Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

75 
 
Hakimlərin  və  hər  an  cinayətkarlarla  üz-üzə  gələn  hüquq  mühafizə  orqanları  işçilərinin 
təhlükəsizliyinin təmin edilməsinin təşkili üçün "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət 
mühafizəsi haqqında" Qanun qəbul edilmişdir. 
Mülki,  cinayət  və  digər  işlər  üzrə  məhkəmə  icraatı  zamanı  keçirilən  ekspert  tədqiqatlarının 
obyektivliyini,  hərtərəfliliyini  və  tamlığını  təmin  etmək  məqsədilə  "Dövlət  məhkəmə  ekspertizası 
fəaliyyəti  haqqında"  qəbul  olunmuş  Qanun  bu  fəaliyyətin  hüquqi,  təşkilati  əsaslarını  və  əsas 
istiqamətlərini  müəyyən  edir,  məhkəmə  ekspertizasının  təşkili  və  aparılması  zamanı  yaranan  ictimai 
münasibətləri tənzimləyir. 
Hüquq  islahatları  çərçivəsində  həyata  keçirilən  qanunvericilik  tədbirləri  nəticəsində  Azərbaycan 
Respublikasının Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri qəbul edilmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq  yerlərdə  özünüidarənin  və  bələdiyyə 
işinin  təşkili,  onların  səlahiyyətlərini,  bələdiyyələrə  seçkilərin  keçirilməsini  və  bələdiyyələrin  statusunu 
müəyyən edən bir sıra normativ hüquqi aktlar, o cümlədən "Bələdiyyələrə seçkilərin qaydaları haqqında", 
"Bələdiyyələrin  statusu  haqqında",  "Bələdiyyə  qulluğu  haqqında",  "Bələdiyyələrin  maliyyə  əsasları 
haqqında", "Bələdiyyələrin nümunəvi nizamnaməsi haqqında", "Bələdiyyə torpaqları haqqında" qanunlar 
qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan 
Respublikasının Ədliyyə Nazirliyi nəzdində bələdiyyələrlə iş və bələdiyyələrə metodiki yardım mərkəzi 
yaradılmışdır. 
1999-cu  ilin  dekabr  ayında  ölkəmizdə  keçirilən  ilk  bələdiyyə  seçkiləri  zamanı  21  mindən  artıq 
bələdiyyə üzvü seçilmiş, 2267 bələdiyyə təşkil olunmuşdur. 
Bələdiyyələrin  fəaliyyətini  nizama  salmaq  üçün  müvafiq  təşkilati  və  digər  tədbirlər  həyata 
keçirilmişdir. 
Ümumiyyətlə,  bələdiyyələrin  statusunu  və  fəaliyyətini  nizamlayan  20-dək  qanun  və  əsasnamə 
qəbul edilmişdir. 
Bələdiyyələrlə  bağlı  qəbul  olunmuş  qanunlar  vətəndaşlara  yerli  əhəmiyyətli  məsələlərin  müstəqil 
və sərbəst şəkildə həll edilməsi hüququnu həyata keçirmək imkanı yaratmışdır. 
Ölkəmizdə  aparılan  məhkəmə-hüquq  islahatları  korrupsiyaya  qarşı  tutarlı  mübarizə  vasitəsinə 
çevrilmişdir. Ədalətli və səmərəli məhkəmə sisteminin yaradılması dövlət orqanlarının vəzifəli şəxslərinin 
öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarının qarşısının alınmasında mühüm faktor rolunu oynayır. 
Elə bu səbəbdən yeni məhkəmə sistemi yaradılarkən iqtisadi mübahisələrə baxılması məqsədilə ölkəmizin 
tarixində  ilk  dəfə  olaraq  yerli  iqtisad  məhkəmələri,  beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə 
dair  Azərbaycan  Respublikasının  iqtisad  məhkəməsi  və  Ali  Məhkəmədə  iqtisadi  mübahisələrə  dair 
məhkəmə kollegiyası yaradılmış, Beynəlxalq arbitraj məhkəməsi haqqında Qanun qəbul edilmişdir. 
Son illərdə hüququn, demək olar ki, bütün sahələrini nizama salan yüzlərlə qanunun, həmçinin 20-
dək  məcəllənin  qəbul  edilməsi  dövlət  orqanlarının,  o  cümlədən  məhkəmələrin,  ədliyyə  və  hüquq 
mühafizə  orqanlarının  statusunu  və  fəaliyyət  istiqamətlərini  müəyyən  etməklə  hüquqi  dövlətin 
demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasını yaratmışdır. 
Artıq bəşəriyyət XXI əsrin birinci ilini yaşayır. 
Tarixin heç bir dövründə cəmiyyət bugünkü  kimi belə iti sürətlə dəyişikliklərə uğramamış, insan 
faktoru, insan hüquq və azadlıqları günün belə aktual, birinci dərəcəli vacib məsələsinə çevrilməmişdir. 
Respublikamızda  hüquq  islahatları  Azərbaycanın  tərəqqisi,  hər  bir  vətəndaşın  azad  cəmiyyətdə 
yaşaması, hüquqlarının müdafiə olunması, şəxsiyyətin inkişafı naminə həyata keçirilir. 
Biz hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə köhnə qanunlardan yaxa qurtardıq, 
əvəzində yeni, yüksək ideallara uyğun, mütərəqqi qanunlar qəbul etməklə, insan hüquq və azadlıqlarına 
təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq imkanı əldə etdik. 
Dünyada çox az ölkə tapılar ki, belə qısa müddətdə hüquq islahatları sahəsində bu cür nailiyyətlər 
əldə etmiş olsun. 
Deyilənlərin  təsdiqi  olaraq  Avropa  ölkələrinin  bu  sahədəki  fəaliyyətinə  nəzər  yetirmək  maraqlı 
olardı.  Belə  ki,  İtaliyanın  yeni  Cinayət-Prosessual  Məcəlləsinin  hazırlanması  məqsədilə  ölkənin 
parlamenti  1947-ci  ildə  xüsusi  qanun  qəbul  etmiş  və  komissiya  onilliklər  ərzində  məcəllənin  bir  neçə 
layihəsini  hazırlamış  və  nəhayət,  1988-ci  ildə,  yəni  41  il  keçdikdən  sonra  yeni  Cinayət-Prosessual 
Məcəlləsini qəbul etmişdir. 
Qərbi  Avropa  ölkələrinin  mülki  məcəllələrindən  ən  yenisi  sayılan  Hollandiyanın  Mülki 
Məcəlləsinin  hazırlanmasına  1950-ci  illərdə  başlanılmış  və  həmin  məcəllə  1992-ci  il  yanvarın  1-də 
qüvvəyə minmişdir. 
Fransanın  Cinayət  Məcəlləsi  üzərində  1974-cü  ildə  başlanılmış  iş  1992-ci  ildə  Məcəllənin  qəbul 
edilməsi ilə başa çatmışdır. Fransada məhkəmə quruluşunun islahatları isə 20 il müddətində aparılmışdır. 


76 
 
Almaniyanın  parlamenti  (Bundestaq)  1966-cı  ildə  cinayət  hüququnun  islahatı  ilə  bağlı  xüsusi 
komitə  yaratmış  və  yalnız  1975-ci  il  yanvarın  1-də  yeni  Cinayət  Məcəlləsi  qüvvəyə  minmişdir.  İsveçin 
Cinayət Məcəlləsi isə 30 il ərzində hazırlanmışdır. 
İnkişaf etmiş həmin Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanın Cinayət-Prosessual və Mülki 
məcəllələri iki-üç il müddətində hazırlanıb qəbul olunmuş,  məhkəmə sisteminin islahatı isə, demək olar 
ki, 5 il müddətində başa çatmışdır. 
Hüquq  islahatları  çərçivəsində  qanunlar  Avropa  Şurasının,  digər  beynəlxalq  təşkilatların 
mütəxəssislərinin yaxından iştirakı ilə hazırlanmışdır. 
Ölkəmizdə  hüquq  islahatlarının  qısa  bir  müddətdə  həyata  keçirilməsini  və  məhkəmə-hüquq 
sahəsində  qəbul  edilmiş  yeni  qanunların  keyfiyyətini  Avropa  ölkələrinin  ekspertləri  yüksək 
qiymətləndirmiş,  onların  demokratik  dəyərlərə,  Avropa  standartlarına,  insan  hüquq  və  azadlıqlarının 
müdafiəsinə tamamilə cavab verdiyini təsdiq etmişlər. 
Cəmiyyətin sürətlə inkişafı qanunların və bütövlükdə hüquq sisteminin təkmilləşməsini zəruri edir. 
Müasir  dövrdə  sosial  dəyişikliklər  əvvəlki  dövrlərdən  daha  tez-tez  baş  verir.  Hüquq  sistemi  isə 
cəmiyyətdə  sosial  qoruyucu  funksiyaları  həyata  keçirərək,  həmin  sosial  dəyişiklikləri  sabitliyə, 
konstruktiv vəziyyətə yönəldir, həyatımızın ən vacib sahələrini əhatə etməklə ictimai inkişafa ciddi təsir 
göstərir. 
Hüquq islahatları çərçivəsində qəbul olunan qanunlar onların nə qədər zəruri və səmərəli olmasını 
təsdiq  etdi  və  Azərbaycan  dövlətçiliyinin  azadlıq  idealı  və  hüququn  aliliyi  prinsipi  əsasında 
formalaşmasına zəmin yaratdı. 
Demokratiya  yolu  ilə  uğurla  irəliləyən  müstəqil  Azərbaycan  Respublikası  bu  ülvi  niyyətlərin 
bərqərar  olunması  amalı  ilə  yaşayır  və  onların  ardıcıl  surətdə,  mərhələ-mərhələ  həyata  keçirilməsi 
istiqamətində öz nailiyyətlərini günbəgün artırır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə