqsədilə tətbiq edilmişdir. 
Bu tədbirin həyata keçirilməsinin məqsədi cinayət təqibi orqanı ilə təqsirləndirilən və ya məhkum 
olunmuş şəxs arasında maraqlar toqquşmasının aradan qaldırılmasından ibarətdir. 
İslah-əmək  qanunvericiliyinin  beynəlxalq  standartlara  və  demokratik  cəmiyyətin  prinsiplərinə 
uyğunlaşdırılması  üçün  2000-ci  il  iyulun  14-də  Cəzaların  İcrası  Məcəlləsi  qəbul  olunmuşdur.  Məcəllə 
hazırlanarkən  BMT-nin  1955-ci  il  "Məhkumların  davranış  qaydalarının  minimum  standartları",  Avropa 
Şurası  tərəfindən  qəbul  olunmuş  "Avropa  Penitensiar  qaydaları"  və  digər  beynəlxalq  aktlar  nəzərə 
alınmışdır. 
Azadlıqdan məhrum edilmiş şəxslərin insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə, heç bir ayrı-
seçkiliyə yol verilmədən saxlanılması təmin edilmiş, məhbusların hüquqları genişləndirilmiş, penitensiar 
müəssisələrin islah-təsir sistemində əsaslı dəyişikliklər baş vermişdir. 
İslah-təsir sistemi məhbusların cəzadan azad edildikdən sonra cəmiyyətə reinteqrasiya olunmasına, 
qanunun  tələblərinə  uyğun  hərəkət  etmələrinə,  həyati  ehtiyaclarını  öz  gücləri  ilə  ödəmək  üçün  təcrübə 
qazanmalarına yönəlmişdir. 
Yeni  qanunvericiliklə  məhbusların  hüquqları  genişləndirilmiş,  şəxsi  təhlükəsizlik,  vicdan  və  din 
azadlıqlarına  təminat  verilmiş,  onların  sağlamlığı,  tibbi  xidmət,  sanitar-gigiyena  məsələləri  və 
qidalanmaları xeyli yaxşılaşdırılmış, yeni iş yerləri açılmış, ictimai faydalı işlə məşğul olmaq üçün imkan 
yaradılmış və onlara bir sıra yeni imtiyazlar verilmişdir. 
Qanun məhkum olunmuş şəxsin vəkillə senzura olmadan yazışmasına və görüşməsinə, dini etiqad 
azadlığına,  istirahət,  dövri  mətbuat  vasitələrindən  və  radiodan  məlumat  almaq  hüququna  təminat  verir, 
həmçinin  cinayət-cəza  sisteminin  mərkəzi  orqanlarına,  məhkəmə  və  digər  səlahiyyətli  orqanlara  bağlı 
zərfdə  ərizə  və  ya  şikayət  göndərmək  hüququ  verir,  onun  qohumlarla  qısa  və  uzun  müddətli  görüşlərin 
vaxtının uzadılmasını nəzərdə tutur. 
İslahatlar  nəticəsində  məhbuslara  göstərilən  islah  təsiri  fərdiləşdirilmiş  və  bu  sahədə  tədbirlər 
onların cəmiyyətə, ailə həyatına qayıtmaq, işlə təmin olunmağa kömək edən sosial xidmətlər və ictimai 
təşkilatlarla əlaqədə həyata keçirilir. 
Eyni  zamanda  Avropa  Şurasının  tövsiyələrinə  uyğun  olaraq  "Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin 
azadlıqdan  məhrum  etmə  yerlərində  səlahiyyətlərinin  həyata  keçirilməsinin  təmin  edilməsi  barədə" 
Azərbaycan Respublikasının Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il iyunun 1-də 
saziş imzalanmışdır. 
Bununla  yanaşı,  cəza-icra  sistemində  daxili  rejim  qaydalarının  gücləndirilməsi,  nəzarətin  və 
mühafizənin  etibarlılığının  təmin  edilməsi,  penitensiar  müəssisələrin  əməkdaşları  arasında  nizam-
intizamın,  məsuliyyətin,  onların  peşə  hazırlığının  artırılması  sahəsində  xeyli  işlər  görülmüşdür. 
Penitensiar  müəssisələrə  işə  qəbul  olunan  şəxslərin  fiziki  və  mənəvi  cəhətdən  sağlam  olmaları  və 
insanpərvərlik kimi xüsusiyyətləri nəzərə alınır. 


74 
 
Hüquq  islahatları  zamanı  qəbul  edilmiş  qanunlardan  biri  də  "Notariat  haqqında"  Qanundur. 
Notariat fəaliyyəti hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması yolu ilə 
hüquqi və fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə yönəlmişdir. 
Bu qanun notariat orqanlarının beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməsi, həmçinin 
xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsini nəzərdə tutmuşdur. 
Ölkəmizdə  yeni  məhkəmə  sisteminin  fəaliyyət  göstərməsi  üçün  qəbul  edilməsi  zəruri  olan 
qanunlardan  biri  də  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsidir.  Bu  məcəllənin  2-3  il 
ərzində  hazırlanması  onun  üzərində  çox  gərgin  və  mürəkkəb  iş  aparıldığını  göstərir.  Qanunun 
hazırlanmasında Avropa Şurasının hüquq məsələləri departamenti və ekspertləri ilə müvafiq məsləhətlər 
aparılmış və onların tövsiyələri nəzərə alınmışdır. 
Qanun  beynəlxalq  standartlara,  Azərbaycan  Respublikası  Konstitusiyasının  tələblərinə  tam  cavab 
verməklə yanaşı, son zamanlar qəbul olunmuş digər qanunlarla uzlaşır. 
Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  qanunla  cinayət  hesab  olunan  əməli 
törətmiş  hər  bir  şəxsi  ifşa  etməyə  və  cinayət  məsuliyyətinə  cəlb  etməyin  mümkünlüyünə,  cinayət 
törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya 
hakimlərin  özbaşına  hərəkətləri  ilə  qanunsuz  şübhə  altına  alınmasının,  ittiham  və  ya  məhkum  etməyin 
mümkün  olmamasına,  heç  kəsin  qanunsuz  və  ya  zərurət  olmadan  prosessual  məcburiyyət  tədbirlərinə, 
insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmamasına yönəlmişdir. 
Bu  məcəllənin  əsas  fərqləndirici  cəhəti  cinayət  törətmiş  şəxslərin  cinayət  təqibinin  yeni 
proseduralarının  müəyyən  olunması  və  cinayət  prosesinin  bütün  iştirakçılarının  Konstitusiyada  nəzərdə 
tutulmuş  hüquq  və  azadlıqlarının  təmin  edilməsidir.  Məcəllə  həmçinin  ittiham  tərəfi  ilə  müdafiə  tərəfi 
arasındakı  qeyri-tarazlığı  aradan  qaldırmışdır.  Azərbaycan  Respublikasının  2000-ci  ildə  qəbul  olunmuş 
Cinayət Məcəlləsi də aparılan hüquq islahatlarının mühüm tərkib hissəsidir. 
Cinayət  Məcəlləsinin  vəzifəsi  sülhün  və  bəşəriyyətin  təhlükəsizliyini  təmin  etməkdən,  insan  və 
vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, 
ətraf  mühiti,  Azərbaycan  Respublikasının  Konstitusiya  quruluşunu  cinayətkar  qəsdlərdən  qorumaqdan, 
habelə  cinayətlərin  qarşısını  almaqdan  ibarətdir.  Məcəllə  cinayət  məsuliyyətinin  əsaslarını  və 
prinsiplərini, şəxsiyyətin, cəmiyyətin və dövlət üçün təhlükəli olub cinayət sayılan əməllərin dairəsini və 
bu  cinayətlərin  törədilməsinə  görə  tətbiq  edilən  cəzaların  növlərini,  həddini  və  həcmini,  habelə  digər 
cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Məcəllə əvvəlki qanunvericilikdən xeyli fərqlənməklə 
daha mütərəqqi və təkmilləşmiş normativ hüquqi aktdır. 
Azərbaycanda  mülkiyyət  formalarının  bərabərliyinə  əsaslanan,  yeni  iqtisadi  münasibətlərə  uyğun 
olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi Almaniya hökumətinin köməyi ilə, Mülki-Prosessual 
Məcəlləsi  isə  Azərbaycan  hüquqşünasları,  Avropa  Şurasının  mütəxəssisləri  və  Almaniyanın  Texniki 
Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə hazırlanaraq Milli Məclisdə qəbul edilmişdir. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  digər  şəxslərin  hüquqlarına  xələl  gətirmədən  mülki 
dövriyyənin  azadlığına  onun  iştirakçılarının  bərabərliyi  əsasında  təminat  verir,  mülki  hüquq 
subyektlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyir,  onların  hüquqlarını  və  qanuni 
mənafelərini müdafiə edir, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi 
toxunulmazlığının  müdafiəsi  hüququnu  qoruyur,  mülki  dövriyyəni  təmin  edir,  sahibkarlıq  fəaliyyətini 
dəstəkləyir, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaradır. 
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə mülki işlər və iqtisadi 
mübahisələr üzrə ədalət mühakiməsi keçmiş illərdən fərqli olaraq, prokurorun müdaxiləsi olmadan yalnız 
məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 
Məcəllə  bütün  fiziki  və  hüquqi  şəxslərə  özlərinin  hüquq  və  azadlıqlarını,  eləcə  də  maraqlarını 
qorumaq  və  təmin  etmək  məqsədilə  məhkəmə  müdafiəsindən  istifadə  etmək  hüququna  prosessual 
təminatlar yaradır. 
Həm  Mülki  Prosessual,  həm  də  Cinayət-Prosessual  Məcəllələri  yeni  məhkəmə  quruluşuna  uyğun 
olaraq  müxtəlif  instansiyalı  məhkəmələrin  arasında  yaranmış  münasibətləri  tənzimləyir,  ittiham  və 
müdafiə  tərəflərinin,  məhkəmə  prosesinin  digər  iştirakçılarının  hüquq  və  vəzifələrini  müəyyən  edir, 
Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  nəzərdə  tutulmuş  ədalət  mühakiməsinin  əsas  prinsip  və 
şərtlərinin həyata keçirilməsi qaydalarını və prosessual təminatlarını müəyyən edir. 
"Təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  qanunsuz  hərəkətləri  nəticəsində  fiziki 
şəxslərə  vurulmuş  ziyanın ödənilməsi  haqqında", "Vətəndaşların  hüquq  və  azadlıqlarını  pozan  qərar  və 
hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" qanunlar hər kəsin pozulmuş hüquqlarının bərpası 
üçün iddia ilə təmin olunan kompensasiya hüququnu müəyyən edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə